Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2887/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; qaynaqçı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət S osial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(107)-290/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxx 1955-ci il təvəllüdlü olmaqla, 1970-ci ildə 232 gün, 1971-ci ildə 292 gün, 1972-ci ildə 27 gün Qırğızıstan Respublikasının Oş vilayətinin Lenin adına Aravan rayon kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuş, 1973-cü ilin may ayından 20 may 1976-cı iləd ək hərbi xidmətdə olmuş, 02 yanvar 1973-cü ildən 25 aprel 1973-cü ilədək, 11 aprel 1977-ci ildən 13 aprel 1979-cu ilədək, 21 iyul 1980-ci ildən 02 iyul 1990- cı ilədək elektrik qaynaqçısı, 13 aprel 1979-cu ildən 21 iyul 1980-ci ilədək sürücü, 25 sentyabr 1990-cı ildən 20 may 1997-ci ilədək elektrik qaynaqçısı, 21 may 1997-ci ildən 26 iyun 1998-ci ilədək qaynaqçı-çilingər işləmişdir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, təqdim edilən sənədlərdə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az - 21 il 1 ay 21 gün (xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1977-c i il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər) təşkil edir. xx.xx.1972-ci il tarixli, 991 nömrəli əmək kitabçasına əsasən, iddiaçının 1970-1972-ci illərdə Lenin adına Aravan rayon kolxozunda işlədiyi dövr üzrə “il ərzində əmək günü” və “müəyyən edilmiş əmək günləri minimumu” barədə məlumatlar göstərilməməsi səbəbindən, qeyd edilən dövr sosial sığorta stajı na daxil edilməmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 34560 manat hesablandığı halda, qeydə alınan pensiya kapitalı cəmi 17190,08 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bən dlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.
5. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 01 iyun 2023-cü il tarixli, 21(116)-255/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının bəzi qeydlərində vizual müşahidə zamanı aşkar olunan dəyişikliklər müəyyən edilmişdir. Bu baxımdan da məhkəmənin 20 fevral 2023-cü il tarixli,2-1(116)-255/2023 nömrəli qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Eks pertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyindən müəyyən edilir ki, əmək kitabçasının müxtəlif səhifələrində düzəlişlər aparılmışdır. İşin hallarından və təqdim olunan ekspert rəyindən müəyyən edilir ki, iddiaçının əmək kitabçasının bəzi qeydləri mötəbər deyildir. İddiaçının bütövlükdə iş stajı 24 il 05 ay 10 gün təşkil etməklə tələb olunan 25 il iş stajından azdır. Belə olan halda məhkəmə iddiaçının dəlilləri ilə razılaşmamış və hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və E.M.Mehdiyev) 13 sentyabr 2023-cü il tarixli, 21(107)-434/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.K.Hüseynov /sədrlik ed ən və məruzəçi/, X.S.Məmmədov və N.İ.Rəsulbəyova) 25 yanvar 2024-cü il tarixli, 2-1(102)-252/2024 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə istinadla iddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 nömrəli qeyddəki pozulma və düzəlişlərin edilməsi səbəbi ilə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək iş dövrünə dair həmin qeydin mötəbərliyini ümumiyyətlə qəbul etməmiş, qeydin aid olduğu dövrü iddiaçının iş stajına daxil etməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977 - xx.x x.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün nə üçün məhz xx.xx.1978-ci il tarixdən başlayan hissəsini nəzərə aldığını əsaslandırmalı idi. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı rəydən də göründüyü kimi, ekspert xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 nömrəli qeyddə “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən yalnız sonuncu “7” rəqəminin (hər iki halda) pozulduğunu müəyyən etmişdir. Bu hal isə, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özüözlüyündə aradan qaldırmır və həmin qeydlər digər məlumatlarla birgə qiymətləndirilməli idi. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mötəbər hesa b edərək qəbul etdiyi xx.xx.1978-ci ilə aid olan 6 nömrəli qeydə əsasən iddiaçıya üçüncü dərəcəli qaz-elektrik qaynaqçısı ixtisas dərəcəsinin verildiyi nəzərə alındıqda, onun artıq qeyd olunan tarixdən əvvəl eyni müəssisənin işçisi olduğu qəbul edilməli idi. Bilavasitə düzəlişə gəlincə, iddiaçının hərbi xidmətdən xx.xx.1976-cı il tarixdə tərxis olunduğu və işə daxil olmanın “11 aprel” olduğu nəzərə alındıqda, pozulmuş rəqəmin 1976-cı ilə aidiyyəti istisna edilir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi pozulmuş rəqəmin, - qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özü-özlüyündə aradan qaldıran halın olmadığı və iddiaçıya xx.xx.1978-ci ildə ixtisas dərəcəs inin verildiyi nəzərə alınmaqla, - onun ən azından 1978-ci il aprelin 11-dən “Qırğızkəndtəsərrüfatıtexnikası” müəssisəsinə işə qəbul edildiyi məhkəmə araşdırmasının predmeti ola bilərdi. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
14. İşə apelyasiya qaydasında təkrar baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşı bitdiyi xx.xx.2012ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: G.İ.Cavadova /sədrlik edən və məruzəçi/, E.Ş.Hüseynov və T.H.Həsənov) 25 iyun 2024-cü il tarixli, 21(107)-290/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edil miş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya hüququ yarandığı vaxtdan - 57 yaşı bitdiyi xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş pensiyanın ilkin müraciət edilən 24 iyul 2019-cu il tarixdən əvvəlki 3 (üç) il üçün hesablanaraq odənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən artıqdır və həmin stajın ən azı 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə, yəni elektrik qaynaqçısı kimi iş ləyərək toplamışdır. İddiaçının güzəştli iş stajı ilə bağlı məhkəmə kollegiyası bildirmişdir ki, cavabdeh imtinasında iddiaçının güzəştli iş stajını mübahisələndirməmiş, imtinasını yalnız ümumi iş stajı ilə bağlı əsaslarla mübahisələndirmişdir. Həm iddiaçıya məxsus əmək kitabçasından, həm də arxiv arayışlarından görünür ki, iddiaçı Aravan rayon “Qırğızkəndtəsərrüfatıtexnikası” Birliyində 02 yanvar 1973-cü ildən 25 aprel 1973-cü ilədək, 11 aprel 1977-ci ildən 13 aprel 1979-cu ilədək, 21 iyul 1980-ci ildən 02 iyul 1990-cı ilədək, P.Babayev adına üzümçülük sovxozunda 25 sentyabr 1990-cı ildən 20 may 1997-ci ilədək, 21 may 1997-ci ildən 26 iyun 1998-ci ilədək “Beşevlər” koorperativ müəssisəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndan görünür ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu XXXİİİ “Ümumi peşələr” bölməsinin 23200000 - 19906 şifrinə uyğun gəlir. Beləliklə, iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir.
17. İddiaçının tələb olunan pensiya kapitalının olmaması ilə bağlı cavabdeh inzibati orqanının dəlilinə münasibətdə məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan, ona həmin Qanunun 9.8-ci bəndinə müvafiq olaraq yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiya təyin edilməli olduğundan, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi əsası ilə ona pensiya təyin olunmasından imtinası qanunun tələblərinə ziddir. Birinci instansiya məhkəməsi iddianın əsassız olması nəticəsinə gələrkən, bu nəticənin yeganə əsası kimi, iddiaçının bütövlükdə iş stajının 24 il 05 ay 10 gün təşkil etməklə, tələb olunan 25 il iş stajından az olmasını göstərmiş və buna görə də idd ia tələbini rədd etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırılması zamanı iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının bəzi qeydlərində vizual müşahidə zamanı aşkar olunan dəyişikliklər müəyyən edilmişdir. Bu baxımdan da, məhkəmənin 20 fevral 2023-cü il tarixli, 2-1(116)-255/2023 saylı qərardadı ilə iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli məktubuna əlavə edilmiş 5/402-4/463-5/433 nömrəli ekspert rəyindən müəyyən edilir ki, əmək kitabçasının müxtəlif səhifələrində düzəlişlər aparılmışdır. Birinci instansiyası məhkəməsi ekspert rəyinə istinadla, iddiaçının xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 nömrəli qeyddəki pozulma və düzəlişlərin edilməsi səbəbi ilə iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək iş dövrünə dair həmin qeydin mötəbərliyini ümumiyyətlə qəbul etməmiş, qeydin aid olduğu dövrü iddiaçının iş stajına daxil etməmişdir. Belə olan halda, birinci instansiyası məhkəməsi ekspert tədqiqatının predmeti olmuş xx.xx.1977 - xx.xx.1980-ci illəri əhatə edən 3 il 3 ay 10 günlük dövrün nə üçün məhz xx.xx.1978-ci il tarixdən başlayan hissəsini nəzərə aldığını əsaslandırmalı idi. Birinci instansiyası məhkəməsinin əsaslandığı rəydən də göründüyü kimi, ekspert xx.xx.1973-cü il tarixli əmək kitabçasının “İş barədə məlumatlar” bölməsində 5 nömrəli qeyddə “1977” və həmin sırada 4-cü sütunda olan “İİ/İV/-77” rəqəmlərdən yalnız sonuncu “7” rəqəminin (hər iki halda) pozulduğunu mü əyyən etmişdir. Bu hal isə, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin qeydlər digər məlumatlarla birgə qiymətləndirilməli idi. Belə ki, birinci instansiyası məhkəməsinin mötəbər hesab edərək qəbul etdiyi xx.xx.1978-ci ilə aid olan 6 nömrəli qeydə əsasən iddiaçıya üçüncü dərəcəli qazelektrik qaynaqçısı ixtisas dərəcəsinin verildiyi nəzərə alındıqda, onun artıq qeyd olunan tarixdən əvvəl eyni müəssisənin işçisi olduğu qəbul edilməli idi. Bilavasitə düzəlişə gəlincə, iddiaçının hərbi xidmətdən xx.xx.1976-cı il tarixdə tərxis olunduğu və işə daxil olmanın “11 aprel” olduğu nəzərə alındıqda, pozulmuş rəqəmin 1976-cı ilə aidiyyəti ist isna edilir. Belə olan halda, pozulmuş rəqəm, qeyddəki digər məlumatların (işə daxil olma günü və ayı, işə qəbul, tutduğu vəzifə, əmrin verildiyi gün və ay, həmin qeydlərin 70-ci illərə aid olduğu) mötəbərliyini aradan qaldırmır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna ziddir və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
18. Məhkəmə kollegiyası iddiaçıya təyin edilmiş əmək pensiyasının hesablanması qaydasına münasibətdə bildirmişdir ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqa na ilk dəfə 2019-cu ilin iyul ayında müraciət etmişdir. Belə ki, iş matariallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin iddiaçıya ünvanladığı **********1 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı cavabdeh inzibati orqana ona əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmiş, lakin ona 25 il sığorta stajı və tələb olunan pensiya kapitalı olmadığı üçün müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı 2020-ci və 2022-ci illərdə təkrarən cavabdeh inzibati orqana eyni tələblə müraciət etmiş və ona əmək pensiyası təyin olunmasından imtina edilmişdir. İddiaçı 1 iyul 2017-ci ilə qədər əmək pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmədiyin dən əvvəlki illərin pensiya məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər. İddiaçının cavabdehə ilkin müraciəti 2019-cu ilin iyul ayında olmuşdur. Belə olan halda, iddiaçıya ilkin müraciət edilən tarixdən (ilkin müraciətin 2019-cu ilin iyul ayının hansı günündə edildiyi müəyyən edilə bilmədiyindən, cavabdeh inzibatı orqanın imtinanı verdiyi 24 iyul 2019-cu il tarixi əsas götürülür) əvvəlki ən çoxu üç il üçün pensiya hesablanıb ödənilməlidir.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
20. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən im tinanın və iddiaya qarşı yazılı etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna m alikdir. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: … 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.... Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. … 24. “Vətəndaşların pensiya təmina tı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşüb): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”
26. Azərbaycan Respu blikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahid liyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya ş ikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüqu qi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmi şdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaş) çatması, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 ayda n artıq güzəştli iş stajının olması apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 21(107)-290/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.