Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2893/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; əl ilə qaynaq aparan elektrik qaynaqçıları; qaz qaynaqçıları) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1960) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli ş ərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(106)-73/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək Əli Bayramlı şəhər 28 nömrəli texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə peşə təhsili almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaşenerji İstehsalattəmir Müəssisəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X4, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 3 saylı Bu ruqquraşdırma İdarəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək NQÇİ-nin Təmir Quraşdırma İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək X3, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Əli Bayramlı ŞDİŞ yanında X1, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Neft-qaz Çıxarma İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək “Neftqaz” X2 Nəqliyyat İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X5 Stansiyasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Sutikinti Müəssisəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Karasu Əməliyyat Şirkətində işləmişdir. 3. “X6” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2005 -ci il tarixədək (4 ay 7 gün) Karasu Əməliyyat Şirkətində güzəştli iş stajı olaraq qaynaq sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, 12 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən (əmr № 02/k, xx.xx.2002) xx.xx.2005-ci il tarixədək (əmr № 24/k, xx.xx.2005) "xxxx" Müəssisəsinin 1 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının “Ümumi peşələr” bölməsində qeyd edilmişdir.
5. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 5 ay 15 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddi a ərizə ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə onun xx.xx.2017-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əm ək pensiya hüququ vardır. Çünki, xx.xx.2017-ci il tarixə kimi “ Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən hüquqi yaranmış şəxslər güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının XXXİİİ. Ümumi peşələr: “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000— 19906)” və Xİİ. Qazma, neftin qazın və qazkondensatlarının hasılatı və emalı (dəniz neftçilərindən başqa), qüllə quraşdırıcılar-qaynaqçılar (213010 0a — 11588)” kodları ilə qeyd edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Nazirlər Kabinetinin “Ümumi peşələr” bölməsində nəzərdə tutulan “elektrik-qaynaqçısı” peşəsində işləyən şəxslərin harada işləməsindən asılı olmayaraq bütün adda elektrik qaynaqçıları güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malik olması barədə ƏƏSMN-nin yanında DSMF-nin “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” -nın tətbiqi barədə Kollegiya Qərarından ç ıxarışa əsasən DSMF-nin rayon və şəhər şöbələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli məktubunda da öz təsdiqin tapır. Cavabdehin iddiaçının xx.xx.2006-cı il tarixə kimi 09 il 04 ay 14 gün (xx.xx.1980xx.xx.1980, xx.xx.1981-xx.xx.1983, xx.xx.1983-xx.xx.1984, xx.xx.1984-xx.xx.1987, xx.xx.1983-23.111.1988, xx.xx.1989-xx.xx.1992-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etməklə imtina etməsini iddiaçı əsassız hesab edir. Bunu onunla əsaslandır ki, cavabdeh iddiaçının yalnız imtinasında qeyd etdiyi dövrləri, yəni 9 il 04 ay 14 gün işlədiyi dövrləri nəzərə alsa da, lakin işlədiyi xx.xx.1995-xx.xx.2001-ci il tarixə (04 il 07 ay 12 gün) kimi “ X5 Stansiyası” -da “ elektrik-qaynaqçısı” və xx.xx.2002-xx.xx.2005-ci il tarixə (3 il 03 ay 22 gün) kimi “Sutikinti Birliyi ”–ndə “elektrik-qaynaqçısı” vəzifələrində işlədiyi dövrləri nə səbəbə nəzərə almamasına dair münasibət bildirməmişdir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə kimi güzəştli iş stajı 17 il 04 ay 20 gün təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın tələbləri nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
8. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir.
9. Şırvan İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1284/2022 nömrəli qərarı ilə (hakim F.Abbasov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan yəni, xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (07 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 07 sentyabr 2018-ci ildən 07 sentyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
10. Məhkəmə hesab etmişdir ki, xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(106)-73/2023 nömrəli qərarı ilə (hakimlər: M.Həsənov - sədrlik edən və məruzəçi, C.İmanov və S.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşm ış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur – XXXİİİ (Ümumi peşələr) bölmə, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)”, və XXXİİİ (Ümumi peşələr) bölmə, qaz qaynaqçısı (23200000-11620) öz əksini tapmışdır. Həmçinin qeyd edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, onun yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqa na daxil olmuşdur. Belə olan halda qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bu barədə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə təyin edilməlidir.
14. Apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunu 9.1, 9.8-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia dair etiraz ərizəsinin, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassator əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəm əsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış İcmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən İstifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə b axılarkən həmin arayışların məzmunu 3 diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İddiaçı tərəfindən "xxxx"ASC "xxxx" müəssisəsində işlədiyi dövrlər ilə bağlı təqdim edilmiş güzəştli arayış qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən, həmin dövrlərin onun güzəştli iş stajına əlavə edilməsi əsassızdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi qanuni və əsaslı sayıla bilməz
17. Kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün cavabdeh “Əmək pensiyaları haqqında” Qan unu 9.1, 9.8-ci maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(106)-73/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pen siyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələb lərə müvafiq surətdə təyin edilir. Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
21. Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətənda şların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən, həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” XXXİİİ (Ümumi peşələr) bölmə, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906) XXXİİİ (Ümumi peşələr) bölmə, qaz qaynaqçısı (23200000-11620)
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli Qərardadı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsi ndə məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istina d etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
33. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
34. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə müraciət edilən tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018ci il tarixdən hesablanaraq ödənilməsinə yönəlmişdir. 35. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
36. Bu qərarın 19-20-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensi yasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 2 nömrəli siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
37. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün bu qərarın 20-21-cı bəndlərində istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçıya münasibətdə ödənildiyi işin apellyasiya məhkəməsi tərəfi ndən müəyyən olunmuş halları ilə təsdiq olunur. Başqa sözlə, iddiaçı tələb olunan ümumi və xüsusi stajı xx.xx.2006-cı il tarixinə kimi tam toplamış və həmin normalarla müəyyən olunmuş müvafiq yaş həddinə çatmışdır.
38. Kassasiya şikayətinin iddiaçının işlədiyi "xxxx" ASC-nin "xxxx" müəssisəsində işlədiyi dövrlə bağlı qeyd edir ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı 1977-1978-ci illərdə elektrik qaynaqçısı ixtisası üzrə peşə təhsili almışdır. Hərbi xidməti bitirdikdən sonra qaynaqçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, hazırda da həmin ixtisas üzrə əmək fəaliyyətini davam etdirir. O, müxtəlif dövrlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı, qaz qaynaqçısı, elektrik qaz qaynaqçısı vəzifələrində çalışmışdır. "xxxx" ASC-nin "xxxx" Müəssisəsinin əvvəlki məktublarında iddiaçının peşəsi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğunlaşdırılsa da, "xxxx" ASC-nin "xxxx" Müəssisəsinin sonuncu məktubunda qaynaqçının əmək funksiyalarını hal-hazırda müəssisədə elektrik qaz qaynaqçısı yerinə yetirdiyini və onun peşəsinin ümumi peşələrdə qaz qaynaqçısı peşəsi ilə uyğunluğunu qeyd edir. İddiaçı isə qeyd edir ki, 2002-2005-ci illərdə "xxxx" ASC "xxxx" müəssisəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin həmin dövrdə o, həm əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlərini, həm də qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı işlərini görmüşdür.
39. Hazırkı qərarın 22-ci bəndində qeyd olunanlara əsasən həm əl ilə qaynaq aparan elektrik qaynaqçısı, həm də qaz qaynaqçısı ümumi peşələrdə hər ikisi güzəştli iş stajı hesa b edilir.
40. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır.
41. Həmçinin qeyd edilməlidir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, onun yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Belə olan halda qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bu barədə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə təyin edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd ol muş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
43. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 19-23-cü bəndlərində göstərilən maddi və prosessual hüquq normalarına uyğun hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 avqust 2023-cü il tarixli, 2-1(106)-73/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.