Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2886/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MTK-nın Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: kameral vergi yoxlamasına dair vergilərin hesablanması haqqında qərarın ləğv edilməsi 27.11.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və X4 ibarət tərkibdə, İddiaçı MTK-nın nümayəndəsi X6 və cavabdeh Departamentin nümayəndəsi X1 və vəkili X5 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qar şı vergilərin hesablanması barədə qərarın ləğv edilməsi haqqında iddia tələbinədair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16.05.2019-cu tarixli qərarından cavabdeh Departament tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MTK cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Departamentin “Vergilərin hesablanması barədə” **********848500 saylı, 16 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim X.İmanov; 2-1(82)-4018/ 2018) iddianın təmin edilməsi; cavabdeh Depatamentinin “Vergilərin hesablanması barədə” **********848500 saylı, 16.08.2018-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. BakıApellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2019-cu tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Maylov; iş No 2-1(103)1111/2019) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh Departament kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmə kollejiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh Departamentin kassasiya şikayətində qey d edilənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşırmadan əsassız və Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin vəkili A.Bayramov kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2019-cu tarixli qərarının ləğv edilməsi və və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Departamentin nümayəndəsi M.Əfəndiyev vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş iddiaçı MTK-nın nümayəndəsi H.Qarayev Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 27 oktyabr 2016-cı il tarixli 446 saylı sərəncamı ilə İddiaçı MTK-ya ünvan 1 ünvanda yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün 0,4981 ha torpaq sahəsi ayrılmış, digər 23.02.2018-ci il tarixli 84 saylı sərəncamla həmin ünvanda (bina A) yaşayış binasının tikintisi üçün iddiaçı MTK-ya icazə verilmiş, tikilinin eskiz layihəsi təsdiq dilmişdir. Həmin ünvanda “xxxx” MTK tərəfindən 2018-ci ilin mart ayında 13 mərtəbəli (13+dupleks) yaşayış binasının tikintisinə başlanılmış, binanın tikintisi ilə əlaqədar 2018-ci ilin 2-ci rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsi 10 iyul 2018-ci il tarixdə MTK ərəfindən vergi orqanına təqdim edilmişdr. Lakin vergi orqanı həmin bəyannaməni qəbul etməmiş, «Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında» 03 avqust 2018-ci il tarixli məktubla 2018ci ilin İİ rübü üçün təqdim edilmiş bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsini və yaşayış binası üçün ayrılan torpaq sahəsində tikinti işlərinin aparılması barədə icazə sənədinin, yaşayış binasının layihə üzrə ümumi sahəsini təsdiq edən sənədlərin təsdiq edilmş surətlərinin və əsaslandırılmış yazılı izahatın 5 gün ərzində təqdim edilməsi tələb edilmişdir. Bundan sonra “Vergilərin hesablanması barədə” **********848500 saylı, 16 avqust 2018-ci il tarixli qərar ilə İddiaçı MTK-ya əlavə 124.606,35 manat 2018 -cı ilin İİ rübü üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi hesablanmışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək, haqlı olaraq belə hesab etmişdir ki, Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən sübutetmə yükü cavabdeh inzibati orqanın üzərinə düşür və belə olan alda vergi orqanının məhz hansı sübutlara əsasən dövlət büdcəsinə ödənilməli olan verginin iddiaçı MTK tərəfindən azadılması qənaətinə gəldiyini təsdiq edən sübutları cavabdeh vergi orqanı təqdim etməlidir. Lakin məhkəmə araşdırması zamanı mübahisələndirilən qərarda istinad olunmuş tikilinin ümumi sahəsinin 13.946,32 k.v.m olması və buna uyğun olaraq əlavə vergi hesablaması ilə bağlı vergi qanının qənaətini formalaşdıran sübutlar cavabdeh Departament tərəfindən təqdim olunmamışdır. Eləcə də mübahisələndirilən qərarda, iddiaçı MTK-ya əlavə verginin hesablanmasına əsas olmuş hallarla bağlı hər hansı mötəbər sübuta istinad olunmamışdır Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi vergi qanunericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, ergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların v ə vergi dəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi anunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan aldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27.11.2003-cü il tarixli 5 saylı Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11 -ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin t əqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Cavabdeh Departament öz dəlillərini iddia tələbinə dair tərtib etdiyi yazılı etiraz sənədinə mübahisəli tikilinin sahəsi ilə bağlı, 1 vərəqdən ibarət 05 iyun 2018-ci il tarixli qeydlər şəklində sənəd (i.v 83) əlavə etsə də, bu sənəddə hesablamaların aparılmasına əsas olmuş, mənbəyi bəlli məlumata istinad olunmamışdır və kim tərəfindən tərtib olunması məlum deyil, ona görə də, sözügedən sənəd vergi orqanın dəlillərinə qiymət verilməsi üçün mötəbər sübut kimi qiymətiləndirilə bilməz. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.4 -cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.2-ci maddəsinə uyğun olaraq qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsəsən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranrruş hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 48.1-ci maddəsinə müvafiq olaraq mnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasını n başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərlə həyata keçirilir. Həmin Qanunun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Əgər inzibati orqanun müdaxiləsi qanunsuz olmuşdursa, bu halda artıq maddi-hüquq normalarının yoxlanılmasına zərurət aradan qalxmış olur. Bu məsələlərə hüquqi qiymət verilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə müvafiq olaraq (01 yanvar 2017-ci ildən qüvvədə olan) kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Lakin hazırki iş üzrə müəyyən olunur ki (bax işin materiallarına əlavə olunmuş elektron qaydada məlumat cədvəlinə), iddiaçı MTK tərəfindən 2018-ci ilin 2-ci rübü üzrə bəyannamə 10 iyul 2018-ci ildə təqdim olunmuş, 16 avqust 2018-ci il tarixdə «Vergilərin hesablanması barədə» **********848500 saylı qərar qəbul edilməklə, kameral yoxlama Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37-ci maddəsi ilə müəyyən edilmiş müddət ərzində aparılmamışdır. Göründüyü kimi, hazırki işdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama qanunla müəyyən edilmiş müddətdən kənar aparılmış və belə olan halda qanunsuzdur. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlər»nin 7-ci bəndində də, kameralvergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının təbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsi vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır(“müəyyən edilməlidir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata eçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral ergi yoxlamaları həyata keçirilə bilməz”). Lakin hazırki iş üzrə müəyyən olunur ki, cavabdeh vergi orqanın qərarı 30 günlük müddət başa çatdıqdan sonra qəbul edilmiş və bu səbə bdən qanuni hesab edilə bilməz. Belə ki, kameral vergi yoxlamasının nəticələrinə dair qərarın qəbul edilməsi üçün Vergi Məcəlləsində ayrıca müddət müəyyən edilmədiyindən, həmin qərar da kameral vergi yoxlaması üçün müəyyən edilmiş 30 günlük müddət daxilində qəbul edilməli idi. Odur ki, mübahisələndirilən qərar inzibati icraat qaydalarının tələbləri pozulmaqla qəbul edildiyindən, iddiaçı MTK-nın tələbi, artıq formal-hüquqi baxımdan əsaslı olmuşdur. Bununla yanaşı mübahisəli qərarın qəbul edilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələblərinə də əməl edilməmişdir. Bələ ki, hazırki iş üzrə iddiaçı MTK tərəfindən tikintisi həyata keçirilən 13 mərtəbəli yaşayış binasının ümumi sahəsinin müəyyən edilməsi üçün təyin edilmiş tikinti-texniki ekspertizasının 06.12.20 18-ci il tarixli rəyinə görə, tikilən binanın ümumi sahəsinin 12.806,57 kv.m, o cümlədən, yaşayış sahəsinin 8.692,49 kv.m, zirzəmi üzrə qeyri-yaşayış sahəsinin 2.087,76 kv.m, 1-ci mərtəbə üzrə qeyri-yaşayış sahəsinin 880,04 kv.m, lift holu, pilləkan qəfəsəsi və dəhliz sahəsinin 1.146,28 kv.m olması müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ekspertiza rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Eyni zamanda cavabdeh vergi orqanı həmin rəylə razılaşmasa da, onun mötəbərliyini şübhə altına alan hər hansı sübut əqdim etməmişdir. Həmçinin qeyd olunmalıdır ki, işin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-kooperativ Təsərrüfatı İdarəsi tərəfindən iddiaçı MTK-ya ünvanlanmış 18 may 2018-ci il tarixli 23/9-15 saylı məktubuna görə, İddiaçı MTK ünvan 2 ünvanda inşa ol unan “A” saylı yaşayış sahəsindən 1 ədəd 3 otaqlı (ümumi sahə 118,9 kv.m) mənzil; “B” saylı yaşayış binasından 1 ədəd 3 otaqlı və 1 ədəd 2 otaqlı (ümumi sahə 224,8 kv.m) mənzil, cəmi 343,7 kv.m sahəni köməklik məqsədi ilə əvəzsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna ayrılmışdır. Göstərilənlərə əsasən məhkəmə araşdırması zamanı İddiaçı MTK- nın ünvan 2 ünvanda inşa olunan tikilinin ümumi sahəsinin 13.946,32 kv.m olması təkzib olunmuş, tikilinin ümumi sahəsinin 12.806,57 kv.m olması, həmin hissədən 343,7 kv.m yaşayış sahəsinin isə əvəzsiz olaraq dövlətə ayrılması işin materialları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 219.3-cü maddəsin əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən bin anın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir. Həmçinin cavabdeh vergi orqanı öz dəlillərində göstərmişdir ki, iddiaçı MTK-nın hazırda mübahisələndirdiyi 16 avqust 2018-ci il tarixli **********848500 saylı qərar vergi orqanın digər 21 sentyabr 2018-ci il tarixli **********172700 saylı qərarı ilə ləğv edilmiş, bu səbəbdən müğahisənin predmeti yoxdur. Bu dəlillər əlaqədar qeyd olunmalıdır ki, yuxarıda sözügedən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində müvafiq bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Görün düyü kimi, vergi orqanı kameral yoxlama keçirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddətdən sonra dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirə bilməz. Bundan əlavə, vergi orqanın 21 sentyabr 2018-ci il tarixli **********172700 saylı qərarı ilə 17 avqust 2018-ci il tarixli qərar ləğv edildiyi göstərilmişdir. Hazırki iddianın predmetini isə vergi orqanının 16 avqust 2018-ci il tarixli qərarı təşkil edir. Odur ki, 21 sentyabr 2018-ci il tarixli **********172700 saylı qərarın qəbul edilməsi səbəbindən iddianın mümkün sayılmamasına görə apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı əsassız və qanunsuz olduğundan, habelə iddiaçı MTK-nın iddia tələbi əsaslı və qanuni olduğundan həmin tələb 1-ci ins tansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddələrinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə müvafiq olaraq məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh Departamentin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessu al hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16.05.2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.05.2019-cu tarixli qərarı dəyişdirilmədən
Məhkəmə qərarları › İş №2-1(102)-2886/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2886/2019
27.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver