Məhkəmə qərarları › İş №2-1(102)-2893/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2893/2019

26.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2893/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası X4 Azərbaycan Respublikası Vergilər Nazirliyinın Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ 26.11.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X7, X5 ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və vəkili X6 iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnziba ti-İqtisadi Kollegiyasının 2-1(103)-1163/2019 saylı iş üzrə 20 iyun 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 26 noyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin onun vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv olunmasına və 31.07.2015-ci il tarixli **********910570 saylı səyyar vergi aktının etibarsız hesab edilərək, 01.09.2015-ci il ta rixli **********938799 saylı «Vergi ödəyicsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq fəaldiyyəti ilə məşğul olmamış və heç vaxt vergi ödəyicisi kimi qeydiyyata durmamışdır, cavabdeh vergi orqanı 01.06.2015-ci il tarixində onu əsassız olaraq vergi ödəyicisi kimi qeydiyyata almış və bu barədə ona bildiriş göndərmiş, daha sonra isə qanunsuz hərəkətlərini davam etdirərək barəsində səyyar vergi yoxlaması başlayraq 31 iyul 2015-ci il tarixində akt tərtib etmişdir. Həmin aktda vergitutma obyekti kimi ünvan 1 ünvanında 4 mərtəbə+mansard,+ 2 girişli çoxmənzilli fərdi yaşayış evi göstərilmiş və onun qanunsuz mənzil tikintisi fəaliyyəti ilə məşğul olduğu qe yd olunaraq həmin akt əsasında vergi orqanı 01.09.2015-ci il tarixli “Vergi ödəyicsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə ona 2012-2014-cü illər üçün sadələşdirilmiş vergi, ÖMV, vergi hesabatının vaxtında verilməməsinə görə 218.226,42 manat vergi borcu və 15.526,6 manat maliyyə sanksiyası, 2013-2014-cü illər üçün ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərməsi ilə əlaqədar isə 879.369,55 manat vergi borcu və 439.684,78 manat maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən ona 200 manat maliyyə sanksiyası hesablanmış, həmin borcların öədənilməsinə dair ona tələbnamə və bildiriş göndərmişdir. İddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınması qanunsuz olduğundan ona açılmış VÖEN ləğv edilməli və qanunsuz aparılan sə yyar vergi yoxlamasına dair akt etibarsız hesab olunmalı, həmin akt əsasında onun məsuliyyətə cəlb olunması barədə qərar ləğv edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh orqanın iddiaçının vergi uçotuna alınmasına dair hərəkətləri qanunsuz hesab edilərək onun 03120112 saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ləğv edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Həmin qərardan hər iki tərəf apellyasiya şikayəti verərək, iddiaçı qərarın ləğv edilərək iddiasının tam təmin edilməsini, cavabdeh isə iddianın təmin edilən hissəsində qərarın ləğv edilib həmin hissədə də iddianın rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1308/2016 saylı 12 iyul 2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, cavabdehin apellyasiya şikayəti isə rədd edilərək, birinci instansiya məhkəməsinin qərarı – «səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi və vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi haqqında» iddia tələbinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilərək akt etibarsız hesab edilmiş, həmin akt əsasında qəbul edilmiş qərar isə ləğv olunmuş, qərar iddiaçının VÖEN qeydiyyatının ləğv olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)274/2017 saylı, 26 apre l 2017-ci il tarixli qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1308/2016 saylı, 12 iyul 2016-cı il tarixli qərarı qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2037/2017 saylı 10 noyabr 2017-ci il tarixli qərarı ilə hər iki apellyasiya şikayətləri qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi iddiaçının VÖEN qeydiyyatının və onun vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi tələblərinə dair hissəsində təmin edilmiş və həmin qeydiyyat və qərar ləğv edilmiş, iddia səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi hissəsində isə mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)478/2018 saylı, 12 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı qismən - cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərini qanunsuz hesab etməklə ********** saylı VÖEN qeydiyyatının ləğv edilməsi və 01.09.2015-ci il tarixli «vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında» qərarının 2013-2014-cü illər üzrə ƏDV-nin hesablanması və maliyyə sanksiyalarının ləğv edilməsi hissəsində - qismən ləğv edilmiş, həmin hissələrdə iş təkrar baxışa qaytarılmış, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı yoxlanılan hissədə ləğv edilərək iddia qismən təmin olunmuş, cavabdehin 01.09.2015-ci il tarixli «vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı iddiaçıya 324.785,55 manat əlavə dəyər vergisinin və ona 162.392,77 manat məbləğində maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, cavabdehin iddiaçının vergi uçotuna alınmasına dair hər əkətlərinin qanunsuz hesab edilərək, ********** saylı VÖEN qeydiyatınəın ləğv edilməsi və 01.09.2015-ci il tarixli «vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarın 554.584 manat əlavə dəyər vergisinin və azaldılmış ƏDV məbləğinə görə 277.292 manat maliyyə sanksiyası hesablanmasının ləğv edilməsi barədə iddia tələbləri rədd edilmişdir. Həmin qərardan hər iki tərəf kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)647/2019 saylı, 27 fevral 2018-ci il tarixli qərarı ilə onların kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1696/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məh kəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1163/2019 saylı, 20 iyun 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – C.A.Yusifov, hakimlər – V.M.Ağayev və A.B.Nuriyeva) ilətərəflərin apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-329/2016 saylı 26 fevral 2016-cı il tarixli qərarı yoxlanılan hissədə ləğv olunmuş və həmin hissədə yeni qərar çıxarılmaqla iddia qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Departamentinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 01.09.2015-ci il tarixli **********938799 saylı qərarı – iddiaçı X3 577.571,91 manat məbləğində əlavə dəyər vergisinin hesablanması və həmin məbləğin 50 faizi (288.785,96 manat) məbləğində maliyyə sanksiyası təbiq olunması hissəsində ləğv edilmiş, iddia qalan cavabdehin - «iddiaçının vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək onun ********** saylı VÖEN qeydiyyatının, eləcə də «Vergi ödəyicsinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarı iddiaçıya 301.797,59 manat məbləğində əlavə dəyər vergisi və həmin məbləğin 50 faizi (150.898,80 manat) maliyyə sanksiyası hesablanmasının ləğv olunması tələbləri hissəsində rədd edilmişdir. İddiaçı və cavabdeh ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qərar çıxarılarkən madd i və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, məhkəmə, iddiaçının iddia tələbini "cavabdehin şəxsin vergi uçotuna alınmasına dair hərəkətlərinin qanunsuz hesab edilərək, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ləğv olunması" hissəsində təmin etməməyini əsaslandırarkən düzgün maddi hüquq normalarını tətbiq etməmiş, hüquq normalarına deyil öz mülahizələrinə (düzgün olmayan) əsaslanmışdır. Belə ki, məhkəmə iddianı bu hissədə rəddetməsinin əsası kimi AR VM-nin 13.2.37-ci maddəsinin mənasını əsas gətirməklə qeyd edir ki, "işin qeydolunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçı mübahisəli ünvanda yerləşən "fərdi yaşayış evinin tikintisi" adı altında binanı inşa etməkdə məqsədi, əslində, həmin binanın yaşayış və qeyri-yaşayış sahələrini satmaqla gəlir əldə etmək olmuş və buna da nail olmuşdur". Məhkəmə bu mövqeyini daha da müdafiə edərək iddiaçını tikinti faliyyəti ilə məşğul olmaqla, gəlir əldə etmək niyyətində olan şəxs olmaqda günahlandıraraq, AR VM-nin 16.1.2-ci maddəsini tələblərinə uyğun olaraq vergi orqanında VÖEN almağın onun vəzifəsi olmasını qeyd etmiş, lakin qeydiyyatın hüquqi əsaslarını araşdırmadan (yəni bu iş üzrə əsas araşdırılma tələb edən AR VM 32-34-cü maddələrinə toxunmadan və tövsif etmədən) birbaşa ƏDV ilə bağlı maddələrə (AR VM 154-157-ci maddələr) istinad etmişdir. Məhkəmə bildirir ki, iddiaçının ƏDV məqsədləri üçün qeydiyyata alınıb ona ********** saylı VÖEN verilməsi işin sübutlarla müəyyən edilən hallarına və vergi qanunvericiliyinə uyğundur. Lakin məhkəmənin gəldiyi bu nəticə tamamilə yalnış və AR VM-nin tələblərinə ziddir. Şəxsin ƏDV qeydiyyatına (könüllü və ya məcburi) alınması üçün onun ilk öncə vergi uçotuna alınması və müvafiq VÖEN-ə sahib olması vacib amil idi, şəxs yalnız bundan sonra ƏDV qeydiyyatına alına bilərdi. Lakin məhkəmə qeyd edir ki, iddiaçın ƏDV məqsədləri üçün qeydiyyata alınıb ona VÖEN verilməsi qanunidir, bu isə onu göstərir ki, məhkəmə AR VM-nin normalarını düzgün araşdırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, hazırkı iddia üzrə bütün mübahisələr, ilk addım olan vergi uçotuna alınmanın (VÖEN verilməsi) qanunsuzluğundan başlamışdır. Vergi Məcəlləsinin 33 və 34-cü maddələrinə görə şəxsin vergi uçotuna alınması üçün iddiaçının vergi orqanma ərizə və ya elektron müraciəti mütləq şərt kimi irəli sürülmüşdür. Bilindiyi kimi diyiniz kimi, Vergilər Məcəlləsində anal ogiya tətbiq edilmir. Yəni, qanunvericilikdə təsbit edilmədiyi halda şəxsin vergi uçotuna alınmasının vergi orqanının təşəbbüsü (xidməti məktubu) ilə həyata keçirilməsi qanunsuzdur. Bundan başqa, apellyasiya məhkəməsi vergi hesablanması ilə bağlı hissədə Ali Məhkəmənin əvvəlki qərarında verdiyi göstərişindən kənara çıxmışdır. Belə ki, Ali Məhkəmə 11 mart 2019-cu il tarixli Qərarında aydın şəkildə apellyasiya məhkəməsinə göstəriş olaraq qeyd edir ki, vergi öhdəliyi müəyyən edilərkən yalnız iş materiallarında olan satış müqavilələri əsas götürülməlidir. Lakin, məhkəmə Ali Məhkəmənin göstərişindən kənara çıxaraq fəqli və yalnış hesablama üsulu seçməklə hesablama aparmışdır. Belə ki, məhkəmə satış müqavilələri üzrə hər kv.m üçün orta qiyməti çıxarmaqla (yaşayış və qeyri-yaşayış sahələri üçün) bağışlanan sahələr (mənzillər və qeyri- yaşayış sahələri) üçün də vergi hesablamışdır. Bu isə Ali Məhkəmənin göstərişindən kənara çıxmaqla yanaşı, vergi qanunvericiliyinin tələblərinin məhkəmə tərəfindən düzgün tövsif edilməməsi və tətbiq edilməli olan normanın tətbiq edilməməsidir. Belə ki, iş materialları ilə sübut olunur ki, iddiaçı ona məxsus fərdi yaşayış evinin 14 mənzilindən 3 ədədini və qeyri-yaşayış sahəsinin 3 ədədini öz yaxın ailə üzvlərinə bağışlamışdır. Məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən fiziki şəxsin öz əmlakını yaxın qohumlarına bağışlaması vergi tutma obyekti olmadığından iddiaçı gəlir vergisi ödəməkdən azad olmuşdur. VM-nin 102.1-ci maddəsində təsbit edilmişdir ki, fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri. Beləliklə, satış müqavilələri üzrə ümumi dəyərinin 890.000,00 m. (yaşayış sahəsi üçün) +150.000,00 m. (qeyriyaşayış sahəsi üçün) olmaqla cəmi 1.040.000, manat təşkil etdiyini nəzərə alaraq, satış müqavilələri üzrə ilə vergi yaşayış sahəsi (mənzil) üçün 160.200,00 manat (890.000,00 m. x 18%), qeyri-yaşayış sahəsi üçün 27 000 manat (150.000,00 m. x 18%), olmaqla cəmi 187.200,00 manat hesablanmalı olduğu halda, məhkəmə iddiaçıya bağışlanan sahələrə də vergi hesablaması apardığı üçün qeyd edilən mədləğdən kəskin fəqlənən ƏDV məbləği (301.797,59 manat) və eyni zamanda, iddiaçını əsassız olaraq vergi ödəyicisi hesab etdiyindən hesabladığı məbləğin 50% (150.898,80 manat) məbləğində vergi öhdəliyi hesablamışdır. Göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qərarının ləğv edilərək iddiaçının iddia tələblərinin təmin olunması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Cavabdehin kassasiya şikayəti isə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi özünün qərarında göstərir ki, müqavilələrdə təsbit olunan qiymətlərin bazar qiymətlərinə uyğun olmadığı cavabdeh tərəfindən mötəbər sübutlarla əsaslandırılmamışdır. Belə ki, onun istinad etdiyi “Azərekspertiza” Birliyinin ekspert rəyi və onun məzmunu tədqiq olunduqda, birincisi, ekspertizanı həyata keçirən ekspertin müvafiq dövlət akkreditasiyasına malik olduğu görünmür, ikincisi, əsaslandırıcı hissəsi mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin yerində müayinəsinin onun tərəfindən aparıldığı görünmür və rəydə konkret və ina ndırıcı faktiki materiallara əsaslandırma mövcud deyil. Ona görə də, rəydə göstərilən məlumatlardan istifadə olunmaqla vergilərin hesablanması əsassızdır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********938799 nömrəli 01.09.2015-ci il tarixli qərar ilə hesablanmış ƏDV-nin qanuni və əsaslı olmasını təsdiq edən mötəbər sübutlar (o cümlədən “Azərekspertiza” Birliyinin ekspert rəyi) cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir və işin materiallarında var. Lakin, həmin sübutlar məhkəmə tərəfindən düzgün araşdırılmamış və qiymətləndirilməmişdir. Eyni zamanda, ekspert rəyində göstərilənləri şübhə altına alan və yaxud əsassız hesab edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olun mamışdır, nə də ki, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən əldə olunmamışdır, işin materiallarında ekspert rəyini şübhə altına alan və yaxud əsassız hesab edən heç bir sübut yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin ekspert və mütəxəssis rəylərinin verilməsi sahəsində ixtisaslaşmış müəssisə olduğu nəzərə alındıqda, həmin müəssisənin ekspertlərinin rəy vermələri qanunauyğun hal hesab edilməlidir. Əgər məhkəmənin vergi orqanı tərəfindən dəvət edilmiş “Azərekspertiza” Birliyinin ekspertinin müvafiq dövlət akkreditasiyasına malik olmaması barədə şübhəsi var idisə, onda İnzibati-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə həmin məsələni araşdırmağa və aidiyyəti üzrə müvafiq sorğu verməyə borclu idi. Göründüyü kimi məhkəmə bu vəzifəsini icra etməməklə İPM-nin 12.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Eyni zamanda, “Azərekspertiza” Birliyinin ekspert rəyinin kifayət qədər aydın olmadığnı əsas gətirən məhkəmə işin obyektiv, hərtərəfli və tam araşdırılması üçün əlavə ekspertiza təyin etməmiş və bununla da, MPM-nin 102.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmə qərarında göstərilir ki, Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət vergitutma məqsədləri üçün qəbul edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki,tərəflərin razılığa gəldiyi müqavilə qiyməti ilə vergilərin hesablanması vergi qanunvericiliyinə tamamilə uyğun və ədalətlidir. Məhkəmənin bu mövqeyi ilə bağlı olaraq isə nəzərə alınmalıdır ki, təqdim edilmiş və bağışlanmış yaşayış və qeyri- yaşayış sahələrinə dair müqavilələr yoxlama zamanı iddiaçıdan tələb edilməsinə baxmayaraq qeyd olunan müqavilələr yoxlamaya təqdim edilməmişdir. Buna görə də, vergi orqanının yeganə çıxış yolu kimi ekspert cəlb edərək təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin bazar qiymətini n müəyyən edilməsi olmuşdur. Göründüyü kimi, məhkəmə tərəfindən belə bir dəlilin gətirilməsi ümumiyyətlə işin faktiki hallarına uyğun olmamışdır. Çünki sözügedən müqavilələr yoxlama zamanı vergi orqanına təqdim edilməmişdir. Müqavilələrin yoxlama zamanı vergi orqanına təqdim edilməməsi səbəbindən həmin müqavilələrdəki qiymətlərin reallığı və həqiqətə uyğunluğu yoxlanılmamış qalmışdır. Vergi Məcəlləsinin 14.6.6-cı maddəsinə əsasən vergiödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdim olunma qiymətləri ilə hesablanır. Cavabdeh hesab edir ki, hazırki mübahisə üzrə iddiaçının vergi öhdəliyi satış müqavilələrində göstərilən qiymətlər ilə yox, bazar qiymətləri əsas götürülməklə hesablanmalıdır. Ona görə ki, müqavilələrdə göstərilən qiymətlər bazar qiymətlərindən aşağı olmuşdur. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (satılması və bağışlanması) barədə müqavilələrə əsasən yaşayış sahəsinin 1 m2-nin qiyməti 3 otaqlı mənzil üçün 620,0 manat (70.000,0/112,8=620,0), 4 otaqlı mənzil üçün 655,0 manat (90.000,0/137,3=655,0), qeyriyaşayış sahələri üzrə isə 29,6 m2 sahənin 1 m2-nin qiyməti 1.013,0 manat, 116 m2 sahənin 1 m2-nin qiyməti isə 1.034,0 manat müəyyən olunmuşdur. Həmin mənzillərin və qeyri-yaşayış sahələrinin 2014-cü ildə təqdim olunduğunu nəzərə alsaq, ekspert rəyinə əsasən 2014-cü ilin hər ayı üçün 1 m2-i üçün orta bazar qiyməti yaşayış sahəsi üzrə 2.000,0 manat, qeyri-yaşayış sahəsi üzrə 4.000,0 manat, mansard sahəsi üzrə 1.200,0 manat, zirzəmi və qaraja yararlı sahələr üzrə isə 1.500,0 manat olmuşdur. Göstərilən səbəbdən vergilər bazar qiymətləri əsasında hesablanmışdır. Göründüyü kimi, apellyasiya instansiyasında işə baxılarkən iddianın təmin edilmiş hissəsində iş tam və hərtərəfli araşdırılmamış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməklə maddi və prosessual hüquq normalarını pozulmuşdur. Ona görə də, apellyasiya məhkəməsinin qərarı qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin olunmaması barədə qərar qəbul edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının vəkili özlərinin kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini x ahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili isə özlərinin kassasiya şikayətinin məzmununa uyğun izaha verərək şikayətlərinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kollegiya hesab edir ki, kassasiya şikayətləri təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə əvvəllər qəbul edilmiş məhkə mə aktları nəzərə alındığında apellyasiya məhkəməsi tərəfindən aşağıdakı iddia tələbləri üzrə yoxlanılma aparılmışdır: 1) cavabdeh tərəfindən iddiaçının vergi ödəyicisi kimi qeydiyyata alınmasının qanunsuz hesab edilərək onun ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) ləğv edilməsi barədə iddia tələbinin təmin olunması hissəsi; 2) cavabdehin 01.09.2015-ci il tarixli «Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında» qərarının 2013-2014-cü illər üzrə ƏDVnin hesablanması və maliyyə sanksiyalarının ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsi. Birinci hissə ilə bağlı olaraq apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçıya Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 27.12.2011-ci il tarixl i 451 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün Nəsimi rayonu, Ənvər Qasımzadə 72 ünvanında 0,08 ha torpaq sahəsi ayrıldığı və ona razılaşdırılmış eskiz layihə əsasında 2 girişli 4 mərtəbəli+mansard, 14 mənzilli yaşayış binasının tikintisinə icazə verildiyi, həmin sahədə onun tərəfindən ümumi sahəsi 4083,41 kv.m və bunun 1527,72 kv metrinin yaşayış, 448,0 kv.metrinin qeyri-yaşayış, 875,41 kv.metrinin zirzəmi, 509,24 kv.metrinin mansard, 723,04 kv metrinin isə pilləkən, dəhliz, lift sahəsindən ibarət binanın inşa edildiyi və istismara verilərək 2014-cü ildə onun mənzil (yaşayış) və qeyri-yaşayış sahələrinin iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq ona çıxarış verildiyi və bundan sonra həmin sahələrin özgəninkiləşdirildiy i işin mübahisələndirilməyən hallarını təşkil edir. Sözügedən binanın 14 mənzilindən 11 ədədi alqı-satqı müqaviləsi, 3 ədədi isə bağışlama müqaviləsi, qeyri-yaşayış sahələri 2 halda alqı-satqı müqaviləsi, 3 halda isə bağışlama müqavilələri əsasında təqdim edilmişdir. O cümlədən, binada olan 14 ədəd mənlildən 11.04.2014-cü il tarixində 11 ədədi notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinə əsasən: - ümumi sahəsi 112,8 kv m olan, 3 otaqlı, 5 ədəd mənzilin hər biri - 70.000 manata (1 kv. m 620,57 manata başa gəlir); -ümumi sahəsi 137,3 kv.m olan, 4 otaqlı, 6 mənzilin hər biri - 90.000 manata (1 kv.m 655,50 manata başa gəlir) – satılmışdır. Satılmış həmin mənzillərin ümumi sahəsi 1387,8 kv.m, cəmi satış dəyəri 890.000 manat təşkil edir ki, bu halda 1 kv m yaşayış sahəsinin qiyməti 641,3 0 manat təşkil edir. Eyni zamanda, 12.04.2014-cü ildə notarial qaydada bağışlama müqavilələrinə əsasən 14 mənzildən digər 3 ədədi: - ümumi sahəsi 112,8 kv m olan, 3 otaqlı, 1 ədəd mənzil; -ümumi sahəsi 231,150,8 kv.m olan, 4 otaqlı, 1 ədəd mənzil; -ümumi sahəsi 261 kv.m olan, 5 otaqlı 1 ədəd mənzil - bağışlama müqavilələri təqdim edilmişdir. Binanın qeyri-yaşayış sahələri üzrə aşağıdakılar müəyyən olunur: -116,0 kv m qeyri-yaşayış sahəsi 11.04.2014-cü il tarixdə notarial qaydada bağlanmış alqısatqı müqaviləsinə əsasən 120.000 manata (1 kv m 1034,48 manata başa gəlir); - 29,6 kv m qeyri-yaşayış sahəsi isə 12.04.2014-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında 30.000 manata (1 kv. m 1013,51 manata başa gəlir) – müxtəlif şəxslərə satılmışdır. Həmin qeyri-yaşayış s ahələri toplandıqda ümumi sahəsi 145,6 kv.m, satış dəyəri 150.000 manat təşkil edir ki, belə olan halda da 1 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 1030,22 manat təşkil edir. Eyni zamanda, binada mövcud olan qeyri-yaşayış sahəsindən: 20,4 kv.m, 109,8 kv m, 110,8 kv m saəhyə malik hissələrinə ayrı-ayrılıqdan müxtəlif şəxslərələ notarial qaydada 3 bağışlama müqaviləsi bağlanmışdır (cəmi bağışlapnan sahə 241 kv m). Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən cahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Məcəllənin qeyd olunan normasının mənası baxımından, apellyasiya məhkəməsi hesa b etmişdir ki, işin qeyd olunan sübutlarla müəyyən edilən halları onu deməyə əsas verir ki, iddiaçı mübahisəli ünvanda yerləşən «fərdi yaşayış evinin tikintisi» adı altında binanı inşa etməkdə məqsədi, əslində, həmin binanın yaşayış və qeyri-yaşayış sahələrini satmaqla gəlir əldə etmək olmuş və buna da o, nail olmuşdur. Lakin bu zaman iddiaçı nəzərə almamışdır ki, qeyd olunan fəaliyyət lisenziyadı fəaliyyət növü olmaqla, sahibkarlıq fəaliyyətinin predmetinə aid olan bir fəaliyyət olduğundan vergi ödəyicisi kimi qeydiyyata durmması və bununla bağlı qanunvericiliklə üzərinə düşən vergi öhdəliklərini yerinə yetirməlidir. Belə ki, tikinti fəaliyyəti ilə məşğul olmaqla, gəlir əldə etmək niyyətində olan iddiaçı, birincisi, bu fəaliyyətini gizlətmədən, əksinə rəsmiləşdirərək Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq vergi orqanlarında vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq onun vəzifəsidir. Həmin Məcəllənin 154.6-cı maddəsinə əsasən isə tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-in ödəyiciləri sayılır. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən iştirakçı ƏDV-nin məqsədləri üçün vergi ödəyicisi olduğu halda qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur. Həmin Məcllənin 157.5-ci maddəsinin tələbinə görə isə 157.5-ci maddəsinin tələbinə görə isə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi vergi orqanı tərəfindən iddiçının v ergi ödəyicisi, o cümlədən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb ona ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilməsi işin sübutlarla müəyyən edilən hallarına və vergi qanunvericiliyinin tələblərinə uyğundur. Ona görə də, iddiaçı onun VÖEN qeydiyyatının ləğv edilməsini tələb etməkdə haqlı hesab oluna bilməz. Hazırda kassasiya şikayətində səsləndirilən şəxsin özünün müraciəti olmadan vergi orqanının təşəbbüsü ilə vergi uçotuna alınmanın qanunsuz olduğu ilə bağlı dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, artıq həmin məsələyə kassasiya məhkəməsinin 12 aprel 2018-ci il tarixli əvvəlki qərarında münasibət bildirilərək göstərilmişdir ki, vergi ödəyicisinin yalnız ərizəsi əsasında vergi uçotuna alınması barədə apelyasiya məhkəməsinin bildirdiyi əsas qanuna müvaf iq olmamışdır. Beləliklə, iddiaçının vergi ödəyicisi (o cümlədən ƏDV-nin ödyicisi) kimi qeydiyyata alınmasının əsaslı olduğu sübuta yetirildiyi halda onun 2013-2014-cü ildə göstərdiyi tikinti fəaliyyətinin nəticələrinə görə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə vergi qanunvericiliyinin müəyyən etdiyi qaydalar əlavə dəyər vergisinin hesablanmasını zəruri edir. Belə ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi malların təqdim edilməsidir. Həmin M əcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, vergitutma obyektidir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin Məcəllənin 166.1.1-ci maddəsinə əsasən malların təqdim edilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi vaxt vergi tutulan əməliyyatın vaxtıdır. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Həmin Məcəllənin 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir. Apellyasiya məhkəməsi Məcəllənin qeyd olunan tələbləri qaydasında hesablama aparmaqla müəyyən etmişdir ki, iddiaçı tərəfindən inşa edilən mübahisəli binanın 11 ədədinin ümumilikdə sahəsi 1387,8 kv.m, həmin sahənin satışından isə ümumi dəyəri 890.000 manat təşkil edir ki, bu halda 1 kv m yaşayış sahəsinin qiyməti 641,30 manat təşkil edir. Kollegiya hesab edir ki, binanın yerdə yalan 3 ədəd mənzilinin bağışlanmasına gəldikdə apellyasiya məhkəməsi Vergi Məcəllənin qeyd edilən 13.2.10-cu maddəsinin tələbinə görə hədiyyə verilməsi təqdim etmə sayıldığı baxımından düzgün olaraq hesab etmişdir ki, həmin bağışlama təqdim e tməyə bərabər tutulmalıdır. Belə olan halda, ümumi sahəsi olan 605,6 kv.mnin 1 kv.metrinin qiyməti də satılmış 11 ədəd mənzilin 1 kv metrinin qiymətinə, yəni, 641,30 manata bərabər tutulmaqla dəyərləndirilməlidir. Bu hesabla hesablama aparıldıqda isə həmin 605,6 kv m hədiyyə kimi təqdim edilmiş qeyri yaşayış sahəsinin ümumilikdə dəyəri 388.371,28 manat təşkil edir. Beləliklə, alqı-satqı müqaviləsi və bağışlama müqaviləsi ilə təqdim edilən mənzilin ümumilikdə dəyəri 1.278.371,28 manat (890.000+388.371,28) təşkil edir ki, bu təqdimetmə dövriyyəsindən 18 faizlə hesablanan əlavə dəyər vergisi 230.106,83 manat təşkil edir. Eyni zamanda, alqı-satqı müqavilələri əsasında satılmış 145,6 kv.m qeyri-yaşayış sahəsinin ümumi dəyəri 150.000 manat təşkil edir ki, bu halda, 1 kv m qeyri-yaşayış sahəsinin qiyməti 1030,22 manat təşkil edir. Bağışlama müqavilələri üzrə isə ümumilikdə 241 kv m qeyri-yaşayış sahəsi təqdim edilmişdir ki, Məcəllənin qeyd olunan 13.2.10-cu maddəsinin tələbi baxımından bu da təqdim etmə kimi qiymətləndirildikdə 1 kv.m qeyri-yaşayış sahəsinin qiyməti 1030,22 manat hesablanır ki, həmin sahənin ümumi dəyəri 248.283,02 manat təşkil edir. Alqı-satqı müqaviləsi və bağışlama müqaviləsi üzrə birlikdə təqdim edilən qeyri-yaşayış sahəsinin ümumilikdə dəyəri - 398.282,2 manat təşkil edir ki, həmin təqdim etmə dövriyyəsindən 18 failə hesablanan vergi məbləği 71.690,76 manat təşkil edir. Beləliklə də ümumilikdə yaşayış və qeyri yaşapyış sahələrinin təqdim edilməsindən dövlət büdcəsinə ödənilməli olan əlavə dəyər vergisini cəmi məbləği 301.797,59 manat (230.106,83+71.690,76) he sablanır. Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsitnə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi, tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymətin vergitutma məqsədləri üçün qəbul edilir. Bu baxımdan apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflərin razılığa gəldiyi müqavilə qiyməti ilə vergilərin hesablanması vergi qanunvericildiyinə tamamilə uy ğun və ədalətlidir. Nəzərə almaq lazımdır ki, həmin müqavilələr ləğv olunmamış, etibarsız sayılmamışdır. Digər tərəfdən isə, həmin müqavilələrdə təsbit olunan qiymətlərin bazar qiymətlərinə uyğun olmadığı da cavabdeh tərəfindən mötəbər sübutlarla əsaslandırılmamışdır. Məhkəmə bununla bağlı olaraq qeyd etmişdir ki, vergi orqanının istinad etdiyi «Azərekspertiza» Birliyin ekspert rəyi və onun məzmunu tədqiq olunduqda, birincisi, ekspertizanı həyata keçirən ekspertin müvafiq dövlət akkreditasiyasına malik olduğu görünmür, ikincisi, rəyin əsaslandırıcı hissəsi mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinin yerində müayinəsinin onun tərəfindən aparıldığı görünmür və rəydə konkret metod və inandırıcı faktiki materiallara söykənən əsaslandırma mövcud deyil. Səyyar vergi yoxlaması aktından və cav abdehin iş üzrə etirazının dəlillərindən isə görünür ki, Vergi Məcəlləsinin 14-cü və 67-ci maddələri rəhbər tutulmaqla həmin ekspert rəyinə istinadən əsassız olaraq iddiaçıya 2013-2014-cü illər üzrə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə 879.369,55 manat əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə müvafiq həmin məbləğin 50 fazi, yəni, 439.684,78 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə də, apellyasiya məhkəmə düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı bağladığı alqı-satqı və bağışlama müqavilələri əsasında yaşayış və qeyri yaşayış sahələrinin təqdim edilməsinə görə vergi məsuliyyətindən azad oluna bilməz. Əksinə, həmin müqavilələrdə təsbit olunan qiymətlər nəzərə alınmaqla 301.797,59 manat məbləğində ƏDV-ni dövlət büdcə sinə ödəməyə borclu idi. Belə olan halda, yoxlamanın nəticələrinə görə cavabdehin qərarı ilə həmin məbləğdə ona əlavə vergi hesablanması və Vergi Məcələsinin 58.1-ci maddəsinə müvafiq olaraq həmin məbləğin 50 faizi, yəni, 150.898,80 manat məbləğində maliyyə sanksiyası tətbiq olunması qanuni və əsaslıdır. İddiaçının kassasiya şikayətində istinad etdiyi yaxın ailə üzvlərinə bağışlanmış əmlaklara görə Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsinə əsasən iddiaçının gəlir vergisi ödəməkdən azad olunduğuna dair dəlilə münasibətdə isə kollegiya qeyd edir ki, həmin norma hazırkı münasibətlərə tətbiq edilməli norma deyildir. Belə ki, həmin norma fiziki şəxslərin gəlir vergisindən azadolmaları və güzətşləri tənzimləyir. Hazırkı işdə isə iddiaçıya fiziki şəxs kimi gəlir vergisi hesablanmamışdır. Ona, ƏDV hesablanmışdır. Nəzərə almaq lazımdır ki, Vergi Məcəlləsinin 13.2.10-cu maddəsi mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsini malların təqdim edilməsi kimi müəyyən etmiş, 159.1-ci maddəsi isə malların təqdim edilməsinin vergitutma obyekti olduğunu təsbit etmişdir. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Odur ki, kassasiya şikayətləri təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçının və cavabdehin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya M əhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1163/2019 saylı iş üzrə 20 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar