Məhkəmə qərarları › İş №2-1(102)-2884/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2884/2019

02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2884/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı onun əmək kitabçasında qeyd olunan illə rin güzəştli iş stajı kimi nəzərə alınmaqla 08 noyabr 2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1666/2019 saylı iş üzrə 16.07.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1961-ci il tarixdə Ermənistanın Amasiya rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qan unvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsinə qarşı onun əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla 08 noyabr 2013-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə anadan olmuş və 25.08.1979-cu ildən hal-hazıra kimi əmək fəali yyəti ilə məşğul olur. İşlədiyi vəzifələr bütünlükdə neft sahəsində xüsusilə ağır olduğundan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, istehsalatların və göstəricilərin” Siyahısına daxildir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina məktubu ilə tələbinin təmin edilməsindən imtina etmişlər. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, onun 52 yaşı 2013-cü il tarixdə tamam olmuş və güzəştli pensiya hüququ əldə etmişdir. Həmçinin zərərli işlərdə işləməyi ilə sübut olunmuş və iddia ərizəsinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin 14.05.2019-cu il tarixli iş № 2-1(82)-1819/2019, (sədrlik edən hakim Zaur Tağıyev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabd eh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 14.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 16.07.2019-cu il tarixli iş № 2-1(103)-1666/2019 (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin 14.05.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanunun tələbinə uyğun olaraq güzəştli iş stajı olmad ığından ona “güzəştli şərtlərlə əmək pensiyası”nın təyin olunması mümkün olmamışdır. Hesab edir ki, 27.02.2019-cu il tarixli imtina əsaslıdır. Onların tərəfindən iddiaçıya 26.09.2017-ci il tarixində 16/01-7503 saylı imtina məktubu verilmişdir. Hesab edir ki, imtina əsaslıdır. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin 2 saylı BİİM-nin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 iyul 2019-cu il tarixli, 2-1(103)-1666/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar ın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 16 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə il ə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, iddiaçının qanunun tələbinə uyğun olaraq güzəştli iş staj ı olmadığından ona “güzəştli şərtlərlə əmək pensiyası”nın təyin olunması mümkün olmamışdır. Hesab edir ki, 27.02.2019-cu il tarixli imtina əsaslıdır. Onların tərəfindən iddiaçıya 26.09.2017-ci il tarixində 16/01-7503 saylı imtina məktubu verilmişdir. Hesab edir ki, imtina əsaslıdır. Buna baxmayaraq həm birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etmiş və DSMF-nin Sabunçu rayon şöbəsinin 2 saylı BİİM-nin qərarından verilmiş apelyasiya şikayəti təmin olunmamışdır. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından və əmək kitabçasına əsasən 25 avqust 1979-cu ildən əmək fəaliyyətinə başlamış iddiaçının 01 yanvar 2006-cı ilədək ümumi stajı 25 ildən artıq olmuşdur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanm ası, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya, hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. Göründüyü kimi, "Əmək pe nsiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respu blikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, iddiaçının 25 il ümumi, 12 il 6 ay xüsusi stajı 01 yanvar 2006-cı ilədək yarandığı üçün, hazırkı mübahisəyə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə müvafiq olaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (01 yanvar 2006-cı ilədək olan redaksiyası) 13-cü maddəsinə əsasən axırıncı iş yeri ndən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 saylı siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişiklik edilməsi barədə” 321-İQD saylı, 13 iyun 1997-ci il tarixli Qanunun İ hissəsinin 1-ci bəndinə əsasən birincinin 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılmışdır. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək (01 yanvar 2006-cı il) müvafiq ümumi və xüsusi (zərərli) stajı toplamışdırsa, onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla, müəyyən edilmiş güzəştli şərtlərlə pensiya almaq hüququ, həmin Qanunla müəyyən edilmiş yaş həddinə çatdığı gündən yaranır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, iddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 992-ci il tarixli Qanununun (01 yanvar 2006-cı il tarixədək olan redaksiyası) 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə ko llegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 16.07.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.07.2019-cu il tarixli 2-1(103)1666/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar