Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2880/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə” Sumqayıt Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 21(105)-610/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 50 yaşdan, yəni 20 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, 01 iyun 1973cü ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X3 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)1319/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçıya 50 yaşdan, yəni 20 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və onun 01 iyun 1973-cü ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X3 Mədəndə fəhlə kimi mədənçıxarma s ahəsində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal-hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 may 2018-ci il tarixli, 2-1(105)-300/2018 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 21(85)- 1319/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra 20 avqust 2018-ci il tarixdə icra olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə göndərilmişdir. Şöbə 03 may 2019-cu il tarixli məktubunda bildirmişdir ki, məhkəmənin qərarı tərəflərindən icra olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində birinci icraat 5. xx.xx.2023-cü il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)-1319/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-6794/2017 nömrəli qətnaməsinə əsasən (hakim:İlyas Mahmudov) iddiaçının 01 iyun 1973-cü ildən 30 noyabr 1988-ci ilədək Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X3 Mədəndə fəhlə və 01 dekabr 1988-ci ildən 31 avqust 1993-cü ilədək Qubadlı rayonu Xocik kəndində İnqilab kolxozunda kolxozçu işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə İddiaçı Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak MisMolibiden kombinatında işlədiyi dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edildiyindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən onun xx.xx.2006-cı il tarixinədək 20 il iş stajı və bu stajın 15 ili Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş peşə vəzifələrə uyğunlaşdırılaraq, xx.xx.2006-cı il tarixindən əvvəl qüvvədə olmuş və “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17 və 72-ci maddələrinin tələblərinə uyğun olaraq 2004-2005-ci illər üzrə 846,00 manat (Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq) orta aylıq əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-isti fadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş qismində tanınmışdır. Həmin hakimin sədrliyi ilə baxılmış “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə çıxarılmış qətnamənin həqiqiliyinə şübhələr yarandığından, tərəflərindən həmin qətnamənin əldə olunması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2022-ci il tarixində daxil olmuş 2(060)6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surəti ilə Sumqayıt Şəhər Məhkəməsinin şəxsə dair 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli “hüquqi faktın müəyyən edilməsi” haqqında Qətnaməsi arasında uyğunsuzluq aşkar edilmişdir. Belə ki, Sumqayıt Şə hər Məhkəməsinin 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli məhkəmə əmri "xxxx" ASC-nin borclu X1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı olmuşdur. Göründüyü kimi iddiaçıya pensiya təyin olunmasına əsas olmuş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6794/2017 nömrəli xx.xx.2017-ci il tarixli Qətnaməsinin həqiqiliyi öz təsdiqini tapmamışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023-cü il tarixli, 2-1(085)-1319/2018 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni acılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu hal hazırkı işdə mövcud deyil. Bu isə ərizəçinin qanunvericilikdə nəzərdə tutulmuş digər vasitələrdən istifadə etməsini istisna etməsə də, hazırkı hüquq müdafiə vasitəsini istisna edir. Eyni zamanda həmin müddətin buraxıldığı halda, müddətin bərpasına yol verilmir.
9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsində birinci icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2-1(105)-610/2023 nömrəli qərardadı ilə (hakimlər H.Babayeva – sədrlik edən və məruzəçi, Z.Məmmədov və G.Cabbarova) Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instans iyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, hüquqi mövqeyini əsaslandırmaq üçün İnzibati Prosessual Məcəlləsinin 100, 102, 103.1, 103.2, 103.3 və 106.3-cü maddələrinə istinad edilmidşir.
12. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün cavabdeh İnzibati Prosessual Məcəlləsinin 100 və 103.1-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qar şı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan ye ni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərd ə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan la zımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apelyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyin i və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.
20. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də n əzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.
21. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.
22. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətl ərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.
23. Bu qərarın 15-ci bəndində istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
24. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 12 aprel 2018-ci il tarixli 2-1(85)-1319/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qərar 2018-ci ildə qanuni qüvvəyə minmişdir. Cavabdeh isə xx.xx.2023cü il tarixdə yəni, 3 illik müddəti ötürməklə (təxminən 5 il) sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
25. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün yuxarıda qeyd olunan müəyyən müddət məhdudiyyəti hazırkı mübahisəyə münasibətdə ödənilməmişdir.
26. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Ona gö rə də, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 sentyabr 2023-cü il tarixli, 2-1(105)-610/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.