Məhkəmə qərarları › İş №2-1(102)-288/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-288/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-288/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı işin hallarının hərtərəfli araşdırılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «X1 İdarə Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X4 Sumqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-517/2021 nömrəli, 28 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə X8 08 dekabr 1988-ci il tarixdə rəsmi nikaha daxil olmuş, sonuncu 29.03.2008-ci ildə vəfat etmişdir. 2. “Kauçuk” X5 H eyətinin 01 saylı protokolundan çıxarışa əsasən, X8 23 avqust 1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilmiş və onun adı üzvlüyün adlıq siyahına daxil edilmişdir. Bunun əsasında X6 üzvlük kitabçası verilmişdir.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən mərhum əri X4 “Kauçuk” Bağçılıq Yoldaşlığın idarə heyətinin 23.08.1988-ci il tarixli 01 nömrəli protokulundan çıxarışı ilə əldə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasını, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsini xahiş etmişdir.

4. Cavabdeh **********42 saylı, 18 sentyabr 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 2 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərə findən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirərkən və elektron kadastr baza məlumatları araşdırılarkən torpaq sahəsinin digər şəxsə məxsus 511 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən, X4 Su mqayıt şəhəri, “Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X8 ilə 1988-ci il tarixdə nikaha daxil olmuş, əri X8 29 mart 2008-ci il tarixdə vəfat etmişdir. Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışa əsasən, əri X6 23 avqust 1988-ci il tarixdə 511 saylı ünvanda yerləşən torpaq sahəsi verilmişdir. “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarışdan da görünür ki, X8 “Kauçuk" Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilmişdir. Əri öləndən sonra həmin torpaq sahəsini öz adına keçirtmək üçün birinci növbəli vərəsə kimi müvafiq torpaq sahəsi ilə bağlı vərəsəlik şəhadətnaməsi almaq üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisinə müraciət etmişdir. Sumqayıt şəhər 4 saylı Notariat ofisində aparılan V-32/2009 saylı vərəsəlik işi üzrə birinci növbəli vərəsələr arasında olduğundan 29 mart 2008-ci ildə vəfat etmiş əri - X4 ünvan 1 ünvanda yerləşən torpaq sahəsi ilə bağlı, həmin əmlakın X6 məxsus olub-olmaması, müsbət olduğu halda, daşınmaz əmlakın dövlət reyestrindən texniki pasport, kadastr, çıxarış və əmlakın yüklü olub-olmaması barədə arayış verilməsi məsələsinə baxılması üçün Sumqayıt şəhər 4 saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə sor ğu göndərilmişdir. Daha sonra iddiaçı özü Sumqayıt şəhəri, Yaşma Bağlar ərazisində yerləşən, mərhum X4 “Kauçuk” X2 Heyətinin 01 saylı Protokolundan çıxarış ilə əldə etdiyi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçünün verilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Müraciətinə cavab olaraq ona daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Halbuki, həmin torpaq sahəsi artıq 31 ildir ki, onların istifadəsindədir, onlar orda tikdikləri evdə uzun illərdir ki yaşayırlar, yəni ki, bağ sahəsi faktiki olaraq onların mülkiyyətindədir.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ilə (hakim: C.B.Məmmədov) iddia təmin edilmiş, “Kauçuk” X3 Heyətinin 23 avqust 1988-ci il tarixli 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən Sumqayıt şəhəri, ”Kauçuk” Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən mübahisə predmeti olan 511 saylı torpaq sahəsinin koordinatlarının 522 saylı torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb düşməsinin aydınlaşdırılması m əqsədi ilə bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət olunmuş, lakin qeyd olunan müraciətlər heç bir nəticə verməmişdir. Belə ki, mübahisəli əraziyə iddiaçının vəkilinin iştirakı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən bir neçə dəfə baxış keçirilməsinə baxmayaraq, qeyd olunan təşkilat 511 və 522 saylı torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən müvafiq rəyi məhkəməyə təqdim etməkdən imtina etmişdir. Bundan başqa, 522 saylı torpaq sahəsi üzrə hüquqlar DƏDRX-də dövlət qeydiyyatına alınmamışdır. DƏDRX-in 2 saylı Ərazi İdarəsi məhkəməyə ünvanladığı 21 noyabr 2019-cu il tarixli **********24 saylı məktub ilə 522 saylı torpaq sahəsinin kimə ayrılması ilə bağlı “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyət inə müraciət olunmasını məhkəməyə tövsiyyə etmişdir. “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri X7 məhkəmədə verdiyi izahatda qeyd etmişdir ki, 522 saylı bağ sahəsinin Yadigar Qurbanov adlı şəxsə ayrılmasına baxmayaraq, həmin şəxsin ata adı və ünvanı barədə hər hansı bir məlumat yoxdur. Ona görə də məhkəmə tərəfindən Yadigar Qurbanov adlı şəxsin iş üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə tərəfindən Yadigar Qurbanovun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsinin təmin edilməsi məqsədi ilə cəmiyyətin sədri Qulam Bayramov tərəfindən 522 saylı torpaq sahəsi ayrılmış Yadigar Qurbanov adlı şəxsin “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng vurulmasına baxmayaraq, həmin nömrənin abonenti tərəfindən Yadigar Qurbanov adlı şəxsin həmin ünvanda yaşamadığı və onun barəsində hər hansı bir məlumatın olmaması müəyyən olunmuş və məhz bu səbəbdən məhkəmə tərəfindən 522 saylı bağ sahəsinin sahibinin iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi mümkün olmamışdır. “Kauçuk” Yoldaşlıq Bağçılıq Cəmiyyətinin sədri Qulam Bayramovun məhkəmədə verdiyi izahatdan məlum olmuşdur ki, mübahisə predmeti olan 511 saylı torpaq sahəsi mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadəsindədir və həmin torpaq sahəsi faktiki olaraq sxematik planda göstərilən yerdə yerləşir, yəni mərhum Qulu Ağayevin ailə üzvlərinin istifadə etdikləri torpaq sahəsi 522 saylı deyil, 511 saylı torpaq sahəsidir.

10. Daha sonra məhkəmə qeyd etmişdir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”-nın əsasları “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının mərhum ərinə ayrılmış 511 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-517/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: H.Ç.Babayeva və İ.K.Dəmirov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnz ibati Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2-1(118)-42/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri baxımından əsassız olmasına dair məhkəmənin arqumenti qəbul edilə bilməz ona görə ki, qeyd edilən maddənin 15.1.1-ci bəndi məhz dövlət qeydiyyatı barədə müraciət olunan hüququn həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması onu özündə ehtiva edir ki, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün istinad edilən qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, həmçinin torpaq sahəsinin planı və ölçüsünün əlavə olunması zəruri dir ki, iddiaçının təqdim etdiyi sənədlərdə 511 saylı bağ sahəsi 522 və 498 saylı bağ sahələrinin ortasında yerləşsə də, məhkəmə kollegiyasının sorğusuna əsasən cavabdeh tərəfindən təqdim olunan kadastr xəritəsindən çıxarışdan açıq-aydın görünür ki, 511 saylı bağ sahəsi kimi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi 522 saylı torpaq sahəsinin yerində olmaqla Bağçılıq cəmiyyətinin sxematik planına uyğun olaraq 522 saylı torpaq sahəsilə deyil, 535 saylı torpaq sahəsilə həmsərhəd ölçüdə yerləşir. Bu da öz növbəsində onu ehtiva edir ki, iddiaçı özünə məxsus 511 saylı bağ sahəsinin yerini deyil, 522 saylı bağ sahəsinin ərazisini qanuni əsaslar olmadan tutmuşdur.

14. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin t əkrari məhkəmə baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, həm cavabdehin, həm də iddianı rədd edən məhkəmə kollegiyasının əsas dəlili ondan ibarətdir ki, guya iddiaçı öz torpağından deyil, 522 saylı torpaq sahəsindən istifadə edir. Bu nəticəyə gəlmək üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM- nin 12.1. və 12.2. maddələrinə tam əməl etməmiş, özü sübut əldə etmək üçün bütün tədbirlərdən istifadə etməmişdir. Bağ sahələri 1988-ci ildə AR Nazirlər Kabinetinin Qərarı və Sumqayıt XDS İK-nin sərəncamı ilə zavodlara ayrılmış və bundan sonra hər bir za vodun həmkarlar təşkilatlarının iclas protokol - qərarları ilə işçilər arasında bölüşdürülmüş və bu zaman hər bir işçiyə ayrılmış torpağın sahəsi və sıra nömrəsi müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmadan Azərbaycan Respublikası İPM-nin 12.1 və 12.2-ci maddələrinin tələblərini pozmaqla iş üzrə qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gə lməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yo ldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. A pellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

22. İşin apellyasiya instansiya məhkəməsi tərəf indən araşdırılan halları ilə müəyyən olunur ki, “Kauçuk” X5 heyətinin 01 saylı protokolundan çıxarışa əsasən, X8 23 avqust 1988-ci ildə “Kauçuk” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul edilmiş və onun adı üzvlüyün adlıq siyahına daxil edilmişdir. Bunun əsasında X6 üzvlük kitabçası verilmişdir.

23. İddiaçı qeyd olunan sənədlər əsasında sözügedən bağ sahəsi üzərində onun mərhum ərinin hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş, cavabdeh isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxsə məxsus, 522 nömrəli bağ sahəsinin yeri ilə üst-üstə düşdüyünü əsas gətirərək ərizənin icrasından imtina etmişdir.

24. Cavabdehin imtinasını qanuni hesab edən və iddia tələbinin rədd edilməsi nəticəsinə gələn apellyasiya instansiya məhkəməsi dəldiyi nəticəni əsaslandır maq üçün cavabdeh tərəfindən təqdim olunan kadastr xəritəsindən çıxarışa istinad etmişdir.

25. Məhkəmə tərkibi hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması prinsipinin pozulduğunu hesab edərək aşağıdakıları qeyd edir.

26. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun (mərhum ərinin mülkiyyət hüquqlarının) dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. 27. “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin s iyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

28. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsa sında qeydiyyata alınmalıdır.

29. Hazırkı iş üzrə iddiaçının mərhum ərinin “Daşınmaz əmlakın reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsində qeyd olunan hüquqi sənədləri mövcuddur və həmin sənədlərin mötəbərliyi cavabdeh tərəfindən mübahisələndirilmir.

30. İşin tərəflər arasında mübahisələndirilən yeganə halı iddiaçının məhrum ərinə verilmiş torpaq sahəsinin yerləşmə yeri ilə bağlıdır.

31. İşə baxan apellyasiya instansiya məhkəməsi də bu halın araşdırılması üçün cavabdehə torpaq sahəsi ilə bağlı məlumatın verilməsini (511 və 522 saylı bağ sahələrinin plan və ölçülərinin üst-üstə düşməsinə dair elektron kadastr məlumatının təsdiq edilmiş surətini) cavabdehdən xahiş etmiş, cavabdeh tərəfindən də kadastr xəritəsindən çıxarış təqdim edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi işin ha llarının araşdırılması ilə bağlı vəzifəsini bununla da bitmiş hesab etmiş və iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

32. Halbuki, qeyd edilən xəritədən çıxarışda iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin koordinatları və həmin koordinatların elektron baza məlumatları ilə müqayisəsi öz əksini tapmamışdır. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan məlumatlar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilir.

33. Bu baxımdan, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının faktiki istifadəsində olan ərazinin koordinatları (zərurət yaranarsa, yerli baxış da həyata keçirilə bilər) ilə elektron baza məlumatlarındakı koordinatların müqayisəli təhlili ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməli oldu ğu halda, bunu etməmişdir.

34. Bundan əlavə, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta sxemat ik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

35. Qeyd edilənlərdən əlavə, məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci növbə vərəsələrin dairəsi tam müəyyən edilməmişdir.

36. Belə ki, iş materiallarında olan Sumqayıt 4 şəhər saylı Notariat ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 1997 saylı, 09 avqust 2019-cu il tarixli məktubda qeyd edilmişdir: “Sumqayıt şəhər 4 saylı Notariat ofisində aparılan V-32 /2009 saylı vərəsəlik işi üzrə birinci növbəli vərəsələr arasın da olan İddiaçı - 29 mart 2008-ci ildə vəfat etmiş əri - X4 Sumqayıt şəhəri, “Kauçuk” bağçılıq ərazisində 511 ünvanda yerləşən 511 saylı torpaq sahəsindən ibarət olan əmlakının olmasını göstərmiş, müvafiq sənədlərin surətini təqdim etmişdir.”

37. Göründüyü kimi, iddiaçı birinci növbə vərəsələr arasındadır. Digər birinci növbə vərəsələrin olub - olmaması və onların qeyd edilən torpaq sahəsinə iddia edib - etməməsi məhkəmə tərəfindən araşdırılmamışdır.

38. Beləliklə məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə hərtərəfli araşdırma aparmamış, işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Odur ki, kassasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

39. Yuxarıdakılara əsasən, məhkəmə tər kibi QƏRARA ALDİ: İddiaçının kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-517/2021 saylı, 28 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar