Məhkəmə qərarları › İş №2-1(102)-2897/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2897/2019

09.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2897/2019 09.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinəqarşı iş üzrə QƏRAR Açar söz: diaqnostik imtahana buraxılması Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçı İddiaçı və vəkili Vəkil1, cavabdehin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçının diaqnostik imtahana buraxılması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-1(103)-1321/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 09 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçıya verilmiş diplomun dövlət nümunəli sənəd olmasının cavabdeh tərəfindən tanınmasıbarədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbinionunla əsaslandırmışdır ki, iddiaçı 1993-cü ildə “Günəş” Assosiasiyası və X2 X5 daxil olmuş və 1995-ci ildə həmin Kolleci “ibtidai sinif pedaqogikası və metodikası” ixtisası üzrə tam kursu bitirmişdir. Ona təhsilini başa vurduqdan sonra xxx saylı d iplom təqdim edilmişdir. O, 01 sentyabr 1998-ci il tarixdən Neftçala rayonu xxxx tam orta məktəbinə uşaq birliyi rəhbəri vəzifəsinə işə qəbul olunmuşdur. Eyni zamanda müəllimlik fəaliyyətinə də başlamışdır. 2004 - 2005-ci tədris ilindən bu günədək həmin məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. 2016-cı ildə Neftçala rayon Təhsil Şöbəsindən ona bildirilmişdir ki, onun adı Diaqnostik Qiymətləndirilməyə buraxılmış müəllimlərin siyahısından çıxarılmışdır. O, məsələnin aydınlaşdırılması üçün cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Nazirlikdən bildirilmişdir ki, “Günəş” Assosiasiyası və X2 X6 tərəfindən onun adına yazılmış AH seriyalı 000155 saylı diplom dövlət nümunəli təhsil sənədi deyil. Birinci instansiya məhkəməsinin 22.11.2018-ci il tarixli iş № 2-1(82)-3 368/2018, (sədrlik edən hakim R.Kərimli) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı22.11.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 07.06.2019-cu il tarixli iş № 2-1(103)-1321/2019 (hakimlər M.Tağızadə - sədrlik edən və məruzəçi, Ü.Mayılov və K.Abiyeva) qərarı ilə birinci instansiya məhkəməsinin 22.11.2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,Bakı Apelyasiya Məhkəməsi iddiaçının təhsil aldığı X4 tədris müəssisəsi kimi dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarının qəbul olunmaması, fəaliyyət göstərməsi üçün ona sertifikat verilməməsini əsas gətirmişdir. İddiaçının təhsil aldığı dövrdə təhsil müəssisəsinin sertifikatının olub-olmaması, dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarının olubolmamasını bilmək və ya yoxlamaq vəzifəsi deyildir. İddiaçı 1993-cü ildə Kollecin qanuni fəaliyyət göstərməsinə inanaraq, etibar edərək daxil olmuş və 1995-ci ildə oranı bitirmişdir. İddiaçı sözügedən diplomla 21 ildən artıq məktəbdə ibtidai təhsilin pedaqogikası və metodikası üzrə təhsil verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən: İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 42-ci maddəsinə əsasən: İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Konstitusiyanın 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikas ının Preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 2-1(103)1321/2019 saylı qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı da vəkili Vəkil1 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il ta rixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsiNümayəndə da vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 20.02.2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, işin fak tiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Re spublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli, 2-1(103)-1321/2019 saylı qərarla, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 noyabr 2018-ci il tarixli, 2-1(82)-3368/18 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qənaəti nə gələrkən “Təhsil haqqında” Qanunun 2, 13, 31-ci maddələrinə, Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli, 60 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində X8 Komissiyası haqqında” Əsasnaməyə, İnzibati Prosessual Məcəllənin 14.3, 68.2-ci maddələrinə istinad etməklə, belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normaları baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən edilmişdir ki, 28 iyun 1995-ci il tarixli AH seriyalı 000155 saylı diploma əsasən iddiaçı X1 1993-cü ildə ”Günəş” Assosiasiyası və X2 X5 daxil olmuş və 1995ci ildə ibtidai təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı həmin ixtisas üzrə 01 sentyabr 1998-ci il tarixdən Neftçala rayonu, xxxx tam orta məktəbinə uşaq birliyi rəhbəri vəzifəsinə təyin edilmiş, müəllimlik fəaliyyətinə başlamış, hazırda həmin məktəbdə ibtidai sinif müəllimi kimi çalışır. Beləliklə, iddiaçı 24 il bundan əvvəl sözügedən kolleci bitirərək diplom almış və 21 ildən artıq müddət ərzində müəllimlik fəaliyyəti ilə məşğuldur. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı Diaqnostik Qiymətləndirilməyə buraxılmış müəllimlərin siyahısından çıxarılması ilə bağlı cavabdeh Təhsil Nazirliyinə müraciət etmiş, sonuncunun 09 avqust 2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçının adına «Günəş» Assosiasiyası və X2 X4 AH seriyalı 000155 nömrəli təhsil sənədinin hüquqi əsası olmadığı müəyyən edilmişdir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən artıq qeyd olunduğu bir sıra maddi hüquq normalara istinad etmişdir. Belə ki, 07 oktyabr 1992-ci il tarixdən 19 iyun 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 2-ci maddəsinə əsasən, dövlətin təhsil siyasəti hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması prinsipinə əsaslanır. Həmin Qanunun 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında dövlət və qeyridövlət, pulsuz və pullu təhsil müəssi sələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisəsi təhsil qanunvericiliyində nəzərdə tutulmuş qaydada yaradılır, yenidən təşkil olunur, ləğv edilir. Təhsil müəssisəsi Azərbaycan Respublikası hökumətinin müəyyən etdiyi qaydada qeydiyyatdan keçdikdən sonra müstəqil hüquqi şəxs statusu alır. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnamə təhsil müəssisəsinin ali orqanında qəbul olunur və təhsili idarəetmə orqanı tərəfindən qeydiyyata alınır. Həmin Qanunun 31-ci maddəsinə əsasən, Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövl ət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edən, zəruri normativ sənədlər hazırlayan yüksək ixtisaslı mütəxəssislərdən ibarət X8 Komissiyası yaradır; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin, baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlim-tərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisəsini ləğv edir, yenidən təşkil edir, yaradır, onların nizamnaməsini qeydə alır, habelə tabeliyində olubolmamasından və mülkiyyət formasından asılı olmayaraq, başqa təhsil müəssisələri və təhsil idarələrinin yaradılmasına, ləğvinə və yenidən qurulmasına rəy verir; təhsil müəssisəsinin açılması üçün lisenziya verir və onu qeydiyyata alır; təhsil müəssisələrinin yaradılması və ləğvi ilə əlaqədar vəsatət qaldırır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 1993-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin nəzdində X8 Komissiyası haqqında» Əsasnaməyə əsasən, Ekspert Komissiyası təhsil müəssisəsinin fəaliyyəti üçün zəruri olan sənədləri və maddi-texniki bazasını yoxlayır. Yoxlamaların nəticələri üzrə Ekspert Komissiyasının əsaslandırılmış qərarı çıxarılır və Təhsili Nazirliyinə təqdim olunur. Xalq Təhsili Nazirliyinin səlahiyyətinə müvafiq tədris müəssisələri üzrə müsbət qərarı olduqda bu tədris və ya tərbiyə müəssisəsi Dövlət reyestrinə daxil edil ir və müvafiq sertifikat verilir. Təhsil müəssisəsi ilə bağlı müsbət qərar qəbul edildikdən sonra Təhsil Nazirliyi Nazirlər Kabineti qarşısında vəsatət qaldırır. Nazirlər Kabinetinin qərarından sonra bu tədris müəssisələri qeydə alınmış hesab olunur, mövcud qaydada dövlət reyestrinə daxil edilir və hansı mütəxəssislərin hazırlanacağını əks etdirən sertifikat verilir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “X4 qeydə alınması haqqında” Azərbaycan Respublikası Təhsil Nazirliyinin X8 Komissiyasının 02 iyun 1993-cü il tarixli, 14/6 nömrəli qərarının 1-ci bəndi ilə X6 orta ixtisas təhsili müəssisəsi statusu ilə qeydə alınmışdır. Həmin qərarın 3-cü bəndində X5 ibtidai təhsil pedaqogikası və metodikası, (ibtidai sinif müəllimi) məktəbəqədər pedaqogika (mək təbəqədər tərbiyə müəssisələrində tərbiyəçi) sinifdən xaric və məktəbdənkənar işlər üzrə kadrlar hazırlamaq hüququ verilmişdir. Həmin qərarın 4-cü bəndində isə X6 tərəfindən verilmiş diplomların hüquqi qüvvə kəsb edən sənəd hesab edilməsi qərara alınmışdır. Bundan sonra apelyasiya instansiyası məhkəməsi 07 iyun 2019-cu il tarixli qərarında yazır ki, “Lakin işdən görünür ki, iddiaçının təhsil aldığı müəssisə ilə bağlı X8 Komissiyası müvafiq qərar qəbul etsə də, müəssisənin tədris müəssisəsi kimi dövlət reyestrinə daxil edilməsi barədə Nazirlər Kabinetinin müvafiq qərarı qəbul olunmamış, fəaliyyət göstərməsi üçün ona sertifikat verilməmişdir. İş materiallarından da görünür ki, Neftçala rayon İcra Hakimiyyəti başçısının 18 avqust 1993-cü il tarixli 180 nömrəli sərəncamı ilə X7 Kollecinin əsas naməsinə edilmiş əlavələr təsdiq edilmiş və Rayon İcra Hakimiyyətində dövlət qeydiyyatından keçirilmişdir. İddiaçının təhsil aldığı kollec hüquqi şəxs kimi dövlət qeydiyyatından keçsə də, yuxarıda sadalanan normalara uyğun olaraq təhsil fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq sertifikatı (xüsusi lisenziyası) olmadan fəaliyyət göstərmişdir və belə olan halda orada aparılan təhsilin hüquqi əsası olmamışdır. “Təhsil haqqında” Qanunun 8-ci maddəsinə görə, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təh sil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas məktəblərinə tələbə qəbulunun təkmilləşdirilməsi tədbirləri haqqında” 29 iyul 1993-cü il tarixli 413 nömrəli Qərarının 7-ci bəndinə əsasən, dövlət qeydiyyatından keçib sertifikat almamış özəl təhsil tədris müəssisələrinin fəaliyyəti tədris müəssisələri qeyri-qanunidir və bu tədris müəssisələrinin verdikləri təhsil sənədləri etibarsız sayılır”. Buna görə də apelyasiya instansiyası məhkəməsi belə hesab etmişdir ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom dövlət nümunəli sənəd kimi tanına bilməz. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası xüsusi şəkildə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə tətbiq etdiyi yuxarıda göstərilmiş heç bir maddi hüquq normasından və ya apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından dövlət qeydiyyatından keçib sertifikat almasının məhz iddiaçının vəzifəsinin olması müəyyən olunmur. Bununla yanaşı qeyd edilməlidir ki, nəzərə alaraq ki, iddiaçı adıçəkilən kollecdən 1995-ci ildə diplom alıb, 1998-ci ildən müəllimlik fəaliyyətinə başlayaraq 21 il ərzində müəllim kimi işinə davam edir, məhkəmə kollegiyası hesab edir ki, sözügedən sertifikatın alınması üçün müvafiq olaraq sənədlərin konkret olaraq qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından kim tərəfindən verilməsi məsələsi tam və hərtərəfli araşdırılmamış və bununla da İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 07 iyun 2019-cu il tarixli, 2-1(103)-1321/19 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə geniş həcmdə sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmi n edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2019-cu il tarixli, 21(103)-1321/19 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar