Məhkəmə qərarları › İş №2-1(102)-2893/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2893/2018

26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2893/2018 26.12.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin Cavabdeh MMC-yəqarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2893/18) Bakı şəhəri 26 dekabr 2018-ci il Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin Cavabdeh MMC-yə qarşı cavabdehin 01 iyul 2016-cı il tarixdən - 01 iyul 2017-ci il tarixədək 5811,50 (əsas borc - 4257,50 manat, penya-1554,00 manat) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2433/2018 saylı iş üzrə 09 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 26 dekabr 2018-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. Cavabdeh hüquqi şəxs kimi dövlət qeydiy yatına alınaraq fəaliyyət göstərir. Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli məktubuna əsasən cavabdehin 28.08.2018-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin 01 iyul 2016-cı il tarixdən - 01 iyul 2017-ci il tarixədək 5811,50 (əsas borc - 4257,50 manat, penya – 1554,00 manat) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair 01.08.2017-ci il tarixli bildiriş göndərilmişdir. Cavabdeh tərəfindən xəbərdarlıqlara əməl olunmadığına görə hesablaşma hesablarına 17.08.2017-ci il tarixli 188/********** və 188/********** saylı sərəncamlar qoyulmuşdur. Cavabdehə 23.10.2017-ci il tarixl i iddia qaldırılacağı barədə xəbərdarlıq ilə 1 (bir) ay müddətinə borcun tam ödənilməsi təmin edilmədiyi halda, qanuna müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsi Cavabdeh MMC-yə qarşı cavabdehin 01 iyul 2016-cı il tarixdən - 01 iyul 2017-ci il tarixədək 5811,50 (əsas borc - 4257,50 manat, penya-1554,00 manat) manat məbləğində məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 04 ma y 2018-ci il tarixli iş № 2-1(81)-2283/2018, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04 may 2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09 oktyabr 2018-ci il tarixli iş № 2-1(103)-2433/2018 (hakimlər Valeh Ağayev - sədrlik edən və məruzəçi, Afaq Nuriyeva və Cahangir Yusifov) qərarı ilə cavabdehinapelyasiya şikayətinin təmin edilməsi,birinci instansiya məhkəməsinin 04 may 2018-ci il tarixli qərarının ləğ v edilməsi, iş üzrə yeni qərarın elan edilməsi, iddiaçının iddiasının rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC 2015-ci ilin İV rübü üzrə 10(on) işçi göstərərək və həmin işçilərə əmək haqqı hesablayaraq elektron olaraq Forma B1 hesabatlarını (sığorta edənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinə göndərmişdir. Cavabdeh MMC tərəfindən hesablanmış əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqının ödəmədiyi üçün hər gününə görə 0,1 faiz məbləğində pensiya elektron olaraq hesablanmışdır. Qanunvericilik hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının ən tez ödənilməsi vaxtını əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, ən gec vaxtını isə sonrakı ayın 15-nə kimi müəyyən etmişdir. Yəni həmin ödənişlər ən gec sonrakı ayın 15-dək ödənilməlidir və bu zaman əmək haqqının ödənilib-ödənilməməsi əsas şərt deyildir. Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə əmək haqqının verilməsi formaları, qaydaları, müddətləri tənzimlənmişdir: aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans alaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Göründüyü kimi, əmək haqqının ödənilm əsi, ödənilməsinin vaxtında təmin edilməsi işəgötürən üçün məcburi xarakter daşıyır. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan qaldırılmadıqda hesablaşma və ya digər hesabları üzrə köçürülmə əməliyyatlarının aparılması qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırılır. Göründüyü kimi, məhkəmə kollegiyası cavabdehin 2015-ci ilin İV - rübü üzrə 10(on) işçi göstərərək və həmin işçilərə əmək haqqı hesablayaraq elektron olaraq təqdim etdiyi hesabatı nəzərə almadan işi tam və hərtərəfli araşdırmadan əsassız qərar qəbul etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabd eh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisad i Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin direktoru Rüfət Qüdrətli məhkəmə iclasına vəkilsiz gəldiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. İddiaçı kasasiya şikayətində qeyd etmişdir ki,Cavabdeh MMC 2015-ci ilin İV - rübü üzrə 10 (on) işçi göstərərək və həmin işçilərə əmək haqqı hesablayaraq elektron olaraq Forma B1 hesabatlarını (sığorta edənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Orqanlarında məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatı) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinə göndərmişdir. Cavabdeh MMC tərəfindən hesablanmış əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqqının ödəmədiyi üçün hər gününə görə 0,1 faiz məbləğində pensiya elektron olaraq hesablanmışdır. Qanunvericilik hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının ən tez ödənilməsi vaxtını əmək haqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, ən gec vaxtını isə sonrakı ayın 15-nə kimi müəyyən etmişdir. Yəni həmin ödənişlər ən gec sonrakı ayın 15-dək ödənilməlidir və bu zaman əmək haqqının ödənilib-ödənilməməsi əsas şərt deyildir. Azərbaycan Respublikası əmək qanunvericiliyi ilə əmək haqqının verilməsi formaları, qaydaları, müddətləri tənzimlənmişdir: aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans alaraq və qalan hissəsi məbləğində)on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Göründüyü kimi, əmək haqqının ödənilməsi, ödənilməsinin vaxtında təmin edilməsi işəgötürən üçün məcburi xarakter daşıyır. Xəbərdarlıq müddətində bu hərəkətlər sığortaedən tərəfindən aradan qaldırılmadıqda hesablaşma və ya digər hesabları üzrə köçürülmə əməliyyatlarının apa rılması qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırılır. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırılır. Göründüyü kimi, məhkəmə kollegiyası cavabdehin 2015-ci ilin İV - rübü üzrə 10(on) işçi göstərərək və həmin işçilərə əmək haqqı hesablayaraq elektron olaraq təqdim etdiyi hesabatı nəzərə almadan işi tam və hərtərəfli araşdırmadan əsassız qərar qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası “Sosial sığorta ha qqında” Qanununun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır. Həmin Qanununun 21-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyətinin orqanları sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsi gecikdirildikdə -gecikdirmənin hər gününə görə, lakin bir ildən çox olmamaq şərti ilə sığorta haqqının 0,1 faizi məbləğində penya növündə maliyyə sanksiyası tətbiq etmək hüququna malikdirlər. İş materiallarından göründüyü kimi, cavabdeh hüquqi şəxs kimi 17.09.2015-ci il tarixdə dövlət qeydiyyatından keçərək VÖEN-i almasına baxmayaraq heç bir fəaliyyət göstərməmiş və dövlət büdcəsinə borcu olmamış, Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Departamenti tərəfindən verilmiş 28 avqust 2018-ci il tarixli məktubuna əsasən cavabdehin 28.08.2018-ci il tarixə dövlət büdcəsinə borcu yoxdur və cavabdehin heç bir işçisi olmamış və bu halın əksini iddiaçı hər hansı mötəbər sübutla sübut edə bilməmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X2 İdarəsinin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 oktyabr 2018-ci il tarixli 21(103)-2433/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar