Məhkəmə qərarları › İş №2-1(102)-2895/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2895/2023

24.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2895/2023 24.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3260/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən dəymiş zərərin yeni qiymətlə, bir səhmə görə 5 (beş) manat qiymətləndirilərək, ona 17500 (on yeddi min beş yüz) manat (3500 səhm x 5 manat) məbləğində kompensasiyanın 25% Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, yəni indiki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hesabına, 75% Azərbaycan Resp ublikası Dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Respublika X1 əmlakının özəlləşdirilməsinin Dövlət Proqramına uyğun 07 fevral 2006-cı ildə keçirilmiş ixtisaslaşdırılmış çek hərracında iştirak etməklə və Birjada Qiymətli kağızlarla alqı- satqı haqqında müqavilə əsasında səhmləri almaq hüququndan istifadə edərək, Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi-11 ünvanında yerləşən "xxxx" ASC-nin səhmdarı olmuşdur. Lakin xəbəri olmadan 2007-ci ildə "xxxx" ASC ləğv edilmişdir. Qanunvericiliyin tələbinə zidd olaraq bununla bağlı səhmdarlara heç bir məlumat verilməmişdir. "xxxx" ASC qanunvericilikdə nəzərdə t utulan qaydada ləğv olunmalıdır. Bu halda, yaradılan ləğvetmə komissiyası səhm sahibi olan vicdanlı sahiblərin hüquqlarını nəzərə almalı olduğu halda, bu nəzərə alınmamış və iddiaçı ilə hər hansı haqq hesab aparılmamışdır.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9792/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli qərardadı ilə (hakim A.Əhədov) iddia mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddiaçının eyni tələblə bağlı eyni cavabdehlərə qarşı iddiası inzibati məhkəmə icraatında baxılaraq mümkün sayılmamışdır. İddiaçının eyni əsaslarla qaldırdığı hazırkı tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir.

5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadını ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiy a instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3260/2023 nömrəli qərardadı ilə (hakimlər K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və F.Talışınski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, kompensasiyanın ödənilməsi ilə bağlı daha əvvəl digər iddiaçılarla birlikdə kollektiv şəkildə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin iddia mümkün sayılmamışdır. Bundan sonra o, eyni tələbə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-1867/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin isə e-2-2(l 13)-4835/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçı hüquqi şəxs yox, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxs olduğundan ona aid VÖEN olması müəyyən edilməmiş, tələb korporat iv tələb olmadığından, hazır ki mübahisəyə kommersiya məhkəməsində deyil, baxılması üçün ümumi məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bundan sonra o, yenidən Bakı şəhər Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin məhkəmə yenidən xx.xx.2023 tarixli, 2(011)-1723/2023 nömrəli qərardadı ilə ərizəni geri qaytarmışdır. Məhkəmənin bu qərardadından Ali Məhkəməyə şikayət edilmiş və Ali Məhkəmənin xx.xx.2023 tarixli 2(102)-1519/2023 nömrəli qərarı ilə şikayət vəkil tərəfindən imzalanmadığı üçün qeyri-mümkün hesab edilmişdir. Lakin Ali Məhkəmənin həmin qərarının məzmununda göstərilmişdir ki, “məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia ərizəsi üzrə hər iki cavabdeh inzibati orqandır və iddia tələbi həmin orqanların qanunsuz hərəkətləri nəticəsində vurulduğu iddia edilən zərərin ödənilməsi (kompensasiya edilməsi 1 ilə bağlıdır.” b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri süb utlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

12. İnzibati Prosessual Məcəllə Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbu l edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası mə hkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qay dada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

14. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlüyü ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Apellyasiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmiş və haqlı olaraq qeyd etmişdir ki, iddiaçının eyni tələblə bağlı eyni cavabdehlərə qarşı iddiası inzibati məhkəmə icraatında baxılaraq mümkün sayılmamış, hazırda iddiaçının eyni əsaslarla qaldırdığı hazırki tələbi yenidən mümkünlük şərtlərinə cavab vermir.

20. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3260/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar