Məhkəmə qərarları › İş №2-1(102)-2885/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2885/2019

27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2885/2019 27.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: hərbi xidmətdən azad olunma haqqında əmrin ləğvi, xidmətə bərpa olunma; inzibati orqanın diskresion səlahiyyətləri GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X4 ibarət tərkibdə, Cavabdeh Nazirliyin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı əmrin ləğv edilməsi və vəzifəyə bərpa olunması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nazirliyin Daxili Qoşunlarının iddiaçı barədə qəbul etdiyi 02.05.2018-ci il tarixli 38 ş/h saylı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə N saylı h/h və qərargahın inzibati bölməsində kargüzar (şəxsi heyətin uçotu üzrə) (HUİ 6815145) vəzifəsindən azad edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin, bu əmrə istinadən N saylı hərbi hissə komandirinin qəbul etdiyi 02.05.2018-ci il tarixli, 105 saylı əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2-1(82)-4026/2018) iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən İ.Əhmədov, hakimlər S.Seyidova və V.Məmmədov; iş № 21(103)-1505/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasıqərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qər arın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirliyin Dazxili Qoşunlarının nümayəndəsi və vəkili Ə.Həbibov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılma sı haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə iddiaçının nümayəndəsi gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməməklə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı, 15.07.2014-cü il tarixidə hərbi xidmətdən ehtiyyata buraxılaraq təxris olunduqdan bir müddət sonra, Azərbaycan Respublikası Daxili İlər Nazirliyinin Daxili Qoşunlarına müraciət edərək işə götürülməsini xahiş etmiş və 19.08.2017-ci il tarixli əmrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hospitalına - N saylı hərbi hissəyə qərargahın inzibati bölməsində kargüzar vəzifəsinə təyin edilmişdir. İşin materiallarında olan 20.02.2018-c i il tarixli N saylı hərbi hissənin komandirinə izahatdan görünür ki, İddiaçı ailə probleminə görə işə 7 dəqiqə gecikmişdir. İşin materiallarında olan 07 may 2018-ci il tarixli N saylı hərbi hissənin xidməti vərəqəsindən çıxarışına əsasən, İddiaçı HHK-nin TİÜM tərəfindən dəfələrlə olunan xəbərdarlıqlarına baxmayaraq xidmətə gecikdiyinə görə 06.04.2018-ci il tarixdə şifahi “Töhmət”, HHK-nin MİÜM tərəfindən aparılan fərdi söhbətlərdən, tutulan iradlardan düzgün nəticə çıxartmadığına və funksional vəzifə borclarının öhdəsindən gəlmədiyinə görə 14.04.2018-ci il tarixdə şifahi “Töhmət”, xidmət rəisi tərəfindən verilmiş intizam cəzalarından və tutulan iradlardan düzgün nəticə çıxartmadığına və xidməti vəzifə borclarına laqeyd yanaşdığına görə 01.05.2018-ci il tarixdə şifahi “Şiddətli töhmət” ver ilmişdir. İşin materiallarında olan, 01.05.2018-ci il tarixli, N nömrəli N saylı hərbi hissə komandirinin çavuş İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilməsi barədə əmrinin surətin uyğun olaraq hərbi hissənin İnzibati bölməsində kargüzar çavuş İddiaçı, mütəmadi olaraq xidməti vəzifə borclarının icrasına laqeyd münasibət göstərmiş, hərbi hissənin komandanlığı və xidmət rəisi tərəfindən onunla aparılan fərdi söhbətlərdən düzgün nəticə çıxartmamış, əksinə təkrarən şəxsi intizamı və xidmətə münasibəti ilə bağlı pozuntu hallarına yol vermişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, hərbi hissədə xidmət etdiyi müddət ərzində xidməti vəzifələrinin icrasına laqeyd münasibət bəslədiyinə, ona tutulan iradlardan, verilmiş intizam cəzalarından və onunla ap arılan fərdi söhbətlərdən düzgün nəticə çıxartmadığına, DlN-nin müavini-DQ Komandanının 52 nömrəli 14 mart 2013-cü il tarixli “DQ-ın hərbi qulluqçularının hərbi etik davranışı haqqında Kodeksi”nin tələblərinə riayət etmədiyinə görə, MAXE hərbi qulluqçu çavuş İddiaçı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəmisinə cəlb edilməsi, İctimai təşkilatların fəaliyyətində Azərbaycan Respublikası X7 “23 noyabr 2015-ci il tarixli Q-5800115 nömrəli Azərbaycan Respublikası Daxili X6 Qoşunlarında şərəf məhkəmələrinin yaradılması haqqında” Əsasnamənin təsdiq edilməsi barədə" əmrindən bütün növ hərbi qulluqçuların tərbiyə olunmasında səmərəli istifadə olunması, Əmrin icrası hərbi hissədə gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin sədrinə, nəzarət isə hərbi hissə komandirin in tərbiyə işləri üzrə - müavininə həvalə edilməsi və Əmrin aidiyyəti üzrə elan edilməsi əmr olunmuşdur. İşin materiallarında olan, 02.05.2018-ci il tarixli akta görə, həmin aktı imza edənlər: komissiyanın sədri-qospital rəisinin müalicə işləri üzrə müavini-tibb hissəsinin rəisi t\x polkovnik-leytenantı Şahin Şahmarov, üzvləri: qərargahda növbətçi xidmətinin rəisi mayor Zaur Fikrətli, inzibati bölmənin rəisi VİE leytenant Kəmalə Cəfərova bu aktı tərtib etmişlər ondan ötrü ki, qərargahın inzibati bölməsində kargüzar (şəxsi heyətin uçotu üzrə) çavuş İddiaçı barədə gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsi 02.05.2018-ci il tarixdə keçirilmişdir. Lakin çavuş İddiaçı məhkəməyə dəvət olunmasına baxmayaraq məhkəmədə iştirak etməmiş və fərdi söhbət vərəqəsinə imza atmaqdan imtina etmiş dir. İşin materiallarında olan 02 may 2018-ci il tarixli, N nömrəli, N saylı hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin iclas protokolunun surətinə müvafiq olaraq İnzibati bölmədə kargüzar MAXE hərbi qulluqçu çavuş İddiaçı mütəmadi olaraq xidməti vəzifə borclarının icrasına laqeyd münasibət bəslədiyinə, dəfələrlə hərbi qulluqçuların etik davranış qaydalarını pozduğuna, hərbi qospitalın komandanlığı və şəxsi heyəti tərəfindən aparılan çoxsaylı fərdi tərbiyə söhbətlərindən, ictimai təsir tədbirlərindən və verilən intizam cəzalarından düzgün nəticə çıxarmadığına, habelə vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə AR DİN-nin 23 noyabr 2015-ci il tarixli Q58-001-15 nömrəli qərarı ilə təsdiq olunmuş “Daxili X6 Qoşunlarında şərəf məhkəmələri haqqında” Əsasnamənin 5.1-c i maddəsinin 5.1.6. bəndini rəhbər tutaraq onun AR Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə hərbi hissənin komandiri qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İşin materiallarında olana 02.05.2018-ci il tarixli, N nömrəli N saylı hərbi hissə komandirinin hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarının icra olunması barədə əmrinə əsasən, İnzibati bölmədə kargüzar MAXE hərbi qulluqçu çavuş İddiaçı, mütəmadi olaraq xidməti vəzifə borclarının icrasına laqeyid münasibət göstərmiş, hərbi hissənin komandanlığı tərəfindən onunla aprılan fərdi söhbətlərdən və tədbiqedilmiş intizam cəzalarından düzgün nəticə çıxartmamış, əksinə təkrarən şəxsi intizamı və xidmətə münasibəti ilə bağlı pozuntu hallarına yol vermişdir. Bununla əlaqədar olaraq 02 may 2018 -ci il tarixində onun gizir və hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilməsi təmin edilmişdir. AR DİN-nin 23.11.2015-ci il tarixli Q 058-001-15 nömrəli qərarı ilə təsdiq edilmiş “DİN-nin Daxili Qoşunlarında şərəf məhkəmələri haqqında” Əsasnamənin 5-ci fəslinin 5.1.6-cı (hərbi qulluqçunun Azərbaycan Respublikası Silahlı Qüvvələrindən tərxis olunması haqqında vəsatət qaldırmaq) bəndini rəhbər tutalaraq, hərbi hissənin gizir və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən hərbi hissənin inzibati bölməsində kərgüzar MAXE hərbi qulluqçu çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “e” bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması üçün müvafiq sənədlər hazır lanaraq DQBİ-nə göndərilməsi, AR DİN 23.11. 2015-ci il tarixli Q 058- 001-15 nömrəli qərarı ilə təsdiq edilmiş “DİN-nin Daxili Qoşunlarında şərəf məhkəmələri haqqında” Əsasnamədə nəzərdə tutulmuş hüquqların çavuş İddiaçı izah olunması, Əmrin icrası inzibati bölmənin rəisinə, nəzarət isə hərbi hissə komandirinin müalicə işləri üzrə müavini - tibb hissəsinin rəisinə həvalə edilməsi, Əmr şəxsi heyətə elan edilməsi əmr olunmuşdur. Əsas: Gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin 02.05.2018-ci il tarixli 9 nömrəli protokolu. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarıhın 02 may 2018-ci il tarixli, 38 ş/h nömrəli əmrdən çıxarışın surətinə əsasən, Azərbaycan Respublikasının 03.10.1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmə tkeçmə haqqında” Əsasnaməyə müvafiq olaraq: 156-cı maddənin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) çavuş İddiaçı, N saylı h/h-də qərargahın inzibati bölməsində kargüzar (şəxsi heyətin uçotu üzrə) (HUİ N° 681515) vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılsın. İşin materiallarında olan N saylı Hərbi Hissə Komandirinin 22 may 2018-ci il tarixli, 105 nömrəli əmrindən çıxarışa görə, DİN-nin müavini-X3 02 may 2018-ci il tarixli, 38 ş/h nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) qərargahın inzibati bölməsində kargüzar (şəxsi heyətin uçotu üzrə) (HUİ Ne 681515) çavuş İddiaçı 02.05.2018-ci il tarixdən tutduğu vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılsın. Əsas: 02.05.2 018-ci il tarixli 146 nömrəli göndəriş vərəqəsi. İşin materiallarında olan Bakı ş, Xətai Rayon Prokurorluğu tərəfindən Quliyev Elşad Həbib oğluna ünvanlanmış 08.06.2018-ci il tarixli 134c-18 nömrəli məktuba müvafiq olaraq oğlunuz İddiaçı tapılması barədə Nizami RPİ-nin 23-cü PB-ə yazdığınız ərizə əsasında toplanmış material Sevinc Mürsəl qızının oğlunuz tərəfindən qaçırılaraq zorlanması barədə müraciəti əsasında toplanmış materiala əlavə edilərək rayon prokurorluğunda araşdırma aparılmış və 08.06.2018- ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CPM-nin 39.1.1 maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 08 iyun 2018-ci il tarixli qə rara əsasən, cinayət hadisəsi olmadığından 134-18 nömrəli matreial üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilmiş və material saxlanılmasından ötrü Xətai rayon prokurorluğunun arxivinə təhvil verilmişdir. İşin materiallarında olan 22 noyabr 2018-ci il tarixli xidməti xasiyyətnamə uyğun olaraq çavuş İddiaçı xidmət etdiyi müddətdə özünü müsbət cəhətdən göstərə bilməmişdir. Hərbi Nizamnamələrin tələblərini və öz xidməti vəzifə borclarının yerinə yetirilməsinə laqeyd münasibət bəsləyir. Hərbi hissə komandanlığı və bilavasitə rəislər tərəfindən ona verimiş konkret tapşırıqların icrasından süni bəhanələrlə yayınmış, verilmiş intizam cəzalar ından və aparılan fərdi söhbətlərdən müsbət yönümlü nəticə çaxarmamışdır. Nizamnamələrin tələblərini dərindən öyrənilməsinə səy göstərməmiş, bilik və bacarığının artırılması istiqamətində öz üzərində işləməmişdir. Hərbi hissənin ictimai tədbirlərində iştirak etməkdən yayınmışdır. Döyüş və ictimai siyasi hazırlıq məşğələlərində iştirak etsə də, öz nəzəri biliyinin və praktiki bacarıqlarının artırılmasına səy göstərməmiş, aşağı nəticələr əldə etmişdir. Xidmətində yol verdiyi nöqsanlara görə hərbi hissə komandanlığı tərəfindən dəfələrlə cəzalandırılmışdır.Fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən sabitdir, xasiyyətcə səbirsiz və çılğındır. 2018-ci ildə keçirilən ümumi yoxlamasını “kafi” qiymətlərlə başa vurmuşdur. Nəticə: mənfi xarakterizə olunur. Araşdırılan qərardan göründüyü kimi, apellya siya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, qanuna görə, yəni «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün zəruri əsaslar olmalı və bu ehtiyata buraxılmanın bu növünün seçilərək, tətbiq ediməsi inzibati orqanın diskresion səlahiyyətlərinə aiddir. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olara q müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərtaf xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağı n son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa | görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xid mət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həy ata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən görünldüyü kimi, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilsə də, bu səlahiyyətlərin həyata keçirilməsində ona tam sərbəstlik verilməmişdir. Belə ki, inzibati orqan özbaşına fəaliyyət göstərə bilməz və o, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədlərini, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə almalıdır. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi sevir ir edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyərfc.olü? olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məcjşəçlı> keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirməsi zamanı iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməmişdir. Əksinə, iş üzrə də müəyyən olunduğu kimi, iddiaçı 01-02 may 2018 il tarixlərində heç bir üzürsüz səbəb göstərmədən, tabeçiliyində olduğu yuxarı zabit heyyətinə əvvəlcədən məlumat vermədən xidməti yeri üzrə xidmətə çixmamışdır. Hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələb lərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “cavabdehin iddiaçının barəsində qəbul etdiyi 02.05.2018-ci il tarixli 38 ş/h saylı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e" bəndi ilə xidmətə uyğunsuzluğa görə N saylı h/h-və qərargahın inzibati bölməsində kargüzar (şəxsi heyətin uçotu üzrə) (HUİ 6815145) vəzifəsindən azad edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin və bu əmrə istinadən N saylı hərbi hissə komandirinin qəbul etdiyi 02.05.2018-ci il tarixli, 105 saylı əmrin ləğv edilməsi və həmin vəzifəyə bərpa olunmasfına dair tələbi əsaslı deyil. Ona görə də, cavabdeh inzibati orqanın mübahisələndiril ən qərarı əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar