Məhkəmə qərarları › İş №2-1(102)-2897/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2897/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2897/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin müəyyən edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza v ə Reabilitasiya Agentliyinə qarşı “müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi müayinəsi zamanı təyin edil miş yaralanmanın nəticələri-Diaqnoz: “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)”. “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”.

2. İddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir.

3. İddiaçının əlillik vəziyyəti 0215003AAFAT nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixli 413 nömrəli Qərar verilmişdir, həmin qərarda “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazır kı obyektiv vəziyyətinin müayinəsi zamanı başında və belində olan ağrılardan, baş gicəllənməsindən, yuxusuzluqdan şikayətlənmiş, sol gicgah, alt çənə, sağ əlin birinci barmağında çapıqlar izlənilmiş, nevroloji statusunda tərəfdən ocaqlı patalogiya, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Təqdim edilmiş 1 saylı Xəstəxana xx.xx.2019-cu il tarixli MRT müayinəsinin nəticəsi “L5-L1 fəqərə cisimlərinin deqenarativ və subxondral sklerotik dəyişiklikləri qeyd edilmiş. L1-L2 fəqərəarası diskin spinal kanal boyunca yuxarı doğru miqrasiyası izlənən sola meyilli arxa median yırtığı 8 mm qeyd edilmişdir. Sol lateral foramenal sinir kökçüyü sıxılmışdır” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudiyyət aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin həkim psixiatr komissiyasının 134 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə iddiaçıya üzvi şəxsiyyət pozuntusu, qıcolma tutulmaları ilə F07.0 diaqnozu qoyulmuşdur.

6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlərdən aydın olur ki, vətəndaş İddiaçı 1992-ci ilin avqust ayında yaralanmış və SQ Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən xx.xx.2012-ci il tarixdə “Qəlpə yaralanmalarından sonra alınla sağ gicgahın sərhəddində, sağ əlin İ barmağının dırnaq falanqasında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyası tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F.07.0” diaqnozu təyin edilmişdir. 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixə dək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməmişdir. 08/1992-ci il tarixdən xx.xx.2023-cü il tarixədək psixi vəziyyəti ilə əlaqədar ambulator və stasionar müayinə və müalicə almamış və ya müalicə alması ilə əlaqədar tibbi sənəd təqdim edilməmişdir. Bununla əlaqədar Respublika Psixiartiya xəstəxanası tərəfindən təyin edilmiş “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyil.

7. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Sumqayıt Psixiatriya Xəstəxanasının L00135840EUY nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyar!arı”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.

8. İddiaçı dair tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-319353/2023 nömrəli qərarından görünür ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında ~15 ildir qıcolma tut malarından əziyyət çəkdiyini, tutma zamanı özündə olmadığını, tutmanın ~2-3 gündən bir baş verdiyini, medikamentoz preparatlardan ~3-4 ildir ki, gündə 1 dəfə “Fenozepam” qəbul etdiyini bildirmiş, lakin tutmanın neçə müddət davam etdiyini, psixi xəstəxanalara müraciət səbəbini və orda müalicə həkiminin kim olduğunu bilmədiyini qeyd etmişdir. Təqdim olunan bəzi tibbi sənədlərdə funksional tutmalar haqqında məlumat qeyd olunmuş, baş-beynin instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verə bilməmişdir. Müayinə zamanı başın təpə hissəsində, sağ əlin 1-ci barmağının dırnaq falanqası və alt çənə üzərində çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız, olmuşdur. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, qeyri-səliqəli izlənilmişdir. Ünsiyyət zamanı verilən suallara yüksək tonla cavab vermiş, qıcolma tutmaları, qəbul etdiyi dərmanlar haqqında heç bir məlumat verə bilməmişdir. Psixi sənədlərdə qeyd olunan diaqnozların üzvi əsasını təsdiqləyən heç bir instrumental müayinə nəticələri təqdim olunmamışdır. Hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Sumqayıt Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16/63 nömrəli Tibbi rəyində diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin asteno-nevrotik sindrom” kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 134 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə” kimi qeyd olunsa d a, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 2868/23 nömrəli çıxarışında diaqnoz “Üzvi (kəllə-bevin travması) dissosiativ pozuntusu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Diamed Klinikasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual- orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beynin qabığının parokzimliyi nəzərə çarpır; saq təpə-ənsə bölgələrdə fon yaz ıda kəskin-dalğalar paroksizmlərlə nəzərə çarpır, sınaqlarda amplitud yüksəlir. Epi-aktivlik inkar olunmur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-orqanik əlamətləri qeyd olunur. Travmanın əlamətləri qeyd olunur. Təpə-ənsə nahiyəsində paroksizmal aktivliyi qeyd olunur. Hv-dən sonra-artır. (paroksizmal aktivlik artır). Hipoksiya qeyd olunur. Beyin aktivliyi aşağıdır” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirli yinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 4744 nömrəli, xx.xx.2024-cü il tarixli həkim psixiatr komissiyasının rəyi ilə iddiaçıya üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0 diaqnozu qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 2 nömrəli Klinik Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli çıxarışı ilə göstərilən xəstəliklərinə görə müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyul ması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, 1991-1994-cü illərdə Azərbaycan Respublikası torpaqlarının bütövlüyü uğrunda gedən Birinci Qarabağ müharibəsi döyüşlərində fasiləsiz olaraq 3 il iştirak etmiş, gedən döyüşlər zamanı ağır yaralanmış, müharibə veteranıdır. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törədilmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin çənə sağ əlin çoxsaylı qəlpə yaralanması ilə bağlı tez-tez təkrarlanan (ayda azı 4 dəfə) epilepsiya diaqnozu ilə əvvəlki inzibati orqan yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 13 saylı Tibbi Sosial E kspert Komissiyası tərəfindən 2-ci dərəcəli əlillik təyin edilmişdir. Bunun əsasında Abşeron rayonu Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlilliklə bağlı xx.xx.2017-ci il tarixdə əlillik vəsiqəsi də verilmişdir. Ailəsilə birlikdə məcburi köçkündür, maddi durumu çox acınacaqlıdır. Ailədə 5 nəfərdirlər, sağlamlıq imkanları normal olmadığı üçün əmək müqaviləsi bağlayaraq hər hansı bir işdə çalışa bilmir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona imtina vermişdir. Artıq bir ildir ki, qeyd olunan inzibati orqan tərəfindən onun əlilliyi ləğv edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, əvvəllərdə olduğu kimi xəstəliyi ilə əlaqədər tez-tez qıcolamalar baş beyin nahiyyəsində ağrılar sinir pozğunluqları aldığı yaraların yaratdığı psixi pozğunluqlar nevromatik sindrom hələ də davam edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya xəstəxanasının xx.xx.2022-ci il tarixli çıxarışı ilə baş beyin üzvi xəstəliyi, travma mənşəli, nəticəsində kəskin asılma-nevrotik sindromu müəyyən edilmişdir. Digər tərəfdən həmin diaqnoz dəqiqləşdirilərək Sumqayıt şəhər Psixatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 16/63 saylı protokolu ilə də təsdiq edilmişdir. Müvafiq əlilliyin təyin edilməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, ona müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh iddia tələbinə etiraz edərək bild irmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi:Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, boyun alın gicgah nahiyyəsinin çənə sağ əlin çoxsaylı qəlpə yaralanmasından sonrakı vəziyyət.; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi, xx.xx.2022-ci il tarixli müayinə aktı əsasında baxılmış və “Xəstəliklərin BeynəlxalqTəsnifatı: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozunmətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, baş beyin üzvi xəstəliyi(travma mənşəli) nəticəsində kəskin asteno nevrotik sindrom Essensial [birincili] hipertenziya, arterial hieprtenziya İİ dərc; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Bu səbəbdən də onun müraciəti müsbət həll edilməmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, İddiaçı müharibə əlili kimi orqanizmin funksiyalarının pozulmasının 31-60 % dərəcəsi ilə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.

15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müali cənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. İddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşdüyündən cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.

16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və G.İ.Cabbarova) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1476/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd olunmuşdur.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əyani müayinənin yalnız nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıb-aparıİmadığını aydınlaşdırmalı, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəzi yyətini qiymətləndirməyə uyğunluğunu müəyyənləşdirməli idi. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunaraq qəbul olunmuş qərarın məzmunu ilə müəyyən olunur ki, iddiaçı barədə müəyyən olunmuş diaqnozlarla bağlı instrumental müayinə nəticələri (MRT, KT, EEQ dalğaları) təqdim olunmamış, anamnestik olaraq klinik vəziyyəti haqqında ətraflı məlumat verilməmiş, diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır. Bundan başqa, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubunda qeyd olunduğu kimi, iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etmə məsi “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsini istisna edir. Belə olan halda, cavabdeh haqlı olaraq iddiaçının əlilliyinin səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının ona müharibə əlili kimi əlillik təyin edilməli olması barədə tələbi qanunvericiliyin tələbi baxımından əsaslı deyildir. İddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmi n məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya əlilliyin təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

19. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliy in təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə” iddiasının təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan həmin sübutlarla da təsdiq olunur ki, 1991-ci il tarixdə Kəlbəcər Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış İddiaçı, Milli Ordunun sıralarında erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatları zamanı 1992-ci il tarixdə baş, üz nahiyyələrindən yaralanmış və müalicələr almışdır. Müalicələrdən sonra iddiaçıya “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində, sağ əlinin barmağının dırnaq və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq tox umaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr) falanqasında. Yaralanmadan sonra iddiaçı mütamadi olaraq müayinə və müalicələr almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının verdiyi 4744 saylı, xx.xx.2024-cü il tarixli rəyindən də görünür ki, iddiaçının müayinəsindən sonra ona “Üzvi (1 Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma travmaları ilə F07.0” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, iddiaçıda əmələ gəlmiş xəstəliyin onun 1-ci Qarabağ müharibəsi zamanı aldığı travmadan qaynaqlanması mübahisəsizdir. Bu faktı təkzib edən hər hansı sübut, o cümlədən iddiaçıdakı xəstəliyin hərbi travma nəticəsində deyil, adi yıxılma, vurulma və sair hərəkətlərin təsiri ndən yaranması barədə sübut işdə yoxdur. İşdə olan bütün xəstəlik sənədləri İddiaçı olan xəstəliyin məhz 1992-ci ildə aldığı hərbi travma nəticəsində yarandığını sübut edir. Qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisənin həllinə tətbiq edildikdə müəyyən olunur ki, qanunla əlillik təyini üçün eyni xəstəliklə fasiləsiz və ya son bir il ərzində fasilələrlə 6 aydan çox müddətə müalicənin aparılması, müalicə nəticəsində orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu xəstəlik nəticəsində şəxsin əmək fəaliyyətinin mümkün olmaması və ya çətinləşməsi kimi hallar əsas meyarlar kimi çıxış edir. Odur ki, İddiaçı olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlar ının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci maddəsində səciyyələnmiş sənədlərin əhatə dairəsinə düşür. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əlilliyi olan şəxslərin hüquqları” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydaları Bənd 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Bənd 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.1. “Çernobıl qəz asının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Bənd 4.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Bənd 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verə n yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstə liyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə F06 bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraql arın ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.1.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.1. 6. inzibat i icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.1. 8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların və dlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə

21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə

35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə

57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzi bati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1.İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağı rılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının iza hatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

48. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.2. Məhkəm ə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinin tələb olunduğu hissədə təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

31. Hazırkı işin hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarı ilə İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında aldığı və xx.xx.2012-ci ildə Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi müayinəsi zamanı “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr)” diaqnozu qoyulmuş və “Hərbi travmadır. A zərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu qoyulmuşdur. İddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra iddiaçının əlillik vəziyyəti 0215003AAFAT nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir.

32. Apellyasiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı 1992-ci ilin avqust ayında yaralanmış və SQ Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən xx.xx.2012-ci il tarixdə “Qəlpə yaralanmalarından sonra alınla sağ gicgahın sərhəddində, sağ əlin İ barmağının dırnaq falanqasında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyələrdə yumşaq toxumalarda yad cismlər (qəlpələr)” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyası tərəfindən “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F.07.0” diaqnozu təyin edilmişdir. 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etməmişdir. xx.xx/1992-ci il tarixdən xx.xx.2023-cü il tarixədək psixi vəziyyəti ilə əlaqədar ambulator və stasionar müayin ə və müalicə almamış və ya müalicə alması ilə əlaqədar tibbi sənəd təqdim edilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası SN Respublika Psixiartiya xəstəxanası tərəfindən təyin edilmiş “Üzvi şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0” diaqnozlu xəstəliyinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi mümkün deyil.

33. Apellyasiya instansiyası məhkəməsi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 2146 nömrəli məktubuna istinad edərək hesab etmişdir ki, iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı heç bir tibbi sənəd təqdim etmədiyindən cavabdeh haqlı olaraq iddiaçının əlilliyin in səbəb-əlaqəsini ona əlilliyin təyini üçün əsas olan xəstəliyin səbəb-əlaqəsi ilə eyniləşdirməklə düzgün nəticəyə gəlmişdir.

34. İlk öncə məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə iddiaçının 1992-ci il avqust ayında yaralandığı müddətdən xx.xx.2023-cü il tarixədək müddət ərzində həkim psixiatr tərəfindən müayinə və ya müalicə olması ilə bağlı Mərkəzi Hərbi Həkim Komissiyasına heç bir tibbi sənəd təqdim edilmədiyinə istinad etsə də, işdə olan iddiaçıya aid müayinə və müalicə olunması barədə sənədləri nəzərə almamışdır.

35. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya “Qəlpə yaralanmalarından sonra alınla sol gicgahın sərhəddində sağ əlin barmaqlarının daraq falanqalarında və alt çənədə çənəaltı nahiyyəyə müvafiq proyeksiyada çapıq toxumaları və həmin nahiyyəl ərdə yumşaq toxumalarda yad cisimlər (qəlpələr). Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” diaqnozu Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarı əsasında təyin edilmişdir və həmin qərarın ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyildir. 36. “İnzibati icraat haqqında” Qanunun yuxarıda göstərilən tələblərinə əsasən, inzibati orqan şəxslə bağlı yeni qərar qəbul edərkən, müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraatın nəticəsi olara q bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir.

37. İddiaçının xeyrinə əlverişli inzibati aktın (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarı) mövcud olmasına baxmayaraq, inzibati orqanın öz təşəbbüsü ilə araşdırma aparılaraq, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilərək, inzibati icraatın lazımi qaydada aparılması, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsin-iddiaçının inzibati icraata dəvət edilməsi, onun dinlənilmə hüququnun təmin edilməsi hazırkı iş materiallarında olan sənədlərdən müəyyən edilmir.

38. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə araşdırma aparmamışdır.

39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdi r ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş əlilliyin müəyyən olunmasından imtina qərarı təşkil etdiyindən, imtina qərarı ləğv olunduğu halda müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla əlilliyin müəyyən olunmasından imtina tarixindən hesab edilməlidir.

40. Kollegiya qeyd edir ki, məhkəmə icraatı zamanı təqdim edilmiş 5.10.2023-cü il tarixli Forma 88 arayışına əsasən əsas diaqnoz F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu qıcolma tutulmaları, yanaşı xəstəliklər: B90.9-Tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilmiş vərəmin uzaq nəticələri, kerçirilmiş ağciyər vərəmindən sonrakı böyük qalıq əlamətləri, bərk ocaqlar, fibroz və bərkimə şəklində müəyyən edilmişdir.

41. İddiaçının əlillik vəziyyəti həmin göndəriş əsasında yenidən qiymətləndirilmiş və “diaqnozun öz təsdiqini tapmaması” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir.

42. Kollegiya qeyd edir ki, hazırkı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən əlilliyin müəyyən olunması ilə bağlı sonuncu imtina qərarının iddiaçıya nə zaman təqdim edilməsi, imtinanın əsaslı olub-olmaması araşdırılmalı, bundan asılı olaraq iddiaçıya hüquqi marağına uyğun iddia tələbi formalaşdırmaqda yardım et məli, həmin iddia tələbi üzrə mümkünlük şərtləri yoxlanılmalı, yalnız iddia mümkün sayıldığı halda iddianın əsaslılığı yoxlanılmalıdır.

43. Bundan başqa, sonuncu göndərişdə əks olunmuş “F07.0-Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu qıcolma tutulmaları” diaqnozu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin həkim psixiatr komissiyasının 134 nömrəli, xx.xx.2023-cü il tarixli və 4744 nömrəli, xx.xx.2024-cü il tarixli rəylərində də öz əksini tapmışdır.

44. Apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə də araşdırma aparmamışdır.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının 7-ci bəndinə əsasən şəxsə psixi və davranış pozuntuları ilə əlaqədar əlillik dərəcəsi meya rları müəyyən edilmişdir. Həmin qərarın 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular şəxslərdə müşaiyət olunur. Qaydaların 7.6.2-ci bəndində F07.0 diaqnozu öz əksini tapmışdır.

46. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarının 1.1.8-ci bəndinə əsasən tənəffüs orqanlarının vərəmi və dəqiqləşdirilməmiş vərəmin uzaq nəticələri ilə əlaqədar əlillik dərəcəsi meyarları müəyyən edilmişdir. Qaydaların 1.8.1-ci bəndində B90.9 diaqnozu da öz əksini tapmışdır.

47. Bununla bağlı, kollegiya qeyd edir ki, göndərişdə qeyd edilən xəstəliklərin iddiaçıda olub-olmaması, həmçinin göndərişdə öz əksini tapmış xəstəliklər iddiaçıda aşkar edildiyi halda, ekspert rəyi ilə iddiaçıda olan diaqnozların təsdiq olunub-olunmaması, hə min xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi araşdırılmalıdır.

48. Bununla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli 413 saylı qərarında öz əksini tapmış xəstəliklərin sonuncu göndərişdə və “Əlilliyin müəyyən olunması meyarları”nda öz əksini tapıb-tapmaması da apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmalıdır.

49. Bundan əlavə, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iddiaçının xəstəlikləri nəzərə alınmaqla Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin iddiaçının əyani müayinəsində iştirak etməyən e kspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılsa da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi 8 may 2024-cü il tarixli məktubla əlavə tibbi ekspertizanın aparılması və qoyulmuş suallara cavab verilməsinin onların səlahiyyətlərinə aid olmaması və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nə müraciət edilməsi bildirmişdir.

50. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 134 nömrəli və xx.xx.2024-cü il tarixli 4744 nömrəli həkim psixiat r komissiyasının rəylərindən görünür ki, iddiaçıya üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları ilə F07.0 diaqnozu qoyulmuşdur.

51. Hazırkı işin hallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv həlli üçün ekspertizanın keçirilməsi ilə bağlı sonrakı tədbirlər davam etdirilməmiş, bunun zəruri olmaması müzakirə olunmamışdır.

52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

53. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməsi hissəsində rədd edilməlidir.

54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(105)-46/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar