Məhkəmə qərarları › İş №2-1(102)-2888/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2888/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2888/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü; şikayətin vəkil tərəfindən tərtib edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “övladları xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” tə ləbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-322/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2005ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X4 övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(116)-283/2023 nömrəli qərarı ilə (hakim Fərid İsmayılza də) iddia rədd edilmişdir.

3. İddiaçı həmin qərardad apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-322/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: V.Məlikov-sədrlik edən və məruzəçi, G.Cavadova və R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı həmin qərardad kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNDƏ İCRAAT

6. İş materiallarından müəyyən edilir ki, verilmiş şikayət vəkil tərəfində n tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. Kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilməməsi, vəkil tərəfindən imzalanmaması, vəkil orderinin şikayətə əlavə olunmaması qanunvericiliyin tələblərinə görə şikayət üzrə kassasiyanın mümkünsüz hesab edilməsi üçün əsasdır.

7. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya 25 avqust 2023-cü il tarixədək qeyd olunan çatışmazlığın aradan qaldırılması təklif olunmuş, əks halda, şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir. Bununla bağlı mövcud çatışmazlıqlar konkret qeyd edilməklə iddiaçıya rəsmi bildiriş 28 iyul 2023-cü il tarixdə göndərilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsi tərəfindən Ali Məhkəməyə ərizə göndərilərək, iddiaçı tərəfindən dövlət hesabı na vəkillə təmin edilmə barədə ərizə daxil olduğu bildirilmiş və bununla bağlı inzibati işin apellyasiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-322/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi rədd edilmişdir.

10. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı maddi imkanının olmamasına görə öz hesabına vəkil tuta bilməməsini təsdiq etmək üçün məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Onun maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmaması iş materiallar ı ilə təsdiq olunmur. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

61. Hüquqi yardım almaq hüququ İ. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir.... 12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən g östərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə

67. Vəkilin prosesdə məcburi iştirak ı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə

121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi... 121.2. Bu Məcəllənin 67-ci m addəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Maddə 407.3. şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4 Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 1.2 Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutu lmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 90.3. bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkd ən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ.

15. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir.

16. İPM-in 90.3-cü və MPM-in 67.1 və 407.3-cü maddələrinin tələblərinə görə, kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməli, vəkil tərəfindən imzalanmalı və şikayətə vəkilin orderi əlavə olunmalıdır. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

17. Hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən verilmiş ilkin kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, vəkil tərəfindən imzalanmamış və vəkilin orderi kassasiya şikayətinə əlavə edilməmişdir. İddiaçıya bu barədə xəbərdarlıq edilməsinə və çatışmazlığın aradan qaldırılmadığı təqdirdə baş verə biləcək hüquqi nəticələrin izah olunmasına baxmayaraq, qeyd olunmuş çatışmazlıqlar iddiaçı tərəfindən aradan qaldırılmamışdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçının şikayəti üzrə kassasiya mümkün sayıla bilməz.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 may 2023-cü il tarixli, 21(107)-322/2023 qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar