Məhkəmə qərarları › İş №2-1(102)-2890/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2890/2019

16.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2890/2019 16.10.2019 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə (Açar söz: səyyar vergi yoxlamasına dair qərarın ləğvi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi X2 və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilm iş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 16.10.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı Vergilər Departamentinin 07 may 2015-ci il tarixli qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə bağlı 2013-cü ilin dekabr ayından 2015-ci ilin mart ayınadək olan dövr üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri 01 avqust 2016-cı il tarixli **********907213 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 sentyabr 2016-cı il tarixli **********043957 nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarla 2013-cü ilin mədən vergisi üzrə 355.50 manat, 2014-cü ilinmədən vergisi üzrə 4268.00 manat, 2015-ci ilin mədən vergisi üzrə 1067.50 manat, 2013-cü ilin sadələşdirilmiş vergisi üzrə 410.81 manat, 2014-cü ilin sadələşdirilmiş vergisi üzrə 4424.87 manat, 2014-cü ilin gəlir vergisi üzrə 305.65 manat, 2014-cü ilin ƏDV vergisi üzrə (qeydiyyatsız) 1650.53 manat, 2015-ci ilin ƏDV vergisi üzrə (qeydiyyatsız) 3301.06 manat əlavə vergi hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci, 58.1-ci, 58.4-cü maddələrinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 sentyabr 2016-cı il tarixli **********043957 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-32/2018 sayl ı iş üzrə qəbul etdiyi 09 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 sentyabr 2016-cı il tarixli **********043957 nömrəli qərarı “2.255,15 manat məbləğində mədən vergisi, 2.480,58 manat məbləğində sadələşdirilmiş verginin hesablanması və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi K ollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Vergilər Departamentinin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-32/2018 saylı iş üzrə qəbul etdiyi 09 oktyabr 2018-ci il tarixli qərarı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23 sentyabr 2016-cı il tarixli **********043957 nömrəli qərarı 3.370,56 manat sadələşdirilmiş verginin, 3.027,71 manat məbləğində mədən vergisinin hesablanması və həmin vergi məbləğlərinə mü vafiq maliyyə sanksiyalarının tətbiq edilməsi” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Məhkəmə ekspert rəyləri və iş materialları ilə fiziki şəxs İddiaçı təsərrüfat subyektində müvafiq dövrdə ümumi istehsal həcminin 741.646 ədəd mişar daşı, istehsal və açılış itgisinin 35% və 1 ədəd daşın qiymətinin 0,20 manat olması qənaətinə gəldiyindən iddiaçının dövlət büdcəsinə ödənilməli olan ümumi vergi məbləğinin 6.398,27 manat, o cümlədən sadələşdirilmiş verginin 3.370,56 (3.856 – 486 (bəyan olunmuş)) manat, mədən vergisinin 3.027,71 (3.347,71 – 320 (bəyan olunmuş)) manat məbləğində hesablanması barədə ekspert rəyinin həmin hissəsi ilə razılaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 20 19-cu il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə istehsal həcmi vergi orqanı tərəfindən yoxlama zamanı cəlb edilən mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə ******* ədəd, məhkəmə icraatı zamanı təyin edilmiş ekspertizanın nəticəsinə əsasən isə 741646 ədəd mişar daşı təşkil etmişdir. Məhkəmə elektrik sərfiyyatı əsasında hesablamanı daha ağlabatan və inandırıcı hesab etdiyini qeyd edərək, məhkəmə icraatı zamanı təyin edilmiş ekspertizanın nəticəsini əsas götürməklə, mübahisələndirilən dövr üzrə hasilatın 741646 ədəd mişar daşından ibarət olduğunu qəbul etmişdir. Halbuki, istehsal həcmi ilə enerji sərfiyyatı bir-birilə müəyyən qədər düz mütənasib olsalar da, istehsal avadanlığının işləməsinə məsul olan ş əxsin peşəkarlığı da daxil olmaqla, bir sıra amillər enerji sərfiyyatı ilə hasilatın müəyyən edilməsinə təsir edir. Hasilatın müəyyən edilməsində karxananın sənaye gücünün, o cümlədən kəsilən süxurların nisbətən möhkəmlik hədlərində olması ilə əlaqadar karxana üzrə DKM-in məhsuldarlığını müəyyən edilməsi metodunun tətbiq edilməklə müəyyən edilməsinin daha ağlabatandır. Həmçinin, iddiaçıya məxsus daş karxanasına baxış keçirərək həmin ərazinin naturadan ölçülməsi, istehsal vasitələri, iş şəraiti də daxil olmaqla istehsal həcminin və istehsal itkisinin müəyyən edilməsi üçün bütün faktiki halları nəzərə alan mütəxəssis rəyi əsas götürülərək ümumi istehsalın ******* ədəd mişar daşı, istehsal itkisinin isə 35% qəbul edilməsi və bu məlumatlar əsasında vergi hesablanması daha əsaslıdır. Bundan əla və, məhkəmənin mötəbər sübut qismində qəbul etdiyi Ədliyyə Nazirliyinin MEM-nin 11.07.2017-ci il tarixli 7198/7460 nömrəli rəyində ekspertiza tədqiqatı zamanı təqdim edilmiş elektrik enerjisi sərfiyyatına dair arayışa istinad olunduğu bildirilsə də, cavabdeh vergi orqanının nümayəndəsi tərəfindən məhkəmə işi materiallarına baxış keçirilməsi zamanı materiallar içərisində qeyd olunan arayışa rast gəlinməmişdir. Kassator Vergi Məcəlləsinin 38.1, 39.1, 42.1, 45.1, 70.3-cü maddələrinə, İPM-nin 1.2, 12, 90, 94, 96.9-cu maddələrinə, MPM-nin 14, 418.1-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 2019-cu il tarixli qərarı ilə gəldiyi yux arıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, mübahisələndirilən qərarla 2013-cü ilin mədən vergisi üzrə 355.50 manat, 2014- cü ilinmədən vergisi üzrə 4268.00 manat, 2015-ci ilin mədən vergisi üzrə 1067.50 manat, 2013-cü ilin sadələşdirilmiş vergisi üzrə 410.81 manat, 2014-cü ilin sadələşdirilmiş vergisi üzrə 4424.87 manat, 2014-cü ilin gəlir vergisi üzrə 305.65 manat, 2014-cü ilin ƏDV vergisi üzrə (qeydiyyatsız) 1650.53 manat, 2015-ci ilin ƏDV vergisi üzrə (qeydiyyatsız) 3301.06 manat əlavə vergi hesablanmış, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci, 58.1-ci, 58.4-cü maddələrinə əsasən maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh inzibati orqan əlavə vergi məblə ğlərini hesablayarkən mütəxəssis və ekspert rəylərinə istinad etmişdir. Belə ki, yoxlanılan dövrdə İddiaçı mişar daşının hasilatı ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması zamanı real istehsal həcminin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis dəvət edilmiş və mişar daşının satış qiymətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. Mütəxəssis rəyinə əsasən yoxlanılan dövrdə 865.613 ədəd mişar daşı istehsal edilmiş, ekspert rəyinə əsasən mişar daşının bir ədədinin bazar qiyməti 0,20 manat müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, baxış zamanı karxanada istismar işləri aparılırdı. İstehsal həcmi karxananın sənaye gücünə müvafiq olaraq müəyyən edilmiş,yoxlanılan dövrdə 1 331 712 ədəd mişar daşının istehsal e dildiyi, 35% çıxdaşın tətbiqi ilə 01.12.2013-cü ildən 01.04.2015-ci ilədək 865613 ədəd mişar daşının istehsal edildiyi müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2017-ci il tarixli 7198/7460 nömrəli rəyi ilə elektrik enerjisi sərfiyyatı metodu ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki “X” əhəngdaşı yatağında yerləşən daş karxanasında 01 dekabr 2013-cü il tarixdən 01 aprel 2015-ci il tarixədək olan dövr üzrə istehsal brakı və təbii tullantılara görə çıxdaş da (istehsal və açılış itgisi 50%) nəzərə alınmaqla istehsal həcminin miqdarı 370.823 ədəd, istehsal oluna daşın dəyəri isə 74.164 manat, 1 ədəd əmtəəlik mişar daşının orta bazar karxana satış qiymətini isə mövsümü xarakterli olaraq təxminən 0,20 manat müəyyən edilmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə mübahisəli dövr üzrə iddiaçı tərəfindən 741646 ədəd mişar daşının istehsalını qəbul etmiş, istehsal brakına və aparılmış dağ açılış işlərinə görə 35% çıxdaşın tətbiqini əsaslı hesab etmiş, 1 ədəd mişar daşının orta bazar karxana satış qiymətinin 0,20 manat olmasını uyğun hesab edərək mübahisələndirilən qərarı qismən ləğv etmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən istehsal olunan mişar daşının həcmi ilə bağlı 2 sənəd vardır: cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyi və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi. Mütəxəssis rəyi karxananın naturadan ölçülməsi, istehsal vasitələrinin, iş şəraitinin əyani öyrənilməsi ilə tərtib edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində qeyd olunmuşdur ki, elektrik enerjisi sərfiyyatına dair arayış əsasında ekspertiza aparılmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına sözügedən arayış əlavə olunmamışdır. Belə ki, iş materiallarında olan “Bakıelektrikşəbəkə”nin Hesab ödəniş vərəqələrində iddiaçının adı yox, fiziki şəxs M.S. adı qeyd olunmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki (iş v.15), iddiaçı faktiki olaraq Qaradağ rayonu, “X” ahəngdaşı yatağında fəaliyyət göstərir, həmin yataqdakı daş karxanası iddiaçının təsərrüfat subyekti kimi qeydiyyata alınmamışdır. İddiaçının fəaliyyət göstərdiyi ərazi “X” daş karxanasının icarəçisi tərəfindən iddiaçıya 02.10.2006-cı il tarixdə satılmışdır. Vergi yoxlaması gedişində sahibkar tərəfindən elektrik enerjisini n sərfiyyatı barədə VHF-lar alınmış, həmin VHF-ın M.S. adlı şəxsə təqdim edilmişdir. İddiaçının isə Qaradağ RETSİ-də elektrik enerjisi istehlakçısı kimi qeydiyyatı yoxdur. Göründüyü kimi, aşağı instansiya məhkəmələrinin istinad etdiyi ekspert rəyi M.S. adına verilmiş “Bakıelektrikşəbəkə”nin Hesab ödəniş vərəqələrindəki məlumatlara əsasən tərtib olunmuşdur. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi X1 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyatını müəyyən etməmiş, “Bakıelektrikşəbəkə”nin Hesab ödəniş vərəqələrindəki məlumatların mötəbərliyinə qiymət verməmişdir. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübah isənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndər ilməlidir. İşə təkrar baxan apellyaisya instansiya məhkəməsi X1 tərəfindən istehlak edilən elektrik enerjisinin iddiaçıya olan aidiyyatını müəyyən etməli, “Bakıelektrikşəbəkə”nin Hesab ödəniş vərəqələrindəki məlumatların mötəbərliyinə qiymət verməklə işə baxmalıdırlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1166/2019 saylı 19 iyun 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar