Məhkəmə qərarları › İş №2-1(102)-2887/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2887/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2887/2019 16.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı iş üzrə (Açar söz: 5N yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı və vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi təl əbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.N019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.1964-cü il təvəllüdlü iddiaçı 1N.09.1984-cü il tarixdən əmək fəaliyyətinə başlamış, N3.11.1994-01.1N.1994-cü il tarixləri arasında N saylı hərbi hissənin “dərizöhrəvi xəstəliklər şöbəsi”ndə tibb bacısı, N0.1N.1994-cü il tarixdən 15.0N.N000-ci il tarixədək N saylı hərbi hissədə tibb bacısı işləmiş, N5.06 N003-ci il tarixindən 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 14.1N.N005-ci il tarixli 76/k №-li əmrlə (x əstəxananın ləğvi ilə əlaqədar) tutduğu vəzifədən azad edilmiş, 15.1N.N005-ci il tarixli 4/k №-li əmrlə X4 yoluxucu reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 09.0N.N006-cı il tarixindən anesteziologiya şöbəsinə tibb bacısı vəzıfəsinə keçirilmiş, N4.08.N009-cu il tarixindən cərrahi reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, 31.07.N01N-ci il tarixindən kardiologiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, 10.04.N017-ci il tarixindən anesteziologiyareanimasiya və intensiv terapiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş və halhazıradək anestezıologiya-reaminasiya və intensiv terapiya( cərrahiyyə profli) şöbəsındə tibb bacısı vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiaysının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1N/177 nömrəli, 1N.01.N018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının tələb olunan N5 il ümumi sosial sığorta stajı olsa da, tələb olunan 10 il güzəştli (xüsusi) sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilə bilməz. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında DSMF-nin Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3.11.199N-ci il tarixli, 631 saylı AD N-0N81634 nömrəli qərarına və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 0N.06.1993-cü il tarixli, 191 saylı əmrinə əsasən 1(bir) iş günü 3 (üç) iş günü kimi hesablanmaqla cavabdehi n üzərinə ona təqaüdün hesablanması vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizə ilə məhkəmyə müraciət edərək, ona 5N yaşdan yəni N8.03.N016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may N018-ci il tarixli, N-1(81)146N/N018 saylı qərarı ilə iddia tələbinin təmin olunması qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08 may N018-ci il tarixli, N-1(81)-146N/N018 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının N-1(103)-1967/N018 saylı, 0N oktyabr N018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin N1(81)-146N/N018 saylı, 08.05.N018-ci il tarixli dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan cavabdehin kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(10N)-184/N019 saylı N3 yanvar N019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının N-1(103)-1967/N018 saylı, 0N oktyabr N018-ci il tarixli qərarı ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə hesab etmi şdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N3 yanvar tarixli, 1N nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan görünür ki, Siyahının səhiyyə və sosial təminat idarələri üzrə 19-cu bəndinin “a” yarımbölməsində vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə, ilk növbədə iddiaçının vərəm və infeksion idarədə( bölmə və yaxud kabinetdə) işlədiyi iş stajının nə qədər olmasını araşdırmaq lazımdır. Çünki siyahıdan göründüyü kimi, kiçik tibb heyətinin istənilən sahədəki fəaliyyəti deyil, yalniz vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərindəki fəaliyyəti güzəştli sığorta stajı kimi nəzərə alınır. İş materiallarından isə görünür ki, iddiaçı daimi olaraq vərəm və infeksion bölmədə işləməyib. Belə ki, X5 tərəfindən verilən arayışdan görünür ki, iddiaçı N5.06.N003-09.0N.N006-cı illərdə yoluxucu reanimasiya şöbəsində tibb bacısı işləsə də, sonradan vərəm və infeksion bölmə sayılmayan anesteziologiya, cərrahi reanimasiya, kardiologiya və anesteziologiya-reanimasiya və intensiv terapiya şöbələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N3 yanvar tarixli, 1N nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda isə həmin bölmələrdə işləyən orta və kiçik tibb heyətinin fəaliyyəti güzəştli sığorta stajı kimi nəzərdə tutulmamışdır. Bundan əlavə, iddiaçı ərizəsində N0.1N.1994- cü il tarixdən 15.0N.N000-ci il tarixədək hərbi hissədə tibb bacısı vəzifəsində işlədiyini qeyd etsə də, məhkəmə tərəfindən onun həmin müddətdə Siyahıda qeyd edilən, güzəştli iş stajı sayılan sahələrdə işləyib - işləməməsi araşdırılmamışdır. Odur ki, işə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının işlədiyi sahələrin hər biri ayrıayrılıqda Siyahı üzrə yoxlanılmaqla qiymət verilməli, zərurət yarandığı təqdirdə iddiaçının hazırda işlədiyi xəstəxanaya təkrar sorğu verilməklə güzəştli iş stajı barədə ətraflı arayış tələb olunmalı və yalnız bundan sonra iddia tələbinə hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin N1(81)-146N/N018 saylı, 08. 05.N018-ci il tarixli dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ümumilikdə N0 ildən çox ümumi əmək stajı, 10 ildən çox xüsusi əmək stajı vardır. İddiaçı işləmiş olduğu xüsusi əmək stajı verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 yanvar - N007-ci il tarixli 1N nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Siyahıda qeyd olunmuşdur. Onun azı N0 il sığorta stajı, o cümlədən 10 ildən çox xüsusi əmək stajı olduğundan, pensiya 01.07.N017-ci il tarixədək qüvvədə olmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri əsasında təyin edilməlidir. Bakı Apellya siya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 yanvar - N007-ci il tarixli 1N nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə Siyahı”da nəzərdə tutulmadığından iddiaçının güzəştli iş stajı yoxdur. Kassator İPM-nin 1N.1, 58.7, 68.N, 87.7, 91, 96.5, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili XN Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolleg iyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü iddiaçı N0.1N.1994-cü il tarixdən 15.0N.N000-ci il tarixədək N saylı hərbi hissədə tibb bacısı işləmiş, N5.06 N003-ci il tarixindən 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 14.1N.N005-ci il tarixli 76/k №-li əmrlə (xəstəxananın ləğvi ilə əlaqədar) tutduğu vəzifədən azad edilmiş, 15.1N.N005-ci il tarixli 4/k №-li əmrlə X4 yoluxucu reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, 09.0N.N006-cı il tarixindən anesteziologiya şöbəsinə tibb bacısı vəzıfəsinə keçirilmiş, N4.08.N009-cu il tarixindən cərrahi reanimasiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, 31.07.N01N-ci il tarixindən kardiologiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, 10.04.N017-ci il tarixindən anesteziologiyareanimasiya və intensiv terapiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş və halhazıradək anestezıologiya-reaminasiya və intensiv terapiya( cərrahiyyə profli) şöbəsındə tibb bacısı vəzifəsində işləyir. Hazırkı iş üzrə idddiaçının tələbi ona 5N yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Cavabdhein imtinasının və kassasiya şikayətinin dəlillərinin əsasının isə iddiaçının 10 il güzəştli şərtlərlə iş stajının olmaması təşkil edir. Məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.N017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar - 5N yaşına çatdıqda, azı N0 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşan apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işləmiş olduğu xüsusi əmək stajı verən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 yanvar - N007-ci il tarixli 1N nömrəli Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 19-cu bölməsinin “a” yarımbölməsində nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N3 yanvar tarixli, 1N nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndan görünür ki, Siyahının səhiyyə və sosial təminat idarələri üzrə 19-cu bəndinin “a” yarımbölməsində vərəm və infeksion idarələrində, bölmələrində, kabinetlərində orta və kiçik tibb heyəti güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən vəzifə kimi müəyyən edilmişdir. Belə olduğu təqdirdə isə, ilk növbədə iddiaçının vərəm və infeksion idarədə( bölmə və yaxud kabinetdə) işlədiyi iş stajının nə qədər olmasını araşdırmaq lazımdır. İşə əlavə edilmiş əmək kitabçasının sürətindən, “Sığorta olunanın ümumi iş stajı barədə Məlumat”dan, X5in verdiyi Arayışdan görünür ki, iddiaçı N5.06 N003-14.1N.N005ci il tarixləri arasında 1 saylı Şəhər Klinik Xəstəxanasının yoluxucu reanimasiya şöbəsində tibb bacısı, 15.1N.N005-09.0N.N006-cı il tarixləri arasında X4 yoluxucu reanimasiya şöbəsində tibb bacısı vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən tələb olunan 10 il güzəştli iş stajı yoxdur. Belə ki, iddiaçının tibb bacısı kimi işlədiyi digə r şöbələr (anesteziologiya şöbəsi, cərrahi reanimasiya şöbəsi, kardiologiya şöbəsi, anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N3 yanvar tarixli, 1N nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi X5 tərəfindən təqdim edilmiş N7.05.N019-cu il tarixli 84 nömrəli arayışa istinad edərək iddiaçının 10 il güzəştli iş stajı olması nəticəsinə gəlmişdir. İnzibati-Prosessual Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildi rmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamış, iddiaçının vərəm və infeksion bölmə sayılmayan anesteziologiya, cərrahi reanimasiya, kardiologiya və anesteziologiya-reanimasiya və intensiv terapiya şöbələrində işlədiyi dövrü də onun güzəştli iş stajına daxil edərək iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının N-1(103)-961/N019 saylı 31 may N019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı «ona 5N yaşdan yəni N8.03.N016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» barədə iddia tələbi rədd edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar