Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2888/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X2) qarşı “Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V ” yaşayış massivi, 13M binasının 32-ci mənzilinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli, 2-1(103)2282/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 13M binasının 32-ci mənzilinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 09 fevral 2024-cü tarixli, 21(112)-4573/2024 nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər İddiaçı və "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin təhvil verilməsi” tələbinə dair 2(010)-15/2024 nömrəli mülki işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 29 may 2024-cü il tarixli 21(103)-2282/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qə rardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə, inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, başqa sözlə, həmin tarixdə iddiaçının nümayəndəsi və vəkili olan Nümayəndə elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır.
6. İddiaçı elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının elektron kabinet vasitəsilə ona təqdim olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli məktubu ilə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçıya təkrar çatdırılmışdır.
7. İş materialları xx.xx.2024-cü il tarixli məktubla birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə kassasiya şikayəti vermişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdır sa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) q arşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
31. Prosessual nümayəndəlik 31.1. İnzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. 31.2. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barəd ə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
10. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
11. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmi n qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
12. Hazırkı iş üzrə qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən edilmişdir.
13. Belə ki, apellyasiya instansiyası məhkəməsin in qərardadı 07 iyun 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, tərəflərin, başqa sözlə, iddiaçının nümayəndəsi və vəkili olan Nümayəndə elektron kabinetinə yerləşdirilmişdir.
14. Eyni zamanda, inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah xx.xx.2024-cü il tarixdə apellyasiya instansiyası məhkəməsi tərəfindən Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, tərəflərə elektron kabinet vasitəsilə rəsmi qaydada çatdırılmışdır.
15. Buna baxmayaraq, iddiaçı xx.xx.2024-cü il tarixdə həmin qərardaddan kassasiya şikayəti verməklə, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləs inin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 gün müddəti ötürmüş, buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir.
16. Qeyd edilməlidir ki, inzibati işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktından kassasiya şikayəti verilməsi qaydasına dair izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumatı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən, bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq kassasiya şikayəti tərtib edilərkən prosessual qanunvericiliyin tələblərinə əməl edilsin.
17. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 8-ci bəndində istinad olunan qanunvericilik normalarının tələbləri baxımından, iddiaçı kassasiya şika yətini 10 gün müddətində verməli olduğu halda, qanun bu tələbinə əməl etməmişdir.
18. Məhkəmə kollegiyası iddiaçının elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə apellyasiya məhkəməsinə ünvanladığı ərizəyə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkili olan Nümayəndə elektron kabinet vasitəsilə çatdırılmışdır və həmin məhkəmə qərardadından kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 10 günlük müddətin axımı da məhz, həmin tarixdən hesablanmalıdır.
19. Qeyd edilməlidir ki, iddiaçının ərizəsi əsasında məhkəmə aktının təkrar olaraq ona göndərilməsi və həmin vaxtdan hesablandıqda şikayətin 10 gün müddətində verilməsi də vəziyyəti dəyişmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, şikayət verilməsi müddətinin axımının başlanması qərardadın təkrarən iddiaçıya göndərildiyi vaxtdan deyil, onun vəkili və səlahiyyətli nümayəndəsi olan Nümayəndə təqdim edildiyi gündən hesablanır.
20. Odur ki, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 may 2024-cü il tarixli 21(103)-2282/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.