Məhkəmə qərarları › İş №2-1(102)-288/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-288/2023

03.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-288/2023 03.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:( daxili işlər orqanlarından xidmətdən xaric edilmə barədə əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilmə si” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2-1(107)-229/202l nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 2012-ci ildən daxili işlər orqanlarında işləyir. O, cavabdehin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir.

2. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsində icr aat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissəsində ləğv edilməklə işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir

4. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən daxili işlər orqanlarında işləyir. İşlədiyi müddətdə daim işinə vicdanla yanaşaraq nümunəvi xidmət aparmışdır. Rəhbərlik tərəfindən verilən tapşırıqları daim qüsursuz yerinə yetirmiş və buna görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Lakin iddiaçı cavabdehin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Ona bildirilmişdir ki, DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin iddiaçı bildirir ki, o, xidməti fəaliyyətində daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişdir. X1 onun barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı şikayətlər əsassızdır, şər və böhtan xarakterli şikayətlərdir. Rəvanə Cəfərzadə iddiaçının qardaşı Qanuni nümayəndə arvadıdır. Onlar bir müddət mehriban yaşasalar da, sonradan X1 müəyyən psixoloji problemləri olduğundan münasibətləri pozulmuş və birgə yaşamaqları qeyri-mümkün hala gəlm işdir. X3 iddiaçının qardaşı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, həm iddiaçının qardaşı Tural, həm də iddiaçı barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmişdir. X3 iddiaçının qardaşından və iddiaçıdan əsassız şikayətlər edərək iddiaçının qardaşını nikahın pozulmasından yayındırmağa çalışır və əsassız şikayətləri iddiaçının qardaşına qarşı təsir vasitəsi kimi istifadə edir. İddiaçı X1 şikayət ərizəsində yazılanlarla bağlı bildirir ki, həmin xüsusatlar şər və böhtan xarakterli məlumatlardır, iddiaçının qardaşının ondan ayrıldığı üçün intiqam almaq məqsədi ilə edilmişdir. Buna görə də iddiaçını guya X2 “WhatsApp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin göründüyü kimi həmin şikayət iddiaçını n xidməti fəaliyyətlə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. İddiaçı bildirir ki, X1 iddiaçı ilə olan problemi onların ailədaxili problemidir və ailədaxili münasibətə görə iddiaçı işdən azad edilmişdir. Onun işdən azad edilməsinin səbəbi kimi Rəvanə Cəfərzadənin xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyi göstərilmişdir. Halbuki, Rəvanə Cəfərzadə heç də özünü zəhərləmək məqsədi ilə dərman qəbul etməmişdir. Belə ki, Şəki ŞRPŞ TB-nin təhqiqatçısı, polis kapitanı X4 HK1/322 nömrəli material üzrə qəbul etdiyi 21 mart 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir k i, aparılmış araşdırma zamanı izahatı alınan X3 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə saat 21:30 radələrində arıqlamaq üçün dərman qəbul edərək bir qədər ev işləri ilə məşğul olmuşdur. Sonra onun başı ağrımağa başlamış və ürəyi bulandığı üçün qaytarmağa başlamışdır. Bundan sonra o, zəhərləndiyini düşünüb təcili tibbi yardım çağıraraq Şəki MRX-ya müraciət etmişdir. Orda ona sistem qoşulduğu üçün vəziyyəti yaxşılaşmış, daha sonra ona dərman qəbul etdiyi üçün zəhərləndiyini bildirmişlər. Həmçinin həmin tarixdə onu evə buraxmışlar. O ehtiyatsızlıqdan arıqlamaq məqsədi ilə dərmanı içib zəhərləndiyi üçün hər hansı şikayət və tələbinin olmadığını, eləcə də hadisə zamanı yanında heç kimin olmadığını qeyd etmişdir. Göründüyü kimi, R.Cəfərzadənin “dərman zəhərlənməsi” di aqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı Şəki ŞRPŞ-da araşdırma aparılmış və HK-1/322 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda iddiaçının həmin hadisə barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi formada məlumat verməməsindən söhbət gedə bilməz. Həmin qərar hal hazıradək qüvvədədir və prediyusial əhəmiyyətə malikdir.

5. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)1161/2022 saylı qərarı (hakim F.İsmayılzadə) ilə iddia rədd edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi).

7. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(107)-87/2022 nömrəli (hakimlər Rövşən Rəfiyev - sədrlik edən və məruzəçi, G ünay Cavadova və Vəzirxan Məlikov ) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)1161/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

11. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2-1(102)980/2022 nömrəli (hakimlər R.Nəbizadə - sədrlik edən və məruzəçi, Z.Quliyev və S.Kərimov) qərarı ilə iddiaçının ka ssasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi İPMin 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir.

13. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı hərəkətinin onun daxili işlər orqanı adına ləkə gətirən hərəkət olması ilə bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır. Cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində iddiaçının səs yazısında Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyi qeyd edi lmiş, lakin apellyasiya məhkəməsi bu halın baş verməsini, işlədilən ifadələrin həqiqətən nalayiq və təhqiredici olmasını, bununla bağlı R.Cəfərzadənin şikayəti olmasını, həmin sözlərin iddiaçının xidməti fəaliyyəti ilə birbaşa əlaqəli olmasını araşdırıb hüquqi qiymət verməmişdir.

14. Bunun yanaşı məhkəmə kollegiyası qeyd etmişdir, cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində qeyd edilir ki, iddiaçı internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda, “Tik-Tok" sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp" ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə daxili işlər orqanlarından xaric edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bununl a bağlı da heç bir araşdırma və hüquqi qiymətləndirmə aparmamış, iddiaçının bu hərəkətinin hansı sübutlarla təsdiq edilməsini, həmin sübutların mövcud olduğu halda belə hərəkətin bu qərarın 13-16-cı bəndlərində qeyd edilən normaların pozuntusu kimi qəbul edilib daxili işlər orqanının əməkdaşının adına ləkə gətirən hərəkət sayılmasını qərarında bildirməmişdir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2-1(107)-229/2022 nömrəli (hakimlər E.Hüseynov - sədrlik edən və məruzəçi, A.Eyvazov və İ.Şükürov) qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilmiş, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi hissəsində ləğv edilmiş və İddiaçı Şəki ŞəhərRayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının Rəvanə Cəfərzadə ilə aralarında olan münaqişə ailə münasibətləri zəminində baş vermiş və ailədaxili problemdir. Sonuncunun çox saylı şikayətlər etməsi də həmin münaqişədən qaynaqlanmışdır. İş materialları ilə müəyyən edilmişdir ki, R.Cəfərzadə arıqlamaq məqsədilə dərman içmişdir. Onun özünü zəhərləmək məqsədi olmamışdır. Cavabdeh inzibati orqanın təhqiqat bölməsi nin cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, araşdırma zamanı R.Cəfərzadə 30 mart 2021-ci il tarixdə ərizə ilə müraciət edərək yaşadığı evdə dərman içib zəhərləndiyi üçün şikayət və tələbinin olmadığını bildirmiş, material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərar halhazırda qüvvədədir. Belə olan halda mübahisə predmeti olan əmrdə R.Cəfərzadənin özünü zəhərləmə məqsədi ilə dərman içməsinə istinad edilməsi doğru olmamışdır.

17. Həmçinin məhkəmə kollegiyası hesab edir ki Baş vermiş hadisənin mahiyyəti yalnız aparılmış araşdırma nəticəsində aşkar edildiyindən iddiaçının məsələnin mahiyyətini bilməsi istisna olunur (R.Cəfərzadə izahatında hadisə zamanı yanında heç kimin olmadığını bildirmişdir) və onun rəhbərliyə m əlumat verməməsi intizam məsuliyyətinə səbəb olan hal kimi qiymətləndirilməməlidir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı R.Cəfərzadənin Şəki MRX-yə çatdırılması və zəruri tibbi preparatlarla təmin edilməsinə lazımi köməklik göstərmişdir. Göründüyü kimi, iddiaçı bu hadisə ilə bağlı hər hansı qanun pozuntusuna yol verməmişdir. Mübahisə predmeti olan əmrdə iddiaçı ilə profilaktik söhbətlər aparılmasına baxmayaraq nəticə çıxarmaması və onun xidməti fəaliyyətində müsbət xarakterizə edilməməsi barədə göstərilənlər əsaslandırılmamışdır. İddiaçının Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyi müəyyən olunsa da, yuxarıda da qeyd edildiyi kimi bu ailədaxili münaqişədən qaynaqlanmış, iddiaçının sırf xidməti fəaliyyəti ilə əlaqədar olmamışdır. İddiaçıya istinad edilən hə rəkətlər onun polis adına ləkə gətirən hərəkət olması kimi qiymətləndirilə bilməz. Ona görə də iddiaçının Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə istinad edilməklə xidmətdən xaric edilməsi əsaslı olmamışdır

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmayaraq, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən qərar ləğv edilməldir. Belə ki, işin gedişi zamanı iddia çı tərəfindən irəli sürülən hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı inzibati orqanda işlə bağlı aparılan araşdırma zamanı verdiyi izahatında da yol vermiş olduğu pozuntuları etiraf etmiş və bunu öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə iddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair verilmiş rəydən də görünür ki, onun xidməti fəaliyyəti heç də iş göstəricilərinin tələblərinə uyğun deyil.

20. Məhkəmə qərarında göstərilmişdir ki, əmr qəbul edilən zaman daxili işlər orqanları adına ləkə gətirən hərəkətin tam olaraq nədə ehtiva edilmsi göstərilməmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, polis nəfəri İddiaçı hansı əməllərə görə xidmətdən xaric edilməsi tam aydın şəkildə göstərilmiş və məhkəməyə bu barədə kifayət qədər sübutlar təqdim edilmişdir. Belə ki, əmri qəbul edən zaman təsviredici hissədə göstərilən səbəbin əsaslandırıcı hissədə konkret olaraq hansı əməldə ehtiva edildiyi izah etmək və göstərmək inzibati orqanın öhdəliyi olaraq müəyyən edilməmişdir. Məhkəmə işə baxan zaman polis adına ləkə gətirən əməl dedikdə əmrdə nəyin bildirildiyini inzibati icraat materiallarında öz əksini tapmış sübutlardan da görə bilərdi, buna görə də hesab olunur ki, məhkəmənin bu mövqeyi əsassızdır. Bununla yanaşı DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”nin 108 və 114-cü maddələrinin, Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X8”nin 9, 20 və 22-ci maddələrinin və İPM-nin 14.1., 90.2, 91 və 94.2-ci maddələrinin tələblərinin pozulmasını qeyd etmişdir. Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır. Tətbiq olunan hüquq 22. “Polis haqqında” Qanun Maddə

1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; (-). Maddə

3. Polis təyinatı və əsas vəzifələri İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: (-). Maddə

5. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiə si sahəsində polisin fəaliyyəti İİ. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir... Maddə

13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: (-). Maddə

33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: (-). Maddə

34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; (-). 23. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə Maddə

108. Daxili işlər orqanlarında xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərb aycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Maddə

114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: (-). 7) xidmətdən xaric edilmə. Maddə

135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; (-).

24. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X8” Bənd

22. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə y etirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili X5 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

25. Azərbaycan Respublikası Daxili X5 Nizamnaməsinin 3.2-ci bənd inə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X8”nin və polis andının tələblərinə, DİN-nin digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.

27. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində m üvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayə t edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araş dırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin İnzibatiİqtisadi Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarında qeyd edilmiş göstərişlərinə uyğun olaraq məhkəmə araşdırılması aparılmış və nəticəndə iş üzrə qanuni qərar qəbul edilmişdir.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddiasını təmin edərkən qeyd etmişdir ki, cavabdehin xx.xx.2021-ci il Ə 96-189-21 nömrəli əmrində həmin əmrin verilməsinə əsas kimi 5 hal göstərilmişdir. Rəvanə Cəfərova xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən iddiaçı məsələnin mahiyyətini bildiyi halda, bu barədə Şəki Şəhər Rayon Polis şöbəsinin rəhbərliyinə yaz ılı, yaxud şifahi məlumat verməmişdir; iddiaçı ilə profilaktik söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmamışdır; İddiaçı “WhatsApp” mobil tətbiqetməsinin status bölməsində “Tik-Tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “WhatsApp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etmişdir; İddiaçı polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olmuşdur; İddiaçı xidməti fəaliyyətində müsbət xarakterizə edilmir.

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən əmrində qeyd edilən hallara obyektiv qiymət verərək, əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hərəkətləri onun p olis adına ləkə gətirən hərəkət kimi qiymətləndirilə bilməz və onu Daxili İşlər Nazirliyi tərəfindən “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9-cu bəndinə istinad etməklə xidmətdən xaric edilməsi qanuni olmamışdır.

36. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalı və qərar dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-229/2022 nömrəli, 18 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar