Məhkəmə qərarları › İş №2-1(102)-2884/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2884/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2884/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellya siya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-2352/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının hərbi biletinə, diplomuna və əmək kitabçasına əsasən o, xx.xx.1978-xx.xx.1979-cu illərdə X7 İstehsalatı Tikinti Təmir Komitəsinin Abşeron rayon birliyində çilingər vəzifəsində, xx.xx.1979-xx.xx.1981-ci illərdə X12 İstehsalı Komitəsində fəhlə və operator vəzifələrində işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdə Bakı Birləşmiş Aviasiya Dəstəsinin Təmir Tikinti İdarəsinə rəngsaz vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci ildə müəssisənin adı "xxxx"na dəyişdirilmiş, xx.xx.2001- ci ildə həmin vəzifədən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə Bakı Aeroportunda Uçuşların axtarılması və qəzadan xilasetmə təminatı xidmətinə 4-cü dərəcəli xilasedici vəzifəsinə qəbul olmuş, xx.xx.2006-cı il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2006-cı il tarixdə Aviasiya Təhlükəsizlik İdarəsində Uçuşların axtarılması və qəzadan xilasetmə təminatı xidmətinə xilasedici vəzifəsinə qəbul edilmiş, xx.xx.2007ci il tarixdə həmin xidmətdə böyük xilasedici vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdə Yanğın Təhlükəsizliyi və Qəzadan Xilasetmə xidmətinə yanğınsöndürənxilasedici vəzifəsinə keçirilmiş, xx.xx.2015-ci il tarixdə Heydər Əliyev adına Beynəlxalq Aeroportunda mühafizə xidmətinə hava gəmilərinin və mü lki aviasiya obyektlərinin mühafizəsi üzrə keşikçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə X2 Baş İdarəsi Heydər X3 Terminal 2 Texnoloji avadanlıqlarının istismarı və təmiri xidməti ventilyasiya, kondisioner və istilik-soyuq təchizatı sistemlərinə xidmət sahəsinə ventilyasiya və kondisioner sisteminin təmiri və xidməti üzrə çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin cəmiyyətin X2 Baş İdarəsinin tərkibində hesab edilmiş, xx.xx.2019-cu il tarixdə ştat cədvəlinin dəyişilməsi ilə əlaqədar həmin cəmiyyətin Texnoloji avadanlıqların istismarı və təmiri idarəsinin çilingəri vəzifəsində hesab edilmişdir. xx.xx.2021-ci il tarixdən hazıradək həmin vəzifədə işləyir.

2. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səh mdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində çalışmışdır. xx.xx.1984- cü il tarixdə (xx.xx.1984-cü il tarixli 17/1 nömrəli əmr) işə qəbul olunmuş, xx.xx.2001-ci il (xx.xx.2001-ci il 5/İ nömrəli əmr) tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İşlədiyi müddət ərzində həqiqətən təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərəli nitro boyaları tədbiq etməklə müvafiq boya işlərini həyata keçirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35- ci mad. təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar müvafiq olaraq pensiya hüququ verən vəzifəsində işləməsi üzrə iş stajı-17 il 00 ay 14 gündür.

3. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixli məktubunda göstərmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində zərərli nitro boyalar tətbiq etməklə rəngsaz vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirmişdir. Onun işlədiyi sahə üzrə əmək şəraiti zərərli olduğundan əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada qısaldılmış iş vaxtı və əlavə məzuniyyət tətbiq edilmiş, həmçinin 17 (on yeddi) il ərzində aylıq olaraq onun əmək haqqının orta hesabla 21,76% miqdarında əlavə əmək haqqı da hesablanaraq ödənilmişd ir.

4. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" QSC xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçı "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsi üzrə əmək funksiyalarını yerinə yetirərkən tez alışan “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etmişdir. Sözügedən maddələrin təhlükəliliyinin 3cü sinifdən aşağı olmaması onunla müəyyən edilir ki, həmin boyalar alovlana biləndir, tənəffüs yollarına daxil olduqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlığa zərərlidir, ancaq havası müntəzəm dəyişdirilən yerlərdə istifadə edilməlidir.

5. İddiaçı ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının t əyin edilməsini xahiş etmişdir.

6. Cavabdeh 1 iyul 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1984xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Hava Yolları" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz peşəsində işlədiyi qeyd edilmişd ir. Adıçəkilən müəssisə tərəfindən iddiaçıya dair xx.xx.2022-ci il tarixli, 275 nömrəli arayışda rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçıya xx.xx.2017-ci il tarixdən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququ yaranan tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddiaçı tələbin i onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı olan "xxxx" QSC tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 275 saylı arayışın məzmunundan görünür ki, iddiaçı həqiqətən xx.xx.1984-cü il tarixindən etibarən xx.xx.2001-ci il tarixədək "xxxx" QSC-nin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində əmək funksiyasını yerinə yetirmiş və işlədiyi müddət ərzində təhlükəliyi 3-cü sinifdən aşağı olmayan zərərli nitro boyaları istifadə etməklə müvafiq boya işlərini həyata keçirmişdir. İddiaçıya məxsus zəruri qaydada təsdiq edilmiş əmək kitabçasının surətindən və "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 275 saylı arayışından müəyyən etmək olar ki, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iddiaçının ümumi iş stajı 17 il 14 gün t əşkil etmişdir. İnzibati icraat zamanı cavabdeh tərəfindən "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 275 saylı arayışının sübut kimi qəbul edilməməsinin heç bir hüquqi əsası yoxdur.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(112)-2028/2023 nömrəli qərarı ilə (hakim: X1) iddia qismən təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35- ci mad. təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar müvafiq olaraq pensiya hüququ verən vəzifəsində işləməsi üzrə iş stajı-17 il 00 ay 14 gündür. İddiaçının işlədiyi müəssisənin arayışından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 17 il 15 gün güzəştli iş stajı olmuşdur. İddiaçının işlədiyi müəssisə onun “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa gö rə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan vəzifədə işlədiyini, şəxsi hesab vərəqələrinə əsasən bu zaman nitroboyalardan (нитрокраска), “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etdiyini göstərmiş, lakin həmin maddələrin tərkibi barədə məlumat olmadığını qeyd etmişdir. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdə qüvvədə olan qanunvericiliyə əsasən ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği şəxsə ödənilir, lakin bu məbləğ ən çoxu müraciət edilən tarixdən əvvəlki üç il üçün ödənilir. İşdə olan inzibati icraat materiallarından görünür ki, iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, ona pensiya ödənişi həmin tarixdən deyil, cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməlidir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-2352/2023 nömrəli qərarı ilə (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5 və X6) Bakı İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Fondun cavabdehə və məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli 275 nömrəli arayışda xx.xx.1984-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan Hava Yollan” Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində rəngsaz peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin həmin arayışda iddiaçının rəngsaz vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tə tbiq etdiyi maddələr onların təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Qeyd olunanlara baxmayaraq məhkəmə iddiaçının "xxxx" Dövlət Konserninin tərkibinə daxil olan Təmir-Tikinti İdarəsində işlədiyi rəngsaz vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Sıyahısı’nda “kod 23200000, XXXİİİ. Ümumi peşələr üzrə kod 23200000—13450 — təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsi ilə uyğun olduğunu əsas götürmüşdür. Lakin müə ssisə tərəfindən təqdim edilmiş heç bir arayışda iddiaçının işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında nəzərdə tutulmuş vəzifələrə uyğun olması qeyd olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə Ümumi peşələr sahəsində rəngsazlara güzəştli şərtlərlə pensiya bütün hallarda deyil, yalnız təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlədikləri halda təyin edilir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövc ud olmamışdır. Eyni zamanda hüquqi əsaslar da mövcud deyildir. b. kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2019-cu il tarixdə qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müd dətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırı ncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: 23200000, XXXİİİ. Ü mumi peşələr üzrə 23200000—13450 – təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi iş stajını cavabdeh mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 23200000, XXXİİİ. Ümumi peşələr üzrə 23200000—13450 – təh lükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazları güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələr sırasına daxil edilmişdir.

29. Cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisə onun “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan vəzifədə işlədiyini, şəxsi hesab vərəqələrinə əsasən bu zaman nitroboyalardan (нитрокраска), “sintetik parlaq" və “sintetik mat" boyalardan və onların tərkibinə əlavə edilən "tiner həlledicilərdən" istifadə etdiyini göstərmiş, lakin həmin maddələrin tərkibi barədə məlumat o lmadığını qeyd etmişdir.

30. İşin halları ilə müəyyən olunur ki, iddiaçının zərərli işə görə əmək haqqına əlavə alması, həmçinin müvafiq məktublarda göstərilən məlumatlar, yəni istifadə edilən maddələrin alovlana bilən olması, tənəffüs yollarına daxil olduqda, dəri ilə təmasda olduqda və udulduqda sağlamlığa zərərli olması açıq şəkildə qeyd edilmişdir.

31. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını topladığı və bu baxımdan, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apellyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrində, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı h aqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində təsbit olunmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən, onun həmin normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.

32. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-in 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 avqust 2023-cü il tarixli, 2-1(103)-2352/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar