Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2877/2019 04.09.2019 ALİ MƏHKƏMƏ 2-1(102)-2877/19 QƏRARDAD Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üzrə Bakı şəhəri xxxx 2019-cu il Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İ.Dadaşov cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X16 İdarəsi və vəkili Vəkil kassasiya şikayətini nəzərdən keçirərək Müəyyən etdim: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-1264/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X15 İdarəsinə, üçüncü şəxslər X2, X6, X1 və X7 qarşı kompensasiya ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının 13 sentyabr 2018-ci il tarixli, 2-1(103)-1768/18 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(102)-120/19 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-855/19 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Mə hkəməsinin xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus olan 6 avtobusun xxxx 2017-ci il tarixdən xxxx 2017-ci il tarixə kimi cərimə meydançasında saxlanılması qanunsuz hesab edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus olan 6 avtobusun xxxx 2017-ci il tarixdən xxxx 2017-ci il tarixə kimi saxlanılmasına görə cəmi 5.760 manat pul vəsaiti Bakı şəhəri Baş Polis İdarəsinin X15 İdarəsindən tutularaq İddiaçı ödənilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X16 İdarəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildiyi üçün mümkün hesab edilməməli, onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. İş materiallarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarı cavabdeh Bakı şəhəri Baş Polis İdarəsinin X16 İdarəsinə xxxx 2019-cu il tarixdə təqdim edilmiş, xx xx 2019-cu il tarixdə həmin qərardan kassasiya şikayəti vermə müddəti bitsə də, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti yalnız xxxx 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş, ötürülmüş müddətin bərpası barədə ərizə verilməmiş, bununla da qərardan kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş otuz günlük müddət cavabdeh tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının d inlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Proses iştirakçılarının dinlənilmə hüququnun təmin edilməsi məqsədilə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X15 İdarəsi, üçüncü şəxslər X5, X8, X3 və X9 xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə dəvət edilmiş, sonunculardan iddiaçının vəkili X4 məhkəmə iclasında iştirak etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsinə əsasən bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qay dalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X16 İdarəsi və vəkili Vəkil kassasiya şikayəti mümkün hesab edilməsin. Kassasiya şikayətinin icraata qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2877/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2877/2019
04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver