Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2888/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2888/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər: sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 21(103)-1226/2019 saylı qərarından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşə n 1 mərtəbəli qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olduğunu, həmin qeyri-yaşayış binasının ikinci mərtəbəsinin inşası üçün tərəfindən Səbail rayon İcra Hakimiyyətinə müraciət olunduğunu, ilk növbədə qeyri-yaşayış binasının eskiz layihəsi hazırlandığını və həmin məsələyə baxılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinə göndərildiyini, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həllinin razılaşdırıldığını, Səbail rayon icra Hakimiyyəti Başçısının 37 nömrəli, xxxx 2016-cı il tarixli sərəncamı ilə adıçəkilən qeyri-yaşayış binasının 2-ci mərtəbəsinin inşasına icazə verildiyini, bundan sonra tərəfindən layihəyə uyğun olaraq qeyri-yaşayış binasının ikinci m ərtəbəsinin inşa edildiyini, o, qeyri-yaşayış sahəsinin mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatının aparılması ilə əlaqədar ərizə ilə cavabdeh inzibati orqana müraciət etsə də, müraciətdən imtina edildiyini bildirərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının eskiz layihəyə uyğun şəkildə adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmaqla yeni reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-597/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəyə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin qeyri-yaşayış sahəsinə dair texniki pasport və çıxarış verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1226/2019 saylı qərarı ilə (sədrlik edən M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Мəhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq mülkiyyətində olan qeyriyaşayış sahəsinin 2-ci mərtəbəsinin tikintisi ilə əlaqədar memarlıq-planlaşdırmasının eskiz həlli razılaşdırılması üçün Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim olunmuş, Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi təqdim olunmuş memarlıq-planlaşdırmanın eskiz həllinin razılaşdırdığını bildirmiş, bununla əlaqədar Səbai l rayon İcra Hakimiyyətinə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixli məktub təqdim edilmiş, Səbail rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixli məktubu nəzərə alınaraq, Səbail rayonu, ünvan 1 saylı obyektin Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixli məktubla razılaşdırlmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verilmiş, beləliklə, iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq bütün prosedurlar həyata keçirilmiş, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016 -cı il tarixli məktubu nəzərə alınaraq, Səbail rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəb ərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelly asiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1226/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Apel lyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa və xxxx 2013-cü il tarixli texniki pasporta görə İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən sahəsi 29.18 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış binasının mülkiyyətçisidir, həmin qeyriyaşayış binasına dair xxxx 2013-cü il tarixdə olan vəziyyətə əsasən texniki pasport tərtib edilmiş, “xxxx” Layihə Smeta Bürosu tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xxxx 2016-cı il tarixdə ****** nömrə ilə razılaşdı rılmış, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 37 saylı, xxxx 2016-cı il tarixli “Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin ******* saylı, xxxx 2016-cı il tarixli məktubunun icrası ilə əlaqədar tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” sərəncamına əsasən Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin ****** saylı, xxxx 2016-cı il tarixli məktubunda İddiaçı məxsus Səbail rayonu, ünvan 1 saylı ünvanda yerləşən mövcud qeyri-yaşayış obyektinin (DƏDRX Seriya RX ***** saylı, xxxx 2013-cü il tarixli çıxarış) 2-ci mərtəbəsinin tikinti ilə əlaqədar təqdim olunmuş memarlıq –planlaşdırmasının eskiz həllinin (“xxxx” MMC-nin işi, Baş memar S.Əliyeva) razılaşdırıldığı bildirilmiş, Bakı şəhər İH Memarlıq və Şəhrəsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş **** saylı, xxxx 2016-cı il tarixli eskiz layihəni, vətəndaşın müraciətini və təqdim edilmiş sənədləri nəzərə alaraq İddiaçı Səbail rayonu, ünvan 2 ünvanda yerləşən, mülkiyyətində olan torpaq sahəsindəki mövcud qeyri-yaşayış obyektinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixdə, ***** saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verilmiş, iddiaçı, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının mövcud layihəyə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə əlaqədar olaraq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu, xxxx 2 018-ci il tarixli məktubla təqdim edilmiş hüquqmüəyyənedici sənədlərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş istismara icazə sənədlərinin təqdim edilmədiyinə, eləcə də aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şəraitin yaradılmadığına istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. İddia tələbini rədd edən Apellyasiya Məhkəməsi məhkəmə ona istinad etmişdir ki, İ və İİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə sənədi vermək Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olduğu halda, qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə dair şəhər icra hakimiyyətinin sərəncamı işə əlavə edilməmiş, əksinə 2016-cı il tarixli tikintiyə icazə sərəncamı qanunvericiliyə zidd olaraq Səbail rayon İcra Hakimiyyəti tərəfin dən verilmiş, digər tərəfdən işə, qanunla tələb olunan, iddiaçı tərəfindən inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasının istismarına icazə sənədi əlavə edilməmiş, beləliklə, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsinə dair qanunla tələb olunan sənədlərin təqdim edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin daşınmaz əmlaka eskiz layihəyə uyğun dövlət qeydiyyatına alınması və texniki pasportun verilməsi vəzifəsini cavabdehin üzərinə qoymaqla qanunvericiliyin qeyd olunan normalarının tələblərini pozmuşdur. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulması və sübutların düzgün qiymətləndirilməməsi ilə gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası MPM 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından da göründüyü kimi, “xxxx” Layihə Smeta Bürosu tərəfindən hazırlanmış, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xxxx 2016-cı il tarixdə ***** nömrə ilə razılaşdırılmış, məhz həmin razılaşdırmaya və Baş İdarənin həmin tarixli məktubunun icrası olaraq qəbul edilmiş Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin 37 saylı, xxxx 2016-cı il tarixli sərəncamına əsasən, İddiaçı Səbail rayonu, ünvan 2 ünvanda yerləşən, mülkiyyətində olan torpaq sahəsindəki mövcud qeyri-yaşayış obyektinin Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixdə, ***** saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsi əsasında FHN-nin və Dövlət Tikinti və Arxitektura Komitəsinin müvafiq rəylərinin alınması şərti ilə 2-ci mərtəbəsinin öz vəsaiti hesabına tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipo teka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Hazırkı halda isə işə baxmış məhkəmələrin müəyyən etməli olduqları hal isə ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikintisi Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixdə, ****** saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun aparılmışdırmı, qeyri-yaşayış sahəsi inşa edilərkən Bakı şəhər İcra hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən kənara çıxma hal ları olmuşdurmu, aparılmış tikinti işləri mövcud texniki inşaat və təhlükəsizilik normalarına uyğun olmuşdurmu? Bu qaldırılan məslələrə müsbət cavablar alındığı təqdirdə isə qeyri-yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən istismara qəbul edilməsi öhdəliyi yaranmış olacaqdır. İş materiallarından da göründüyü kimi apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən məsələlər üzrə hər hansı araşdırma aparılmamış, qeyri-yaşayış sahəsinin tikintisinin razılaşdırılmış eskiz layihəsinə uyğun aparılıb-aparılmadığı, qeyriyaşayış sahəsi inşa edilərkən Bakı şəhər İcra hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən kənara çıxma hallarının olub-olmadığı, sərəncamda qeyd edilən orqanların rəylərinin alınıb-alınmadığı, tikinti işlərinin mövcud texniki inşaat və təhlükəsizilik normalarına uyğun aparılıb-aparılmadığı müəyyən edilməmiş, bu məsələlərin araşdırılması isə öz növbəsində xüsusi bilik tələb etdiyindən müvafiq ekspertiza təyin edilməmişdir. Bu ona görə zəruridir ki, cavabdeh inzibati orqanın imtinası, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş istismara icazə sənədlərinin təqdim edilmədiyi və aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şəraitin yaradılmadığı ilə əsaslandırılmışdır. Apellyasiya Məhkəməsinin araşdırma predmeti də məhz inzibati orqanın imtinasında istinad olunan halların dəqiq müəyyən edilməsi ilə bağlı olmalı idi. Digər tərəfdən, iş materiallarına əsasən qeyri-yaşayış sahəsinin tikintisi üzrə eskiz layihəsinin məhz Bakı şəhər İH Memarlıq və Şəhərsalma Baş İdarəsinin xxxx 2016-cı il tarixli, *** * saylı məktubu ilə razılaşdırıldığı üçün Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin 37 saylı, xxxx 2016-cı il tarixli sərəncamı ilə tikinti işlərinə icazə verildiyindən bu hal iddiaçının zərərinə tövsif edilə bilməz, tikintinin yerləşdiyi torpaq sahəsi iddiaçının qanuni istifadəsindədir, “xxxx” Layihə Smeta Bürosu tərəfindən hazırlanmış tikilinin memarlıq planlaşdırma həlli cavabdehə təqdim edilmişdir. Beləliklə, hazırkı tikilinin dövlət reyestrində rəsmi qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş dörd şərtdən üçü (tikintiyə icazə, torpaq sahəsinin qanuni istifadədə olması və tiklinin memarlıq-planlaşdırma həlli) hazırkı işdə mövcud olduğu halda, iddiaçının iradəsindən asılı olmayan dördüncü hal üzrə məhkəmə araşdırması aparılmadan iddia tələbinin rədd edilməsi məhkəmə kollegiyası nın qənaətinə görə qanuni hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İşə yenidən baxılarkən qeyd edilən nöqsanlar aradan qaldırılmalı, qeyri-yaşayış sahəsinin tikintisinin razılaşdırılmış eskiz layihəsinə uyğun aparılıb-aparılmadığı, qeyriyaşayış sahəsi in şa edilərkən Bakı şəhər İcra hakimiyyəti tərəfindən razılaşdırılmış layihədən kənara çıxma hallarının olub-olmadığı, tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, ümumiyyətlə, tikinti işlərinin mövcud texniki inşaat və təhlükəsizilik normalarına uyğun olub-olmadığı dəqiq müəyyən edilməli, bu məsələlərin araşdırılması məqsədi ilə müvafiq məhkəmə tikinti ekspertizası təyin edilməli, nəticəsindən asılı olaraq mübahisənin qanuni və obyektiv həlli təmin edilməlidir. İşə yenidən baxılarkən həmçinin qeyd edilən məsələlərlə əlaqədar tikintinin istismarına icazə verməli orqan və Səbail rayon İcra Hakimiyyətinin iştirakı təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları pozulduğundan, sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1226/2019 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə g öndərilməli, İddiaçı kassasiya şikayəti qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.5 və 96.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1226/2019 saylı qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. İddiaçı kassasiya şikayəti qismən təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(102)-2888/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2888/2019
13.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver