Məhkəmə qərarları › İş №2-1(102)-2880/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2880/2019

04.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2880/2019 04.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi idarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər:(torpaq sahəsinə çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 s aylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı evə və torpağa mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1331/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 04 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Nəsimi rayon X2 İcraiyyə Komitəsinin 159 saylı, 21.09.1990 -ci il tarixli qərarı ilə 4-cü Aşırım küçəsi, 76 ünvanda, ümumi sahəsi 211.1 kv.m olan torpaq sahəsinin üzərində yerləşən İddiaçı məxsus evin ilkin hüquqi qeydiyyatının aparılmasına razılıq verilməsi, evin inventarlaşdırılmasının aparılması və texniki pasportuna müvafiq dəyişikliklərin edilməsi üçün Texniki İnventarlaşdırma Bürosuna müraciət edilməsi qərara alınmışdır. ünvan 1-da yerləşən fərdi yaşayış evi 14.05.2018-ci il tarixdə “Hüquqların Dövlət qeydiyyatı haqqında” dövlət reyestrində qeydiyyatdan keçmişdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 56 kv.m, yaşayış sahəsi 46 kv.m, yardımçı sahəsi 10 kv.m olan, 2 otaqlı fərdi yaşayış evinin yaşayış sahəsi 21.7 kv.m.-dən ibarət olan 1 otaq İddiaçı tərəfindən 07 may 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması barədə” müqaviləyə əsasə n oğluna - Nümayəndə hədiyyə edilmişdir. İddiaçı (bundan sonra - iddiaçı) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və mülkiyyət formasının dəyişdirilərək dövlət reyestrindən çıxarış verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh 16.08.2018-ci il tarixli,**********23 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”lə iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Qeyd olunan imtinadan sonra iddiaçı cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşə n torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nəsimi rayon X2 İcraiyyə Komitəsinin 159 saylı, 21.09.1990-ci il tarixli sərəncamına əsasən, xxx küçəsində yerləşən 211.1 kv.m torpaq sahəsi ona ayrılmışdır. Həmin sərəncama əsasən qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilkin qeydiyyata alınaraq çıxarış alınmışdır. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi cavabdehdən xahiş edilsə də cavabdeh 16.08.2018-ci il tarixli, ******* ***23 nömrəli məktubla müraciəti təmin etməkdən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, təqdim olunmuş texniki pasportla müqayisədə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. İddiaçı hesab edir ki, müraciətinin təmin olunmasıdan göstərilən əsaslarla imtina edilməsi əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh 12.02.2019-cu il tarixdə iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim olunmuş texniki pasportla müqayisədə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur və 4 saylı sahəyə bitişik 13.2 kv.m əlavə tikili inşa edilmişdir. Bundan başqa, təqdim olunmuş texniki pasportun arxiv nüsxəsi arxiv əsaslarında aşkar olunmamışdır. Həmçinin iddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi xahişi ilə deyil, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2-1(81)208/2019 saylı qərarı ilə (hakim: M.T.Hacıbəyova) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya qanuni əsaslarla ayr ılmış, 1990-ci ildən istifadəsində olan torpaq sahəsinin üzərində əlavə tikililərin olması, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasında imtina üçün əsas ola bilməz. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1331/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 fevral 2019-cu il tarixli 2-1(81)-208/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassa siya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq torpaq sahəsinin üzərində inşa olunmuş fərdi yaşayış evi (torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 1 (bir) otağı Nümayəndə adına, qalan hissəsi isə İddiaçı adına qeydiyyatdan keçmişdir. Bundan əlavə, müvafiq ünvanda idarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq torpaq sahəsinin texniki pasp ortu ilə müqayisədə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Bundan başqa, 4 saylı sahəyə bitişik 13.2 kv.metr əlavə tikili inşa edilmişdir. Müvafiq yaşayış evində aparılmış yenidənqurma işlərinə və inşa edilmiş əlavə tikiliyə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin, idarəyə təqdim edilmiş ərizəyə əlavə olunmuş texniki pasportun arxiv nüsxəsi arxiv əsaslarında aşkar olunmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və idarə tərəfindən iddiaçıya qanunamüvafiq qaydada əsaslandırılmış imtina məktubu ünvanlanmışdır. Lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qeyd olunan hallar araşdırılmamış, şikayətdə qeyd olunan hallar məhkəmə tərəfindən nəzərə alınmamış, idarə tərəfindən verilmiş ekspertizanın keçirilm əsi və üçüncü şəxslərin cəlb edilməsi barədə vəsatət təmin edilməmiş və nəticədə istinad edilən qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Daha sonra şikayətdə qeyd edilir ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə Nümayəndə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyas ının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin xahiş etdi. İddiaçı və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdikləri üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onların izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qa ydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hü ququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunununda da qeyd edilmişdir. Həmin qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasımn (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;..8.0.5.2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tut arları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan tor paqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. « Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları nəzərdə tutulmuşdur. Əgər dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olm ayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda dövlət qeydiyyatdından imtina oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2 016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibar sız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.11-ci ma ddəsinə əsasən, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 3.0.24-cü bəndinə əsasən, bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifələrinə aid edilmişdir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, işin düzgün və ədalətli araşdırılması məqsədilə Nümayəndə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Ka dastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və məhkəmə tərəfindən ekspertiza təyin olunmalıdır. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü ş əxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Göründüyü kimi, istinad olunan normada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmə iki formada: ya həmin şəxsin özünün vəsatəti, ya da məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Başqa sözlə, proses iştirakçılarının göstərişi ilə üçüncü şəxslərin məhkəmə icraatına cəlb edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, həmin normanın təhlilindən görünür ki, belə cəlbetmə məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə isə bu hüququ o zaman reallaşdıra bilər ki, qəbul olunacaq qərarla həmin şəxslərin maraqlarına toxunacağı ehtimalı yaranmış olsun. Hazırkı halda isə belə bir ehtimal yaranmadığı üçün haqlı olaraq məhkəmələr Nümayəndə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövl ət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini üçüncü şəxs kimi işə cəlb etməmişdir. Beləliklə kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçının qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığına görə haqlı olaraq iddianın təmin edilməsi nəticəsinə gəlmişdir. İddiaçı tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlər mübahisəli tor paq sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kasassiya şikayətində göstərilən arqumentlərin heç bir hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1331/2019 saylı, 04 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar