Məhkəmə qərarları › İş №2-1(102)-288/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-288/2021

19.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-288/2021 19.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (torpaq sahəsinə dair çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İK-nın xxxci il tarixli, 2-1(105)-305/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 yanvar 2021-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonunun xxxx 6.48 hektar olan torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 yanvar 2006-ci il tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən iddiaçının adına verilmiş xxxxx saylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamə əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bununla bağlı müvafiq çıxarışin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Şollar bələdiyyəsinin 28 yanvar 2006-ci il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonunun xxxx 6.48 hektar olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına xxxxx saylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamə hazırlanaraq təqdim olunmuş və torpaq üzərində onun mülkiyyət hüququnun dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçirilmişdir. Hal-hazırda o, həmin sənədi təqdim edə rək qeydiyyat şəhadətnaməsini hazırkı mülkiyyət hüquqlarının reyestirinə uyğun olaraq çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, tərəfindən müvafiq sənədlər təqdim olunmaqla etdiyi müraciətinə cavabdeh tərəfindən 29 dekabr 2019–cu il tarixli, **********054 saylı məktubla cavab verilərək, şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitabında və torpaq sahəsinə dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına verilmiş xxxxx saylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamənin İdarənin elektron baza məlumatlarında əks olunmadığını bəhanə gət irərək hələ 2006–cı ildə dövlət qeydiyyatına aparılmış hüquqlarına dair çıxarışın verilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Birinci instansiya məhkəməsinin xxxxil tarixli, 2-1(118)-640/2020 nömrəli (sədrlik edən hakim Ceyhun Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 139.3-cü maddələrinə, Torpaq Məcəlləsinin 66.2, 67.1-ci maddələrinə, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Qanunun 2.1, 2.2, 4.1, 4.3, 8.0.5-ci maddələrinə, eləcə də İnzibati Prosessual Məcəllənin 2.2.3, 4.1, 12.1, 34.1, 68-ci maddələrinə istinadən belə hesab etmişdir ki, iddia qanuni və əsaslıdır.

5. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xxxxil tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xxxi il tarixli, 2-1(105)-305/20 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Fuad Məmmədov) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2-1(118)-640/2020 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın təmin edilməməsi qərara alınmışdır.

7. Apelyasiya instansiyas ı məhkəməsi həmin nəticəyə gələrkən Torpaq Məcəlləsinin 13.1, 56.2, 56.3, 57.1, 86.2-ci maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 7.1.2-ci maddəsinə əsaslanaraq belə hesab etmişdir ki, hazırkı halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Kasasiya şikayətinin dəlilləri:

8. İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi kimi mənim adımı Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə hazırlanmış xxxxx saylı «Torpağın mülkiyyətə verilməsi barədə» Şəhadətnamə hal-hazırda da hüquqi qüvvəsini saxlamaqdadır. Belə olan halda aydındır ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən mənim torpaq sahəsi üzərində hüququmun dövlət qeydiyyatının aparılmasından imtinası üçün həmin torpaq sahəsinin Şəhadətnaməsinin İdarənin elektron baza məlumatlarında əks olunmadığına dair bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu hərəkəti ilə cavabdeh qanunsuzluğa yol verməklə yanaşı, mülki və torpaq qanunvericiliklərinin normalarını, o cümlədən mülkiyyət hüququna dair qanunvericilik aktlarının müddəalarını da pozmuşdur. Təəssüf ki, məhkəmə tərkibi cavabdehin apelyasiya şi kayətinə qiymət verərkən bütün bu halları nəzərə almayaraq səhv nəticəyə gəlmişdir. Məhkəmə Xaçmaz rayonunun Şollar kəndi ərazisində yerləşən və Şollar Bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən mənim adıma verilmiş xxxxx saylı «Torpağın mülkiyyətə verilməsi barədə» Şəhadətnamə əsasında mülkiyyətimə verilmiş sahəsi 6,48 hektar olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması və bu cür torpaqların mülkiyyətə verilməsinin qanunvericiliklə müəyyən olunmadığını əsas gətirərək mənim iddia tələbimi rədd etmişdir. Halbuki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsi olmasını sübuta yetirən hər hansı fakt məhkə mə tərəfindən müəyyən edilməmişdir, məhkəmə tərkibi yalnız Xaçmaz rayonunun Şollar Bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmasını əsas götürərək mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı torpaq sahəsi olduğu qənaətinə gəlmişdir. Halbuki, bələdiyyə qərarının məhz bu şəkildə yazılması məhkəmənin belə bir nəticəyə gəlməsi üçün kifayət deyildir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı kənd təsərrüfatına yararlı torpaq sahələri ilə yanaşı, kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələrində də mümkündür. Sonuncu təyinatlı torpaq sahələrinin isə xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü qanunvericiliklə təsbit olunmaqla yanaşı, məhkəmənin özü tərəfindən də etiraf edilmişdir. Ancaq məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirilməli hallar sübuta yetirilmədiyi halda, bu halları sübut olunmuş kimi qəbul etmiş, formal mülahizələr əsasında qərar qəbul etmişdir. Məhkəmə yalnız Şollar Bələdiyyəsinə sorğu göndərməklə kifayətlənmiş, sözügedən bələdiyyə qərarının surətinin məhkəməyə təqdim edilməsini təmin etməmişdir, baxmayaraq ki, bunun üçün məhkəmənin kifayət qədər səlahiyyəti, o cümlədən sənədin tələb olunması ilə bağlı qərardad qəbul edərək həmin qərardadın icra olunması məqsədi ilə aidiyyəti üzrə Xaçmaz rayonu üzrə İcra İdarəsinə göndərilməsi kimi səlahiyyəti vardır. Eyni zamanda məhkəmə iş üçün zəruri olan məsələlər aydınlıq gətirilməli olduğundan müvafiq ekspertiza təyin etməklə torpaq sahəsinin məqsədli təyinatına aydınlıq gətirməli olduğu halda bunu etməmiş, məhkəmə baxışının ədalətli və hərtərəfli aparılmasının təmin edilməsi üçün inzibati-prosessual qanunvericilikdə vaxt məhdudiyyətinin olmamasına baxmayaraq tələm-tələsik qərar çıxarmağı üstün tutmuşdur. Həmçinin, məhkəmənin işə baxarkən mənim vicdanlı alıcı olduğumu, 10 ildən artıqdır ki, torpaq sahəsinə faktiki sahiblik etdiyimi, mənim torpaq sahəsi üzərində mülkiyyət hüququmun artıq yarandığını və bu hüququn hər hansı orqan, o cümlədən cavabdeh tərəfindən də mübahisələndirilmədiyini nəzərə almadan çıxardığı qərar həm milli qanunvericiliyimizin mülkiyyət hüququna dair müddəalarını, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququna dair qəbul etdiyi məhkəmə aktlarında təsbit olunmuş tələblərini kobud şəkildə pozmuşdur.

9. Bütün yuxarıda göstərilənlərə əs asən iddiaçı kasasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxci il tarixli, 2-1(105)-305/2020 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərarın çıxarılmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə görə tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Əsaslandırıcı hissə:

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

12. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM- nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

13. Məhkəmə kollegiyası Sumqayıt Apelyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xxxci il tarixli qərarla və İddiaçı həmin qərardan verdiyi kasasiya şikayətindəki dəlillərlə bağlı ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin 16 mart 2020-ci il tarixli qərarının ləğv edib, i ddiaçının iddiasının təmin olunmaması nəticəsinə gələrkən özünün xxxci il tarixli qərarında bunu əsaslandırarkən göstərmişdir ki, «mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayonu, Şollar bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı ilə ayrılmışdır.

14. Məhkəmə kollegiyası tərəfindən həmin qərarın əldə edilməsi üçün həm Xaçmaz rayon Dövlət Arxivinə, həm də Xaçmaz rayon Şollar Bələdiyyəsinə sorğu verilərək qərarın və qərarın verilməsinə əsas olmuş sənədlərin surəti tələb edilsə də, Xaçmaz rayon Şollar Bələdiyyəsi məhkəmənin sorğusuna cavab verməmiş, Xaçmaz rayon Dövlət Arxivi isə sorğuya cavab olaraq bildirmişdir ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin heç bir il üçün sənədləri rayon arxivinə təhvil verilməmişdir.

15. Beləliklə də iddiaçıya torpaq sahəsinin ayrılmasına əsas o lmuş sənədləri əldə etmək mümkün olmamışdır.

16. Xaçmaz rayonu, Şollar bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarını məhkəmənin sorğusuna əsasən əldə etmək mümkün olmasa da, həmin qərar əsasında iddiaçının adına tərtib olunmuş xxxxx saylı «Torpağın mülkiyyətə verilməsinə dair» Dövlət Aktından görünür ki, Xaçmaz rayonu, Şollar bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu xxx kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,48 hektar torpaq sahəsi iddiaçıya satılmışdır.

17. Demək ki, Dövlət Aktından belə nəticə əldə olunur ki, Xaçmaz rayonu, Şollar bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həm də kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satılmışdı r.

18. Məhkəmə isə bu xüsusata diqqət yetirməmişdir.

19. Məlumdur ki, Torpaq Məcəlləsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar keyfiyyət göstəricilərinə görə kənd təsərrüfatı ehtiyacları üçün yararlılığından asılı olaraq kənd təsərrüfatı ehtiyacları üçün yararlı, az yararlı və yararsız növlərə bölünür. Bu bölgü həmin torpaqların istifadəsi, qorunması eləcə də satışı zamanı fərqli qaydalar müəyyən edir.

20. Torpaq Məcəlləsinin: - 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. - 56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. - 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. - 57.1-ci maddəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. - 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

21. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər.

22. İstinad olunan normalardan görünür ki, qanunvericilikdə bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqlarının vətəndaşlara verilməsinin xüsusiyyətləri tənzimlənmişdir.

23. Kənd təsərrüfatı məqsədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilir. Belə torpaqlar alqı-satqı obyekti ola bilməz.

24. Qanunverici kənd təsərrüfatı təyinatlı torpaqlardan yalnız kənd təsərrüfatına az yararlı və yararsız torpaqları n qeyri-kənd təsərrüfatı ehtiyacları üçün xüsusi mülkiyyətə verilə bilməsinin mümkünlüyünü nəzərdə tutmuşdur.

25. Hazırkı halda isə işin hallarından görünür ki, iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmışdır. Halbuki yuxarıda aparılan dəyərləndirməyə görə bu keyfiyyətdə olan torpaq sahəsinin belə məqsəd üçün satılması yolverilməzdir».

26. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə çevrilmiş torpaq sahəsinin ayrılması barədə Xaçmaz rayonu, Şollar Bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı hazırkı inzibati mübahisənin düzgün həll edilməsi üçün çox önəmli sənəd olmaqla, torpaq sahəsinin iddiaçıya satılmasına (ayrılmasına) dair həmin ilkin sənəddən torpağın bilavasitə təyinatını n müəyyən edilməsi haqqında məlumat almaq mümkündür.

27. Lakin sözügedən sənəd iş materiallarında yoxdur, halbukı apelyasiya instansiyası məhkəməsinin inzibati mübahisənin düzgün həll edilməsi üçün istənilən sənədi əldə edilməsi istiqamətində bütün tədbirləri görməyə borcludur (İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsi).

28. Lakin apelyasiya instansiyası məhkəməsi Şollar Bələdiyyəsinə bu halda cəmi bir dəfə 08 iyun 2020-ci il tarixdə sorğu göndərməklə və oradan cavab almamaqla kifayətlənmiş, halbuki Ədliyyə Nazirliyinin Bələdiyyələrin İşinin Təşkili və Nəzarəti üzrə Qurum mövcuddur, bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin bu məsələ ilə bağlı hüquqi varisinə də müraciət edib adıçəkilən sənədi mütləq almaq lazım idi.

29. Yeri gəlmişkən qeyd edilməl idir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Şollar Bələdiyyəsinə yazılmış həmin sorğunun Şollar Bələdiyyəsinə lazımi qaydada çatdırılmasını təsdiq edən rəsmi sənəd işdə yoxdur, sadəcə olaraq həmin sorğunun aşağı sağ küncündə nə soyadı, nə vəzifəsi bəlli olmayan bir şəxsin imzası var (iş səhifəsi: 80), halbuki Xaçmaz rayon Dövlət Arxivinə göndərilmiş sorğunun Arxiv tərəfindən 16 iyun 2020-ci il tarixdə alınması barədə rəsmi poçt xəbərnaməsi var (iş səhifəsi 49).

30. Beləliklə, apelyasiya instansiyası məhkəməsi iş üzrə əsas sübutlardan biri olan Şollar Bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli 14 saylı qərarını əldə etmədən hazırkı inzibati mübahisə üzrə məhkəmə qərarı qəbul etmiş və bununla da İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin tələblərini pozmuşdur.

31. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

32. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Beləliklə də apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etd iyi xxxci il tarixli qərarın «Əsaslandırma hissəsi»ndən bəlli olur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi nəticəsinə gələrkən yeganə bir sənədə – Şollar Bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı Qərarı əsasında iddiaçının adına tərtib edilmiş olunmuş xxxxx saylı «Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına istinad edilmişdir ki, həmin Dövlət Aktında yazılmışdır ki, «Xaçmaz rayonu, Şollar Bələdiyyəsinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu, xxx kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,48 hektar torpaq sahəsi iddiaçıya satılmışdır».

35. Buna görə də apelyasiya instansiyası məhkəməsi daha sonra qərarında göstərmişdir ki, «Demək ki, Dövlət Aktından belə nəticə əldə olunur ki, Xaçmaz rayonu, Şollar bələdiyyə sinin 28 yanvar 2006-cı il tarixli, 14 saylı qərarı ilə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həm də kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satılmışdır».

36. Buna görə də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, «iddiaçıya satılmış torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmışdır. Halbuki yuxarıda aparılan dəyərləndirməyə görə bu keyfiyyətdə olan torpaq sahəsinin belə məqsəd üçün satılması yolverilməzdir».

37. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən inzibati mübahisəni tam və hərtərəfli araşdırmamışdır, ona yanlış hüquqi qiymət vermişdir.

38. Belə ki, əvvəla apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi xxxxx saylı iddiaçının adına verilmiş dövlət aktında mübahisəli torpaq sahəsinin təyinatı barədə bir kəlmə belə yazılmamış, sadəcə Dövlət Aktının «hansı məqsəd üçün» verilməsi hissəsində «kənd təsərrüfatı məhsulları istehsalı» qeyd edilmişdir.

39. Halbuki apelyasiya instansiyası məhkəməsi yuxarıda göstərilmiş maddi hüquq normalarına istinadən qərarında göstərmişdir ki, bələdiyyənin kənd təsərrüfatına yararlı torpaq sahələri alqı-satqı predmeti ola bilməz, icarəyə verilə bilər, amma kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələri xüsusi mülkiyyətə verilə bilər.

40. Lakin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsinin hansı növ torpaq sahəsindən olması istiqamətində (kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız) ümumiyyətlə heç bir araşdırma aparmamış, yəni, X1 Tə şkili üzrə Dövlət Agentliyi həmin məsələyə dair rəy verilməsi ilə əlaqədar müraciət etməmiş və ya müvafiq ekspertiza təyin etməmişdir.

41. Burada xüsusi olaraq qeyd edilməlidir ki, sözügedən torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya satılması avtomatik şəkildə həmin torpağın kənd təsərrüfatı təyinatlı olması anlamına gəlmir.

42. Belə ki, iddiaçıya kənd təsərrüfatına az yararlı və yaxud ümumiyyətlə yararsız torpaq verilə bilərdi ki, sonradan iddiaçı tərəfindən həmin torpaq sahəsi üzərində aqrotexniki və digər işlər görülməklə onu kənd təsərrüfatını üçün yararlı torpaq sahəsi halına gətirilməsi də istisna olunmur.

43. Lakin apelyasiya instansiyası məhkəməsi bütün yuxarıda göstərilənləri araşdırmadan, lazım olan sübutları əldə etmədən iş üzrə qanuna uyğun olmaya n məhkəmə qərarı qəbul etmişdir.

44. Belə olan halda, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xxxci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə iş üzrə çoxlu sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xxxci il tarixli, 2-1(105)305/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar