Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-289/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2951/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1212 nömrəli sərəncamına əsasən, iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi, 2593-cü məhəllədə fərdi yaşayış evi tikmək üçün 200 kv.metr torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 29 nömrəli sərəncamına əsasən, Maraqlı şəxs1 Bakı şəhəri, Şərifli küçəsi, 2593-cü məhəllədə 0,04 ha torpaq sahəsi ayrılmış və onun həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmı şdır. 3. 27.11.2014-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs1 həmin torpaq sahəsini X3, sonuncu isə xx.xx.2023-cü il tarixli, 449123 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini Maraqlı şəxs2 satmış və xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs2 həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. İddiaçı cavabdehə müraciət edərək, sözügedən torpaq sahəsinə Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edildiyini əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir.
5. Cavabdeh tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətin i əks etdirən müayinə aktı”na əsasən iddiaçının baxışa şərait yaratdığı torpaq sahəsinin ölçüsü 349,9 kv.metr təşkil edir. İddiaçı həmin torpaq sahəsinin şimal şərq tərəfindən ayrıca daş hasara alınmış və üzərində 2 mərtəbəli təmir-tikinti işləri gedən, digər şəxs tərəfindən inşa etdirilən tikili olan sahənin bir hissəsinin də ona aid olduğunu bildirmiş və bu sahəyə dair digər şəxslə aralarında mübahisə olduğunu qeyd etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 0,065 ha torpaq sahəsinin 4 sot hissəsinə Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınmasın a dair çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,065 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. Lakin Cavabdeh2 adlı şəxs iddiaçıya məxsus torpaq sahəsinin hasarını sökərək torpaq sahəsinin 0,04 ha hissəsini zəbt etmiş və yeni hasar çəkmişdir. Həmin torpaq sahəsi iddiaçıya məxsus olduğu halda cavabdeh tərəfindən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarış verilmişdir. İddiaçı cavabdehə müraciət edərək həmin çıxarışın ləğv edilməsini xahiş etsə də, onun müraciəti təmin edilməmişdir.
8. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının cavabdehin mütəxəssislərinə göstərdiyi 340 kv.metr torpaq sahəsinin 11 kv.metr hissəsi daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmış, sonuncu tərəfindən X2 adına özgəninkiləşdirilmiş, daha sonra notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Maraqlı şəxs2 adına rəsmiləşdirilmiş və hazırda onun sərəncamındadır. Bundan əlavə, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 1212 nömrəli sərəncamı ilə ayrılması nəzərdə tutulmuş 200 kv.metr torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Təqdim edilmiş yerləşmə cizgiləri digər fiziki şəxslərin adına olmaqla heç bir istinad nöqtəsi və istinad məsafəsi qeyd edilmədiyindən və perimetrik ölçü konfiqurasiyasında uyğunsuzluq olduğundan sənədin göstərilən sahəyə aid olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçi nin göstərilən sahənin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs1, X4 və Maraqlı şəxs2 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Miminat Hacıbəyova) 29 fevral 2024-cü il tarixli, 2-1(112)-1612/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm iddiaçının, həm də üçüncü şəxs Maraqlı şəxs1 adına Nizami rayon İcra Hakimiyyəti başçısı tərəfindən müxtəlif tarixli və nömrəli sərəncamlarla sahəsi də müxtəlif olan torpaq sahələri ayrılmışdır. Hal-hazırda iddiaçı onun adına ayrılmış (0,02 ha) torpaq sah əsinin Maraqlı şəxs1 tərəfindən zəbt edilməsini və məhz iddiaçıya ayrılmış torpaq sahəsinə X1 adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarış verilməsini iddia edir. Lakin iddiaçıya ayrılmış torpaq sahəsi ilə hal-hazırda iddiaçının ləğv edilməsini tələb etdiyi – barəsində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə ilkin olaraq Maraqlı şəxs1, sonradan isə X2 və nəhayət Maraqlı şəxs2 adına qeydiyyat aparılmış torpaq sahələri fərqli torpaq sahələridir. Yəni üçüncü şəxslərin adına barəsində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış 0,04 ha torpaq sahəsinə dair iddiaçı qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərə malik deyildir. Məhkəmə hesab edir ki, sözügedən 0,04 ha torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyes trində aparılmış qeydiyyatın ləğv edilməsindən imtina etməklə cavabdeh tərəfindən hər hansı qanunazidd hərəkətlərə yol verilməmişdir və cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Qanunun normalarına uyğun olmuşdur.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Kamran Əkbərov /sədrlik edən və məruzəçi/, Səadət Səlimova və Mirzə Tağızadə) 29 avqust 2024cü il tarixli, 2-1(103)-2951/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qe ydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəs i ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisəl əndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik tə şkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. İddiaçının iddia tələbi ünvan 1 ünvanında yerləşən və istifadəsində olan 0,065 ha torpaq sahəsinin 4 sot hissəsinə üçüncü şəxs Cavabdeh2 mülkiyyət hüququnun qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi ilə bağlıdır. Əslində isə iddiaçının hüquqi marağı və məqsədi üçüncü şəxs Cavabdeh2 adına sözügedən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın həmin hissədə ləğv edilməsinə nail olmaqdan ibarətdir.
27. Bununla bağlı qeyd olunmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatını əks etdirən sənəddir və ona bağlıdır. İddiaçının hüquqi marağının təmin olunması və məqsədinə çatması baxımından çıxarış deyil, hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüquqa dair reyestrdə aparılmış dövlət qeydiyyatı hüquqi əhəmiyyət kəsb edir. Reyestrdə müvafiq qeydiyyat tam və ya hissəvi ləğv olunduğu təqdirdə, onun əsasında verilmiş çıxarışın da tam və ya hissəvi olaraq artıq hüquqi əhəmiyyətini və hüquqa dair qeydiyyatı əks etdirən sənəd keyfiyyətini itirdiyi nəzərə alınmalı, həmin çıxarış tam və ya hissəvi olaraq yararsız və etibarsız sənəd kimi qiymətləndirilməlidir.
28. Hazırkı mübahisəyə münasibətdə qanunvericiliyin yuxarıda istinad olunan nor maları baxımından daşınmaz əmlakın dövlət reyestrində sözügedən torpaq sahəsinə dair üçüncü şəxs Cavabdeh2 adına aparılmış qeydiyyatın ləğv edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış və tələb olunan hissədə qeydiyyatın ləğvi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
29. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellya siya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli, 2-1(103)-2951/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.