Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2891/2018 19.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının QƏRARDAD 19 dekabr 2018-ci il iş № 2-1(102)-2891/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası, hakimlər Zakir Quliyev – sədrlik edən və məruzəçi, Nigar Rəsulbəyova və İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclasının katibi Natiq Abbasovun, iddiaçının vəkili V.Məmmədovun iştirakı ilə, İddiaçı Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 iyul 2018-ci il tarixli 2-1(103)1727/2018 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bak ı şəhəri Sabunçu rayonu Pirşağı Bələdiyyəsinə qarşı torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması barədə müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kasasiya şikayəti verilmişdir. İddiaçı kasasiya şikayətini prosessual müddət buraxılmaqla vermiş və prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bu səbəbdən də kasasiya şikayətinin mümkünlüyü məsələsinə baxılmaq üçün proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə göstərilən kasasiya şikayətinin mümkünlük məsələsinə 19 dekabr 2018-ci il tarixdə baxılmışdı r. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vüqar Məmmədov kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü hesab etməklə bərpa edilməsi barədə qərardadın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Absalam Məmmədov da vəkiliV.Məmmədovun çıxışına uyğun izahat verərək, Bakı Apelyasiya Məhkəməsinin İİKnın 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü hesab etməklə bərpa edilm əsi barədə qərardadın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının nümayəndəsi Ruzbek Məhəmmədəli Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 iyul 2018ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarının surətini qəbzə imza etməklə 01 avqust 2018ci il tarixdə almışdır. ( iş vərəq 30 ) İddiaçı həmin qərardan 19 noyabr 2018-ci il tarixdə kasasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçı prosessual qanunvericilikdə nəzərdə tutulmuş kasasiya şikayətinin verilməsi müddətini 2 aydan artıq ötürmüşdür. İddiaçı müddətin bərpası barədə ərizəsində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarı ona göndərilsədə həmin qərar ona çatdırılmamış, ona məlum olmayan şəxs tərəfindən imzalanmaqla qəbz məhkəməyə qaytarılmışdır. Ümumiyyətlə, o, işə apelyasiya məhkəməsində baxılarkən iştirakı təmin edilmədiyindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2-1(82)-1279/2018 saylı qərarından cavabdehin apelyasiya şikayəti verməsindən belə məlumatı olmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarının isə kim tərəfindən qəbul edildiyi belə ona məlum deyildir. Yəni, həmin qərarı onunl a birgə yaşayan ailə üzvləri qəbul etmiş olsa idi bu qərar mütləq şəkildə ona çatdırılmış olardı. Əksinə, sentyabr ayının sonlarında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli 2-1(82)-1279/2018 saylı qərarın icrası üçün cavabdehə müraciət edərkən ona bildirilmişdir ki, qərardan şikayət verilmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2018-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02 aprel 2018-ci il tarixli qərarı ləğv edilmişdir.Yalnız bundan sonra 31 oktyabr 2018-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarı istəsə də ona verilmiş cavabda həmin qərarın qəbzə imza edilməklə on a təqdim edildiyi bildirilmişdir.Halbuki, həmin qərar bu günədək ona çatdırılmamış, qəbz isə ona məlum olmayan şəxs tərəfindən imza etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 iyul 2018-ci il tarixli 2-1(103)-1727/2018 saylı qərarından kasasiya şikayətinin verilməsi üçün prosessual müddəti üzrlü hesab etməklə bərpa edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Qeyd olunlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair təqdim etdiyi ərizəsindəki dəlillər əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Apelyasiya Məhkəməsinin İİK-nın 18 iyul 2018-ci il tarixli qərarının surətini iddiaçının nümayəndəsi Ruzbek Məhəmmədəli almışdır. İn zibati Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Yəni qanunun mənasına görə inzibati məhkəmə icraatında əsas şərt iş üzrə tərəf etibarnamə əsasında işdə iştirak edən nümayəndə ilə təmsil olunduğu halda, məhz nümayəndəyə məhkəmə sənədlərinin çatdırılması mütləqdir. Bunu isə məhkəmə etmişdir. Eyni zamanda nümayəndə tərəfindən məhkəmə aktının alınması təkzib olunmazdır. Bu səbəbdən də iddiaçının kasasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsində yuxarıda qeyd olunan dəlillər 2 aydan artıq kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpası üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin 130.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Bu səbəbdən Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, İddiaçı üzrsüz səbəbdən 2 aydan artıq olan müddəti buraxmış və bu səbəbdən kasasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmə məli və kasasiya şikayəti mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İPM-nin 96.2 və 96.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsin. Kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. Sədrlik edən: Hakimlər: Zakir Quliyev Nigar Rəsulbəyova İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-2891/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2891/2018
19.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver