Məhkəmə qərarları › İş №2-1(102)-2895/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2895/2019

11.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2895/2019 11.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X1, X2 və Nümayəndə X3qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-2895/2019) Bakı şəhəri xxxx 2019-cu il (açar sözlər:yaşayış evinin texniki pasportunda torpaq sahəsinin ölçüsü göstərilmədiyindən, həmçinin 2003 və 2009-cu illərdə əldə edilmiş digər yaşayış sahələrinə münasibətdə Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli, 439 nömrəli fərmanın 2.4-cü bəndinin müddəaları hazırkı mübahisəyə tətbiq edilə bilməz) GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, iddiaçının vəkili Vəkil3, üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə1, vəkili Vəkil1 oğlunun üçüncü şəxs X1, vəkili Vəkil1 üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə2, vəkili Vəkil2 iştirakları, N.Əhmədovun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər X1, X2 və X3 qarşı çıxarışların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019cu il tarixli, 2-1(103)-1288/2019 saylı qərarından üçüncü şəxslər X1, X2 və onların vəkili Vəkil1, X3 və onun vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinin ¼ hissəsinin vətəndaş İbrahimova X2, 1/8 hissəsinin X1 adına, 1/8 hissəsinin isə X1 adına özəlləşdirilməsi barədə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş sərəncamın (qərarın) ləğv edilməsi və özəlləşdirmənin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilmə si barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini, ünvan 1 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinin ¼ hissəsinin vətəndaş X1 adına, X2 adına, X3 adına özəlləşdirilməsinin qanunsuz hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən onların adlarına dövlət reyestrində aparılmış qeydiyyatların və onlara verilmiş müvafiq çıxarışların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4447/2018 s aylı, xxxx 2018-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi əsl cavabdeh Azərabaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmiş, həmçinin iddiaçının nümayəndəsi və vəkilinin tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin ¼ hissəsinin vətəndaş X1 adına, 1/8 hissəsinin X2 qızının adına, 1/8 hissəsinin X3 oğlunun adına Dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə DƏDXRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq çıxarışlar verilmişdir. Həmin çıxarışların verilməsinə əsas olmuş cavabde h tərəfindən mübahisəli torpaq sahəsinin ayrılması barədə sərəncam verilməsi və həmin torpaq sahələrinin özəlləşdirilməsi qanunsuz olaraq aparılmışdır. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli torpaq sahəsinin özəlləşdirilməsi barədə sərəncam (qərar) verilməmişdən 1 il əvvəl həmin torpaq sahəsi Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xxxx 2017-ci il tarixli sərəncamı ilə iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi hazırda da iddiaçının icarəsində olmaqla, onun sahiblik və istifadəsindədir, üçüncü şəxslərdən yalnız biri X1 qızının mübahisəli torpaq sahəsinə qeydiyyatı 1961-ci il tarixli texniki pasport əsasında aparılmışdır, lakin məhkəmə nəzərə almamışdır ki, həmin texniki pasport sonuncunun adına deyildir, digər üçüncü şəxslər isə ümumiyyətlə texniki pasportlara malik olmamışlar, belə vəziyyətdə xxxx 2015-ci il tarixli, 439 nömrəli fərmana əsaslanma düzgün sayıla bilməz. Digər tərəfdən, mübahisəli torpaq sahələri xxxx 2018-ci il tarixə qədər, yəni qanunsuz olaraq özəlləşdirilənədək, dövlətə məxsus olmaqla, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xxxx 2017-ci il tarixli Sərəncamı ilə iddiaçıya icarəyə verilmiş və həmin torpaq sahəsi hazıra qədər onun istifadəsindədir (pilot layihə), buna baxmayaraq, cavabdeh heç bir əsas olmadan və heç bir səlahiyyəti olmadan, artıq icarədə olan torpaq sahəsini sonradan qanunsuz olaraq, iddiaçıdan əlavə pul əldə etmək istəyən üçüncü şəxslərin adına qeydiyyata almış və onlara çıxarışlar vermişdir. Bu zaman, cavabdeh nəzərə almamışdır ki, Torpaq icarəsi haqqında AR Qanununun 20 və 22-ci maddələrinin tələbinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsi özəlləşdirildiyi halda həmin sahənin ilk növbədə ona təklif edilməsini icarəyəverəndən tələb etmək hüququna malik olmaqla, iddiaçının həmin torpağın özəlləşdirilməsi zamanı üstünlük hüququ vardır. Birinci instansiya məhkəməsi bu mühüm halı, yəni iddiaçının torpağın özəlləşdirilməsi zamanı üstünlük hüququnun olması və bu hüququn cavabeh tərəfindən pozulmasını da nəzərdən qaçırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli, 2-1(81)-326/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – A.A.Abdullayeva). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1288/2019 saylı qərarı ilə (sədrlik edən S.S.Seyido va, hakimlər V.M.Məmmədov və İ.B.Əhmədov) İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarmaqla iddia tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinə dair X1, X2 və X3 qızının adlarına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatların və ünvan 1 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinin 1/4 hissəsinə dair X1 adına verilmiş xxxx 2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair X2 adına verilmiş xxxx 2018-ci il tarixli, RX ******* seriylı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair X1 adına verilmiş xxxx 2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışları ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs X1 və vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxslər X2 və vəkili Vəkil1 kassasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarından üçüncü şəxs X3 və onun vəkili Vəkil2 kassasiya şikayəti verərək məhkəm ə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri Üçüncü şəxs X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, 1961-ci ildə qeyd edilən texniki pasportX2 adına olmaqla, həmin evlər və faktiki olaraq torpaq sahələri onun mülkiyyətində olmuş və bundan sonra qanuni şəkildə növbəti mülkiyyətçilərə ötürülmüş, həmçinin “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsi ilə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaql ar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, fərdi yaşayış evinin altında olan torpaq sahəsi üçüncü şəxslərə verilmiş çıxarışla eynilik təşkil edir və bu barədə heç bir mübahisə olmamış, faktiki olaraq sənədlərlə-texniki pasportla uyğunluq təşkil edir. Üçüncü şəxs İbrahimova Sevda Pənah qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli, 439 saylı Fərmanı, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.05, 19.1-ci bəndi, MM-nin 139.1 və 3-cü bəndi, Torpaq Məcəlləsinin 67-ci maddəsin in 1-ci, 3-cü, 4-cü bəndlərini, 68-ci maddəsi, Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 nömrəli, 14 fevral 2003-cü il tarixli Qərarının 3, 6, 14-cü bəndlərinin, “Torpaq islahatı haqqında” Qanunun 9-cu, 10-cu maddələrinin, Azərbaycan Respublikası Prezidentinin xxxx 1997-ci ıl tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin, Torpaq sahələrinin əvəzsiz olaraq mülkiyyətə verilməsi məsələsi S.Bayramovanın şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xxxx 2011-ci il tarixli qərarı və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xxxx 2012-ci ıl tarixli Qərarı və Konstitusiya Məhkəməsi Plenumunun X1 şikayəti üzrə xxxx 2011-ci il tarixli Qərarlarındakı tələbləri pozulmuş, apelyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının iddia irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması yoxlanılmamış, iddiaçıya Nəsimi RİH-ti başçısı tərəfindən verilmiş Sərəncamda istifadəyə verilmiş torpaq sahəsinin qeyd edilməməsini, həmin sərəncama əsasən verilmiş torpaq sahəsinin cizgi, sxem, ayrıc aktı, qeydiyyatının təsdiq edən çıxarış və kadastr planın olub-olmamasını yoxlamadan Ak. X1 küçəsi 30 saylı ünvanda üçüncü şəxslərin mülkiyyətində olan 0,4569 ha ərazinin iddiaçıya ayrılmış ərazinin olması qərarına səhv olaraq gəlmiş, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin qanuni olaraq daimi istifadələrində olduğu əsasına görə mülkiyyətə keçdiyini nəzərə almamış, cavabdehin torpaq mübahisəsi ilə əlaqədar olaraq prosesdə olaraq iştirakını təmin etmədən işə baxmış və Nazirlər Kabinetinin xxxx 2016-cı il tarixli, 86 saylı Qərarının ümumi Qərar olmasını nəzərə almayaraq yoxlanılmamışdır. Üçüncü şəxs X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, mübahisələndirilən torpaq sahəsindəki fərdi yaşayış evləri 1929-cu ildə tikilmişdir və 1978-ci ildə tərtib edilmiş texniki pasporta və alqısatqı müqaviləsinə ə sasən 2009-cu ildə verilmiş ******* saylı Çıxarışla, o cümlədən üçüncü şəxs X1 mülkiyyətində hesab edilir, mübahisələndirilən torpaq sahəsi də digər cavabdehlərlə yanaşı faktiki olaraq uzun illərdir ki, X2 istifadəsindədir, mübahisəli torpaq sahəsi barədə mülkiyyət hüququna dair Çıxarışı üçüncü şəxslər, o cümlədən X1 xxxx 2018-ci il tarixdə əldə etmişlər, məqsəd ərazidə söküntü işləri aparan iddiaçı tərəfindən onların hüquqlarının pozula biləcəyi ehtimalının qarşısını almaq olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2016-cı il tarixli, 86 nömrəli Bakı şəhərinin Nəsimi və digər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarının 1.2-ci hissəsinə əsasən mənzil fondunun yenilənməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılma sı məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmərtəbəli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması təmin edilməlidir. Tərəflərin izahatları Üçüncü şəxs Şabanova X1 si Nümayəndə1, vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X1 və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdilər. Üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, məhkəmə qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər İddiaçının vəkili Vəkil3 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respubl ikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası cavabdeh Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini, iddiaçının vəkili Vəkil3, üçüncü şəxs X1 nümayəndəsi Nümayəndə1, vəkili Vəkil1 üçüncü şəxs X1, vəkili Vəkil1, üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə2, vəkili Vəkil2 izahatlarını dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1288/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 319 n ömrəli, xxxx 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” xxxx 2016-cı il tarixli, 86 saylı Qərarının icrası ilə bağlı verilmiş Nəsimi RİH Başçısının xxxx 2017-ci il tarixli, 18 saylı və xxxx 2017- ci il tarixli, 100 saylı sərəncamları ilə görülən sənədləşdirmə işlərinin İddiaçı MMC-nin adına aparılması qərara alınmış, həmin Sərəncama əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak.Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayı ş obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında iddiaçının istifadəsinə verilmiş, Nəsimi RİH Başçısının həmin sərəncamlarının icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçıMMC arasında tikinti və söküntü işlərinin aparılması və dövlət torpaqlarının istifadə və icarəsinə dair xxxx 2018-ci il tarixli müqavilə imzalanmış, xxxx 2018-ci il tarixdə cavabdeh tərəfindən 3-cü şəxslərə ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə və fərdi yaşayış evlərinə dair paylı mülkiyyət hüququ ilə çıxarışlar verilmişdir. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, mübahisələndirilən torpaq sahəsi xxxx 2018-ci il tarixdə üçüncü şəxslərin adlarına özəlləşdirilənədək, dövlət mülkiyyətində olmuş, Nəsimi rayon İcra Ha kimiyyəti Başçısının xxxx 2017-ci il tarixli Sərəncamı ilə hündürmərtəbəli yaşayış binalarının və qeyri yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün iddiaçının icarə əsasında istifadəsinə verilmiş mübahisəli torpaq sahəsi hal-hazıra qədər onun istifadəsindədir, torpaq sahəsi səlahiyyətli orqan kimi Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xxxx 2017-ci il tarixli Sərəncamı ilə iddiaçıya icarəyə verildiyi və həmin torpaq sahəsi onun qanuni istifadəsində olduğu halda Nəsimi İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinin xxxx 2016-cı il tarixli, 86 saylı qərarı ilə onun yurisdiksiyasına verilmiş dövlət torpaqlarının iddiaçının icarəsinə verilməsindən sonra yuxarıda qeyd edilən normativ aktlardan məlumatlı olan cavabdehin heç bir əsas və heç bir səlahiyyəti olmadan torpaq sahəsi ni sonradan üçüncü şəxslərin adına qeydiyyata alması qanuna zidd olmuş, birinci instansiya məhkəməsi tərəfindən isə texniki pasportun üçüncü şəxslərdən heç birinə aid olmaması, X2 adına verildiyi nəzərə alınmamış, həmçinin cavabdeh tərəfindən vahid əmlak olaraq qeydiyyata alınmış torpaq sahəsi və fərdi yaşayış evinin ¼ hissəsinə dair üçüncü şəxs İbrahimova X1 adına verilmiş xxxx 2018-ci il tarixli çıxarış 1961-ci il tarixli texniki pasport və xxxx 1989-cu il tarixli qeydiyyat vəsiqəsi əsasında, 1/8 hissəsinə dair üçüncü şəxs X1 adına verilmiş xxxx 2018ci il tarixli çıxarış 45 saylı DNK-nın xxxx 2009-cu il tarixli bağışlama müqaviləsi əsasında, 1/8 hissəsinə dair üçüncü şəxs X1 adına verilmiş xxxx 2018-ci il tarixli çıxarış isə xxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında verilmiş, h əmçinin üçüncü şəxslərdən yalnız X1 mübahisəli torpaq sahəsinə qeydiyyatı tamamilə başqa şəxslərin adına olan 1961-ci il tarixli texniki pasport əsasında aparılmış, digər üçüncü şəxslərin adına isə ümumiyyətlə texniki pasportlar olmamış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən, üçüncü şəxslərin adlarına xxxx 2018-ci il tarixdə verilmiş Çıxarışlarda göstərilən torpaq sahəsinin ölçüləri ilə həmin şəxslərin adlarına olan əvvəlki sənədlərdə qeyd edilmiş ölçülər arasında ziddiyyətlər olduğuna, habelə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi göstərilən 1961-ci il tarixli yaşayış evinin texniki pasportunda torpaq sahəsinin ölçüsünün ümumiyyətlə göstərilmədiyinə diqqət yetirməmişdir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarından da göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” xxxx 2016-cı il tarixli 86 saylı Qərarının 1.1-ci bəndinin tələbinə əsasən «mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən... Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının,... habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirmək tapşırılmışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndinin tələbinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq lar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə dövlət ehtiyaclarının təmin edilməsi məqsədilə geri alınması səlahiyyətlərini, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsində göstərilən digər dövlət torpaqlarının istifadəyə və icarəyə verilməsi barəsində - rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirirlər” Həmin Fərmana əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50-ci maddəsinin 4-cü bəndinin birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları isə ondan ibarətdir ki, səlahiyyətli dövlət orqanlarının qərarlarına əsasən yaşayış sahələri sökülənədək onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətində olmuş və dövlət də, Azərbaycan Respublikası Prezidentinin yuxarı İcra Hakimiyyəti orqanı olan Nazirlər Kabinetinin timsalında öz mülkiyyətində olan torpaq sahəsinə sərəncam verərək yaşayış sahələrinin sökülməsi, sahənin abadlaşdırılması, insanların təhlükəsizliyinin təmin edilməsi, daha abad, müasir və şəhərin ümumi görünüşünə uyğun yeni binaların tikintisi məqsədi ilə (ictimai maraqlara uyğun) müvafiq qərar qəbul etməklə, mülkiyyətində olan torpaq sahəsinin hüquqi müqəddəratını həll edərək həmin torpağın üzərində yeni, müasir yaşayış binalarının tikilməsi barədə iradəsini nümayiş etdirmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında və müvafiq icra hakimiyyəti orqanlarının qərarlarında vurğunlamış iradənin, icra hakimiyyəti orqanının tərkibində qurum olaraq icrası məcburi olan göstərişlərini nəzərə almadan, yaşayış sahələrinin artıq söküldüyünə, faktiki m övcud və bərpasının mümkün olmadığına, qeydiyyatın hər cür əhəmiyyətini itirdiyinə baxmayaraq torpaq sahəsinə, buna qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan, məhv olmuş əmlaka dair hüquqların yenidən qeydiyyatını aparmaqla tərəflər arasında əlavə məhkəmə mübahisələrinə şərait yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli, 439 nömrəli fərmanın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il xxxx tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid ola bilər. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Nəsimi rayon icra hakimiyyətinin müvafiq sərəncamları, hündürmərtəbəli yaşayış binasının tikilməsi məqsədi ilə torpağın iddiaçının daimi istifadəsinə verilməsi barədə müqavilə və digər sənədlər üçüncü şəxslərin adlarına rəsmiləşdirilmiş torpaq sahələri də daxil olmaqla torpağın iddiaçının qanuni istifadəsində olduğunu və hazırda təyinatı üzrə istifadə edildiyini təsdiq edir. Hazırda isə tərəflərin izahatlarına əsasən üçüncü şəxslərə məxsus yaşayış sahələri sökülərək, mübahisəli torpaq sahəsi də daxil olmaqla torpaq sahəsinin üzərində müvafiq dövlət orqanlarının qərar və sərəncamlarına, razılaşdırılmış eskiz və işçi layihələrinə uyğun olaraq müasir hündürmərtəbəli yaşayış binasının tikilməsi və torpağın iddiaçının daimi istifadəsinə və ya icarəsinə verilməsi üçüncü şəxslərin daşınmaz əmlakına, torpağa qeydiyyatının hər cür mənasının itirilməsinə səbəb olur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reye strində aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İşə kassasiya qaydasında baxılarkən də iş üzrə tərəflər onlara məxsus yaşayış sahələrinin sökülərək onların yerində hündürmərtəbəli yaşayış binasının tikintisinin aparıldığını bildirdil ər. Üçüncü şəxs X1 və digərlərinin kassasiya şikayətlərinin dəlillərində qeyd edilir ki, 1961-ci il tarixli texniki pasportX2 adına olmaqla, həmin evlər və faktiki olaraq torpaq sahələri onun mülkiyyətində olmuş və bundan sonra qanuni şəkildə növbəti mülkiyyətçilərə ötürülmüş, “Torpaq İslahatı haqqında” Qanunun 9-cu maddəsi ilə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İş materiallarındakı X1 adına olan texniki pasportda hər hansı torpaq sahəsi barədə məlumat olmadığından, həmçinin onun adına vaxtilə hər hansı ölçüdə torpaq sahəsinin ayrılması ba rədə müvafiq sənədlər olmadığından “Torpaq islahatı haqqında” Qanunun 9cu maddəsinə istinad edilməsi uğurlu hesab edilmir, X2 adına verilmiş xxxx 2018-ci il tarixli çıxarış isə xxxx 2003-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında verildiyindən xxxx 2015-ci il tarixli, 439 nömrəli fərmanın 2.4-cü bəndi ümumiyyətlə ona şamil edilə bilməz. Üçüncü şəxslərdən S.İbrahimovanın kassasiya şikayətinin dəlillərində isə digər kassatorların şikayətlərindəki əsas dəlillər təkrarlanmaqla əlavə olaraq qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının iddia irəli sürmək üçün subyektiv hüququnun olub-olmaması yoxlanılmamış, iddiaçıya Nəsimi RİH-ti başçısı tərəfindən verilmiş Sərəncamda istifadəyə verilmiş torpaq sahəsinin qeyd edilməməsini, həmin sərəncama əsasən verilmiş torpaq sahəsinin cizgi, sxem, ayrıc aktı, qeydiyyatını təsdiq edən çıxarış və kadastr planın olub-olmamasını yoxlamadan Ak. X1 küçəsi 30 saylı ünvanda üçüncü şəxslərin mülkiyyətində olan 0,4569 ha ərazinin iddiaçıya ayrılmış ərazinin olması qərarına səhv olaraq gəlmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə bağlı qeyd edir ki, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 319 nömrəli, xxxx 2017-ci il tarixli sərəncamı iddiaçıya hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquq verir və torpaq sahəsinin harada yerləşməsi isə işə baxılarkən ümumiyyətlə müzakirə və mübahisə predmeti olmamışdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş materiallarına istinad etməklə iddia tələbinin təmin edilməsi barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kolle giyası xxxx 2018-ci il tarixdə üçüncü şəxslərin adına özəlləşdirilənədək mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlar olduğunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xxxx 2016-cı il tarixli, 86 saylı Qərarının icrası ilə bağlı verilmiş Nəsimi RİH Başçısının 18 saylı, xxxx 2017-ci il tarixli və 100 saylı xxxx 2017-ci il tarixli sərəncamlarına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, ********** küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında iddiaçının istifadəsinə verildiyini, həmin sərəncamların icrası ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında tikinti və söküntü işlərinin aparılması və dövlət torpaqlarının istifadə və icarəsinə dair xxxx 2018-ci il tarixli müqavilə imzalandığını, iddiaçıya icarəyə verilmiş mübahisəli torpaq sahəsinin onun qanuni istifadəsində olmaqla sahədə hündürmərtəbəli yaşayış binasının tikintisinin aparıldığını, habelə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına əsas kimi istinad edilən 1961-ci il tarixli yaşayış evinin texniki pasportunda torpaq sahəsinin ölçüsü ümumiyyətlə göstərilmədiyindən, 2003 və 2009-cu illərdə əldə edilmiş digər yaşayış sahələrinə münasibətdə isə Azərbaycan Respublikası Prezidentinin xxxx 2015-ci il tarixli, 439 nömrəli fərmanın 2.4-cü bəndinin müddəalarının hazırkı mübahisəyə tətbiq edilə bilmədiyininəzərə alaraq kassasiya şikayətlərinin bununla bağlı dəlillərini əsassız hes ab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətlərinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1288/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Ape llyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2019-cu il tarixli, 2-1(103)-1288/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar