Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2896/2019 25.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2896/19 Bakı şəhəri 25 dekabr 2019-cu il Açar sözlər: icra icraatının dayandırılmasının əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, üçüncü şəxs XXXun və vəkili XXXnın iştirakları ilə, üçüncü şəxs XXX tərəfindən Bakı Apel lyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1340/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı (bundan sonra mətndə cavabdeh), XXX üçüncü şəxs qismində cəlb edilməklə (bundan sonra mətndə üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxsin adına XXX massivində 2844a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 18 mart 1989-cu il tarixli, 29 nömrəli orderin, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına XXX bağ ma ssivində 2844a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 2009-cu il 29 iyul tarixli A 215977 saylı “Torpaq sahəsinin plan və ölçüsü”nün, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən üçüncü şəxsin adına XXX bağ massivində 2844a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək üçüncü şəxsin adına XXX massivində 2844a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 18 mart 1989-cu il tarixli, 29 nömrəli orderin etib arsız hesab edilməsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən üçüncü şəxsin adına XXX bağ massivində 2844a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair 2009-cu il 29 iyul tarixli A 215977 saylı “Torpaq sahəsinin plan və ölçüsü”nün, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən üçüncü şəxsin adına XXX bağ massivində 2844a bağ nömrəsi altında 0,12 ha bağ sahəsi ayrılmasına dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əriizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan R espublikası Bakı şəhər İcra Hakimiyyətinin əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsinin 18 may 1992-ci il tarixli, 707 nömrəli qərarına əsasən, Sabunçu rayonu, XXXlar sahəsində 68 nömrəli Bağ Tikinti Kooperativinin nəzdində yerləşən 0,12 hektarlıq torpaq sahəsi olan 2844 “a” saylı bağ sahəsi 04 nömrəli orderə əsasən onun istifadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsindən istifadə etmiş, qanunvericiliyə icarədə olan bağ sahələrinin əvəzsiz olaraq vətəndaşlara verilməsinə dair dəyişiklik edildikdən sonra isə həmin bağ sahəsinin özəlləşdirilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya bağ sahəsinə görə dövlət reyestrindən çıxarışın verilməsindən imtina edərək bildirmişdir ki, həmin bağ sahəsi üçüncü şəxsin adına rəsmiləşdirilmişdir. İddiaçı hesab edir ki, XXX massivində 2844a bağ nömrəsi altında 0,12 hektar torpaq üzərində yerləşən bağ sahəsi üçüncü şəxsə 18 mart 1989-cu il tarixli, 29 saylı orderə əsasən verildiyindən, həmin order isə əslində onun verildiyi tarixdən sonra qəbul olunmuş torpaq sahəsinin Bağ Tikinti Kooperativinə ayrılmasına dair Bakı şəhər sovetinin İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 saylı qərar əsasında verildiyindən göstərilən uyğunsuzluq cavabdeh tərəfindən nəzərə alınmalı və onun istifadəsində olan bağ sahəsi onun adına rəsmiləşdirilməli idi. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfat idarələri ləğv edildikdən s onra, onların yalnız arxivləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə verilmişdir. Cavabdeh qeyd etmişdir ki, əmlaka dair hüquqların dövlət reyestrində qeydiyyatı yalnız müvafiq hüquqmüəyyənedici sənədlər əsasında aparılır və cavabdeh idarə əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Hazırki halda, iddiaçının onun adına rəsmiləşdirilməsini tələb etdiyi bağ sahəsi üçüncü şəxsin adına qeydiyyatdan keçdiyindən onun tələbinin icrası mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 yanvar 2017-ci il tarixli, 21(82)192/2017 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsini n İnzibati-İqtisadi Kollegiyasının 06 iyul 2017-ci il tarixli, 2-1(103)-871/2017 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Mirzə Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2017-ci il tarixli, 2-1(102)-1991/2017 saylı qərarı ilə (sədrlik edən Xəqani Məmmədov, hakimlər Azər Hüseynov və Rahib Nəbizadə) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 aprel 2018-ci il tarixli, 2-1(103)-522/2018 saylı qərarı ilə (sədrlik edən Cahangir Yusifov, hakimlər Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05 dekabr 2018-ci il tarixli, 2-1(102)-2189/2018 saylı qərarı ilə (sədrlik edən İlqar Hüseynov, hakimlər Nigar Rəsulbəyova və Zakir Quliyev) kassasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, üçüncü şəxs məhkəməyə ərizə təqdim edərək məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs ərizəsində qeyd etmişdir ki, iddiaçıya məxsus order arxiv arayışlarında aşkar olunmamışdır və saxtadır. İddiaçı Ali Məhkəmənin Plenumuna, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdiyini və iddiaçıya məxsus orderin saxta olması ilə bağlı cavabdehə müraciət etdiyini qeyd etməklə məhkəmə qərarının icrasının dayandırılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 aprel 2019-cu il tarixli, 2-1(82)192/2017 saylı qərardadı ilə (hakim Etibar Mustafayev) ərizə təmin edilməmişdir. Həmin məhkəmə hesab etmişdir ki, üçüncü şəxs qərarın icrasının dayandırılması əsası olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirsə də, iş üzrə qəbul olunmuş məhkəmə qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verməsinə dair hər-hansı sübut təqdim etməmişdir. Qanunvericiliyin məhkəmə qərarının icrasının dayandırılması üçün nəzərdə tutduğu əsaslar hazırki halda mövcud olmamışdır. Həmin qərardaddan üçüncü şəxs apellyasiya şikayəti verərək onun ləğv edilməsi və yeni açılmış hal üzrə ərizəsinə baxılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1340/2019 saylı qərardadı ilə (sədrlik edən Ülvi Mayılov, hakimlər Mirzə Tağızadə və Kəmalə Abiyeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olun muş əsasları öz qərardadında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23.1, 231.2, 254.1.4, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1, 18.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan üçüncü şəxs kassasiya şikayəti verərək onun ləğv, məhkəmə qərarının icrasının dayandırılmasına dair ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Üçüncü şəxs kassasiya şikayətində bildirilmişdir ki, qanunvericilik Ali Məhkəmənin qərarı qüvvəyə mindikdən sonra 6 ay ərzində ondan Azərbayc an Respublikası Konstitusiya Məhkəməsinə şikayətin verilə bildiyini təsbit etmişdir. Hazırki iş üzrə Ali Məhkəmənin son qərarı 05 dekabr 2018-ci il tarixdə qüvvəyə minmiş və ondan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmişdir ki, göstərilən fakt şikayətin üzərinə onun qəbul edilməsi barədə vurulmuş 21 fevral 2019-cu il tarixli ştampla öz təsdiqini tapmışdır. Göstərilən hal, məhkəmə qərarının icrasının məcburi dayandırılmasına əsas olmasına baxmayaraq, aşağı instansiya məhkəmələri bunu nəzərə almamışdırlar. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 130, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 34, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 116.1, Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 254, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddələrinə istinad edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs və onun vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar barədə bildirilməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi onların tələblərinə riayət etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, üçüncü şəxs qərarın icrasının dayandırılma sı əsası olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdiyini bildirsə də, iş üzrə qəbul olunmuş məhkəmə qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verməsinə dair hər-hansı sübutu təqdim etməmişdir. Bu mövqeyi üçüncü şəxs o əsasla mübahisələndirmişdir ki, Ali Məhkəmənin son qərarı 05 dekabr 2018-ci il tarixdə qüvvəyə minmiş və ondan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə şikayət verilmişdir ki, göstərilən fakt şikayətin üzərinə onun qəbul edilməsi barədə vurulmuş 21 fevral 2019-cu il tarixli ştampla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə b ağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası MPM-nin: - 254.1-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: - 17.1-ci maddəsinə əsasən, aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.8. iş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda. Maddələrin tələblərinin əlaqəli mənas ı onunla bağlıdır ki, inzibati məhkəmə icraatı qaydasında qəbul edilmiş qərarların icrası ilə bağlı mülki prosessual və icraya dair qanunvericiliyin tələbləri tətbiq olunmalıdır. Sonuncu qanunvericiliyin göstərilmiş maddələrində nəzərdə tutulmuşdur ki, icra icraatının məcburi dayandırılmasının əsasını icra edilməli olan qərardan verilmiş şikayətin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunması təşkil edir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin bu qanunun 34.6cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənməsini Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir. Azərba ycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin: - 12-ci maddəsinin İV hissəsinə əsaəsn, Konstitusiya Məhkəməsinin Palataları və Plenumu tərəfindən hər bir sorğu, müraciət və ya şikayət üzrə onların icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi barədə ayrı-ayrılıqda qərardad çıxarılır və həmin qərardad iclas protokolunda əks etdirilir; - 13-cü maddəsinin İ hissəsinə əsaəsn, sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunmasına dair Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun qərardadları ərizəçilərə və maraqlı subyektlərə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52.2, 58.1, 60.2-ci maddələrində göstərilən müddətlərdə göndərilir. Sadalanmış no rmalardan göründüyü kimi, şikayətin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi müvafiq qərardadla rəsmiləşdirilir ki, həmin qərardad ərizəçiyə göndərilməlidir. Aşağı instansya məhkəmələri tərəfindən düzgün olaraq bildirilmişdir ki, üçüncü şəxsin şikayətinin Konstitusiya Məhkəməsinin icraatına qəbul edillməsinə dair sübutlar təqdim edilmədiyindən, icra icraatının dayandırılması üçün hüquqi əsas müəyyən edilməmişdir. Qeyd edilmiş halda üçüncü şəxsin şikayətin göndərilməsinə istinadı o əsasla yetərli deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən şikayətin icraata qəbul edilməsi barədə müvafiq qərardadı üçüncü şəxs təqdim etməmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellya siya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: üçüncü şəxs XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 may 2019-cu il tarixli, 2-1(103)-1340/2019 saylı qərardadı d əyişdirilmədən qüvvədə saxlanlsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-2896/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2896/2019
25.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver