Məhkəmə qərarları › İş №2-1(102)-29/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-29/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-29/2022 12.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (vəkil tərəfindən tərtib edilməmiş kassasiya şikayəti) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə və qeyrilərinə qarşı “vurulmuş ziyana görə borcun tutulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 21(103)-2191/2021 nömrəli qərardadından iddiaçı tərəf indən verilmiş kassasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2, Cavabdeh3 qarşı mərhum atasından miras qalmış 3 otaqlı mənzilin alğısatqı müqaviləsi ilə ipotekaya qoyulması nəticəsində onlara, qanun üzrə vərəsələrə vurulmuş ziyana görə cavabdehlərdən 75000 manat həcmində borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 nömrəli qərardadı ilə (hakim A. Abdullayeva) iddia mümkün sayılmamışdır. İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi İnzi bati Kollegiyasının 26.08.2021-ci il tarixli, 2-1(103)-2191/2021 nömrəli qərardadı ilə (Hakimlər A. Hüseynov-sədrlik edən və məruzəçi, S. Bəktaşi və V. Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli, 2-1(112)-2841/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək apelyasiya məhkəməsinin həmin qərardadının ləğv olunmasını, iddianın mümkün sayılması və cavabdehlərin mövcud borcu etiraf etməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Lakin kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və vəkilin orderi şikayətə əlavə edilməmişdir. Bu baxımdan iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. Məhkəmə kassasiya şikayətinin mümkünlüyünə baxmağı və qərar qəbul etm əyi mümkün saymışdır. Əsaslandırma Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayəti mümkün sayılmamalıdır. İPM-in 96.2-ci maddəsinin tələbinə görə, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiyanın mümkünlüyü əsasları dedikdə, kassasiya şikayətinin İPM-in 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən verilməsi, habelə kassasiya şikayətinin İPM-in 94-cü maddəsində müəyyən olunmuş tələblərə və müddətlərə riayət olunmaqla verilməsi, İPM-in 95.1-ci maddəsində nəzərdə tutulmuş formal tələblərə uyğun şəkildə verilməsi başa düşülür. İPM-nin 90.3-cü maddəsində nəzərdə tutulmuş göndərici normaya əsasən, həmin məcəllənin müvafiq fəslində başqa qayda müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə - MPM) kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq edilir. Kassasiya şikayətinin forma və məzmununa dair MPM-nin 67.1-ci və 407-ci maddələrində nəzərdə tutulmuş şərtlər də kassasiyanın mümkünlüyü əsaslarına aiddir. İPM-nin müddəalarına zidd olmayan MPM-nin 67.1-ci maddəsinin tələbinə görə kassasiya şikayəti yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Həmin Məcəllənin 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. MPM-nin 407.4-cü maddəsinin tələbinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən kassasiya şika yətinin vəkil tərəfindən tərtib olunmadığı və imzalanmadığı, habelə şikayətə vəkilin orderinin əlavə edilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən hal kassasiya şikayətinin mümkün sayılmaması əsaslarına aiddir və şikayətin mümkün sayılmamasını şərtləndirir. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra məhkəmə kollegiyası İPMnin 96.3-cü maddəsinə əsasən, iddiaçının dinlənilmə hüququnu təmin etmək məqsədilə işi kassasiya şikayətinin mümkünlüyünə baxılması üçün təyin etmiş, həmçinin məhkəmənin yardım etmə vəzifələrini müəyyən edən İPM-nin 13-cü və 95-ci maddələrinin tələbinə əsasən, mövcud çatışmazlıqlar konkret qeyd edilməklə ona rəsmi bildiriş və sms xəbərdarlıq göndərilmiş, eyni zamanda ona həmin çatışmazlıqların aradan qaldırılması, yəni məhkəməyə vəkil tərəfindən tərtib olunmuş və imzalanmış kassasiya şikayətinin göndərilməsi, şikayətə vəkilin orderinin əlavə olunması təklif olunmuş və bunun üçün 12 yanvar 2022-ci ilədək müddət təyin olunmuşdur. Həmçinin qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri iddiaçıya izah edilərək bunun iddianın mümkün sayılmamasına səbəb olacağı bildirilmişdir. Buna baxmayaraq, iddiaçı qeyd olunan çatışmazlıqları aradan qaldırmamış, vəkil tərəfindən tərtib edilmiş və imzalanmış kassasiya şikayətini məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin vəkil tərəfindən tərtib olunmadığını və imzalanmadığını, habelə şikayətə vəkilin orderinin əlavə olunmadığını və həmin çatışmazlıqların iddiaçı tərəfindən məhkəmə tərəfindən müəyyən olunmuş müddətdə aradan qaldırı lmadığını nəzərə alaraq kassasiya mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. İPM-in 96.3-cü maddəsinə görə kassasiya mümkün sayılmadıqda, Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. İPM-nin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda, apelyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbul olunmasından imtina edilir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar