Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2876/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Bağırov Ziya Bayram oğlunun iştirakı ilə, İddiaçı x1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiy a Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyun tarixli 2-1(103)-1436/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı ilə iddiaçıya fərdi evin tikintisi üçün Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışını verilməsini xahiş etmişdir. Cavabdeh 2018-ci il 11 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etm işdir. Cavabdeh bildirmişdir ki, mübahisəli torpaq sahəsi Daş Karxanasının ərazisində yerləşdiyindən, həmin torpaq sahəsinin dövlət torpağı olub-olmaması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhər Ərazi Şöbəsinə sorğu göndərilmiş, sorğuya cavab verilənə qədər ərizənin icrası müvəqqəti olaraq dayandırılmışdır. İddiaçı 2018-cı il 19 dekabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində onun adına fərdi yaşayış evi inşa etmək üçün ayrılmış 0,06 ha torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Səbai l Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı ilə ona fərdi evin tikintisi üçün Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi hasara alınmış, indiyədək onun istifadəsindədir. İddiaçı göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.15-ci maddəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 2.2.2, 33.1, 33.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Bundan əlavə, etirazda göstərilmişdir ki, Səbail Rayon İcra Hakim iyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı ilə) fərqlidir. Sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 21(81)-5193/2018, 2-1(81)-5194/2018, 2-1(81)-5196/2018 nömrəli işlərdə iddiaçılar iddia ərizəsində tələblərini əsaslandırarkən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına istinad etmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 6 mart tarixli 2-1(81)-785/2019 nömrəli qərarıilə iddia təmin edilmiş, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına əsasən ayrılmış Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsini qanuni əsaslarla əldə etdiyindən, cavabdehin istinad etdiyi hallar iddiaçının müraciətinin təmin olunmasından imtinaya səbəb ola bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyun tarixli 2-1(103)-1436/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 25 iyun tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 19 iyun tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, mübahisəli torpaq sahəsi İdarənin elektron kadastr baza məlumatlarına əsasən daş karxanasının ərazisində yerləşir və dövlətin mülkiyyətində olan torpaqlara aiddir. Bundan başqa, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı ilə) fərqlidir. Bu səbəbdən də, Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən 2004-cü il 12 aprel tarixdə təsdiq edilmiş yerləşmə cizgisinə dair qeydiyyat ciddi şübhənin olması səbəbindən Səbail Rayonu İcra Hakimiyyətinə İdarə tərəfindən sorğu göndərilmişdir. Səbail Rayon İcra Hakimiyyətinin 3/10-355 nömrəli, 2017-ci il 27 aprel tarixli məktubunda sözügedən cizgidə göstər ilən tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, təqdim olunmuş cizginin memarlıq xidməti tərəfindən təsdiq olunmalı olması və təqdim olunmuş cizgidə təsdiq edilən möhür və imzalarda uyğunsuzluğun olduğu və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmadığı qeyd olunmuşdur. Həmçinin, İdarənin elektron kadastr məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 saylı 600 kv.m torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda 2014-cü il 23 iyul tarixli 4ə-280, 4ə281 reyestr nömrəli alğı-satqı müqavilələri əsasında x1 adına daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, İdarə tərəfindən verilmiş ekspertizanın keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatət təmin edilməmiş və nəticədə istinad edilən qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 9, 11.1 23-cü maddələrinin, “Yerin təki haqqında” Qanunun 1, 13-cü maddələrinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46.1, 46.2, 55, 68, 111.1-ci maddələrinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət qərarın ləğv edilməsi hissəsində əsa slıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 12-ci maddəsinin müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinin tələbinə əsasən, apellyasiya instansiyası məhkəm əsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 81.3-cü maddəsinin tələbinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar... tətbiq olunur. Beləliklə, İPM-in 12 və 58.7-ci maddələrində təsbit olunmuş tələblər apellyasiya icraatında da qüvvədədir. Bundan başqa, İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən, apellyasiya instan siyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır. Belə ki, cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı əsasında verilmiş yerləşmə cizgisi ilə hazırda təqdim edilən yerləşmə cizgisi (Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamı ilə) fərqlidir. Sözügedən torpaq sahəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 30 noyabr tarixli, 2-1(81)-3171/2017 nömrəli qərardadı daxil olmuş, lakin qanuni qüvvəyə minməsinə dair yekun məlumat İdarəyə daxil olmamışdır. Bundan əlavə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan 2-1(81)-5193/2018, 2-1(81)-5194/2018, 21(81)-5196/2018 nömrəli işlərdə iddiaçılar iddia ərizəsində tələblərini əsaslandırarkən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına istinad etmişlər. Etirazda göstərilənlərə əlavə olaraq, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İdarənin elektron kadastr məlumatlarına əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1998-ci il 30 dekabr tarixli, 1971 saylı Sərəncamına əsasən iddiaçıya ayrılmış 2225 saylı 600 kv.m torpaq sahəsi Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən iki ədəd 0,0600 hektar torpaq sahələri ilə üst-üstə düşür. Belə ki, hər iki torpaq sahəsi 5 saylı Dövlət Notariat Kontorunda 2014-cü il 23 iyul tarixli 4ə-280, 4ə-281 reyestr nömrəli alğı-satqı müqavilələri əsasında x1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Cavabdehin etiraz və şikayətində qeyd edilən həmin dəlilər məhkəmə araşdırmasının predmeti olmamış, onlara münasibət bildirilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və yuxarıda qeyd edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş təkrar baxılması həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 11 iyun tarixli 2-1(103)-1436/2019 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2876/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2876/2019
16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver