Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-289/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsi; torpaq sahəsinin məqsədli təyinatı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonunun Şollar kəndi ərazisi ndə sahəsi 3.78 hektar olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Xaçmaz rayon Şollar Bələdiyyəsinin 2006-ci il 28 yanvar tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən onun adına verilmiş JN-04xx xxx xsaylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020ci il 07 oktyabr tarixli, 2-1(105)-312/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Xaç maz rayon Şollar Bələdiyyəsinin 2006-ci il 28 yanvar tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsi iddiaçının adına qeydə alınaraq JN-04xx xxx xsaylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək 3.78 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 29 dekabr tarixli, **********05 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, İddiaçıya məxsus JN04xx xxx x saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarınd a və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı 2020-ci il 29 yanvar tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi barədə Xaçmaz rayon Şollar Bələdiyyəsinin 2006-ci il 28 yanvar tarixli, 14 saylı qərarı və həmin qərar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən onun adına verilmiş xxxx xxx xsaylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında mülkiyyət hüquqlarını n dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Şollar Bələdiyyəsinin 2006-ci il 28 yanvar tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonunun Şollar kəndi ərazisində sahəsi 3.78 hektar olan torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həmin qərar əsasında Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına JN4xx xxx xsaylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamə hazırlanaraq təqdim olunmuş və torpaq üzərində onun mülkiyyət hüququ dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçirilmişdir. Hal-hazırda həmin sənədi təqdim edərək çıxa rışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, tərəfindən müvafiq sənədlər təqdim olunmaqla etdiyi müraciətinə cavabdeh tərəfindən 2019–cu il 29 dekabr tarixli, **********05 saylı məktubla cavab verilərək, şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitabında və torpaq sahəsinə dair Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə onun adına verilmiş JN-04xx xxx xsaylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamənin İdarənin elektron baza məlumatlarında əks olunmadığını bəhanə gətirərək hələ 2006– cı ildə dövlət qeydiyyatında aparılmış hüquqlarına dair çıxarışın verilməsindən imtina etmişdir. Halbuki, yuxarıda sadalananlardan da görünür ki, qeyd edilən torpaq sahəsinin mülkiyyətçisi kimi onun adına hal–hazırda da hüquqi qüvvəsini saxlayan Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 2006-cı ildə hazırlanmış JN–04xx xxx xsaylı “Torpağın mülkiyyətə verilməsi barədə” Şəhadətnamə vardır. Belə olan halda hesab etmişdir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası, həmin torpaq sahəsinin Şəhadətnaməsinin İdarənin elektron baza məlumatlarında əks olunmadığına dair bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu hərəkəti ilə cavabdeh qanunsuzluğa yol verməklə yanaşı, mülki və torpaq qanunvericiliklərinin normaları nı, o cümlədən mülkiyyət hüququna dair qanunvericilik aktlarının müddəalarını da kobud şəkildə pozmuşdur.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz vermişdir. Etirazın əsaslarına görə, JN-04xx xxx xsaylı torpağa mülkiyyət hüququna dair dövlət aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müraciətin icrası tərəfimizdən mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3 bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə mat eriallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanun la müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 9.1.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Bildirilir ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd olunduğu kimi mübahisələndirilən JN–04xx xxx xsaylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 16 mart tarixli, 2-1(118)-639/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 2006-cı il 01 may tarixli, JN–04xx xxx xsaylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Xaçmaz rayonu Şollar Bələdiyyəsi ərazisində yerləşən 3.78 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. İddiaçının adına tərtib olunmuş Dövlət aktı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitabında yaxud elektron baza xəritə materiallarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(105)-312/2020 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd olunmuşdur.
13. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə, yəni öhdəliyin icrası haqqında iddiadır. Məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub olmadığının müəyyən edilməsindən əvvəl iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin təl əbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məhkəmənin mövqeyi cavabdehin imtinasına bağlı olmadığı üçün cavabdehin göstərdiyi dəlillərlə məhdudlaşmır və cavabdehin aşkar mübahisələndirmədiyi halları belə, xidməti vəzifəsinə görə yoxlamaq məhkəmənin vəzifəsidir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçıya Xaçmaz rayonu, Şollar Bələdiyyəsinin 2006-cı il 28 yanvar tarixli, 14 saylı qərarı ilə ayrılmışdır. 2006-cı il 28 yanvar tarixli, 14 saylı qərar əsasında iddiaçının adına tərtib olunmuş JN04xx xxx xsaylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Xaçmaz rayonu, Şollar bələdiyyəsinin 2006-cı il 28 yanvar tarixli, 14 saylı qərarı ilə Xaçmaz rayonu Şollar kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.78 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Dövlət Aktından belə nəticə əldə olunur ki, Xaçmaz rayonu, Şollar Bələdiyyəsinin 2006-cı il 28 yanvar tarixli, 14 saylı qərarı ilə iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, həm də kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi satılmışdır. Qanunvericilikdə bələdiyyənin kənd təsərrüfatı təyinatlı torpaqlarının vətəndaşlara verilməsinin xüsusiyyətləri tənzimlənmişdir. Kənd təsərrüfatı məqs ədləri üçün kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilir. Belə torpaqlar alqı-satqı obyekti ola bilməz.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq bildirmişdir ki, apellyasiya məhkəməsi yalnız Xaçmaz rayonu, Şollar Bələdiyyəsinin 2006-cı il 28 yanvar tarixli, 14 saylı qərarında torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün satılmasını əsas götürərək mübahisəli torpaq sahəsinin kənd təsərrüfatına yararlı tor paq sahəsi olduğu qənaətinə gəlmişdir. Halbuki, bələdiyyə qərarının məhz bu şəkildə yazılması məhkəmənin belə bir nəticəyə gəlməsi üçün kifayət deyildir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı kənd təsərrüfatına yararlı torpaq sahələri ilə yanaşı kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahələrində də mümkündür. Sonuncu təyinatlı torpaq sahələrinin isə xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü qanunvericiliklə təsbit olunmaqla yanaşı, məhkəmənin özü tərəfindən də etiraf edilmişdir. Ancaq məhkəmə qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirilməli olduğu hallar sübuta yetirilmədiyi halda, bu hallar sübut olunmuş kimi qəbul etmiş, formal mülahizələr əsasında qərar qəbul etmişdir. Məhkəmə yalnız Şollar Bələdiyyəsinə sorğu göndərməklə kifayətlənmiş, sözügedən bələdiy yə qərarının surətinin məhkəməyə təqdim edilməsini təmin etməmişdir. Məhkəmə sənədin tələb olunması ilə bağlı qərardad qəbul edərək həmin qərardadın icra olunması məqsədi ilə aidiyyəti üzrə Xaçmaz rayonu üzrə İcra İdarəsinə göndərilməsi kimi səlahiyyəti vardır. Eyni zamanda məhkəmə iş üçün zəruri olan məsələlər aydınlıq gətirilməli olduğundan müvafiq ekspertiza təyin etməklə torpaq sahəsinin məqsədli təyinatına aydınlıq gətirməli olduğu halda bunu etməmiş və məhkəmə baxışının ədalətli və hərtərəfli aparılmasının təmin edilməsi üçün inzibati prosessual qanunvericilikdə vaxt məhdudiyyətinin olmamasına baxmayaraq tez bir zamanda qərar çıxarmağı üstün tutmuşdur. Həmçinin, məhkəmənin işə baxarkən iddiaçının vicdanlı alıcı olduğunu və 10 ildən artıq müddətdə torpaq sahəsinə faktiki sahiblik etdi yini, torpaq sahəsi üzərində mülkiyyət hüququnun yarandığını və bu hüququn cavabdeh tərəfindən də mübahisələndirilmədiyini nəzərə almadan çıxardığı qərar həm milli qanunvericiliyin mülkiyyət hüququna dair müddəalarını, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüququna dair qəbul etdiyi məhkəmə aktlarında təsbit olunmuş tələblərini kobud şəkildə pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə q ərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Torpaq Məcəlləsi: Maddə
56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları
3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. 19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əməl ə gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiq ələri;
21. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
25. Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələblərindən göründüyü kimi, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilir. 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 28 mart tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə b ilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır”.
27. Torpaq Məcəlləsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda istinad edilən normalarının tələbələrini, eləcə də Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında müəyyən olunmuş hüquqi mövqeni nəzərə almaqla kollegiya qeyd edir ki, torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı mübahisələrə baxılarkən, ilk növbədə torpaq sahəsinin hansı kateqoriyaya aid olduğu dəqiq müəyyən edilməli, bundan sonra Torpaq Məcəlləsinin normalarından irəli gələn torpağın kateqoriyası ilə bağlı tələblər nəzərə alınmalı və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2017-ci il 28 mart tarixli Qərarına uyğun olaraq həll edilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilmiş qərarında müəyyən edilən hüquqi mövqeyə görə, torpağın mülk iyyətə verilməsinə dair şəhadətnamənin mövcudluğu özü-özlüyündə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinə istinadla iddianı təmin etməyə imkan vermir. Çünki mülkiyyət hüququnun qeydiyyata alına bilməsi üçün iddiaçının torpaq sahəsinə münasibətdə torpağın kateqoriyası ilə bağlı tələblərə riayət etməklə hüquq əldə etdiyi təsdiq olunmalıdır. Başqa sözlə, torpağın kateqoriyası (məqsədli təyinatı) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ödənilmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 07 oktyabr tarixli, 2-1(105)-312/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov