Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2898/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: məcburi dövlət sosial sığorta haqları ödənilməyən fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilməsi, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası. GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov Azər Soltanhəmid oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi İddiaçı və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1397/2019 saylı iş üzrə 19 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 29 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon Şöbəsinin 17 okty abr 2018-ci il tarixli, **********3 saylı məktubu ilə İddiaçı yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi HT-İ **** *** saylı əmək kitabçasına əsasən, onun 11.12.1978-ci ildən 01.01.2006cı ilədək 26 il 03 ay 17 gün sığorta stajı vardır. İddiaçının 02.03.2000-ci il tarixdən işlədiyi BYUİ Kaspian şirkətinin qeydiyyatda olub, məcburi dövlət sosial sığorta ayırmalarını ödəyibödəməməsi barədə DSMF-nin İri sığortaedənlərlə iş idarəsinə sorğu göndərilmiş, həmin idarənin 08.10.2018-ci il tarixli, **********7 saylı məktubunda bildirilmişdir ki, BUE Caspian Limited şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinin iş qovluğunda 02.03.2000-ci il tarixdən 01.01.2002-ci il tarixədək əhatə edən dövrlər üçün hesabatlar müəyyən edilməmişdir. Bu səbəbdən həmin dövrləri iddiaçının ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Ona görə də, 01 yanvar 2006-cı il tarixədək tələb olunan 25 il sığorta stajı olmadığı üçün i ddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək 21 oavqust 2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-834/2019 saylı, 31 yanvar 2019-cu il tarixli qərarı (hakim - X.X.İmanov) ilə iddia tələbi təmin edilərək, İddiaçı 21 avqust 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Pirallahı rayon şöbəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1397/2019 saylı, 19 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim – M.N.Tağızadə, hakimlər Ü.A.Mayılov və K.N.Abiyeva) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-834/2019 saylı iş üzrə qəbul etdiyi 31 yanvar 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəm əsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir, qərar maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltıişlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilərin 60 yaşı olduqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərilə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu qan unun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 26 il 03 ay 17 gün sığorta stajı vardır. Lakin məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı məsələnin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işlədiyiBUE Caspian Limited şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinin iş qovluğunda 02.03.2000-ci il tarixdən 01.01.2002-ci il tarixədək əhatə edən dövrlər üçün hesabatlar müəyyən edilməmişdir. Bu səbəbdən də həmin dövrləri iddiaçının ümumi stajına daxil etmək mümkün olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin təmin edilmədən, qanuni və əsaslı olduğu üçün apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmışdır. İddiaçının 01.01.2006-cı il tarixə dək AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 12,6 il güzəştli və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu 21 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Mübahisənin hallarından müəyyən olunduğu kimi cavabdeh iddiaçının 01 yanvar 2006-cı il tarixədək 26 il 03 ay 17 gün sığorta stajının olduğunu və bunun tərkibində həm də 12 il 6 ay əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən xüsusi stajın olduğunu qəbul edir. Məhkəmələr tərəfindən aparılmış araşdırma zamanı da 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi və 12,6 il xüsusi stajın mövcudluğu təsdiq olunmuşdur. Ona görə də, kollegiya hesab edir ki, məhkəmələr iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yarandığı ilə bağlı düzgün nəticəyə gəlmişlər. Cavabdehin iddiaya qarşı etirazının, eləcə də də apellyasiya və kassasiya şikayətlərinin əsas dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 26 il 03 ay 17 gün sığorta stajı olsa da, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı məsələnin araşdırılması zamanı onun işlədiyi BUE Caspian Limited şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyinin iş qovluğunda 02.03.2000-ci il tarixdən 01.01.2002-ci il tarixədək əhatə edən dövrlər üçün hesabatlar müəyyən edilməmişdir. Bu səbəbdən də həmin dövrləri iddiaçının ümumi stajına daxil etmək mümkün deyildir. Həmin dövrləir çıxıldıqda isə iddiaçının 25 il ümumi stajı yaranmır. Kollegiya aşağıda göstərilənlərə əsasən həmin dəlili əsassız hesab edir. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr (02.03.2000-ci il tarixdən 01.01.2002-ci il tarixədək olan dövr) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi iddiaçının pensiya hüququnun yaranıb-yaranmadığı məsələsi də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsindən hərəkətlə əvvəlki qanunvericiliyə görə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən həll olunmalıdır. Müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub-olmadığına da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlid ir. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPMin 1.2-ci maddəsi və MPM-in 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu madd ənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının əmək kitabçasında göstərilmiş 02.03.2000-ci il tarixdən 01.01.2002-ci il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gə lmişdir ki, iddiaçının əmək kitabçasında onun 02.03.2000-01.01.2002-ci ilədək iş stajı barədə qeydlər edildiyindən, həmin qeydlər iddiaçının işlədiyi təşkilatın kadrlar şöbəsi tərəfindən imzalanmaqla və təşkilatın möhürü ilə təsdiq edilməklə, həmin qeydlərdə düzəlişlərin olması və əmək kitabçasının tamlığının pozulması halı müəyyən edilmədiyindən, bəhs edilən dövrün ümumi iş stajına daxil edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Cavabdehin bu məsələdəki mövqeyi "Əmək pensiyaları haqqında" Qanunun qüvvədə olan redaksiyasında müəyyən olunmuş yanaşmaya əsaslanır. Lakin nəzərə almaq lazımdır ki, 02.03.2000-ci il tarixdən 01.01.2002-ci il tarixədək olan dövrün ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən tətbiq edilməli hüquq kimi "Əmək pensiyaları haqqında" Qanunun hazırda qü vvədə olan normaları deyil, qüvvədə düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəaları rəhbər tutulmalıdır. Buna görə də, cavabdehin mövqeyi əsassız olmuşdur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayətinin dəlillləri əsassız olduğundan təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1397/2019 saylı iş üzrə 19 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2898/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2898/2019
29.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver