Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-288/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR (iş № 2-1(102)-288/2019) Bakı şəhəri 05 fevral 2019-cu il 05.02.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, cavabdeh şöbənin vəkili Vəkil oğlunun iştiraki ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh Şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərə, iddiaçıya 03.02.2000-ci ildən 28.01.2005-ci ilədək işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliynin cavabdeh Şöbənin üzərinə qoyuoması barədə qərar qəbul edilməsini xahiş etmşdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarı ilə (hakim T. Əsədova; iş № 2-1(81)-2828/2018) iddianın təmin edilməsi; İddiaçı oğluna 03.02.2000ci ildən 28.01.2005-ci ilədək işlədiyi dövrü sosial sığorta stajına daxil etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Şöbənin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2073/18)cavabdeh Şöbənin apelyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəm ə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi hazırki işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh şöbənin vəkili R.Qənbərov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27.09.2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxma yaraq, hazırkı iş üzrə iddiaçının nümayəndəsi gəlmədiyindən və bunun səbəbi barədə məlumat vermədiyindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyas iya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki: -iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur; -iddiaçının əmək kitabçasının qeydlərinə əsasən, O, 1971-ci ildən əmək fəaliyyətinə başlamış və 28.01.2005-ci ilədək müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən 03.02.2000-28.11.2005-ci illərdə “xxxx” X1 Kommersiya Şirkətində çalışmış, və onun, hərbi xidmət dövrü də daxil olmaqla, 25 ildən çox iş stajı mövcuddur; -iddiaçının məhkəməyə təqdim etdiyi “xxxx” X1 Kommersiya Şirkətinin 14.12.2005-ci il tarixli arayışına əsasən, O, həqiqətən 03.02.2000-ci il tarixdən 28.11.2005-ci il tarixinə kimi adı çəkilən Şirkətdə iqtisadçı-mühəndis vəzifəsində işləmiş və aylıq əmək haqqı 120 manat təşkil etmişdir; -iddiaçı pensiya yaşının tamam olması ilə əlaqədar yaşa görə pensiyanın təyin edilməsi üçün cavabdah şöbəyə müvafiq ərizə ilə müraciət etmişdir; -lakin cavabdeh şöbə iddiaçıya ünvanladığı 07.05.2018-ci il tarixli məktubu ilə iddiaçının 03.02.2000-28.11.2005-ci illərdə olan iş stajının düzgünlüyünün yerində dəqiqləşdirilməsinin mümkün olmaması əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki: -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensi ya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxsdər istisna olmaqla) yaşa görəəmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-cı ıl iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; -iş üzrə müəyyən edilir ki, 63 yaşı tamam olmuş iddiaçının 25 ildən artıq olan iş stajının mövcudluğu işin materiallarında olan, iddiaçının əmək kitabçası və sonuncu iş yerindən verilmiş arayışla təsdiq olunur; -belə olan halda, Qanun a görə, 25 il iş stajına malik olduğu halda, iddiaçının yaşının 63 il 6 ayının tamamında, onun əmək pensiyası hüququ yaranır; -lakin cavabdeh şöbə iddiaçının istiand etdiyi hüquqi sənədləri mötəbər sübut növləri kimi qəbul etməkdən və bu əsasla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir; -eyni zamanda cavabdeh şöbə iddiaçıya ünvanladığı imtina məktubunda yeganə mübahisələndirdyi hal kimi, 03.02.2000-28.11.2005-ci illərdə iddiaçının iş stajının düzgünlüyünü yerində dəqiqləşdirilməsinin mümkün olmamasını qeyd etmişdir; -halbuki, cavabdeh şöbə istinad etdiyi bu halı, yəni yerində müvafiq dəqiqləşdirmələrin həqiqətən aparılmasını təsdiqləyən sənəd-sübutu məhkəməyə təqdim edə bilməmişdir; -belə olan halda, nə qədər ki iddiaçının əmək kitabçasının qeydlərində təsbit olu nan məlumatların, o cümlədən, 03.02.2000-28.11.2005-ci illərdə onun “xxxx” Şirkətində iqtisadçı-mühəndis vəzifəsində işləməsinin həqiqətə uyğun olmadığı cavabdeh şöbə tərəfindən sübuta yetirilməmişdir, həmin məlumatlar mötəbər məlumatlar kimi qəbul edilməlidir; -ona görə də, cavabdehin şöbənin yuxarıda qeyd edilən dəlilləri əsassız olduğundan qəbul edilə bilməz, iddiaçının adı çəkilən şirkətdə işlədiyi müddət sığorta stajı kimi qəbul olunmalıdır; -göründüyü kimi, cavabeh şöbənin iddiaçının iş stajının sığorta stajı kimi qəbul edilməsi haqqında müraciətinin təmin edilməsindən imtinası əsassızdır və iddaçının qanunla qorunan hüquqlarını pozmuşdur; -odur ki, ddiaçının iddia tələbi əsaslı və qanuni oldğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) v ə müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 31.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixli redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsası nda ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinin 01 iyul 2017-ci il tarixli redaksiyasına müvafiq olaraq əmək pensiyası onu almaq hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən olunmuş müddətlərə təyin edilir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın İİİ hissəsinin 3.1.1ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların İV hi ssəsinin 4.2.9-cu bəndinə uyğun olaraq, pensiyanın təyin olunması üçün tələb edilən sənədlər təqdim edildikdən sonra pensiya təyinatı sektorunun məsləhətçisi 2 gün müddətinə əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid olan iş stajının təsdiq edilməsi barədə dövlət arxivinin arayışları da təqdim edildikdə, həmin gün komissiyanın qərar layihəsini hazırlayaraq komissiya üzvlərinə təqdim edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əl avə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Kassasiya şikayətinin dəlilləri ilə ələqadər məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh şöbənin istinad etdiyi iş stajı müddəti, yəni iddiaçının əmək kitabçasında qeyd olunmuş 03.02.2000-28.11.2005-ci illərdə “xxxx” X1 Kommersiya Şirkətində çalışdığı illər nəzərə alınmasa da belə, iddiaçının 1971-ci ildən 2000-ci ilədək iş stajı, üstəgəl hərbi xidmət dövrü 25 ildən artıq iş stajını yaradır. Bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət olan əsasdır. Azərbaycan Respublikası İ PM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-288/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-288/2019
05.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver