Məhkəmə qərarları › İş №2-1(102)-289/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-289/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-289/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: şəxsi vərəqədən silinmiş vəsaitin geri qaytarılması barədə rəyin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı İddiaçı MTK-nın şəxsi vərə qəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-175/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2006-cı il tarixdə VÖEN almaqla, ********** VÖEN nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Yevlax rayonu ərazisində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması öhdəliyini n cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixində İddiaçı MTK-nın şəxsi vergi vərəqəsindən 44.014,06 AZN məbləğində sərbəst vəsaiti silmişdir. Həmin vəsait təsisçi tərəfindən bir neçə il öncə nağd qaydada gələcəkdə yaranan vergi borclarının ödənilməsi məqsədilə icra edilmişdir. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən müəssisə işləmədiyi üçün həmin vəsaitdən az istifadə edildiyinə görə ondan 44.064 AZN artıq ödəmə kimi qalmışdır ki, həmin məbləğdən bu il istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müəssisə artıq fəaliyyətə başlayıb və həmin vəsaitə böyük ehtiyac yaranmışdır. Şəxsi vərəqədə olan artıq ödəmənin geri qaytarılması və ya vəsaitin MTK-nın DSMF-yə olan borcuna silinməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya nə məbləğ geri qaytarılmış, nə də əvəzləşdirmə aparılmışdır.

4. İddiaçının vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”ndə mövcuddur.

6. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

7. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir.

8. Göründüyü kimi, vergi ödəyicisinin artıq ödəmə məbləği yarandığı tarixdən 9 ildən artıq vaxt keçməsinə baxmayaraq, qanunvericiliyin tələbinə zidd olaraq 44.014,06 manat məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması b arədə qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmişdir.

9. Bundan başqa iddiaçı iddia ərizəsində artıq ödəmənin cavabdeh orqan tərəfindən digər borclarla əvəzləşdirmə aparmaması ilə bağlı fikir bildirmiş, lakin iddiaçının həmin iddia tələbi də qanunsuz və əsasızdır.

10. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.4-cü bəndinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə artıq ödəmələrin məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ha qları üzrə artıq ödəmələrin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğləri ilə əvəzləşdirilməsinə yol verilmir.

11. Birinci instansiya məhkəməsinin 2-1(116)-427/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilmişdir.

12. Birinci instansiya məhkəməsinin 2-1(116)-427/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində məhkəmənin icraatına cəlb edilməsi adi cəlbetməyə dəyişdirilmişdir.

13. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-427/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim F.S.İsmayılzadə) iddia təmin edilmiş, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qa ytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdehin hərəkətləri məhkəmə tərəfindən faktiki olaraq iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir, cavabdehin imtinası iddiaçının mülkiyyət hüququndan məhrum edilmədiyi maliyyə vəsaitləri üzərində sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirməsini məhdudlaşdırır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-175/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məru zəçi/, V.İ.Məlikov və M.A.Əsədli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin mahiyyəti ilə bağlı bildiririk ki, iddia olunan məbləğ vergi orqanı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən silinməmişdir. Sözügedən məbləğ vergi qanunvericiliyinin tələbinə əsasən kooperativin şəxsi hesab vərəqəsin də “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir. Şəxsi hesab vərəqəsindən də göründüyü kimi 44.014,06 manat məbləğ hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsində mövcuddur.

20. Kooperativin şəxsi hesab vərəqəsinə nəzər salsaq görərik ki, xx.xx.2012-ci il tarixdə vergi ödəyicisinin 103.692,50 manat məbləğində artıq ödəməsi yaranmış və həmin tarixdən sonra yaranmış vergi öhdəlikləri üzrə hesablamalar aparılmaqla xx.xx.2020-ci il tarixə 44.014,06 manat məbləğində artıq ödəmə qalmışdır. Həmin məbləğ də xx.xx.2020ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə vərəqəsi”nə keçirilmişdir.

21. Belə ki, Azərbaycan Respublik asının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir.

22. Vergi hesablamaları vergi ödəyicisinin özünün təqdim etdiyi bəyannamələrə əsasən, yaxud həmin bəyannamələrin kameral qaydada yoxlanması nəticəsində aparılmışdır. Apellyasiya şikayətində də göstərdiyimiz kimi xx.xx.2020- ci il tarixədək olan dövrdə vergi orqanının mövcud AVİS (X1 Sistemi) proqram təminatında vergi ödəyicisinin hesablamalarının və ödənişlərinin əks olunduğu şəxsi hesab vərəqəsinin avtomatlaşdırılmış forması imkan vermişdir ki, vergi ödəyicisinin yaranan vergi öhdəlikləri şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmənin hesabına əvəzlənsin.

23. Odur ki, 2017-ci ildən 2020-ci il tarixədək vergi hesablamalarının vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəmənin hesabına əvəzlənməsi heç də məhkəmənin qeyd etdiyi kimi, vergi orqanı tərəfindən artıq ödəmənin yaranma tarixinin düzgün müəyyən edilməməsi kimi qiymətləndirilə bilməz.

24. Əlavə olaraq bildiririk ki, məhkəmənin istinad etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qəbul edilmiş xx.xx.2018- ci il tarixli qərarla vergi ödəyicisinə hesablanmış əlavə vergi məbləğlərinin və maliyyə sanksiyalarının tərkibi əsasən 2015- 2017-ci illəri əhatə etdiyindən həmin hesablamalar üzrə borcların 2012-ci ildən yaranmış artıq ödəmə ilə əvəzlənməsi Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə uyğundur. Məhkəmə isə, həmin qərarla əlavə vergi məbləğlərinin hesablanmasını qeyd etsə də hesablanmış məbləğlərin tərkibini və hansı vergi dövrlərini əhatə etdiyini aydınlaşdırmamışdır.

25. Hesab edir ki, məhkəmə üzərinə düşən vəzifələri icra etməmiş və iş materiallarına əlavə edilən sənədləri araşdırmamış və qiymətləndirməmişdir.

26. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində pros es iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmi yyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası ilk ön cə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

32. İddia ərizəsinin əsaslarına görə, cavabdeh iddiaçıya heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2020-ci il tarixində İddiaçı MTK-nın şəxsi vergi vərəqəsindən 44.014,06 AZN məbləğində sərbəst vəsaiti silmişdir. Həmin vəsait təsisçi tərəfindən bir neçə il öncə nağd qaydada gələcəkdə yaranan vergi borclarının ödənilməsi məqsədilə icra edilmişdir. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən müəssisə işləmədiyi üçün həmin vəsaitdən az istifadə edildiyinə görə ondan 44.064 AZN artıq ödəmə kimi qalmışdır ki, həmin məbləğdən bu il istifadə edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müəssisə artıq fəaliyyətə başlayıb və həmin vəsaitə böyük ehtiyac yaranmışdır. Şəxsi vərəqədə olan artıq ödəmənin geri qaytarılması və ya vəsaitin MTK-nın DSMF-yə olan borcuna silinməsi üçün iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçıya nə məbləğ geri qaytarılmış, nə də əvəzləşdirmə aparılmışdır. Bu səbəblə də iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

33. İddiaçının vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək İddiaçı MTK-nın şəxsi vərəqəsindən silinmiş 44.014,06 AZN vəsaitin geri qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehin ü zərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, istər birinci instansiya məhkəməsi 21 aprel 2022-ci il tarixli qərarı ilə iddianı təmin edərkən, istərsə də apellyasiya instansiyası məhkəməsi 28 sentyabr 2022-ci il tarixli qərarı ilə, birinci instansiya məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlayarkən İPM-in 12.1, 12.2, 58.7-ci maddələrinin tələblərini pozmaqla, inzibati mübahisəni tam və hərtərəfli araşdırmamışlar.

35. Belə ki, məlum olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faiz lərin və maliyyə sanksiyalarının qaytarılması qaydalaranın təsdiq edilməsi barədə” 48 saylı, 23 fevral 2001-ci il tarixli qərarı mövcuddur.

36. Həmin Qaydalara 1 nömrəli əlavə var və sözügedən əlavə “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə” adlanan sənəddən ibarətdir.

37. Qaydaların 3.1-ci bəndində vergi ödəyicisinin artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması məqsədi ilə vergi orqanına, məhz qaydaların 1 nömrəli əlavəsində müəyyən edilmiş ərizə forması ilə müraciət etməsi nəzərdə tutulmamışdır.

38. Lakin iş materiallarında belə bir ərizə mövcud deyildir, sadəcə həmin ərizə formasına, yəni qaydalara uyğun olmayan iddiaçının cavabdehə çox saylı müraciətləri vardır.

39. Sözügedən məsələ apellyasiya məhkəməsi nin diqqətindən kənarda qalmış, yəni apellyasiya məhkəməsi iddiaçının cavabdehə adıçəkilən qaydalara uyğun ərizə forması ilə müraciət edib-etməməsini araşdırmamış, edibsə həmin ərizə tələb edilməmiş, nəhayət işin bu xüsusatına İPM-in 13-cü maddəsinin tələbləri çərçivəsində də yanaşılmamışdır.

40. Digər tərəfdən, qeyd edilməlidir ki, iddiaçının şəxsi vərəqəsindən silinmiş və halhazırda onun qaytarılmasını tələb etdiyi 44.014,06 manat pul vəsaitinin (həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsində “vaxtı ötmüş artıq ödəmə” sətirində yer almışdır – iş səh. 67) necə formalaşması da apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

41. Belə ki, bəyan edilmiş sözügedən məbləğin yaranmasının əsaslarının və səbəblərinin doğruluğunu təsbit etmək məqsədi ilə, dövlət büdcəsinə ödənilmiş 02.2014 – 0 2.2019-cu illər dövründə dəqiq vergi məbləğləri ilə, həmin dövrdə əlavə dəyər vergisi üzrə aparılmış əvəzləşdirmə nəticəsində artıq ödəmə məbləğinin konkret düzgün rəqəminin müəyyən edilməsi və sözügedən məbləğin nəyə əsasən köçürülməsinin, qaytarılması tələb olunan vəsaitin hansı növ vergi tədiyyəsinin müəyyən edilməsi işin mühüm əhəmiyyətli halları olsa da, apellyasiya məhkəməsi tərəfindən həmin məsələlər məhkəmə araşdırması predmeti olmamışdır.

42. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

43. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-175/2022 nömrəli, 28 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar