Məhkəmə qərarları › İş №2-1(102)-289/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-289/2019

16.01.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-289/2019 16.01.2019 ALİ MƏHKƏMƏ İş № 2-1(102)-289/19 Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri 2019-cu il 16 yanvar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1, İddiaçının vəkili Mirzəfərova Könül Murtuz qızının, Cavabdehin vəkili Həbilov Əlirza Qəməndər oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 avqust tarixli 2-1(103)-1314/2018 nömrəli qərarın dan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçının mərhum əri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq əməliyyat müvəkkili, polis kapitanı x2 xidməti vəzifəsinin icrası zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, 1992-ci il 1 oktyabr tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 27 fevral tarixli 2-1(81)-599/2014 nömrəli qərarı ilə iddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə qarşı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq əməliyyat müvəkkili polis kapitanı x2nun hərbi əməliyyatlar da həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın iddiaçıya ödənilməsi ilə əlaqədar iddiası təmin edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar olaraq x2nun ailəsinə xidmət etdiyi vəzifənin 2009-cu ildə (pensiyanın son ödəniş ili) aylıq 302 manat təminat xərcliyinin 70 misli miqdarında, yəni 21.140,0 manat məbləğində kompensasiya hesablanıb ödənilmişdir. Kompensasiyanın məbləği hesablanarkən iddiaçının azyaşlı övladına sonuncu dəfə ailə başçısını itirməyə görə pensiya ödənilən 2009-cu ildə mövcud olmuş təminat xərcliyi əsas götürülmüşdür. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona ödənilmiş kompensasiyanın düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh 2017-ci il 10 yanvar tarixli məktubla bildirmişdir ki, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2014-cü il 27 fevral tar ixli qərarının icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli Qərarına əsasən iddiaçıya x2nun xidmət etdiyi vəzifənin 2009-cu ildə (pensiyanın son ödəniş ili) aylıq 302 manat, təminat xərcliyinin 70 misli miqdarında 21.140,0 manat məbləğində kompensasiya hesablanıb ödənilmişdir. İddiaçı 2017-ci il 26 iyul tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sabiq əməliyyat müvəkkili, polis kapitanı x2nun hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın ödənilməmiş hissəsi olan 14.910 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaları”ın təsdiq edilməsi barədə 2000-ci il 20 aprel tarixli, 73 saylı Qərarın 2-ci bəndində xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşı həlak olduqda onun ailəsinə əmək haqqı və təminat xərclərinin 70 misli məbləğində birdəfəlik kompensasiya ödənilir. Bununla bağlı iddiaçı Bakı şəhəri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 27 fevral tarixli 2-1(81)599/2014 nömrəli qərarı ilə iddiaçı x1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə qarşı Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin sabiq əmə liyyat müvəkkili polis kapitanı x2nun hərbi əməliyyatlarda həlak olması ilə əlaqədar birdəfəlik kompensasiyanın iddiaçıya ödənilməsi ilə əlaqədar iddiası təmin edilmişdir. Lakin Daxili İşlər Nazirliyi tərəfindən kompensasiya düzgün hesablanmamış və düzgün icra edilməmişdir. Belə ki, 2009-cu il əmək haqqı təminat xərcliyinin 70 misli miqdarında hesablanmaqla 21.140 manat məbləğində icra edilmişdir. Lakin iddiaçıya çatacaq kompensasiyanın məbləği 2017-ci ilin təminat xərcliyi əsas götürülərək hesablanmalı və “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli, 73 saylı Qərarına uyğun tam olaraq icra edilməlidir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz t əqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 6 mart tarixli 2-1(81)-1265/18 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mərhum ərinin ölümünə görə kompensasiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli Qərarının qüvvəyə mindiyi 2000-ci il 20 aprel tarixdən yaranmasına baxmayaraq, iddiaçı həmin hüquqdan 2014-cü ildə istifadə etsə də, məhkəmə qərarının icrası zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən Qərarının qüvvəyə mindiyi tarixdən deyil, iddiaçının övladının ailə başçısını itirməyə görə pe nsiya təminatı hüququnun dayandırıldığı 2009-cu ildə mövcud olmuş təminat xərcliyi üzrə kompensasiya hesablanmalıdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 avqust tarixli 2-1(103)-1314/2018 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2018-ci il 28 avqust tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2018-ci il 21 sentyabr tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iş in təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sorğu verilərək qərarın çıxarıldığı 2014-cü il üçün əmək haqqı və təminat xərcliyinin məbləği barədə məlumatlar əldə edilmişdir. Lakin qərar çıxarılarkən məhkəmə tərəfindən həmin sorğu nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi göstərilənləri nəzərə almamış, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci, 68-ci maddələrinin, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 5-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə əməl etməmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apell yasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Əsaslandırma hissəsi: Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı öz tələbinin əsası kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2014-cü il 27 fevral tarixli qərarına istinad edərək qeyd edir ki, məhkəmə qərarının icrası ilə əlaqədar kompensasiyanın məbləği hesablanarkən iddiaçının azyaşlı övladına sonuncu dəfə ailə başçısını itirməyə görə pensiya ödənilən 2009-cu ildə mövcud olmuş təminat xərcliyi əsas götürül müşdür. Hazırki tələbində iddiaçı kompensasiya məbləğinin 2009-cu ildəki təminat xərcliyindən deyil, kompensasiyanın ödənilməsini cavabdehə həvalə etmiş məhkəmə qərarının qəbul edildiyi 2014-cü ildəki təminat xərcliyindən hesablanmalı olduğunu, lakin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsi tərəfindən buna əməl olunmadığından, yəni kompensasiya məbləği tam ödənilmədiyindən, kompensasiyanın ödənilməmiş hissəsi hesablanarkən kompensasiyanın ümumi məbləği mübahisənin yarandığı 2017-ci ildəki təminat xərcliyi əsas götürülərək hesablanmalıdır. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi qanuni qüvvədə olan (o cümlədən, hazırkı iş üzrə cavabdehə münasibətdə) məhkəmə aktına istinad edə, həmin qərardan irəli gələn tələbin təmin olunmasını, ödənilməli olan məbləğ həmin qərarda göstərilmədiyindən, cavabdehin faktiki ödədiyi və ya ödəməli olduğu məbləği müstəqil icraatda mübahisələndirə bilər. Lakin hazırkı iddiasında o, kompensasiyanın məhkəmə qərarının qəbul edildiyi vaxtda mövcud olmuş təminat xərcliyindən deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin məlumatına istinadla 2017-cilin təminat xərcliyinə əsasən hesablanmasını iddia etmiş, məhkəmələr isə həmin məzmunda tələbin ödənilməsi üçün hüquqi əsasın olmaması səbəbi ilə iddianı rədd etmişlər. Kas sasiya icraatında isə, iddiaçı məhkəmə qərarının qəbul edildiyi 2014-cü ildəki təminat xərcliyindən hesablanmalı olduğunu bəyan etsə də, hazırkı işdə həmin məzmunda tələb irəli sürülməmiş, iddiaçı iddia etdiyi məbləği 2017-ci ilin təminat xərcliyinə əsasən hesablamaqla tələb etmişdir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçı kompensasiyanın məhkəmə qərarının qəbul edildiyi vaxtda mövcud olmuş təminat xərcliyindən deyil, 2017-ci ilin təminat xərcliyinə əsasən tələb etdiyindən, lakin həmin məzmunda tələbin ödənilməsi üçün hüquqi əsas olmadığından, həmçinin məhkəmənin iddia tələbindən kənara çıxmaq hüququ İPM-in 52-ci maddəsinin tələbinə əsasən istisna edildiyindən, iddianın əsas sızlığına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 8 avqust tarixli 2-1(103)-1314/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar