Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2896/2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-2896/18 Bakı şəhəri 26 dekabr 2018-ci il 26.12.2018 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, İddiaçı qanuni təmsilçisi Oqtay Hüseynlinin, cavabdeh "xxxx" ASC-nin vəkili Vəkil iştirakları ilə, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 21(103)-1984/2018 saylı qərarından verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxmışdır. TƏSVİRİ HİS SƏ İddiaçı(bundan sonra mətndə iddiaçı) cavabdeh "xxxx" ASC-yə(bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən istehsalat binasında istifadə etdiyi 142,10 kVt olan ektrik yükünə dair Texniki Şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun ünvan 1 ünvanda yerləşən istehsalat binasına çəkilmiş və hal-hazırda istifadə etdiyi 142,10 kVt olan elektrik yükünə dair Texniki Şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 1 sayl Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2018-ci il tarixli, 2-1 (81)794/2018 saylı qərarı (hakim Aygün Abdullayeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2-1(103)-1984/2018 saylı qərarı (sədrlik edən hakim Valeh Ağayev, hakimlər Afaq Nuriyeva və Cahangir Yusifov) ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verməklə onun ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəmə sinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 26 dekabr 2018-ci il tarixdə baxılacağına dair məhkəmə bildirişi cavabdehə və vəkilinə göndərilmişdir. Bildirişdə cavabdehin nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması cavabdehə təklif edilmişdir. Lakin cavabdeh təyin edilmiş vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılmasına və yaxud müddətin bərpasına dair ərizəsini təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları İclasda iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və ya lnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 94.2-ci maddəsinə əsaəsn, şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; - 96.2.-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbu l edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının alındığı gündən 1 ay – 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 84-cü səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, cavabdehə apellyasiya məhkəməsinin qərarı 16 oktyabr 2018-ci il tarixdə təqdim edilmişdir. İşin 92-ci səhifəsində olan kassasiya şikayətinin göndərilməsinə dair poçt qəbzindən göründüyü kimi, şikayət məhkəməyə 16 noyabr 2018-ci il tarixdə göndərilmişdir. İstinad edilmiş qanunvericiliyin müddəalarına əsaslanmaqla, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxarkən belə nəticəyə gəlirəm ki, şikayət mümkün hesab edilə bilməz, çünki şikayət müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülməklə verilmiş, müddətin ötürülmədiyinə dair hər hansı bir sübut təqdim olunmamış, həmçinin müddətin bərpası ilə bağlı əsaslandırılmış vəsatət təqdim olunmamışdır. Habelə, yuxarıda göstərilmiş 96.3-cü maddədə nəzərdə tutulmuş proses iştirakçıl arının dinlənilmə hüququnu təmin edilməsi məqsədilə cavabdehə müvafiq bildiriş göndərilmiş və təyin edilmiş müddətə qədər təsvir edilmiş nöqsanların aradan qaldırılması təklif olunmuşdur. Lakin cavabdeh tərəfindən müddətlərə dair hər hansı müvafiq sübutlar və ərizə təqdim edilməmişdir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə cavabdehə münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İPM-in 89, 90, 91, 94, 96.2, 96.3 və Azərbaycan Respublikası MPM-in 67.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Fuad Qasımzadə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 21(1 03)-1984/2018 saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Ali Məhkəmənin hakimi Sevda Hüseynova “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2896/2018
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2896/2018
26.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver