Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2878/2019 12.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: qeyri-yaşayış sahəsinə hüququn qeydə alınması, istismara qəbul aktı giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçının qeyri-yaşayış sahələrinə hüquqları qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1547/2019 saylı, 9 iyul 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: “xxxx” MTK ilə iddiaçı arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən binada yerləşən qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlanmışdır. İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 03.08.2018-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə 3 sentyabr 2018-ci il tarixli məktubla cavab verilərək bildirilmişdir ki, aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış sahələrinin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədləri və sözügedən qeyriyaşayış sahələrinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı 3 oktyabr 2018-ci il tarixli iddia ərizəsi ilə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 2 ünvan-xxxx prospekti 12A) yerləşən “xxxx” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binada mənzil tikinti kooperativinin ümumi yığıncağının qərarı ilə ona ayrılmış ayrı-ayrı qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” MTK-nın üzvü olaraq həmin kooperativ tərəfindən Bakı şəhəri, xxxx prospekti, Ələddin Quliyev küçəsi, 1131-ci məhəllə ünvanında (ünvan 4iş 17 mərtəbəli binada iddiaçının pay haqqının miqdarına müvafiq olaraq həmin binanın müxtəlif blok və mərtəbələrində ayrı-ayrı qeyri-yaşayış sahəsi əldə etmişdir. Həmin daşınmaz əmlaklara pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir və MTK üzvlərinin ümumi yığıncağının qərarı ilə qeyri-yaşayış sahələri ona verilmişdir. “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin ona məxsus daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə təqdim olunmuş müraciətə qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın istismara qəbul olunmaması səbəbindən imtina cavabı verilmişdir. MTK-nın bir neçə digər üzvlərinin qeyri-yaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və onlara müvafiq reyestrdən çıxarışlar verilmişdir. Analoji işlər üzrə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin binada yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. İddianın maddi hüquqi əsası kimi Konstitusiyanın 13, 29, “İnzibati icraat haqqında” Qanunun 12, 13, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrinə istinad edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(82)-319/2019 saylı iş) 12 fevral 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus qeyri-yaşayış sahələrinin olduğu binanın tikintisinin başa çatdırılması vaxtından asılı olaraq onun istismara qəbul aktı və ya istismarına icazə sənədi mövcud olmadığından, iddiaçını n həmin qeyri-yaşayış sahələrinə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 fevral 2019-cu il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X3məruzəçi, X2 və X4, 2-1(103)-1547/2019 saylı iş) 9 iyul 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 20 iyul 2019-cu il tarixdə qərarın sürətini almış, 7 avqust 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı ilə eyni Mənzil-Tikinti Kooperativinin üzvü olan bir neçə şəxsin həmin binada yerləşən qeyri-yaşayış sahələrinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar verilmişdir. Artıq analoji işlər üzrə cavabdeh inzibati orqanın inzibati praktikası mövcuddur və həmin binada yerləşən qeyriyaşayış sahələrinə dair mülkiyyət hüquqları digər vətəndaşların adına dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri, xxxx prospekti, 12A ünvanda yerləşən binada bəzi vətəndaşların daşınmaz əmlak üzərində mülkiyyət hüququ artıq dövlət reyestrində qeydiyyata alınmışdır. Bu da onu deməyə əsas verir ki, eyni əsaslar üzrə başqa fiziki şəxslərin mülkiyyət hüquqları cavabdeh inzibati orqan tərəfindən dövlət qeydiyyatına alınmışdırsa, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati pr aktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından analoji iş üzrə iddiaçının tələbi də təmin edilməlidir. Artıq həmin binada yerləşən qeyri-yaşayış sahələrindən bir neçəsi xüsusi mülkiyyət hüququ əsasında vətəndaşların adına dövlət qeydiyyatına alındığından inzibati orqanın inzibati praktikasına vətəndaşların etimadı qanunla qorunmalıdır. Kassasiya şikayəti əsaslandırılarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, “İnzibati icraat haqqında” Qanunun 12.1, 12.2, 13.1, 13.2-ci, İnzibati-Prosessual Məcəllənin 11.1, 15.1, 90.3-cü maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasını n iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orq an tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin mübahisə olunmayan hallarına görə Bakı şəhəri İcra Hakimiyyəti başçısının 29 may 2004-cü il tarixli 115 saylı sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısının 24 may 2004-cü il tarixli sərəncamı nəzərə alınaraq Xətai rayonu Ə.Quliyev küçəsində 1131ci məhəllədə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisi üçün 0,7 ha torpaq sahəsi “xxxx-İnşaat” mənzil tikinti kooperativinin istifadəsinə verilmiş, kooperativ tərəfindən həmin ünvanda hündürmərtəbəli yaşayış binası inşa edilmiş, iddiaçı ilə “xxxx” MTK arasında Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən binada qeyri-yaşayış sahələrinə dair müqavilələr bağlanmış, iddiaçı tərəfindən müqavilələrdə qeyd edilən məbləğ ödənilməklə iddiaçının kooperativə borcu olmamışdır. İddiaçı adıçəkilən ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh qeyri-yaşayış sahələrinin yerləşdiyi yaşayış binasının istismarına icazə sənədlərinin mövcud olmadığını bildirib “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə əsasən hüququn qeydə alınmasından imtina etmişdir. İddiaçının mənzil tikinti kooperativi ilə bağladığı müqavilələr 2013-cü ilin yanvar ayında bağlandığından, kollegiyanın qənaətinə görə mübahisəyə 2013-cü ildən qüvvədə olan normativ hüquqi aktlar tətbiq edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəs ində qeyd edilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qeyri-yaşayış sahəsi yerləşən yaşayış binasının istismarına icazə sənədi və “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilməmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hansı sənədlərin təqdim edilməli olmasını açıqlamamış, məhkəmə bu barədə, həmçinin qanunvericiliyin tələb etdiyi digər sənədlərin mövcudluğu barədə araşdırma aparmamışdır. Yuxarıda qeyd edildiyi kimi, hüququn qeydə alınması üçün həm də tikinti obyektinin istismarına icazə sənədinin təqdim edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsinin tələbinə görə tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi ba rədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi ilə bərabər tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. İddiaçı tikinti obyektinin istismarına icazə sənədini əldə edə və cavabdehə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə sübutlar toplamağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin də olduğu binanın istismarına icazə sənədini müstəqil şəkildə əldə etmək hüququ olduğu halda bunu etməmiş, bu hala məhkəmə tərəfindən münasibət bildirilməmiş, məh kəmə İPM-in 12-ci maddəsinə əsasən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki halını (istismara icazə sənədinin mövcudluğunu) araşdırmamışdır. İddiaçının təqdim etdiyi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 7 mart 2013cü il tarixli beş ədəd çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, xxxx prospekti 12A saylı binada qeyri-yaşayış sahələri ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (səh.97-101). İddiaçı da həmin binada ona məxsus qeyri-yaşayış sahələrinə hüququn qeydə alınmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının göstərdiyi həmin dəlillərə hər hansı qiymət verilməmiş və bununla bağlı hər hansı araşdırma aparılmamışdır. Belə araşdırmanın aparılması iddiaçının tə ləbinə bərabərlik hüququnun təminatları baxımından qiymət verilməsi üçün olduqca vacibdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində isə təsbit edilmişdir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəy işdirilməsini istisna etmir. Odur ki, yeni apellyasiya baxışı zamanı həmçinin iddiaçı ilə eyni vəziyyətdə olan şəxslərin hüquqları tanındığı halda, iddiaçının hüququnun tanınmasından imtinasının əsasları müəyyən edilməlidir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərman imzalanmışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın adı çəkilən fərmana uyğun olaraq istismarına icazə verilməsi (fərmanın təsir dairəsinə düşməsi) barədə məhkəmə tərəfindən araşdırma aparılmamışdır. İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim et dikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Həmin normaların tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məh kəməyə göndərilməli, hazırkı vəziyyətdə iddianın təmin edilməsi barədə şikayətin dəlilləri əsaslı olmadığından bu hissədə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1547/2019 saylı, 9 iyul 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya baxışına göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-2878/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2878/2019
12.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver