Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2889/2019 03.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı xxxnın cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR Açar söz: sərəncamın ləğv edilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova İlqar Hüseynovdan ibarət tərkibdə, İddiaçı xxxnın cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı sərəncamının ləğv edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 17 aprel 2019-cu il tarixli 2-1(103)-994/2019 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 03 oktyabr 2019-cu il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul et di. Təsviri hissə: İddiaçı xxxnın cavabdeh Nəsimi rayon İcra Hakimiyyətinə qarşı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 140 saylı 25.04.2018-ci il tarixli sərəncamının ləğv edilməsibarədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək inzibati işə aidiyyəti üzrə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilməsi barədə qərardadının qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 31 yanvar 2019-cu il tarixli iş № 2-1(81)-132/2019, (sədrlik edən hakim T.Əsədova) qərardadı ilə vəsatətin rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 31 yanv ar 2019-cu il tarixli qərardadının ləğv edilməsi və işə baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 17 aprel 2019-cu il tarixli iş № 2-1(103)-994/19 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərardadı iləcavabdehin apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 31 yanvar 2019-cu il tarixli qərardadının ləğv edilməsi, cavabdehin işinin baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin qismən təmin edilməsi, iddiaçının cavabdehə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmı şdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi özünün 17 aprel 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu, 82-ci və sair maddələrinin tələblərini pozmaqla yanaşı ümumiyyətlə düzgün olmayan nəticə sərgiləmişdir.Belə ki, 1 №-li Bakı İnzibati-İqtisadi Məhkəməsi daha öncə qəbul etdiyi 2-1(81)-3271/2018 №-li, 24 iyul 2018-ci il tarixli qərardadı ilə iddiasını ümumi məhkəmədə baxılmalı olan iddia hesab edərək mümkün saymamışdır. O, da həmin 24 iyul 2018-ci il tarixli qərardadla razılaşmadığından apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsi, id diaya dair işin, iş üzrəsonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə 29 avqust 2018-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardaddan iş üzrə üçüncü şəxs X5 tərəfindən kasasiya şikayəti verilsə də kasasiya şikayətinə 2-1(102)-1166/19 №-li iş olaraq baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 20 fevral 2019-cu il tarixli qərardadı ilə şikayətin icraata qəbulundan imtina edib.Apelyasiya instansiyası məhkəməsi onun şikayətinə baxarkən nəticəsi belə olmuşdur ki,:Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 №-li qərarında qeyd edilmişdir ki, “....Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şəraitin mövcudluğunun yoxlan ılmasını nəzərdə tutur.(1,3-cü bənd);ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.(1.4-cübənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin birləşməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.(2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar.(2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır lar.(8.6-cı bənd); məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn: məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiya ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və.s.) də mövcudluğu yoxlanılmalıdır.(9-cu bənd)”. Cavabdehin hazırkı mübahisələndirilən: “qəyyum təyin edilməsi barədə”sərəncamı inzibati orqanın icraatı çərçivəsində qəbul etdiyi qərar olub, inzibati məhkəmə icraatı qaydasında baxılan məsələlər sırasına aiddir.Apelyasiya instansiyasının bu nəticəsini Ali Məhkəmə də özünün 20 fevral 2019-cu il tarixli qərardadında bir daha önə çəkərək göstərmişdir ki,: apelyasiya instansiyası iddianı mümkün iddia saymışdır. Apelyasiya instansiyası məhkəməsində eyni tərkibdə, eyni məsələ üzrə iki fərqli münasibət bildirilir. Birinci 29 avqust 2018-ci il tarixli qərardadla iddia mümkün sayılır. İkinci 17 aprel 2019-cu il tarixli qərardadla isə iddia mümkün sayılmır. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı apelyasiya instansiyası məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16. 3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası iş materiallarını araşdıraraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq, belə qənaətə gəlmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə iş materiallarına uyğundur. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 7 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi X2 ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı evin 90 saylı mənzilində qeydiyyatda olan və yaşayan 20 yanvar 1936-cı il tarixdə Şəki şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncamından görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinə ünvan 1 ünvanında qeydiyyatda olan X5 müraciət edərək ünvan 2 ünvanında qeydiyyatda olan faktiki olaraq onunla birlikdə ünvan 3 mən 32-də yaşayan xalası 20.01.1936-cı il təvəllüdlü X4 qəyyum təyin edilməsini xahiş etmişdir. Qəyyumluq və Himayəçilik Komissiyasının 23.04.2018-ci il tarixli iclasının qərarına əsasən həmin sərəncamla X5 xalası 20.01.1936-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmi şdir. Hazırkı iddia üzrə mübahisə iddiaçı X7 fəaliyyət qabiliyyəti olmayan X3 bacısı olmaqla, digər bacısı qızı X1 onun üzərində qəyyum təyin edilməsi barədə Nəsimi rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2018-ci il tarixli 140 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə müvafiq olaraq ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı h esab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi- vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası hesab edir ki, Azə rbaycan Respublikası Ali Məhkəməsinin 18.07.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarın 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-ni n 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyət: inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraat qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyası Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 2-1 (103)2117/18 saylı, 29 avqust 2018-ci il tarixli qərardadı ilə hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması əsası ilə, iddianın mümkün sayılmaması barədə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (81 )-3271/18 saylı, 24 iyul 2018-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsinə baxmayaraq Ali Məhkəmənin yuxarıda adı çəkilən Respublika məhkəmələrinə ünvanladığı tövsiyə xarakterli məktubu nəzərə alındıqda hazırkı halda qəyyumluqla bağlı mübahisələrin mülki məhkəmə icraatı qaydasında baxılması barədə məhkəmə təcrübəsinin formalaşdığı müəyyən olunduğundan hazırkı mübahisə də mülki xarakterli olmaqla aidiyyəti üzrə mülki məhkəmədə baxılan mübahisələrə aid edilməlid ir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərardadı qanuni və əsaslı olduğundan, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 17 aprel 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı xxxnın kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2019-cu il tarixli 21(103)-994/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2889/2019
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2889/2019
03.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver