Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-29/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-29/2020 Bakı şəhəri xx xxxxxx 2020-cu il Açar sözlər: pensiya təminatı hüququ, güzəştli şərtlərlə pensiya hüququ, pensiyanın orta aylıq əmək haqqı əsasında hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əh alinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1702/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı raon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, 50 yaşının tamam olduğu xx xxxxxx 2008-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilərək həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 27.2-ci bəndinə uyğun hesablanaraq yaranacaq fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 45 ilə yaxın ümumi və 33 il Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının, X bölməsində 1100000a-14019 şifrəsi ilə nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququ verən ağır və zərərli iş stajını toplamışdır. Onun zəruri stajının tamamlandığı dövrdə qüvvədə olmuş qanu nvericiliyin tələblərinə uyğun olaraq 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı zəruri sənədləri təqdim etməklə ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, əmək pensiyaları haqqında qanunvericiliyin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən, zəruri stajı toplamış kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 50 yaşdan təyin olunması qanunvericiliyin tələblərinə uyğun deyil. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)892/2019 sayl ı qərarı ilə (hakim Xaliq İmanov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, xx xxxxxx 1997-ci il tarixədək iddiaçının 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajı mövcud olmuşdur. Bu səbəbdən, pensiya qanunvericiliyinin həmin tarixdə qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçının 50 yaşdan, yəni xx xxxxxx 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış, cavabdeh isə həmin tarixdən ona pensiyanın təyin olunmasından imtina etməkdə haqlı olmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1702/2019 saylı qərarı ilə (sədrlik edən Səriyyə Seyidova, hakimlər Vidadi Məmmədov və İlham Ə hmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8, 27.1, 27.2, 31.1, 32.1, 37.7, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişd ir ki, əmək pensiyaları haqqında qanunvericiliyin xx xxxx 2017-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən, zəruri stajı toplamış kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 50 yaşdan təyin olunması qanunvericiliyin tələblərinə uyğun deyil. Apellyasiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal qərar qəbul etmişdir. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1 və 3.1-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəm ə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Suraxanı RPİ tərəfindən xx xxxxxx 2011-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1958-ci ildə İsmayıllı rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1975-ci ildən 1978-ci ilin avqust ayınadək Texniki peşə məktəbində təhsil almış (attestat 78339), xx xxxxxx 1978-ci ildə “Azneftyol” Təmir Tikniti Mexanikləşdirmə İdarəsinə 3-cü dərəcəli avtoçilingər qəbul edilmiş (əmr № 85k, xx.xx.1978-ci il), xx xxxxxxx 1981-ci ildə 4cü dərəcəli avtoçilingər kvalifikasiya verilmiş (əmr № 99k, xx.xx.1981-ci il), xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmiş (əmr № 56, xx.xx.1984-cü il), xx.xx.1984-cü ildən “Xəzərdənizneftqaztikinti” idarəsində kran maşinisti köməkçisi kimi işə daxil olmuş (əmr № 157k, xx.xx.1984-cü il), xx.xx.1985-ci ildə 5-ci dərəcəli kran maşinisti (əmr № 178, xx.xx.1985-ci il), xx.xx.1991-ci ildə 6-cı dərəcə verilmişdir (əmr № 49k, xx.xx.1991-ci il ). xx xxxxx 2001-ci ildə idarənin ləğvi ilə əlaqədar işdən azad edilmişdir. xx xxx 2001-ci ildə “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti mexanikləşdirmə filialında 6-cı dərəcəli kran maşinisti qəbul edilmiş (xx.xx.2001, əmr 1/k), xx xxxx 2007-ci ildə “Azneft” İB-nin tərkibində olan “Xəzərdənizneftqaztikinti” trestinin adı dəyişdirilərək “Neftqaztikinti” tresti adlandırılmış və ARDNŞ-nin birbaşa tabeliyinə verilmişdir (xx.xx.2007, əmr 51). xx.xx.2014-cü ildə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.2014, əmr 213/k). xx xxxxxx 2014-cü ildə ARDNŞ Nəqliyyat idarəsinin 5 saylı texnoloji nəqliyyat departamentinin 2 saylı A və XTİ-nin 1 saylı xüsusi dəstəsinə 6-cı dərəcəli kran maşinisti peşəsinə qəbul edilmiş, hal-hazırda işləyir. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təh sili komitəsi tərəfindən verilmiş A seriyalı 783390 nömrəli xx xxxx 1978-ci il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1975-1978-ci illərdə traktorların, avtomobillərin, kənd təsərrüfatı maşınlarının təmiri üzrə çilingər peşəsi üzrə orta ixtisas təhsili almış, traktorların, avtomobillərin, kənd təsərrüfatı maşınlarının təmiri üzrə 3-cü dərəcəli çilingər ixtisası verilmişdir. Azərbaycan Respublikası İxtisaslaşdırılmış X1 tərəfindən verilmiş 2365 saylı vəsiqədən görünür ki, iddiaçıya 5-ci dərəcəli hava təkərli və tırtırlı kran maşinisti ixtisası verilmişdir. İddiaçı 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayo n şöbəsinə müraciət etmişdir. DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx xxxxxx 2018-ci il tarixli, 1358 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, həmin qərar əsasında mövcud qanunvericilikdə nəzərdə tutulmadığından və tələb olunan sənədləri təqdim etmədiyindən, iddiaçının ərizəsini təmin etmək mümkün olmamışdır. DSMF-nin Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2018ci il tarixli xx/xx-5928 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 50 yaşından əmək pensiyasına dair müraciəti mövcud qanunvericilikdə nəzərdə tutulmadığından təmin edilə bilməz. Cavabdeh inzibati orqan iddiaçının xx xxxxxx 1997-ci il tarixədək 20 ildən artıq (21 il 10 ay) ümumi, Azərbaycan Respublikası Na zirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nın 10-cu, yəni “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci, neft-qaz və qaz kondensatının hasilatı yarımbölməsinin 1100000a—14012 qaldırıcıların maşinistləri bəndində nəzərdə tutulmuş vəzifələrdə 10 ildən artıq güzəştli iş stajının olmasını, eyni zamanda xx xxxxxx 2008-ci ildə isə iddiaçının 50 yaşının tamam olmasını nəzərə almamışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət hə ddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normlar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx xxxxxx 2008-ci il tarixində 50 yaşı tamam olduğu vaxt onun güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ yarandığından, tələbi əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, zəruri stajı toplamış kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 57 yaşdan yaranır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 50 yaşdan təyin olunması qanunvericiliyin tələblərinə uyğun hesab olunmamalıdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx xxxxxx 2008-ci il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əm ək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiy ası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərd ə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini alm alıdırlar. Əvvəlki qanunvericilik isə xx xxxxxx 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aiddir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx xxxxxx 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmışdır. Bu müddəalara əsa slanmaqla apellyasiya məhkəməsi müəyyən etmişdir ki, xx xxxxxx 1997-ci il tarixinə iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Habelə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 1100000a—14012 kodla qeydə alınmış “qaldırıcıların maşinistlər” peşəsində nəzərdə tutulmuş işlərdə azı 10 işləmişdir. Həmin peşə iddiaçının işlədiyi “Xəzərdənizneftqaztikinti” trestinin Tikinti mexanikləşdirmə filialı siyahının “X. Neft qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensantı, kömür və şiştin emalı” bölməsində göstərilmiş istehsal sahəsinə aid olmuşdur. Qeyd edilmiş əsaslar a görə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddiaçının 50 yaşı tamam olan vaxtdan, yəni xx xxxxxx 2008-ci il tarixindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Apellasiya məhkəməsinin digər mövqeyinə görə, iddiaçıya orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması əvvəl qüvvədə olmuş qanunvericilikdə müəyyən edildiyindən, iddiaçının bu hissədə də tələbi əsaslı olmuşdur. Cavabdeh hesab etmişdir ki, məhkəmə qanunvericiliyin tələblərini düzgün tətbiq etməmişdir.. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasının zəruri hesab edir. xx xxxxxx 2010-cu il tarixinə qədər qüvvədə olmuş istinad edilən Qanunun: - 27.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanu nvericilik üzrə hər bir sığorta olunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. - 27.2-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və bu zaman bu qanun qüvvəyə mindikdən sonra əmək pensiyası təy in olunmuş şəxslərə pensiya hesablanması üçün orta aylıq əmək haqqına (...) məhdudiyyət tətbiq edilmir. Sadalanmış müddəaların mənasına görə, yaşa görə əmək pensiyasının tərkib hissəsini sığorta hissəsi təşkil edir ki, onun hesablanması zamanı sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müəyyən edilmişdir. Yəni Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə əsasən şərti olaraq pensiya hesablanmalı, daha sonra həmin məbləğdən baza hissəsi çıxılmalı, alınmış məbləğ qazanılmış əmək pensiyasının sığorta hissəsini təşkil etməlidir. Sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması müvafiq icra hakimiyyəti orqanıtərəfindən qəbul edilmiş Qaydalar əsasında aparılmalıdır və orta aylıq əmək haqqına məhdudiyyət tətbiq edilməməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş və 3363 sayla xx xxxxxxx 2007-ci il tarixində dövlət qeydiyyatına alınmış və tətbiq edilən dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən əvvəl sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” Qaydalarının: - 2.1-ci bəndinə əsasən, qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqları Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qüvvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasında müəyyənləşdirilir; - 2.2-ci bəndinə əsasən, əgər sığortaolunan Qanunla müəyyən olunmuş yaşa görə əmək pensiyasına hüquq verən minimum (60 ay) sosial sığorta stajını Qanun qüvvəyə minənədək (Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə uyğunolaraq) toplamışdırsa, bu halda Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericiliyə əsasən şərti qaydada əmək pensiyasının ümumi məbləği hesablanır və Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır; - 3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının təyin olunması zamanı qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüquqları (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qaydaların 2.1-2.3 bəndləri ilə müəyyən olunmuş qaydada nəzərə alınır. Göstərilmiş müddəalardan isə göründüyü kimi, 2006-cı il 1 yanvar tarixədək qü vvədə olmuş qanunvericilik üzrə yaşa görə əmək pensiyasının hesablanması qaydasına görə əmək pensiyasının ümumi məbləği hesablanmalı, daha sonra isə onun şərti çevrilməsi aparılmalıdır. Əvvəl qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17, 71 və 72-ci maddələrin tələbləri isə pensiyanın orta aylıq əmək haqqı əsas olmaqla hesablanmasını müəyyən etmişdir. Qanunvericiliyin aparılmış təhlilin nəticəsi olaraq müəyyən edilir ki, iddiaçının pensiya hüququ yarandığı xx xxxxxx 2008-ci il tarixində pensiyasının hesablanması zamanı zəruri olan sığorta hissəsinin müəyyən edilməsi üçün onun xx xxxxxx 2006-cı il tarixinə qədər olan dövrdə aldığı orta aylıq əmək haqqısı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən yuxarıda istinad edilmiş qanunveriliyin müddəaları tam təhlil edilməsə də, lakin nəticə etibarı ilə tətbiq etdiyi qanunverilik düzgün olmuşdur və qərar əsaslandırılmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibat Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bi lər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən XXX1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1702/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-29/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-29/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver