Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2899/2019 18.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1123/2019 saylı, 19 iyun 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 18 dekabr 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur, hazırda xxx, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) İddiaçı 17.09.1975-ci ildən 17.11.1975-ci ilədək Bakı Lokomotiv deposunda elektrik qatarı maşinisti köməkçisi, 23.08. 1976-cı ildən 21.10.1976-cı ilə kimi Biləcəri Lokomotiv deposunda istilik qatarlarının təmiri üzrə çilingər, 01.12.1979-cu ildən 29.12.1980-ci ilə kimi Azneftmərkəzi istehsalat bazasında mühəndis-dispetçer, 15.01.1981-ci ildən 29.06.1981-ci ilə kimi xxxxndə vaqonların təmiri üzrə çilingər, elektrik qatarı maşinistinin köməkçisi, 24.02.1986-cı ildən 18.07.2014-cü elektrik qatarı maşinisti işləmiş, Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 269 saylı Sərəncamına əsasən BMP-nin və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” ASC yaradılmış, 18.07.2014-cü ildən depolar üzrə iş Departamentinin istismar sahəsinə 10-cu dərəcə ilə tək işləyən qatar maşinisti (3-cü dərəcə sürücülük) peşəsinə qəbul edilmişdir və hal-hazıradək işləyir. (İT -İ saylı, ******* nömrəli əmək kitabçası) İddiaçı 04.11.1976-cı ildən 02.11.1979-cu ilədək sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. (HZ seriyalı, ******* saylı hərbi bilet) İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdeh 16101-6065 saylı, 14.07.2017-ci il tarixli məktubla onun müraciətini təmin etməmişdir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında öz əksini tapmış işlədiyi bütün illərin və hərbi biletində göstərilən müddətli hərbi xidmətdə olduğu dövrün iş staj ına daxil edilməklə, ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı vaxtdan, yəni 11.09.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 11 sentyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, xx xxxxxxxx 1957-ci ildə anadan olmuşdur, 17.09.1975-ci ildən hal-hazıradək qatar maşinisti və qatar maşinisti köməkçisi peşələrində çalışmışdır və 38 ildən çox əmək stajı mövcuddur. Bu fakt öz təsdiqini onun əmək kitabçasında tapmışdır. O, 57 yaşının tamam olduğu 11 sentyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh müraciətini təmin etməmiş, imtinaya əsas kimi “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edilərək yaşa görə əmək pensiyası yaşının (63 yaş 06 ay) tamam olmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə rəsmi qaydada hər hansı münasibət bildirilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4534/2 018 saylı, 30 noyabr 2018ci il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 11 sentyabr 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1123/2019 saylı iş üzrə 19 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: M.N.Tağızadə, hakimlər: Ü.A.Mayılov və K.N.Abiyeva) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4534/2018 saylı, 30 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdı r. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarında obyektiv həqiqəti ifadə edən hüquqi və faktiki əsasları qətiyyən nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qərar qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 01.07.2017-ci il tarixindən kişilər 63 yaş 06 ay tamam olduqda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pen siya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ qazanırlar. İddiaçının qanunla müəyyən edilmiş yaşı tamam olmadığından güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üz rə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi) ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılm ış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də, şikayət qəbul oluna bilən hesab edilir. Lakin, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38- ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının qanunla müəyyən edilmiş yaşı tamam olmadığından güzəştli şərtl ərlə əmək pensiyası almaq hüququ yaranmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək bildirir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabı n sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.07.2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə edilmiş dəyişikliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 60 yaş həddinə çatma tələb olunsa da, həmin qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək st ajı (ümumi və güzəştli iş stajı) həmin dəyişiklik qüvvəyə minənədək tamam olan şəxslərə dəyişiklik qüvvəyə minənədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Belə ki, 01.07.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müd dət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” 23.09.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı 11.09.2014cü il tarixə qanunla tələb olunan 25 ildən artıq sığorta stajını toplamışdır. Bundan əlavə, “xxxx” QSC tərəfindən verilmiş 26.12.2017-ci il tarixli A/625 saylı arayışa əsasən iddiaçı 01.12.1981-ci il tarixindən 18.07.2014-cü il tarixinədək xxxxnin “N.Nərimanov” adına elektrik deposunda güzəştli təqaüdə hüquq verən işlərdə çalışmışdır. 18.07.2014-cü il tarixdən bu günə kimi “xxxx” QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti peşəsində çalışır. 25.06.1981-ci ildən 24.02.1986-cı ilədək istismar sahəsində (həftədə 36 saat ağır əmək şəraitində işləməklə) maşinist köməkçisi peşəsində çalışıb. 24.02.1986-cı ildən bu günə kimi istismar sahəsində (həftədə 36 saat ağır əmək şəraitində işləməklə) qatar maşinisti peşəsində çalışır. Güzəştli iş stajı 36 il təşkil edir. İşdə olan, “xxxx” QSC tərəfindən verilmiş 07.06.2019-cu il tarixli A/266 saylı arayışa əsasən, iddiaçı 15.01.1981-ci il tarixdən xxxx N.Nərimanov adına elektrik deposunun Qaldırma sexində 3-cü dərəcəli təmir üzrə çilingər peşəsində işləyib. 29.06.1981-ci il tarixdən 18.07.2014-cü il tarixədək N.Nərimanov adına elektrik deposunun istismar sahəsində hərəkət qatarlarının maşinist köməkçisi, qatar maşinisti peşələrində çalışmışdır, (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). 18.07.2014-cü il ta rixdən xxxx QAC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyib(həftədə 36 saat. 16 % xüsusi zərərli iş şəraiti ilə). 01.11.2017-ci il taixdən isə X1 üzrə iş Departamentində qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). Yeraltı həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraitində əmək şəraitində əmək stajı 37 il, 11 ay, 11 gün təşkil edir və işçinin zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndində dəmiryol nəqliyyatı. Dəmiryo l lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər; elektrik qatarlarının seksiyalarının maşinistləri və maşinist köməkçiləri nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qərarında göstərmişdir ki, adı çəkilən siyahıda metropoliten qatarlarının maşinistləri vəzifəsi zərərli iş kimi göstərilməməsi iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunmamasına əsas verə bilməz. Bununla əlaqədar qeyd edilməlidir ki, yaşa görə pensiya təminatında əməyin xüsusi şəraiti ilə əlaqədar müəyyən olunan güzəştlərdən istifadə edənlərin dairəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda açıqlanmışdır. Belə güzəştlərdən daha geniş formada yeraltı işl ərdə əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilər istifadə edirlər. Metropoliten qatarları, eləcə də yerüstü qatarlar relsli dəmiryol nəqliyyatına aiddir və hər ikisinin iş mexanizmi oxşardır. Hətta, yeraltı dəmiryol nəqliyyatının əmək şəraitinin yerüstü dəmiryol nəqliyyatından daha ağır olduğu, eləcə də hazırki iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş işin xarakterini izah edən arayış da nəzərə alındıqda iddiaçının Bakı Metroplitenində elektrik qatar maşinisti vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olduğu, bununla da iddiaçının tələb olunan 12 il 06 ay xüsusi iş stajını topladığı təsdiq olunur. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları və qanunvericiliyin tələblərinə əsasən iddiaçının 25 il ümumi sığorta sta jı olduğu və bunun da 12 il 6 ayından çoxunu zərərli və ağır iş şəraitində işlədiyindən onun “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 57 yaşından güzəştli pensiya hüququnun yarandığı müəyyən olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlə əmək pensiyası hüququna malik olduğundan, işə baxan apelyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın həmin hissədə təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəm ə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bəhs edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1123/2019 saylı iş üzrə 19 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar
Məhkəmə qərarları › İş №2-1(102)-2899/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2899/2019
18.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver