Məhkəmə qərarları › İş №2-1(102)-289/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-289/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-289/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının NN(N05)-558/N0N3 nömrəli, 07 sentyabr N0N3-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı xx.xx.N974-cü ildə Xaçmaz rayonu Armudpadar kəndində anadan olmuşdur. N. İddiaçıya məxsus НЗ № ******* seriyalı hərbi biletə əsasən o, xx.xx.NN- xx.xx.N6cı il tarixlərdə hərbi xidmətdə olmuş, N saylı hərbi hissənin tərkibində Ağdərə və Fizuli rayonlarında döyüş əməliyyatlarında iştirak etmişdir.

3. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.

4. Cavabdeh inzibati orqan N9 sentyabr N0NN-ci il tarixli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, Azərbayc an Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N-3N68 nömrəli arayışına əsasən iddiaçı N nömrəli hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adı və vəsiqəsi verilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N974-cü ildə Xaçmaz rayonunda anadan olmuşdur. Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılaraq, xidmətini xx.xx.NN-ci il tarixdən xx.xx.N3-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi N saylı hərbi hissənin tərkibində icra etmişdir. Döyüş zonasına ezam olunaraq xx.xx.NN-ci ildən xx.xx.N3-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə və Füzuli rayonları istiqamətlərində gedən döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları zamanı yaralanaraq xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi Tərtər hospitalında müalicə olunmuşdur. Qeyd olunan xidməti və döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya et diyi müraciəti xx.xx.N0NN-ci il tarixli 4/3N069N saylı məktubla imtina olunmuş, səbəb kimi onun N saylı hərbi hissəni özbaşına tərk etməsi göstərilmişdir. Bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, onun xx.xx.N3-ci ildən xx.xx.N3-cü ilə kimi N saylı hərbi hissədə xidmət etməyi, xx.xx.NN-ci ildən xx.xx.N3-cü ilə kimi Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirakı, yaralanaraq xx.xx.N3-cü ildən xx.xx.N3-cü ilə kimi Tərtər hospitalında müalicə olunmağı, xx.xx.N5-ci ildən xx.xx.N6-cı ilə kimi hərbi hissədə xidmət edərək qanuni əsasla tərxis olunmağı arxiv arayışı və məktubla təsdiq edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu xx.xx.N0NN-ci il tarixli HPNN/N78N saylı məktubla bilmişdir ki, qeyd olunan xid mətləri ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması faktı müəyyən edilməmişdir.

7. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N3-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş, həmçinin iddiaçının xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü ilədək xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, bununla əlaqədar müalicə müəssisəsində müalicə olunması əsaslı sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələ blərinə uyğun olaraq, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi yolverilməzdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin N-N(NN8)-N08N/N0NN saylı, N7 mart N0NN-ci il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı döyüş əməliyyatlarını aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştirak etmiş və N saylı Hərbi Hissə komandirinin xx.xx.N6-cı il tarixli N0N nömrəli əmri ilə ordudan tərxis olunmuşdur. İddiaçının N43 saylı hərbi hissədə xidmət zamanı yaralanması və N0.06-xx.xx.N3-cü il tarixlərdə Tərtər hospitalında stasionar müalicə və müay inədə olması Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının 4N7N saylı xx.xx.N0NN-ci il tarixli arayışı ilə təsdiq edilir. N0. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat NN. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-N(N05)-558/N0N3 nömrəli, 07 sentyabr N0N3-cü il tarixli qərarı ilə (hakimlər X8 /məruzəçi/, XN və XN) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. NN. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N3. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri N4. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassız və qanunsuz hesab edilməklə qeyd edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N3-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş, həmçinin iddiaçının xx.xx.N3-cü ildən xx.xx.N4-cü ilədək xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, bununla əlaqədar müalicə müəssisəsində müalicə olunması əsaslı sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5ci il NN sentyabr tarixli NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi yolverilməzdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri N5. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N6. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hiss əsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. N7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N5-ci il tarixli, NN6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın NN-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, ha belə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş t apşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, trav ma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. N8. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xid mətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Maddə N8. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ N. Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. N9. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.N. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.N.N. çağırışçılar üçün – müvafiq icra hak imiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.N.N. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.N.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.N.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün 37.N. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. N0. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N3N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ NN. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. NN. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələ ndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ N3. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı). N4. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla uyğunluq təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ol an həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. N5. Bununla yanaşı, məhkəmə kollegiyası iş materiallarına istinad etməklə kassasiya şikayətinin dəlillərinə münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Belə ki, şikayət müəllifi bildirir ki, İddiaçı xx.xx.N3-cü il tarixdə xidmət yerini özbaşına tərk etmiş, həmçinin iddiaçının xx.xx.N3-cü il tarixdən xx.xx.N4-cü ilədək xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması, bununla əlaqədar müalicə müəssisəsində müalicə olunması əsaslı sübutlarla təsdiq edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il NN sentyabr tarix li NN6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ona “Müharibə veteranı” adının vəsiqəsinin verilməsi yolverilməzdir. N6. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin kassasiya şikayətində qeyd etdiyi xüsusatlar iş materiallarında olan sənədlərə uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.N0NN-ci il tarixli 4/N3N68 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N7 iyul NN-ci il tarixli N0-A №-li əmrilə (əsas: səh-6N,sıra-30) N974-cü il təvəllüdlü, İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyul NN-ci il tarixli N5-B №-li əmrində (əsas: səh-74,sıra-84; qeyd: əmrdə atasının adı yazılmamışdır) İddiaçı kurs keçmək üçün NN5 nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N3 noyabr NN-ci il tarixli NNN №-li əmrilə (əsas: §-3,səh-85,sıra5) İddiaçı Ağdərə rayonuna göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N7 dekabr NN-ci il tarixli N48 №-li əmrilə (əsas: §-N:səh-NN7,sıra-N) İddiaçı Füzuli rayonuna xidməti ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N mart N3-cü il tarixli 5N №-li əmrilə (əsas:§-3, səh-83, sıra-46) sıravi İddiaçı Ağdərə döyüş əməliyyatları bölgəsinə döyüş tapşırığını yerinə yetirmək üçün göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N6 iyul N3-cü il tarixli N6N №-li əmrilə (əsas: §-N9, səh-N87, sıra -7) Ağdərə rayonunda ezamiyyətdə olan sıravi İddiaçı Füzuli rayonuna göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N5 avqust N3-cü il tarixli N86 №-li əmrilə (əsas: §-7, səh-N5N, sıra-68) sıravi İddiaçı Füzuli rayonundan ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. Xidmət yerini özbaşına tərk etdiyinə görə Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N3 sentyabr N3-cü il tarixli N00 №-li əmrilə (əsas: §7,səhN94,sıraNN7) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N50 nömrəli hərbi hissəyə köçürülmüşdür. X7 Qəbulu Məntəqəsindən göndərilmiş, Xaçmaz RHK-nın çağırışçısı, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N57 nömrəli hərbi hissə komandirinin N5 fevral N5-ci il tarixli 56 №-li əmrilə (ə sas: §-N, səh N03, sıra-5) şəxsi heyətin ad siyahısına və bütün növ təminatlara daxil edilərək N-ci DPT, N- ci bölüyə sanitar-atıcı vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştatdan kənar əsgəri, sıravi İddiaçı N57 nömrəli hərbi hissə komandirinin N0 iyul N6-cı il tarixli N0N №-li əmrilə (əsas: §- 5,səh-8) şəxsi heyətin ad siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilmişdir. N7. Bundan əlavə Müdafiə nazirinin xx.xx.N6-cı il tarixli müvafiq əmrinə əsasən hərbi hissənin ştatdan kənar əsgəri, sıravi İddiaçı N57 nömrəli hərbi hissə komandirinin N0 iyul N6-cı il tarixli N0N №-li əmrilə (əsas: §- 5,səh-8) şəxsi heyətin ad siyahısından və bütün növ təminatlardan çıxarı laraq qeydiyyata düşmək üçün Xaçmaz RHK-nın sərəncamına göndərilmişdir. N8. Kassator bildirir ki, iddiaçı xidmət yerini özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli N00 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N50 nömrəli hərbi hissəyə köçürülmüşdür. N9. Bu dəlillə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, xidmət yerini özbaşına tərk etmə hazırki cinayət qanunvericiliyindəki kimi N000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsində də mövcud idi. N000-ci il tarixədək qüvvədə olan CM-in N4N-ci maddəsi məhz xidmət yerini özbaşına tərk edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmə məsələsini tənzimləyirdi. Başqa sözlə şəxs xidmət yerini özbaşına tərk etdiyi təqdirdə onun barəsində cinayət təqibi başlanılm alı və təqsiri sübuta yetirildiyi təqdirdə barəsində ittiham hökmü qəbul edilməli idi.

30. Lakin iş materiallarındakı sənədlər bu halın mövcud olmadığına dəlalət edir. Belə ki, Azərbaycan Respublikasını Hərbi Prokurorluğunun xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.NN-ci tarixdən xx.xx.N3-cü il tarixə kimi N nömrəli, N4-cü ilin sentyabr ayından xx.xx.N6-cı il tarixə kimi isə N57 nömrəli hərbi hissələrdə xidmət etməsi ilə əlaqədar barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materiallar olmamışdır. 3N. Bundan əlavə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.N0N3-cü il tarixli N403 saylı məktubunda da qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan X7 Qəbul Məntəqəsi rəisinin xx.x x.N3-xx.xx.N3-cü il, xx.xx.N3xx.xx.N4-cü il, xx.xx.N5- xx.xx.N5-cü il tarixli əmrlərində İddiaçı N50 №-li hərbi hissəyə göndərilməsi barədə və X7 Qəbulu Məntəqəsinin “Fərarilərin qeydiyyat” kitabında məlumat aşkar olunmamışdır. 3N. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş əməliyyatlarını aparan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edərək döyüş əməliyyatlarında iştirak etməsi və N saylı Hərbi Hissə komandirinin xx.xx.N6-cı il tarixli N0N nömrəli əmri ilə ordudan tərxis olunması yuxarıda istinad edilən mötəbər sübutlarla öz təsdiqini tapdığından cavabdehin ona münasibətdə veteran adı və vəsiqəsinin verilməsindən imtinası əsaslı ola bilməz.

33. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq n ormalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

34. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N-N(N05)-558/N0N3 nömrəli, 07 sentyabr N0N3-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar