Məhkəmə qərarları › İş №2-1(102)-2894/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2894/2019

25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2894/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı13 və digərlərinin cavabdeh Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2894/19 Bakı şəhəri 25 dekabr 2019-cu il 25.12.2019 Açar sözlər: torpaq sahəsi üzərində hüquqa dair bələdiyyə qərarının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçılar İddiaçı13 və İddiaçı9 və onların Vəkil, üçüncü şəxs XXXnın və vəkili XXXin iştirakları ilə, iddiaçılar İddiaçı13 və İddiaçı9 tərə findən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1074/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı13 və digərləri (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhər Binəqədi rayon Binəqədi Bələdiyyəsinə və digərlərinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 07 mart 2013-cü il tarixli, 16 saylı qərarının ləğv edilməsi və Unvan, XXX, ünvan X, ev 3, 3A və 3B saylı binaların insanlarının rahatlığını pozduğuna görə cavabdehin barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdirlər. İşin faktiki vəziyyəti İddia ərizəsində bildirilmişdir ki, iddiaçılar sakini olduqları Unvan, XXX, ünvan X, ev 3, 3A və 3B binalarının kəsişd iyi və yanğın və digər bədbəxt hadisələr zamanı sakinlərin evakuasiyası üçün nəzərdə tutulmuş ərazidə ağaclar əkmiş və park sahəsi yaratmışdırlar. Lakin, Cavabdeh4 07 mart 2013-cü il tarixli, 16 saylı qərarı ilə, Bakı şəhər İcra Hakimiyyətinin və onun tabeçiliyində olan Yaşıllaşdırma Departamentinin və Memarlıq və Şəhərsalma Baş İdarəsinin və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin icazəsi olmadan həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatla Cavabdeh1 adına verilmişdir. Cavabdeh tərəfindən həmin sahədəki ağaclar kəsilərək tikinti işlərinin aparılmasına cəh edilmiş, bina sakinləri müvəqqəti olaraq bunun qarşısını almışdırlar. Cavabdehlər iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazlarını təqdim etməmişdirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 20 aprel 2018-ci il tarixli, 2-1(81)176/2018 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi cavabdehlər Ulduzə Quıiyevaya, Binəqədi rayon İcra Hakimiyyətinə və Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 aprel 2018-ci il tarixli, 2-1(81)176/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, bələdiyyənin 16 may 2006-cı il tarixli, 164 saylı qərarı ilə 150 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmiş, sonradan qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında həmin torpaq sahəsi XXXnın istifadəsinə verilmişdir. Torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin balansında olmamış, 2006-cı il tarixdən Şahid Quliyevin sahibliyin də və istifadəsində olmuş, hazırda isə XXXnın mülkiyyətində olmaqla sonuncu həmin torpaq sahəsi üzərindən sahiblik, sərəncam və istifadə hüquqları əldə etmişdir. Həmin qərardan iddiaçılar İddiaçı13 və İddiaçı9 apellyasiya şikayəti verərək onun, 16 saylı qərarın, 11 saylı müqavilənin və 18 fevral 2017-ci il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 avqust 2018-ci il tarixli, 2-1(103)-1800/2018 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan İddiaçı13 kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təm in edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. (iş.v92 c2) Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2-1(102)508/2019 saylı qərarı ilə (sədrlik edən Rahib Nəbizadə, hakimlər Azər Hüseynov və Xəqani Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmaqla iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırki iş üzrə iddiaçılar aşağı instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş yekun qərarına istinad etdiyi 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2inz(81)-831/2013 saylı iş üzrə iştirakçı olmadıqlarından preyudisiallıq prinsipi onlara aid edilə bilməzdi. İddiaçılar həmin iş üzrə məhkəmə proseslərində iştirak etmədiklərindən, müvafiq əsaslar olduqda müstəqil tələ blər məhkəməyə müraciət etmək hüququna və iştirak etmədikləri inzibati iş üzrə qəbul edilən qərar ilə müəyyən edilmiş faktları mübahisələndirmək hüququna malik olmuşdurlar. Bakı Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-1(103)-1074/2019 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin 07 mart 2013-cü il tarixli qərarı ilə mübahisəli 150 kv.m torpaq sahəsinin Cavabdeh1 adına rəsmiləşdirilməsi qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən həyata keçirildiyindən və qanunsuzluğa yol verilmədiyindən cavabdehin qərarının ləğv olunması üçün faktiki əsaslar mövcud olmamışdır. Gəldiyi nət icəni apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.5, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçılar İddiaçı13 və İddiaçı9 kassasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Kassasiya şikayətində bildirilmişdir ki, hazırkı iş üzrə yekun nəticəyə gəlinən zaman aşağı instansiya məhkəmələrinin istinad etdikləri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-831/2013 saylı, 06 fevral 2013-cü il tarixli qərarında Binəqədi rayon XXX, 3 saylı bin anın yaxınlığında yerləşən vətəndaş X2 adına verilmiş 150 kv.m torpaq sahəsinin Cavabdeh1 adına sənədləşdirilməsinin bələdiyyəyə həvalə edilməsinə baxmayaraq, sonuncunun mübahisəli qərarı ilə Binəqədi rayon, XXX, 3a saylı binanın yaxınlığında yerləşən 150 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh1 adına sənədləşdirilmişdir. Göründüyü kimi, bələdiyyə məhkəmə qərarında qeyd olunmuş torpaq sahəsindən qeyri bir torpaq sahəsinin Cavabdeh1 adına sənədləşdirmiş, habelə 07 mart 2013-cü il tarixli, 11 saylı müqavilədə alıcı olaraq Şahid Qasımov göstərilsə də sonda müqavilə Cavabdeh1 tərəfindən imzalanmışdır. Başqa bir dəlillə bildirilmişdir ki, mübahisəli torpaq sahəsinin Şahid Qasımovun mülkiyyətinə verilməsinə dair cavabdehin 16 may 2006-cı il tarixli, 164 saylı q ərarı qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatın alınmamışdır ki, bu da ümumiyyətlə belə bir qərarın mövcudluğunu şübhə altına alır. Qanunvericiliklə çöxmənzilli yaşayış evlərinə aid olan torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qadağan olunduğundan, cavabdeh qanunvericiliyin bununla bağlı tələblərini də pozmuş hesab edilməlidir. Bundan başqa bildirilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyinin 23 avqust 2017-ci il tarixli, 328 saylı məktubunda da Binəqədi rayonu, XXX 3, 3A və 3B saylı binaların yaxınlığında yerləşən yaşıllıq sahələrinin birliyin balansında olduğu göstərilmiş və həmin sahələrin özəlləşdirilməsi üçün razılığın verilmədiyi qeyd olunmuşdur. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış keçirilərkən də həmin sahənin məhz qeyd olunan yaşıllıq əraziyə düşməsi öz təsdiqini tapmışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.9, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8, Azərbaycan Respublikası Tikinti Məcəlləsinin 69, 70, 76, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 saylı qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”ın 2, 3, 4, 5, 6, 7, 8, 9, 16, 18, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3, 418.1, 386, 390-cı maddələrinə istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında işt irak edən iddiaçılar və onların vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəf və prosesin digər iştirakçıları məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdeh bələdiyyənin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə Axundov küçəsi, 3a saylı binanın yanında bələdiyyəyə məxsus 150 kv m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vət. X2 mülkiyyətinə verilmiş, daha sonra onlar arasında həmin tarixdə torpağın mülkiyyətə verilməsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-831/2013 saylı, 06 fevral 2013cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 iddia tələbi təmin edilərək, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 16 may 2006-cı il tarixli 164 saylı qərarı ilə Binəqədi rayonu 8-ci mkr, 3 saylı binanın yaxınlığında yerləşən X2 adına verilmiş 150 kv.m torpaq sahəsinin Cavabdeh1 adına sənədləşdirilməsi cavabdeh Binəqədi bələdiyyəsinə həvalə edilmişdir. Məhkəmənin həmin qərarı qanuni qüvvəsini almış və cavabdeh tərəfindən icra edilərək 07 mart 2013-cü il tarixli qərarı ilə qeyd olunan torpaq sahəsi X2 adından Cavabdeh1 adına keçirilmiş və bələdiyyənin əvvəlki 16 may 2006-cı il tarixli 164 saylı qərarın qüvvədən düşmüş hesab edilmişdir. Cavabdeh1 həmin torpaq sahəsinə mülkiyyət hüququ DƏDRX-in Bakı şəhər Ərazi idarəsi tərəfindən 18 fevral 2017-ci il tarixdə qeydiyyata alınaraq, ona daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Üçüncü şəxs Bakı şəhər İH-nin nümayəndəsinin izahatından göründüyü kimi, Memarlıq və Şəhərsalma Baş İdarəsinin 21 aprel 2016-cı il tarixli, 18/03-8/1288 saylı məktubu ilə həmin sahədə tikintisi nəzərdə tutulan qeyri-yaşayış binasına dair təqdim olunmuş memarlıq-planlaşdırılmasının eskizi razılaşdırılmış və Fövqaladə Hallar Nazirliyi DYN Xidmətinin 15 avqust 2016-cı il tarixli 37/41-04488 saylı məktubu ilə obyektin layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barədə müsbət rəy verilmişdir. İddiaçılar İddiaçı13 və qeyriləri apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qeyd olunan 06 fevral 2013-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2628/2017 saylı, 10 noyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçıların həmin şikayəti üzrə apellyasiya mümkün sayılmamış, icraata qəbul olunmasından və onların üçüncü şəxs qismində işə cəlb olunmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından iddiaçıların kassasiya şikayəti də Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)373/18 saylı 31 yanvar 2018-ci il tarixli qərarı ilə təmin olunmamış, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. 08 may 2019-cu il tarixdə məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsi yerində müayinə edilərkən, aşkar olunmuşdur ki, Axundov prospektinin kənarında yerləşir və həmin sahənin təxminən, 3 saylı binadan 50-60 metr, 3a saylı binadan 30-40 metr aralıda yerləşir, 3b saylı bina ilə aralarından isə eni 4-5 metr olan yol keçir və ətraf binaların sakinlərin subyektiv hüquqlarını poza biləcək hər hansı halllar mövcud deyil. İddiaçılar tərəfindən həmin sahədə əkilmiş yaşıllıq bitkilərinə gəldikdə isə, yuxarıda qeyd olunan məhkəmə qərarlarından və üçüncü şəxs X1 nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, onlara aid olmayan həmin torpaq sahəsində onların yaşıllıq salmaq üçün subyektiv hüquqları mövcud olmamışdır. Hadisələrin qeyd olunan ardıcıllığından görünür ki, cavabdeh bələdiyyənin iddiaçılar tərəfindən mübahisələndirilən 07 mart 2013-cü il tarixli qərarı qəbul edildiyi andan, üçüncü şəxs Cavabdeh1 həmin qərara etimad göstərmiş, istifadəsinə verilmiş həmin torpaq sahəsinin adına sənədləşdirilməsini tam həyata keçirib mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmiş və orada sahibkarlıq fəaliyyətini başlamaq üçün xeyli sənədləşmə işləri görmüşdür. Hüquqi məsələlər Azərbaycan Respublikası İnziba ti Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya mə hkəməsi hesab etmişdir ki, mübahisələndirilən qərar əsasında üçüncü şəxsin torpaq sahəsinin adına rəsmiləşdirilməsi qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən həyata keçirildiyindən və qanunsuzluğa yol verilmədiyindən cavabdehin qərarının ləğv olunması üçün faktiki əsaslar mövcud olmamışdır. Bu mövqeyi iddiaçılar o əsasla mübahisələndirmişdir ki, qərarın qəbul edilməsi zamanı çöxmənzilli yaşayış evlərinə aid olan və yaşıllıq sahəsi olan torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qadağan olunduğu nəzərə alınmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: məhk əmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü əsasında yaranır; - 103-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddələrin tələbləri onu ehtiva edir ki, torpaq mübahisəsi üzrə məhkəmə tərəfindən qəbul edimiş qərar torpaq sahəsi üzərində hüququn yaranması üçün əsas hesab olunmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçıların mübahisləndirdiyi qərarla üçüncü şəxsin adına torpaq sahəsinin rəsmiləşdirilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirilmişdir. Yəni ilkin olaraq torpaq sahəsi cavabdehin 16 may 2006-cı il tarixli qərarı ilə Şahid Qasımova ayrılmış, daha sonra məhkəmə qərarı əsasında üçünşü şəxs Cavabd eh1 adına rəsmiləşdirilmişdir. Sonuncu prosedurla bağlı qanunverciliyin tələblərinin pozulması müəyyən edilmir və bu hissədə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşdığını qeyd edir. İddiaçılar mahiyyət etibarı ilə məhkəmə qərarı ilə torpaq sahəsi üzərində hüququ müəyyən edən qərar qəbul edələndən daha əvvəl torpaq sahəsinin ayrılmasına dair qəbul edilmiş 16 may 2006-cı il tarixli qərarın qanunvericliyin tələblərinə uyğun olmadığına əsaslanmışdırlar. Qanunvericiliyin tələblərinin pozulması kimi iddiaçılar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə istinad etmişdirlər. Həmin maddəyə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Bu maddəyə əsaslanmaqla iddiaçılar hesab etmişdirlər ki, ayrılmış torpaq sahəsi bələdiyyəyə məxsus torpaq sahəsi olmamış, onların yaşadığı çoxmənzilli yaşayış evlərinə aid torpaq sahəsi olmaqla, onun üzərində hüquq yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmalı idi. Məhkəmə kollegiyası dəlillə bağlı qeyd edir ki, işin halları ilə iddiaçıların mübahisələndirdiyi torpaq sahəsinin onların yaşadıqları çoxmənzilli yaşayış evlərinə aid olduğu, habelə həmin torpaq sahəsi üzərində yerli icra hakimiyyətinin sərəncamın verilməsi hüququ və ya cavabdehin səlahiyyətli olmaması müəyyən edilməmişdir. Bunun əksinə olaraq, həmin torpaq sahəsində qeyri-yaşayış binanın tikintisi üçün qanunvericliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxsə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılıq verilmişdir. Bu hal isə o nəticəni yaradır ki, icra hakimiyyəti tərəfindən topraq sahəsinin mənsubiyyəti ilə bağlı mübahisəli hal müəyyən olunmamışdır. Bununla isə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçıların əsaslandığı hal sübuta yetirilmədiyindən, bələdiyyənin mübahisəli torpaq sahəsi üzərində sərəncam vermək hüququ Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən müəyyən edilmiş hesab olunmalıdır. Kassasiya şikayətində iddiaçılar tərəfindən bildiri lmiş digər dəlillər üzrə qiymətləndirmənin aparılmasını isə məhkəmə kollegiyası o əsasla mümkün hesab etmir ki, onlar mübahusənin artıq əldə edilmiş nəticəsi üçün önəmli deyildir. Bu baxımından İnsan Hüquqiları üzrə Avropa Məhkəməsinin ifadə edilmiş mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın “Ədalətli məhkəmə araşdırması hüququnu” nəzərdə tutan 6-ci maddəsinin 1-ci bəndinin tələbləri məhkəmə qərarlarında hər arqumentə ətraflı cavab tələb etmək kimi başa düşülə bilməz. “Van de Hurk v. The Netherlands” işi üzrə ( N 16034/90) qəbul etdiyi 19 aprel 1994cü il tarixli qərarında həmin məhkəmə göstərmişdir ki, məhkəmələr hər hansı suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş dəlil işin nəticələri üçün önəmlidirsə, məhkəmə həmi n dəlillə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Pro sessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçılar İddiaçı13 və İddiaçı9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1074/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar