Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-29/2024 19.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin koordinatlarının Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılması, torpaq sahəsinin həmin koordinatlara uyğun plan və ölçü sənədinin verilməsi, üçüncü şəxsin adına tərtib olunmuş plan və ölçü sənədinin hissəvi ləğvi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sa hib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3,68 hektar olan torpaq sahəsinin koordinatlarının JN635 və JN-636 nömrəli dövlət aktlarının Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi və Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən A 331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissəsində l əğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2-1(107)-157/2023 nömrəli qərarından üçüncü şəxs Kərimov Nizami Zaman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən hər birinin ölçüsü 1,84 hektar olmaqla, cəmi 3,68 hektar torpaq sahəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2016-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri ilə iddiaçıya satılmış, həmin torpaq sahələrinə dair iddiaçının adına RX seriyalı, ******* nömrəli (**********19 reyestr nömrəli) və ******* nömrəli (**********20 reyestr nömrəli) hüquqların dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmiş və plan-ölçü sənədləri tərtib edilmişdir.
2. Həmçinin JN-637 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd edilmiş 1,84 hektar torpaq sahəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ilə Kərimov Nizami Zaman oğluna satılmış və həmin torpaq sahəsinə dair onun adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və A 331062 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir.
3. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş Alternativ Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 288 nömrəli ekspert rəyində qey d edilmişdir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi çıxarışın və plan-ölçü sənədlərinin parametrlərinə əsasən Kərimov Nizami Zaman oğlunun torpaq sahəsi ilə həmsərhəd deyildir. Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan 1,84 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə çıxarışların və plan-ölçü sənədlərinin parametrlərinə əsasən həmsərhəd deyildir. İlkin torpaqayırma sənədlərinə (müvafiq dövlət aktlarına) əsasən Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan 1,84 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahələrinin çıxarış və plan-ölçü sənədləri naturaya və ərazinin pay torpaqlarının bölgü layihəsinə uyğun işlənildiyindən, parametrləri əsas götürüldüyü halda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,4 hektarına Kəri mov Nizami Zaman oğlu tərəfindən mərz nişanı qoyularaq iddia edilir və həmin hissənin 0,20 hektarı Nizami Kərimov tərəfindən tutularaq istifadə edilir. İstifadə edilən torpaq sahəsi İddiaçı torpaq sahəsinə bitişikdir və şərq hissəsidir. Torpaq sahələrinin ilkin torpaqayırma sənədlərinin (müvafiq dövlət aktlarının) parametrləri əsas götürüldüyü halda, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,20 ha hissəsi Kərimov Nizami Zaman oğlu tərəfindən tutularaq istifadə edilir.
4. İddiaçı, adına verilmiş çıxarışlarda qeyd edilən torpaq sahələrinə dair plan-ölçü sənədlərinin düzgün tərtib edilmədiyini əsas gətirərək həmin sənədlərin JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarına uyğun olaraq tərtib edilməsi və üçüncü şəxsin adına tərtib edilmiş A 331062 nömrəli plan-ö lçü sənədinin, mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə cavabdehə müraciət etmişdir.
5. Cavabdeh xx.xx.2021 və xx.xx.2021-ci il tarixli məktublarla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, aqrar islahat zamanı vətəndaşlara verilmiş kənd təsərrüfatı təyinatlı torpaqların elektron xəritələri (DWJ) hazırlanarkən sözügedən torpaq sahələrinə dair tərtib edilmiş koordinatlarda natura ilə müqayisədə uyğunsuzluğun olması faktı məlum olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsas ən yaxın zamanlarda torpaq münasibətlərinin tənzimlənməsində uyğunsuzluqların aradan qaldırılması nəzərdə tutulur. Elektron uçotun nəticələri emal edilərək Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. X6 Zaman oğlunun mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 1,84 hektar torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə tərtib edilmiş xəritələrə əsasən işlənilmiş və ona reyestrdən müvafiq çıxarış və plan-ölçü sənədi verilmişdir. Kərimov Nizami Zaman oğlu ona məxsus torpaq sahəsinin koordinatlarında düzəlişlərin edilməsi ilə bağlı rəsmi olaraq müraciət edəcəyi təqdirdə qaldırılmış məsələyə qanuna müvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəs i, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3,68 hektar olan torpaq sahəsinin koordinatlarının JN-635 və JN-636 nömrəli dövlət aktlarının Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinin verilməsi və Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən A331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissəsində ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə q ərar qəbul olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Kərimov Nizami Zaman oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
8. İddia tələbi iddiaçı tərəfindən işin faktiki hallarına uyğun əsaslandırılmışdır.
9. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı Aqrar İslahat Komissiyasının xəritələri (köhnə DWJ) əsasında tərtib edildiyi üçün onun ərizəsinin icrası mümkün olmamış və ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən el ektron uçotun nəticələri emal edilərək Ərazi İdarəsinə təqdim olunacağı təqdirdə məsələyə baxılacağı bildirilmişdir. Cavabdeh torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanlara görə heç bir məsuliyyət daşımadığını qeyd etmişdir.
10. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-635 nömrəli (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsin də görünən JN-636 nömrəli (kod ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan 1,84 hektar torpaq sahəsinin koordinatları (A 331062 nömrəli xx.xx.2019-cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədinə əsasən) elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-636 və JN-635 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarında qeyd edilən 1,84 hektar torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür. A 331062 nömrəli xx.xx.2019cu il tarixdə tərtib edilmiş plan-ölçü sənədind ə qeyd edilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları elektron bazada təqdim olunan, kəndin kompleks yerquruluşu islahat layihəsində görünən JN-637 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.
11. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusuna uyğun olaraq cavabdehin təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən naturada göstərilən 3,93 hektar torpaq sahəsi ilə elektron bazada təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) məlumatlarında təqdim olunan JN-635 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 1,43 hektar hissəsi uyğunluq təşkil edir. İddiaçı tərəfindən naturada göstərilən 3,93 hektar torpaq sahəsi ilə elektron bazada təqdim olunan TEKUİS məlumatlarında təqdim olunan JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi tamamilə uyğunluq təşkil edir, belə ki, 1,84 hektar torpaq sahəsi iddiaçı tərəfindən naturada göstərilən 3,93 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Kərimov Nizami Zaman oğlunun adına tərtib edilmiş A 331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 1,58 hektar hissəsi TEKUİS məlumatlarında təqdim olunan JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə uyğunluq təşkil edir. X7 Zaman oğlunun faktiki istifadə etdiyi 1,96 hektar torpaq sahəsinin 1,21 hektar hissəsi TEKUİS baza məlumatlarında JN-637 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə uyğunluq təşkil edir. Kərimov Niz ami Zaman oğlunun adına tərtib edilmiş A 331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 0,15 hektar hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə üst-üstə düşür.
12. Şəki İnzibati Məhkəməsinin (hakim: Vüqar Musayev) 10 noyabr 2022-ci il tarixli, 2-1(116)-107/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən, ümumi sahəsi 3,68 hektar təşkil edən, seriya RX ******* və ******* nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN-635 və JN-636 nömrəli dövlət aktlarının Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş baza məlumatlarının ko ordinatlarına uyğunlaşdırılaraq, həmin koordinatlara uyğun torpaq sahəsinin planı və ölçüsü sənədlərinin verilməsi və üçüncü şəxs Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan Göyçay rayonu, Yeniarx kəndi ərazisində yerləşən A 331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissəsində ləğv edilməsi öhdəliyi qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* və ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara dair tərtib edilmiş plan-ölçü sənədlərinin koordinatları Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sistemində JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarının yerləşmə yerindən tamamilə fərqlidir. Yəni faktiki olaraq JN-635 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları **********19 reyestr nömrəli çıxarışla (053573 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları **********20 reyestr nömrəli çıxarışla (113907 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) verilmiş 1,84 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Bu isə, o deməkdir ki, **********19 və **********20 reyestr nömrəli çıxarışların hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı cavabdehin tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur.
14. Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin məzmununda istinad edilmiş Alternativ Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 288 nömrəli ekspert rəyindən və cavabdehin təqdim etdiyi TEKUİS məlumatlarından görünür ki, ilkin torpaqayırma sənədlərinə (müvafiq dövlət aktları) əsasən Kərimov Nizami Zaman oğlunun mülkiyyətində olan 1,84 hektar torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəddir. Cavabdeh **********19 və **********20 reyestr nömrəli çıxarışları və plan-ölçü sənədlərini tərtib edərkən torpaq sahəsinin yerləşmə vəziyyətini və koordinatlarını “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqq ında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 818 nömrəli Fərmanına əsasən yaradılmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına istinad edərək (yəni JN-635 və JN-636 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktlarının həmin elektron baza məlumatlarında yerləşmə mövqeyi əsas götürülməklə) qeyd etməli olduğu halda, bunu etməmişdir. Eyni zamanda, cavabdehin təqdim etdiyi mütəxəssis rəyi ilə sübut olunur ki, üçüncü şəxs Kərimov Nizami Zaman oğlunun adına tərtib edilmiş A 331062 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə verilmiş 1,84 hektar torpaq sahəsinin 0,15 hektar hissəsi TEKUİS baza məlumatlarında təqdim edilən JN-636 nömrəli dövlət aktı ilə verilmiş 1,84 hektar torpaq sahəsi ilə üst-üstə düşür.
15. Göründüyü kimi, üçün cü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədi də torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmamış və 0,15 hektar hissədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinə işləndiyindən, həmin hissədə iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı, cavabdehdən mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının JN635 və JN636 nömrəli dövlət aktlarının Torpaqların Elektron Kadastrı Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılmasını və üçüncü şəxsin adına tərtib edilmiş A 331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissəsində ləğv edilməsini tələb etm əkdə haqlı olmuşdur.
16. Üçüncü şəxs Kərimov Nizami Zaman oğlu apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Vəzirxan Məlikov /sədrlik edən və məruzəçi/, Rövşən Rəfiyev və Günay Cavadova) 18 may 2023-cü il tarixli, 2-1(107)-157/2023 nömrəli qərarı ilə üçüncü şəxs Kərimov Nizami Zaman oğlunun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübu ta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
19. Üçüncü şəxs Kərimov Nizami Zaman oğlu kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
20. Üçüncü şəxs Kərimov Nizami Zaman oğlunun kassasiya şikayətinin əsasını mahiyyətcə onun apellyasiya şikayəinin dəlilləri təşkil edir. Üçüncü şəxsin kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hal ları aydınlaşdırmamışdır və qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, 1,84 hektar torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş plan-ölçü sənədi və çıxarış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin nəticəsində hazırlanmışdır. Bu səbəbdən hazırkı mübahisə əmlak hüquqları ilə bağlı yarandığından və mübahisə predmeti olan plan-ölçü sənədi alqı-satqı müqavilələrinin nəticəsi olduğundan, hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı idi.
21. Həmçinin iddiaçı tərəfindən üçüncü şəxsin adına tərtib edilmiş A 331062 nömrəli plan-ölçü sənədi mübahisələndirilmişdir. Mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri də qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Ən azından tərəflər arasında yaranmış mübahisəyə dair Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(046)-52/2021 nömrəli qətnaməsinin qəbul edildiyi tarixdən iddiaçı hazırda mübahisələndirdiyi A 331062 nömrəli plan-ölçü sənədi barədə məlumatlı olmasına baxmayaraq, həmin plan-ölçü sənədini qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş, aradan təxminən 1 ildən artıq müddət keçdikdən sonra (iddia ərizəsi 2022-ci ilin mart ayında iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur) hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
22. Bundan başqa, JN-637 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmiş, həmin sənədlər ləğv edilməmiş qüvvədədir. İşə baxan məhkəmələr JN-637 nömrəli tor pağa mülkiyyət hüququna dair dövlət aktı və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmədən həmin sənədlərin nəticəsində tərtib edilmiş plan-ölçü sənədini müvafiq hissədə ləğv etmişdir ki, bu da, özlüyündə üçüncü şəxsin mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xit am verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 26. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
6. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələri n qərar qəbul etməsi üçün əsasdır.
27. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi 3.1.7. dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək;... 3.1.12. hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri qanunla müəyyən edilmiş qaydada aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək;... 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək. 28. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanı
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaq ların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin. 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqla rın (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahə sinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informas iya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəliş lərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.
29. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi. 5.1 Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan gös təriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2 Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qayd asında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3 Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. 6.6 Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir. 30. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqa nların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şik ayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014 -cü il tarixli qərarı 33. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
34. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
36. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya i nstansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətini n dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
39. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
40. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
41. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 43. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarında qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə m übahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nə ticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
44. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpağa mülkiyyət hüququna dair JN-635 və JN-636 nömrəli dövlət aktlar ında qeyd edilən, hər birinin ölçüsü 1,84 hektar olmaqla, cəmi 3,68 hektar torpaq sahəsi notarial qaydada təsdiq edilmiş xx.xx.2016-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələri ilə iddiaçıya satılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən həmin torpaq sahələrinə dair iddiaçının adına RX seriyalı, ******* nömrəli (**********19 reyestr nömrəli) və ******* nömrəli (**********20 reyestr nömrəli) çıxarışlar verilmiş və plan-ölçü sənədləri tərtib olunmuşdur.
45. Həmçinin torpağa mülkiyyət hüququna dair JN-637 nömrəli dövlət aktında qeyd edilmiş 1,84 hektar torpaq sahəsi notarial qaydada bağlanılmış xx.xx.2012-ci il tarixli alqısatqı müqaviləsi ilə Kərimov Nizami Zaman oğluna satılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən həmin torpaq sahəsinə dair onun adına RX seriyalı, ******* nömrəli çıxarış verilmiş və A 331062 nömrəli plan-ölçü sənədi tərtib edilmişdir.
46. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mülkiyyətində olan 3,68 hektar torpaq sahəsinin koordinatlarının müvafiq olaraq JN-635 və JN-636 nömrəli dövlət aktlarının Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemində (TEKUİS) qeyd edilmiş baza məlumatlarının koordinatlarına uyğunlaşdırılmasına və həmin torpaq sahələrinə dair yeni plan-ölçü sənədlərinin verilməsinə, eləcə də üçüncü şəxsin torpaq sahəsi ilə bağlı onun adına tərtib olunmuş A 331062 nömrəli plan-ölçü sənədinin TEKUİS baza məlumatlarında JN-636 nömrəli dövlət aktının koordinatları ilə üst-üstə düşən 0,15 hektar hissədə ləğv edilməsinə nail olmaqdan i barətdir.
47. Üçüncü şəxsin kassasiya şikayətinin təkrarlanan dəlilləri ondan ibarətdir ki, mübahisə predmeti olan plan-ölçü sənədi alqı-satqı müqavilələrinin nəticəsi olduğundan, hazırkı tələbə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı idi. Həmçinin iddiaçı tərəfindən sözügedən plan-ölçü sənədi qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirməmiş və bununla da mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərindən biri olan qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Bundan başqa, işə baxan məhkəmələr JN-637 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı və xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilmədən, həmin sənədlərin nəticəsində tərtib edilmiş sözügedən planölçü sənədini müvafiq hissədə ləğv etməklə qanunsuz qərar çıxarmışlar.
48. Bu qərarın 42-43-cü bəndlərində qeyd olunmuş hüquqi mövqelərə istinadən məhkəmə kollegiyası vurğulayır ki, müvafiq dövlət aktlarına və alqı-satqı müqavilələrinə əsasən həm iddiaçıya, həm də üçüncü şəxsə onlara məxsus torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla bərabər, həmin çıxarışların ayrılmaz tərkib hissəsi olan və barəsində çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq plan-ölçü sənədləri verilmişdir.
49. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçı tərəfindən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər deyil, həmin sən ədlər əsasında cavabdeh tərəfindən səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsi, yəni torpaq sahələrinə dair qeydiyyatın özü və bununla bağlı plan-ölçü sənədləri mübahisələndirilir. Artıq yuxarıda qeyd olunmuş hüquqi mövqelərə görə, belə mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
50. Qeyd olunmalıdır ki, plan-ölçü sənədi çıxarışın tərkib hissəsi və müvafiq göstəriciləri özündə əks etdirən texniki sənəd kimi qəbul edilməlidir və inzibati akt kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə almaq lazımdır ki, plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd əsasında tərtib olunmalı, ona əsaslanmalı və onun məzmununa uyğun olmalıdır. Bu səbəbdən hazırkı iddia mübahisləndirmə haqqında deyil, öhdəliyin icrası haqqında iddia növünə aid olunmalıdır. Öhdəliyin icrası haqqında iddialara münasibətdə isə prosessual qanunvericilikdə xüsusi mümkünlük şərti qismində müddət məhdudiyyəti nəzərdə tutulmamışdır.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Nəticə etibarı ilə, üçüncü şəxsin kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs Kərimov Nizami Zaman oğlunun kassasiya şikayəti təmin edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 21(107)-157/2023 nömrəli qərarı dəyişdiril