Məhkəmə qərarları › İş №2-1(102)-288/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-288/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-288/2025 17.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “sərəncamın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibat i Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2056/2024 nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Şəhəri İcra Hakimiyyətinin başçısının 833 №-li, xx.xx.1999-cu il tarixli “Torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən “Leyla firmasının (bundan sonra – iddiaçı və ya Firma) 15.03.99-cu il tarixli, 0001 №-li məktubu nəzərə alınaraq, Nizami rayonu, B.Çobanzadə küçəsində 2405-ci məhəllədə ofis binasının layihələndirilməsi və tikintisi üçün iddiaçıya 0,035 ha torpaq sahəsi ayrılmışdır.

2. Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 24 №-li xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 03/628 saylı, iddiaçının xx.xx.2002-ci il tarixli, 170 saylı məktubları və X3 ərizəsi nəzərə alınaraq, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsində iddiaçıya və vət. Ş.Ə.Əhmədovaya ayrılmış ərazidə yerləşən məişət və iaşə obyekti, eləcə də onun ətrafındakı torpaq sahəsi (əsaslı tikinti işləri aparmamaq şərti ilə), mövcud vəziyyətdə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir.

3. Həmin Sərəncama əsasən Nizami rayonu, Rüstəmov və Çobanzadə küçələrinin kəsişdiyi ərazidə, 2405-ci məhəllədə şəhid ailəsinin üzvü X5 torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 398 saylı və xx.xx.1998-ci il tarixli, 1149 saylı Sərəncamları, həmçinin iddiaçıya ofis binasının t ikintisi üçün torpaq sahəsinin ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli, 833 saylı Sərəncamı ləğv edilmişdir.

4. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 395 №-li, xx.xx.2011-ci il tarixli Sərəncamına əsasən iddiaçıya dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 24 saylı sərəncamının 1-ci bəndindəki mötərizə daxili ifadə (əsaslı tikinti işləri aparmamaq şərti ilə) ləğv edilmişdir. 5. xx.xx.2004-cü il tarixində Bakı Şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında 0261 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən 2545 kv.m olan torpaq sahəsi, 49 (qırx doqquz) il müddətinə İddiaçı Firmasının istifadəsinə verilmişdir.

6. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə ünvan 1 ünvanın da yerləşən iaşə obyektinin və məişət binasının yerləşdiyi 2545 kv.m torpaq sahəsi, icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinə əsasən qeyd olunan torpaq sahəsi xx.xx.2053-cü il tarixədək sonuncunun icarəsinə verilmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 403831 №li çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən, 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekti xx.xx.2019-cu il tarixdə dövlət reyestrində X4 adına qeydə alınmışdır.

8. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 55 №li Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək aralarında imzalanmış hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin ləğv edilməsi üçün əsas olmuş xx.xx.2023-cü il tarixli, 55 saylı Sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması:

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X1 qarşı Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllə ünvanında tikili olan 1408,2 kv.m olan qeyri-yaşayış sahəsinin sökülməsi və ərazinin boşaldılması barədə iddia ər izəsi ilə Nizami Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin məhkəmə prosesi zamanı cavabdehin vəkili və nümayəndəsi qoşmaya əlavə edilmiş sənədi təqdim etmişdir. Həmin sənəddə qeyd edilmişdir ki, “icarəyə verilmiş torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasının mülkiyyət hüququnun X4 adına xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alındığını nəzərə alaraq Firma ilə bağlanmış icarə müqaviləsi ləğv edilmişdir.”

11. Firma həmin torpaq sahəsinə görə müəyyən edilmiş icarə haqqı ödənişlərini həyata keçirmişdir. Bundan əlavə Firmaya Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 03/26 nömrəli 9/t-301 iş nömrəli xx.xx.2003-cü il tarixli “Ayrıc aktı” verilmişdir.

12. Ayrılmış torpaq sahəsində “Dan Ulduzu” şadlıq sarayı həmin ayrıc aktında göstər ilmişdir. Həmin şadlıq sarayının sökülməsi üçün Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Həmin iddia ərizəsinə baxılan zaman həmin iş üzrə cavabdeh olan X4 vəkili və nümayəndəsi qoşmaya əlavə edilmiş məktubu təqdim etmişdir. Lakin bu iddia üzrə cavabdeh olan Xidmət Firma ilə müqaviləyə xitam vermişdir. Bütün bunlara baxmayaraq iddiaçının bundan xəbəri olmamışdır. Cavabdeh inzibati orqanla bağlanmış müqavilənin heç bir bəndində ləğv edilmənin əsası yoxdur. Cavabdehin etirazları:

13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsas namə təsdiq edilmişdir. Qeyd edilən Fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması həmin Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

14. Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Xidmət əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir.

15. İddiaçıya məxsus olmuş yuxarıda qeyd olunan qeyri-yaşa yış sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X2 adına qeydə alındığından, vətəndaş Ağaəli İsmayılov ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3424 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir.

16. A.İsmayılov tərəfindən ünvan 4 ünvanındakı qeyri-yaşayış binasına mülkiyyət hüququnu təsdiq edən sənəd və mübahisə predmeti olan 2545 kv.m torpaq sahəsinin onun istifadəsində olmasını təsdiq edən digər sənədlər təqdim edildikdən sonra, Xidmətin xx.xx.2023-cü il tarixli, 55 nömrəli sərəncamı ilə Firma ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəl i icarə müqaviləsi ləğv edilmişdir.

17. Mübahisəli torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak üzərində A.İsmayılovun adına qeydə alınmış hüququnun mövcud olması təsdiq edir ki, Xidmət tərəfindən qeyd olunan əmlakın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Sərəncam yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1458/2024 saylı qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamı iddiaçıya aid hissədə ləğv edilməsi qərara alınmışdır.

19. Birinci insta nsiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı tələbində cavabdehin xx.xx.2023-cü il tarixli, 55 saylı Sərəncamının ona aid hissədə ləğv edilməsini xahiş edir.

20. İşin mübahisələndirilməyən hallarına əsasən Bakı şəhəri, Nizami rayonu, Çobanzadə və Rüstəmov küçələrinin kəsişdiyi yerdə, 2405-ci məhəllədə yerləşən 0,26 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının Sərəncamları ilə iddiaçıya ayrılmış, xx.xx.2004-cü il tarixdə Bakı Şəhəri İcra Hakimiyyəti ilə iddiaçı arasında 49 illik torpaq icarə müqaviləsi bağlanmışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə həmin ünvanda yerləşən iaşə obyektinin və məişət binasının yerləşdiyi 2545 kv.m torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə iddiaçı arası nda xx.xx.2015-ci il tarixli icarə müqaviləsi bağlanmışdır.

21. Həmin ünvanda yerləşən 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekti xx.xx.2019-cu il tarixdə dövlət reyestrində X4 adına qeydə alınmışdır.

22. Cavabdehin xx.xx.2023-cü il tarixli Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir.

23. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.

24. Qəbul edilmiş inzibati akt “Dövlət torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinin ləğv edilməsi haqqında” adlandırılmaqla məzmunu aşadakı kimidir: İcarə əsasında istifadə edilən torpaq sahəsində yerləşən obyektlərin üzərində icarəçilərin mülkiyyət hüququna xitam verildiyini və icarəçilərin imtina məkt ubunu nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719-cu, Torpaq Məcəlləsinin 73-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 № li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 5.5.9-cu yarımbəndini rəhbər tutaraq qərara alınır:

25. Bu Sərəncama əlavədə göstərilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələrini icarə müqavilələri ləğv edilir;.... Sərəncama icarə müqaviləsi ləğv olunan torpaq sahələrinin Siyahısı əlavə edilmişdir. Həmin siyahının 3-cu sırada iddiaçıya aid hissədə icarə müqaviləsinin ləğv edilməsi əsası kimi, “qeyri-yaşayış binasının mülkiyyət hüququnun X4 adına DƏDRX-də xx.xx.2019-cu il tarixli, ********** nömrə ilə qeydiyyata alınma sı və icarə haqqı borcunun xx.xx.2023-cü il tarixə kimi ödənildiyi nəzərə alınaraq icarə müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi (X4 adına icarə müqaviləsi bağlanması şərti ilə) qeyd edilmişdir. Sərəncamın faktiki əsası kimi torpaq sahəsində yerləşən obyektlərin üzərində icarəçilərin mülkiyyət hüququna xitam verilməsi, icarəçilərin imtina məktubu, qeyri-yaşayış binasının mülkiyyət hüququnun X4 adına DƏDRX-də xx.xx.2019-cu il tarixli, ********** nömrə ilə qeydiyyata alınması və icarə haqqı borcunun xx.xx.2023-cü il tarixə kimi ödənilməsinə istinad edilmişdir. Sərəncamın hüquqi əsası kimi - Mülki Məcəllənin 719-cu, Torpaq Məcəlləsinin 73-cü maddəsinə və Xidmətin Əsasnaməsinin 5.5.9-cu yarımbəndinə istinad edilmişdir.

26. Məhkəmə Sərəncamın faktiki əsası ilə bağlı aşağıdakılar ı qeyd edir: İşin mübahisələndirilməyən halıdır ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və onunla həm Bakı şəhər İcra Hakimiyyəti, sonradan isə Xidmətlə icarə müqavilələri bağlanmışdır. Sərəncamda torpaq sahəsinin icarəçilərinin imtina məktubuna istinad edilsə də, iddiaçı tərəfindən belə bir məktubun verilməsi, torpaq sahəsindən imtina etməsi müəyyən edilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu halı təsdiq edərək iddiaçı tərəfindən belə bir məktubla müraciət edilmədiyini, Sərəncam ümumi Sərəncam olduğuna görə, həmin halın digər əmlaklara və şəxslərə münasibətdə nəzərdə tutulduğunu bildirmişdir. Sərəncamda icarə haqqının xx.xx.2023-cü il tarixə qədər ödənilməsi qeyd edilsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı x x.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Xidmətin hesabına hər ay üzrə 263 manat olmaqla icarə haqqı ödəmişdir.

27. Göründüyü kimi Sərəncamın faktiki əsası kimi istinad edilən hallar hazırkı işə münasibətdə öz təsdiqini tapmır.

28. Hazırkı işdə tərəflər müvafiq müqaviləni bağlamaqla öz hüquq və vəzifələrini, öhdəliklərini, müqaviləyə xitam verilməsi qaydasını və s. müəyyən etmişlər.

29. Mübahisələndirilən Sərəncamla yuxarıda qeyd edilən faktiki və hüquqi əsaslara istinad edilərək müqavilə cavabdeh tərəfindən birtərəfli qaydada ləğv edilmişdir.

30. Baxılan işdə icarə müqaviləsi xx.xx.2015-ci ildə bağlanmış və müqavilənin müddəti xx.xx.2053-cü ilədək müəyyən edilmişdir.

31. Cavabdeh müqavilənin ləğv edilməsinin digər bir əsası kimi torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına istinad etmişdir. Lakin iddiaçının istifadəsinə verilmiş və müddəti başa çatmamış torpaq icarə müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən normalarda bu hal nəzərdə tutulmamışdır.

32. Bundan başqa qeyd olunmalıdır ki, Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzasl arda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir.

33. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daimi istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir.

34. Nəzərə almaq lazımdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ola raq məhkəmə qaydasında həll olunur.

35. İddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib-etməməsi ayrıca məhkəmə mübahisəsinin (mülki işlər və ya kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında baxılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən Sərəncamla müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. Bu hal da özü-özlüyündə həmin Sərəncamın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir.

36. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

37. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-2056/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəmə sinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-1458/2024 saylı qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “cavabdeh ilə Firma arasında imzalanmış hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin ləğv edilməsi üçün əsas olmuş 55 saylı xx.xx.2023-cü il tarixli Sərəncamın iddiaçıya münasibətdə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

38. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş və onunla Bakı şəhər İcra Hakimiyyəti, sonradan isə Xidmətlə icarə müqavilələri bağlanmışdır. xx.xx.2019-cu il tarixdə 403831 №li çıxarışla ünvan 2 ünvanında yerləşən, 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1.408,0 kv.metr olan qeyri-yaşayış obyekti dövlət reyestrində X4 adına qeydə alınmışdır. Qeyd edilən əsasla cavabdehin hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 55 №li Sərəncamı ilə iddiaçı ilə mübahisə predmeti olan torpaq sahəsinə dair bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsi ləğv edilmişdir. İddiaçı hazırda həmin sərəncamın ləğv edilməsini xahiş edir.

39. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin sərəncamı qanunauyğun olmuşdur.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə X4 adına qeydə alınmışdır. Daha sonra mülkiyyətçi ərizə ilə cavabdehə müraciət edərək İddiaçı firması ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmiş, Əmlak Məsələləri Dövlət Xidməti isə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələb lərinə riayət etməklə xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsini ləğv etmişdir.

41. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi X7 olduğundan və mülkiyyətçi kimi torpaq sahəsini satın almaqdan imtina etmədiyindən, əksinə icarə müqaviləsinin ləğvi ilə bağlı müraciət etdiyindən, eyni zamanda iddiaçının həmin torpaq sahəsi üzərində yerləşən hər hansı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hərəkətləri qanunauyğun olmuşdur.

42. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlillər i

43. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Qeyd edilən normadan göründüyü kimi, torpaq sahəsi üzərində olan daim i istifadə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən xitam verilməsi nəzərdə tutulmuşdur ki, hazırkı işdə də torpaq sahəsi iddiaçının daimi istifadəsinə yox, müddətli icarəsinə verilmişdir. 44. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin tələbi pozulmuşdur. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Yuxarıda qeyd olunan hüquq normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, iddiaçının icarə müqaviləsinin şərtlərinə əməl edib etməməsi ayrıca məhkəmə mübahisəsinin (mülki işlər və ya kommersiya mübahisələri üzrə məhkəmə icraatı qaydasında ba xılmalı olan) predmeti olduğundan cavabdehin mübahisələndirilən Sərəncamla müqaviləni birtərəfli qaydada ləğv etmək səlahiyyəti olmamışdır. Bu hal da özü özlüyündə həmin Sərəncamın qanunsuz sayılaraq, ləğv olunmasına əsas verir.

45. Mülki Məcəllənin 719-cu maddəsi və Torpaq Məcəlləsinin 73-cü maddələrinin tələbləri pozulmuşdur. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Torpaq icarəsi müqaviləsi azı üç il müddətinə bağlandıqda bu müqavilə üzrə hüquq münasibətləri o halda qeyrimüəyyən müddətə uzadılır ki, iştirakçılardan biri bu barədə sorğu verdikdən sonra digər iştirakçı həmin münasibətlərin davam etdirilməsindən üç ay ərzində imtina etməsin. Sorğu və imtina yazılı formada tərtib edilməlidir. Əgər sorğuda ona riayət edilmə məsinin nəticələri birbaşa göstərilməmişsə və sorğu icarənin üçüncü ili ərzində verilməmişsə, onun qüvvəsi yoxdur. Əgər icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin istənilən iştirakçısı müqaviləni icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmamaqla ləğv edə bilər. Həm də ləğvetmə icarənin növbəti ilinin sonunda qüvvəyə minir. Şübhə halında icarə ili təqvim ili sayılır. Daha qısa müddətin müəyyənləşdirilməsi barədə razılaşma yazılı formada bağlanmalıdır. Qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilə bildiyi hallarda ləğvetməyə yalnız icarə ilinin sonunda yol verilir; ləğvetməyə dair bildiriş icarəyə xitam veriləcək icarə yarımilliyinin üçüncü iş günündən gec olmayaraq verilməlidir. İcarə müqaviləsi 30 ildən çox müd dətə bağlandıqda müqavilənin istənilən iştirakçısı 30 ildən sonra müqavilənin ləğvinə dair bildirişi icarənin növbəti ilinin sonu üçün qüvvəyə minməklə icarənin hər hansı ilinin üçüncü iş günündən gec olmayaraq verə bilər. Əgər müqavilə icarəyə verənin və ya icarəçinin bütün ömrü üçün bağlanmışdırsa, ləğvetməyə yol verilmir. İcarəçi iş qabiliyyətini itirdikdə, əgər icarəyə verən icarəyə götürülmüş əşyanın təsərrüfat təyinatına uyğun lazımi istifadəsini təmin etmək məqsədilə hər hansı üçüncü şəxsə ikinci əldən icarəyə verilməsi ilə razılaşmırsa, icarəçi xəbərdarlıq müddətlərini gözləməklə hüquq münasibətlərini ləğv edə bilər. Bu qaydaya zidd olan razılaşmanın qüvvəsi yoxdur. İcarəçi öldükdə onun vərəsələri, habelə icarəyə verən müqavilənin ləğvinə dair bildirişi təqvimili rübünün sonu üçün qüvvəyə minməklə altı ay əvvəldən vermək hüququna malikdirlər. Yalnız o halda vərəsələr müqavilənin icarəyə verən tərəfindən ləğv olunması barədə şikayət verə bilər və müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilərlər ki, onların və ya digər miras şəriklərinin və ya bunu tapşırdıqları hər hansı üçüncü şəxsin əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadəni təmin etdikləri ehtimal olunsun. Əgər vərəsələr icarə müddətinin qurtarmasına azı üç ay qalmış şikayət verməzlərsə və icarəyə götürülmüş əşyadan onun təsərrüfat təyinatına uyğun lazımi istifadə olunacağını ehtimal etməyə imkan verən hallar barəsində məlumat verməzlərsə, icarəyə verən müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsindən imtina edə bilər. etiraz barəsində bildiriş və məlumat yazılı formada tərtib edilməlidir. Razılıq əldə edilməzsə, qərarı vəsatət əsasında məhkəmə qəbul edir. Bu Məcəllənin 677.1.4, 685.1 və 686-cı maddələrində nəzərdə tutulmuş hallarda xəbərdarlıq müddətləri gözlənilmədən müqavilənin ləğv edilməsinə yol verilir. İcarəçi icarə haqqını və ya onun mühüm hissəsini ödəməyi üç aydan çox gecikdirdikdə də, icarəyə verən müqaviləni dərhal ləğv edə bilər. Əgər icarə haqqı bir ildən az müddət üçün tutulursa, müqavilənin ləğvinə yalnız icarəçinin iki ardıcıl müddət üçün icarə haqqını və ya onun mühüm hissəsini ödəmədiyi halda yol verilir. Əgər həmin müddət çatanadək icarəyə verən təmin edilərsə, müqavilənin ləğvi istisna olunur. Əgər icarəçi borcu qarşılıqlı əvəzləşdirmə çərçivəsində ödəyərək ondan azad olursa və ləğvetməyə dair bildirişdən dərhal sonra bu ba rədə məlumat verirsə, ləğvetmənin qüvvəsi yoxdur. Ləğvetməyə dair bildiriş yazılı formada tərtib edilməlidir. Torpaq Məcəlləsinin 73-cümaddəsinə görə: Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ö dənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsini n ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Cavabdeh müqavilənin ləğv edilməsinin əsası kimi torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyektinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qey də alınmasına istinad etmişdir. Lakin iddiaçının istifadəsinə verilmiş və müddəti başa çatmamış torpaq icarə müqaviləsinin ləğv edilməsi üçün yuxarıda istinad edilən normada bu hal nəzərdə tutulmamışdır.

46. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli,1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.48-ci bəndinin tələbi pozulmuşdur. Dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları(sənaye, yaxud texnologiyalar parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sah ələri istisna edilməklə) icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim edilməsi üçün Nazirliyə vermək, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə rəy vermək Xidmətin vəzifəsidir. Qeyd olunan normada Xidmətin vəzifələrindən birinin hüquqi və fiziki şəxslərin obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqları icarəyə və istifadəyə vermək, bağlanmış əqdlərin qeydiyyatını aparmaq və rəy vermək göstərilmiş, lakin hər hansı müqavilənin birətərfli qaydada ləğv edilməsi kimi vəzifəsi olduğu göstərilməmişdir. Bundan başqa, mübahisə predmeti olan obyekt üzrə 14 oktyabr 2013-cü il tarixli notarial qaydada bağışlanma müqaviləsi bağlanmış və həmin müqavilə üzrə ünvan 2 ünvanında yerləşən, 0,046 ha torpaq sahəsindəki, ümumi sahəsi 1408,0 kv.metr olan qeyri-yaşayış obyekt İddiaçı Firması tərəfindən "xxxx" MMC-yə bağışlanmışdır. Həmin müqavilə bağlandıqdan sonra qeyri-yaşayış obyekti "xxxx" MMC-nin istifadəsinə keçmiş, lakin buna baxmayaraq həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi xx.xx.2015-ci il tarixdə Xidmət ilə "xxxx" MMC ilə deyil İddiaçı Firması arasında bağlanmış və ümumiyyətlə həmin müqavilənin "xxxx" MMC ilə bağlanılmasının mümkün olmadığını və ancaq Bakı Şəhəri İcra Hakimiyyətinin Sərəncamı ilə torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verildiyi təqdirdə həmin müqavilənin bağlanmasının mümkün olduğunu bildirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

47. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

48. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya q ərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİ NİN HƏDLƏRİ

49. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

50. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi nin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

53. Apellyasiya məhkəməsi sərəncamın ləğv edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarın da ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

54. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixli, 55 saylı Sərəncamın cavabdeh tərəfindən qəbul edilməsi zamanı “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş əsaslara, prinsiplərə və prosedur qaydalara riayət olunmuşdur.

55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 243.1-ci maddəsinə əsasən başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

56. Həmçinin Mülki Məcəlləsinin 243.2-ci maddəsinə əsasən özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir.

57. İş materiallarından göründüyü kimi ünvan 4 ünvanındakı qeyri-yaşayış binası üzərində X4 mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmışdır.

58. Daha sonra mülkiyyətçi ərizə ilə cavabdehə müraciət edərək İddiaçı firması ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Xidməti isə xx.xx.2015-ci il tarixli, 3425 nömrəli icarə müqaviləsini ləğv etmişdir.

59. Məhkəmə kollegiyas ı qeyd edir ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak üzərində A.İsmayılovun adına qeydə alınmış hüququnun mövcud olması təsdiq edir ki, Xidmət tərəfindən qeyd olunan əmlakın yerləşdiyi mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Sərəncam qanunvericilik normalarının tələblərinə uyğun olmuşdur.

60. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi X7 olduğundan və mülkiyyətçi kimi torpaq sahəsini satın almaqdan imtina etmədiyindən, əksinə icarə müqaviləsinin ləğvi ilə bağlı müraciət etdiyindən, eyni zamanda iddiaçının həmin torpaq sahəsi üzərində yerləşən hər hansı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüq uqları dövlət qeydiyyatına alınmadığından cavabdehin hərəkətləri qanunauyğun olmuşdur.

61. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir.

62. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-2056/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar