Məhkəmə qərarları › İş №2-1(102)-289/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-289/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-289/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxs 1 saylı regional ərazi filialına qarşı işi üzrə QƏRARİ Açar sözlər: yaşa (64 yaş) görə əmək pensiyasının təyin edilməsi, kolxozda iş stajının faktiki müddət üzrə hesablanması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sos ial Müdafiə X3 Şəxs 1 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-57/2021 nömrəli, 09 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 30 oktyabr 2019-cu il tarixli, **********6 nömrəli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan azı 25 il sosial sığorta stajı toplamadığı üçün yaşa görə əmək pensiyası hüququ yaranmır və ona yaşa görə əmək pensiyası təyin oluna bilməz. İŞ ÜZRƏ QƏBUL EDİ LMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 64 yaşının tamam olduğu tarixdən, yəni 28.04.2019-cu ildən ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1955-ci ildə anadan olmuş, əmək fəaliyyətinə Ağcabədi rayonunun Caparidze kolxozunda başlamış, 1972–1973-cü və 1976–1977-ci illərdə həmin kolxozda kolxozçu kimi işləmişdir. Bunu Ağcabədi rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli 285 saylı Arxiv arayışı təsdiq edir. 11.05.1974-cü ildə Sovet Ordusu sıralarına çağırılmış və 17.05.1976-cı ilə qədər hərbi xidmətdə olmuşdur. Bu barədə, ona məxsus NT–İ Seriyalı ***** ** saylı əmək kitabçasının 2-3-cü səhifələrində müvafiq qeyd vardır və HC Seriyalı ******* saylı hərbi bilet qeyd ediləni təsdiq edir. 01.09.1977-ci ildən 29 iyul 1978-ci ilə kimi Sumqayıt şəhər 17 saylı Texniki Peşə Məktəbində təhsil almışdır. Bunu 29.07.1978-ci ildə verilmiş 78 sayı attestat təsdiq edir. Bu barədə, ona məxsus əmək kitabçasında müvafiq qeyd vardır. 09.08.1978-ci ildən 02.01.1989-cu ilə qədər Sumqayıt şəhər 2 saylı Trestin 21 saylı Tikinti İdarəsində rəngsaz işləmiş, 02.01.1989-cu ildə köçürmə yolu ilə Sumqayıt şəhər 2 saylı Trestin 24 saylı Tİ-nə işə qəbul olunmuş, 01.08.1995-ci ildə köçürmə yolu ilə Sumqayıt “Kommunal-Tikinti" Birliyinin X2 işə qəbul olunmuş və orada 01.09.1999-cu ilə qədər işləmişdir. Ümumi iş stajı 27 ildən artıqdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

5. Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2-1(118)-435/2020 nömrəli qərarı ilə (hakim: C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçının arxiv arayışında qeyd edilən müddətləri, 1977-1978-ci illərdə peşə məktəbində təhsil aldığı müddətin və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, 28.04.2019-cu il tarixindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 25 il sosial sığorta stajını topladığından və pensiya yaşı tamam olduğundan yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

7. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat

8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 1972-1973, 19761977-ci illərdə Çaparidze kolxozunda işlədiyi, 01.09.1977-ci ildən 29.07.1978-ci ilədək Sumqayıt şəhəri, 17 saylı texniki peşə məktəbində təhsil aldığı, 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı THS-də işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməklə, 64 yaşı tamam olduğu tarixdən, yəni 28.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

9. Apelyasiya instansiyası məhkəməsinin protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-1(105)-57/2021 saylı qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və M.Ə.Rzayev) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 avqust 2020-ci il tarixli, 2-1(118)-435/2020 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilərək iddiaçının 1972-1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işlədiyi, 01.09.1977-ci ildən 29.07.1978-ci ilədək Sumqayıt şəhəri, 17 saylı texniki pe şə məktəbində təhsil aldığı, 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı THS-də işlədiyi müddətlər sosial sığorta stajına daxil edilməklə, iddiaçıya 64 yaşı tamam olduğu tarixdən, yəni 28.04.2019-cu ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi müddətləri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur. Belə olan halda iddiaçı, ona yaşa görə pensiya təyini üçün 25 ildən artıq sosial sığorta stajına malik olduğundan və pensiya yaşını (64 yaş) tamamladığından yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:

13. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, hər iki məhkəmə işi araşdırarkən, cavabdehin göstərdiyi sübutlara doğru hüquqi qiymət verməmişdir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi iddia etdiyi Caparidze kolxozunda 1972-1973 və 1976-1977 iş lədiyinə dair sübut kimi təqdim etdiyi arxiv arayışında minimum adam günü normaları göstərilməmişdir və həmin normalar olmadığından onun işlədiyi illərin iş staj kimi götürülməsi qeyri-mümkündür.

14. Bundan əlavə, iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair müvafiq qeydlər olmasına baxmayaraq, əmək kitabçası üzrə işlədiyi illərin dövlət arxivinin arayışları əsasında təsdiqlənməsi mümkün olmadığı üçün həmin dövrlərin sosial siğorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmiş və 25 il sosial siğorta stajı tamamlanmadığı üçün ona pensiya təyin olunmasından imtina edilmişdir. Odur ki, cavabdehin müvafiq imtina məktubu əsaslıdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublika sının Konstitusiyası. Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil e dilən digər dövrlərin məcmusudur Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüq uqu vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müd dət üzrə nəzərə alınır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili b arədə qeydlər göstərilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” Bənd 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İ ş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

21. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Maddə

117. Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müb ahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şika yət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. İşdən görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (64) yaş həddinə çatdıqdan sonra 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdehə müraciət etmişdir.

26. Cavabdeh iddiaçının 1972-1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işlədiyi müddətin əmək kitabçasında qeyd edilmədiyini, 2 saylı Trestin 24 saylı tikinti idarəsində və Sumqayıt Sənaye Kom munal Tikinti Birliyinin 3 saylı X2 işlədiyi dövrün yoxlanılmasının mümkün olmadığını əsas tutaraq həmin müddətləri onun sığorta stajına daxil etməmiş, həmin müddətlər nəzərə alınmadığından iddiaçının ümumi sığorta stajı 25 ildən az olmuş, topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından ona pensiya təyin olunmasından imtina edilmişdir.

27. Bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmiş, apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etsə də, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarı ləğv olunmasını xahiş etmişdir.

28. Məhkəmə tərkibi iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

29. İddiaçının xx xxxxx 1955-ci il təvəllüdlü olması və 64 yaşında, yəni 28 aperel 2019-cu il tarixdə pensiya yaşına çatması işin mübahisəsiz halıdır. Bu hal işdə olan sənədlərlə tam sübuta yetirilir və cavabdeh də bu halı mübahisə etmir.

30. Cavabdehin şikayətinin dəlilləri iddiaçının 25 il sığorta stajına malik olmaması və fərdi hesabın sığorta hissəsində əmək pens iyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olmaması barədədir. Cavabdehin bununla bağlı birinci dəlili ondan ibarətdir ki, iddiaçının Çaparidze kolxozunda 1972-1973 və 1976-1977 işlədiyinə dair sübut kimi təqdim etdiyi arxiv arayışında minimum adam günü normaları göstərilmədiyindən həmin müddət onun sığorta stajına daxil edilə bilməz.

31. Bu dəlillə əlaqədar olaraq məhkəmə tərkibi bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli, 285 saylı arxiv arayışından görünür ki, iddiaçı 1972- 1973, 1976-1977-ci illərdə Çaparidze kolxozunda işləmiş və onun adam günlərinin sayı müvafiq olaraq 184, 278, 240 və 16 0 olmuşdur.

32. Məhkəmə tərkibi qeyd edir ki, yuxarıda göstərilən normativ aktlara əsasən iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının Çaparidze kolxozunda işlədiyi iş dövrünü təsdiqləyən arxiv arayışını həmin müddətin onun sığorta stajına daxil edilməsi üçün mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.

33. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı isə məhkəmə tərkibi qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pen siya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvv əllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının kolxozda işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu.

34. İddiaçının kolxozda işlədiyi dövrdə topladığı sığorta stajına münasibətdə məhkəmə tərkibi qeyd edir ki, 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının işlədiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası il ə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

35. Bu Qərarın yuxarıdakı bəndlərində istinad olunan normalara əsasən, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib - yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə ) yerinə yetirildiyi nəzərə alınmalıdır.

36. Ağcabədi rayon Dövlət Arxivinin 01.09.2020-ci il tarixli 194 saylı arayışından görünür ki, Ağcabədi rayon Dövlət Arxivində minimum əmək günü (iş günü) normasını müəyyən edən təsdiqedici hüquqi – normativ sənəd mühafizə olunmadığından, iddiaçının işlədiyi müddətdə minimum əmək günü (iş günü) norması barədə məlumat vermək mümkün olmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən əldə edilən şifahi məlumata əsasən, kolxozların fəaliyyəti zamanı Ağcabədi rayonunun yerləşdiyi regiona, kolxoz dövrlərində mərkəzi İcra Hakimiyyəti tərəfindən normativə uyğun minimum əmək günü(iş günü) norması kişilər üçün 240 gün, qadınlar üçün 180 adam günü müəyyən edilmişdir.

37. Hazırki halda, iddiaçı 1973 və 1976-cı illərdə minimum əmək iştirakı normasını tam ödəsə də, 1972 və 1977-ci ildə kolxozda işlədiyi dövrlərdə minimum əmək iştirakı normasını qismən ödəmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Sözügedən illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qayda ilə hesablama apardıqda: - 1972-ci ildə kolxozda minimum adam günü 240, iddiaçının minimum əmək iştirakı 184 gün olmuşdur. Belə olduğu halda iddiaçının həmin kolxozda işlədiyi faktiki müddət 9 ay olmuşdur (184x12=2208:240=9). - 1977-ci ildə kolxozda minimum adam günü 240, iddiaçının minimum əmək iştirakı 160 gü n olmuşdur. Belə olduğu halda isə iddiaçının həmin kolxozda işlədiyi faktiki müddət 8 ay olmuşdur (160x12=1920:240=8).

38. Beləliklə də iddiaçının 1972-1977-ci illərdə kolxozda işlədiyi müddət 3 il 05 ay təşkil edir.

39. Kassasiya şikayətində mübahisəli digər məsələ iddiaçının 1992-1999-cu illərə aid iş stajı ilə bağlıdır.

40. Yuxarıdakı bəndlərdə göstərilən qanunvericilik aktlarına əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı X2 işlə mişdir.

41. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli 615 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Sənaye Tikinti İstehsalat Birliyinin tərkibinə daxil olan təşkilat və müəssisələrin bazasında "xxxx" Dövlət Şirkəti yaradılmışdır. "xxxx" SC-nin İdarə Heyətinin 02.09.1999-cu il tarixli 1 saylı iclas protokoluna əsasən, “Sənayekommunaltikinti” Birliyinin 3 saylı filialı (təsərrüfat hesablı sahə) "xxxx" SC-nin 2 saylı Müəssisəsi adlandırılmışdır. Mübahisələndirilən illərdə iddiaçının həqiqətən də həmin müəssisədə işləməsi barədə məlumat əldə etmək üçün apelyasiya instansiyası məhkəməsi tərəfindən "xxxx" Səhmdar Cəmiyyətinin 2 saylı Müəssisəsinə sorğu edilərək iddiaçının işlədiyi dövrlərə dair sənədlərin əsli tələb edilmişdir. Təqdim edilmiş sənədlərə tərəflərin işt irakı ilə kollegiyanın iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı filialının fəhlə və qulluqçularının 01 dekabr 1995-ci il tarixə olan siyahısında iddiaçının adı göstərilmiş və qarşısında 5-ci dərəcə suvaqçı qeyd edilmişdir.

42. Bundan əlavə, "xxxx" Dövlət Şirkəti Sənayekommunaltikinti Birliyi üzrə 15.05.1995-ci il tarixli 3 saylı əmrə əsasən, 15 may 1995-ci il tarixdən 2 №-li trestin 20 saylı X1 (PMK-20) Sumqayıt Sənayekommunaltikinti Birliyinin 3 nömrəli filialı adlandırılmışdır. "xxxx" Dövlət Şirkəti Sumqayıt “Sənayekommunaltikinti” Birliyinin 3 nömrəli filial üzrə 15.08.1995-ci il tarixli 16-K saylı əmrə əsasən, N.M.Doluxanovun rəhbərlik etdiyi 9 nəfərdən ibarət briqada daimi əsaslarla 01.07.1995-ci il tarixdən 1 nömrəli filialdan 3 n ömrəli filiala köçürülmüşdür. Həmin siyahıda 3-cü sırada iddiaçının adı qeyd edilmişdir. Əmrin verilməsinə əsas, “Sənayekommunaltikinti” Birliyi üzrə 130-1/C saylı 01.08.1995-ci il tarixli əmr olmuşdur. "xxxx" Dövlət Şirkəti “Sənayekommunaltikinti” Birliyi üzrə 1 saylı 05.01.1996-cı il tarixli əmrə əsasən, 01.01.1996-cı il tarixdən etibarən Birliyin 1,2,3,4,5 və 6 saylı filiallarının adları struktur bazası əsasında uyğun olaraq 1,2,3,4,5 və 6 saylı təsərrüfat hesablı sahə (THS) adlandırılmışdır. "xxxx" Dövlət Şirkəti Sumqayıt “Sənayekommunaltikinti” Birliyi 3 nömrəli THS üzrə 15.04.1996-cı il tarixli 35-K saylı əmrə əsasən, 13 nəfər işçi, o cümlədən 3-cü sırada adı qeyd edilmiş iddiaçı 16.04.1996-cı il tarixdən köçürmə yolu ilə 3 nömrəli THS-yə keçirilmişdir. Əmrin verilməsinə əsas, “Sənay ekommunaltikinti” Birliyi üzrə 85 C saylı 15.04.1996-cı il tarixli əmr olmuşdur. "xxxx" Dövlət Şirkəti “Sənayekommunaltikinti” Birliyi üzrə 03.02.1997-ci il tarixli 3 10-K saylı əmrə əsasən, Birliyin 4 saylı THS-nin 11 nəfər işçisi, o cümlədən 7-ci sırada adı qeyd edilmiş iddiaçı 03.02.1997-cı il tarixdən köçürmə yolu ilə 3 nömrəli THS-yə keçirilmişdir. "xxxx" SC-nin 3 nömrəli filialı üzrə 01.09.1999-cu il tarixli 2 nömrəli əmrə əsasən, 3 nömrəli filialın 5 dərəcəli malakeşi olan iddiaçı 01.09.1999-cu il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad edilmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş 27.12.2016-cı il tarixli 121 saylı arayışından görünür ki, "xxxx" SC-nin 2 saylı Müəssisəsi (“Sənayekommunaltikinti” Birliyinin 3 saylı f ilialı(THS) varisi) tərəfindən 1992-ci ildən etibarən müəssisədə çalışan işçilərin əmək haqqından məcburi dövlət sosial sığorta haqqları hesablanmış və ödənilmişdir. Beləliklə, iddiaçının 09.08.1978-ci ildən 02.01.1989-cu ilədək 2 saylı Trestin 21 saylı tikinti idarəsində, 02.01.1989-cu ildən 01.08.1995-ci ilədək 2 saylı Trestin 24 saylı tikinti idarəsində, 01.08.1995-ci ildən 01.09.1999-cu ilədək Sənaye Kommunal Tikinti Birliyinin 3 saylı THS-də işləməsi əmək kitabçasındakı qeydlərlə yanaşı, 2 saylı müəssisənin arxivində saxlanılan və apelyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirilən sənədlərlə tam olaraq sübuta yetirilmişdir.

43. Göründüyü kimi, iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu və işlədiyi illəri cəmlədikdə onun 25 ildən çox sığorta stajı yaranmış olur ki, bu da ona 64 yaşı tamam olduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. Odur ki, cavabdehin iddiaçıya pensiya təyin olunmasından imtinası əsassız olmuşdur.

44. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-57/2021 nömrəli iş üzrə 09 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar