Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2896/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxxqarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər xxxxqarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2690/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiyanın mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxar aq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLAR
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və 38-ci maddələri və Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsi nəzərə alınmaqla, amma ən azı on aya yaxındır Azərbaycan vətəndaşlarına xəbərdarlıq vakansiyalara müraciət et mesajları gəlsə də, yəni X1(FMP)-hesabatlar bölməsi, yəni X2 İşaxtaranlar üçün vakansiyalara müraciət bölməsi və işsizlik statusunun verilməsi bölməsi, hesabatlar bölməsi işləmədiyi, bax qoşma sübut sənədlərə üçün əldən çıxmış faydalar və mənəvi ziyanla yanaşı dəymiş haqqı olan işsizlik məvacibinin (pulunun) maddi ziyanı başda o, olmaqla bütün Azərbaycan vətəndaşlarına işsizlik ödənişinin kompensasiyalarının təyin olunması barəsində və Məşğulluq haqqın da Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsi nəzərə alınmaqla, Ali Məhkəmənin inzibati kollegiyasına mahiyyəti üzrə düzgün etdiyi kassasiya şikayətinə inzibati kollegiyasında doğru düzgün baxaraq və qanunun ancaq yaxşı tərəflərinin zamana görə qüvvəsi olduğu üçün yaxşı tərəflərinə görə əldən çıxmış faydaları onun kimi ən azı 50 (əlli) Qaradağ rayon ərazi vətəndaşlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (SOSİAL), BP (Britaniya Petrolu) və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən və Qaradağ rayonu İcra Hakimiyyətindən BP (Britaniya Petrolu) Şirkətinin milyardlıq layihəsini düzgün tətbiq etmədikləri üçün və qanun ancaq vaxşı tərəflərinin zamana görə qüvvəsi olduğu üçün doğru düzgün yaxşı tərəflərini kompensasiyaların müəyyən olunması barəsində tam ə dalətli qərar çıxarılmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2-1(112)-8342/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2690/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayətin qəbulundan imtina edilmişdir.
5. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2023-cü il tarixli, 2-1(103)-269 0/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və onun dövlət hesabına vəkillə təmin olunması Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. İnzibati Prosessual Məcəllə Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır.
8. Mülki Prosessual Məcəllə Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
10. Bu qərarın 7-ci bəndində istinad olunan normaya görə, şikayət onu ve rən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
11. Hazırkı mübahisəyə münasibətdə iş materialları ilə müəyyən olunur ki, apellyasiya məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçı dövlət hesabına vəkillə təmin olunmuş və bununla bağlı Vəkil tərəfindən 21 sentyabr 2023-cü il tarixdə vəkil orderi tərtib olunmuşdur.
12. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərardadından 2 oktyabr 2023-cü il tarixdə verilmiş kassasiya şikayəti iddiaçı tərəfindən imzalansa da, vəkil tərəfindən imzalanmamış, 4 oktyabr 2023 -cü il tarixdə verilmiş kassasiya şikayəti isə vəkil tərəfindən imzalansa da, iddiaçı tərəfindən imzalanmamışdır.
13. Bu barədə iddiaçı və onun vəkilinə 25 oktyabr 2023-cü il tarixli məhkəmə bildirişi göndərilmiş, bildirişdə qeyd edilən nöqsanın aradan qaldırılması təklif edilmiş, əks halda kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdarlıq olunmuşdur.
14. Lakin məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində iddiaçı tərəfindən həmin nöqsan aradan qaldırılmamış, iddiaçı və onun vəkilini tərəfindən imzalanmış kassasiya şikayəti, eləcə də vəkilin nümayəndə qismində səlahiyyətlərini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Kassasiya şikayəti iddiaçı və onun vəkilini tərəfindən imzalanmadığından, həmçinin təyin olunmuş müddətdə nöqsanlar aradan qaldırılmadığından kassasiya mümkün s ayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
15. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2690/2023 nömrəli qərardadından verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir. Qərardad qətidir.