Məhkəmə qərarları › İş №2-1(102)-288/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-288/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-288/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evinə texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair texniki pasportun verilm əsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2023-cü il tarixli, 2-1(105)-488/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 28 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsini və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evini İddiaçı almışdır.

2. Sonra iddiaçı həmin tarixdə ərizə ilə cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktub u ilə bildirmişdir ki, idarənin elektron kadastr xəritəsinə əsasən fərdi yaşayış evinin dövlət mülkiyyətinə məxsus (X1) ərazidə yerləşdiyi aşkar edilmişdir.

4. Bundan sonra Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evi vahid əmlak kimi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-cı il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

5. Daha sonra iddiaçı 11 fevral 2022-ci il tarixli ərizə ilə yenidən cavabdehə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun verilməsini x ahiş etmişdir.

6. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********68 nömrəli məktubu ilə iddiaçının müraciətinə eyniməzmunlu imtina cavabı verərək bildirmişdir ki, idarənin elektron kadastr xəritəsinə əsasən fərdi yaşayış evinin dövlət mülkiyyətinə məxsus (X1) ərazidə yerləşdiyi aşkar edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış verilsə də, texniki pasport verilməsindən imtina edilmişdir. He sab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, həmin fərdi yaşayış evi İqtisad Texnikumuna məxsus ərazidə yerləşmir. İkinci olaraq fərdi yaşayış evinə dair daha öncə 4 saylı Ərazi İdarəsi tərəfindən **********12-10301 reyestr nömrəli texniki pasport verilmişdir. Harada yerləşməsindən asılı olmayaraq fərdi yaşayış evinin yerləşdiyi ərazi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Buna görə də hansı ərazidə yerləşməsindən asılı olmayaraq inzibati orqan kimi həmin ərazinin plan cizgisini vermək cavabdehin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsaslarını müəyyən edilmişdir. Cavabdehin imtina əsası isə həmin maddədə təsbit edilməmişdir.

9. Cavabdeh tərəfindən iddia tələbinə imtina məktubuna uyğu n yazılı etiraz verilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-277/2023 nömrəli qərarı ilə (hakim İ.Quliyev) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən (ünvan 2 dair texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu qeyd edərək müraciətin icrasından imtina etsə də, özü həmin torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnu qeydə almışdır. Eyni zamanda, fərdi yaşayış evinin əvvəlki mülkiyyətçisinin adına texniki pasport mövcuddur. Göründüyü kimi cavabdeh özü tərəfindən dövlət qeydiyyatına alınmış mülkiyyət hüququna aid texniki sənəd verilməsindən imtina edir ki, bu da cavabdeh inzibati orqanın heç bir hüquqi əsas olmadan imtina etdiyini göstərir. Mübahisə predmeti olan torpaq sahəsi həqiqətən də dövlət mülkiyyətində olsa belə, həmin torpaq sahəsi üzərində iddiaçının dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ ləğv edilməyənə qədər, torpaq sahəsinin mülkiyyət növünə istinad edilərək müvafiq imtina edilməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2023-cü il tarixli, 2-1(105)-488/2023 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva -sədrlik edən, A.İsmayılov və G.Cabbarova) ap ellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2 və 9.1.3-cü maddələrinə istinad edərək qeyd etmişdir, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin dövlət mülkiyyətinə məxsus olması ilə bağlı imtina cavabı yalnız həmin daşınmaz əmlaklara dair sonuncunun adına reyestrdə qeydiyyatın aparılmasına qədər verilə bilərdi. Lakin, hazırkı işdən göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən həm torpaq sahəsi, həm də onun üzərindəki fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət səviyyəsində tanınmaqla daşınmaz əmlakın dövlət r eyestrində qeydə alınmışdır. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, çıxarışda qeyd edilmiş ölçü (123 kv.m.) nəzərə alınmaqla həmin fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını x ahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 9.1.2-ci maddələrinə istinad etdiyi kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etir azın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeyd iyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə

9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ə rizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestri ndə saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə

10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd

21. Azərbayc an Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tə ləb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıra raq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə alır.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymə tləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası, həmçinin kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

30. İşin araşdırılmış hallarına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi, ev 167 ünvanında yerləşən 0,0121 ha torpaq sahəsi və onun üzərindəki ümumi sahəsi 123 kv.m olan fərdi yaşayış evini iddiaçı 28 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə alm ışdır. xx.xx.2022-ci il tarixli çıxarışa əsasən həmin daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur.

31. İddiaçının hazırkı iş üzrə hüquqi marağı onun mülkiyyətində olan fərdi yaşayış evinə dair texniki pasportun verilməsinə yönəlmişdir.

32. Cavabdehin imtinasının, eləcə də apellyasiya və kassasiya şikayətinin təkrarlanan yeganə dəlili ondan ibarətdir ki, fərdi yaşayış evi dövlət mülkiyyətinə məxsus (X1) ərazidə yerləşir.

33. Məhkəmə kollegiyasl cavabdehin dəlillərini əsaslı hesab etmir. Belə ki, cavabdeh tərəfindən həmin fərdi yaşayış evinə münasibətdə əvvəllər texniki pasport tərtib olunmuş və fərdi yaşayış evinin əvvəlki sahibinə təqdim olunmuşdur.

34. Cavabdeh bu imtinası ilə hamının qanun və inzibati orqan qarşısında bərabər olması və inzibati orqan tərəfindən eyni müh üm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsinin qadağan olunması barədə “İnzibati icraat haqqında” Qanunun 12.1-ci və 12.2-ci maddələrinin tələbini nəzərə almamışdır.

35. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

36. Hazırkı mübahisəyə münasibətdə inzibati praktikanın dəyişdirilməsi iş üzrə materiallardan görünmür. Bu baxımdan cavabdeh iddiaçıya münasibətdə də inzibati praktika ya uyğun davranmağa və onun etimad hüququnun qanunla qorunduğunu nəzərə almağa borcludur.

37. Beləliklə, mübahisələndirilən fərdi yaşayış evinin əvvəlki sahibinin adına texniki pasport tərtib edildiyindən, həmçinin iddiaçı həmin fərdi yaşayış evini aldıqdan sonra cavabdehin özü tərəfindən onun mülkiyyət hüququnu təsdiq edən çıxarış verildiyindən, cavabdehin fərdi yaşayış evinə texniki pasportun verilməsindən imtinası qanuni sayıla bilməz.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 18-21 bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.

39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında idd ialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 sentyabr 2023-cü il tarixli, 2-1(105)-488/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar