Məhkəmə qərarları › İş №2-1(102)-29/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-29/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-29/2025 23.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: qərarın ləğv edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdar əsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 2-1(107)-2/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli **********028400 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin (hakim İ.H.Cabbarov) 20 may 2020-ci il tarixli, 21(116)-407/2020 nömrəli qərarı ilə iddia tələbi t əmin edilməmişdir.

3. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 iyul 2020-ci il tarixli 21(107)-289/2020 nömrəli qərarı ilə (hakimlər R.Rəfiyev sədrlik edən, V.Məlikov və İ.Şükürov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 1(116)-407/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır.

5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: İ.Ə.Şəfiyev sədrlik edən, Z.M.Quliyev və R.S.Nəbizadə) 18 noyabr 2020-ci il tarixli, 2-1(10 2)2000/2020 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2020-ci il tarixli, 2-1(107)- 289/2020 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şəki Apelyasiya instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(107)155/2021 nömrəli (hakimlər M.M.Hüseynov sədrlik edən, A.M.Eyvazov və R.Ə.Əliyev) qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-407/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.Ə.Kərimov sədrlik edən, B.F.Qəribov və İ.A.Dadaşov) 13 oktyabr 2021-ci il tarixli, 21(102)-1525/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 may 2021-ci il tarixli, 2-1(107)- 155/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: E.Ş.Hüseynov sədrlik edən, A.A.Mahmudov və M.A.Əsədli) 4 fevral 2022-ci il tarixli, 2-1(107)-53/2022 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilmiş, cavabdehin 25 noyabr 2019-cu il tarixl i **********028400 nömrəli qərarı ləğv edilmişdir.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər: İ.K.Hüseynov sədrlik edən, N.İ.Rəsulbəyova və K.N.Bədəlov) 4 oktyabr 2022-ci il tarixli 2-1(102)-865/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 fevral 2022-ci il tarixli, 2-1(107)-53/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə rədd edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ə.T.Məcidov (sədrlik edən), E.B.İsayev və E.Vəkil1) 22 may 2024-cü il tarixli, 2-1(107)-2/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikay əti təmin olunaraq Şəki İnzibati Məhkəməsinin 20 may 2020-ci il tarixli, 2-1(116)-407/2020 saylı qərarı ləğv edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********028400 nömrəli “Vergilərin hesablanması barədə” Qərarı ləğv edilməsi qərara alınmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xa hiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

16. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata0 keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. Azərbaycan Respubl ikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsin ə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

17. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

18. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrüb ə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Şirəli Qasımovun cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2-1(102)2549/2023 nömrəli, xx.xx.2023-ci il tarixli; "xxxx" MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2-1(102)-1797/2022 nömrəli, xx.xx.2022-ci il tarixli; "xxxx" QSC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 21(102)-2258/2023 nömrəli, xx.xx.2023-ci il tarixli; "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı 2-1(102)-837/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə görə, müvafiq vergi yoxlamasının aparılması zamanı sənədlər tam və ya qismən mövcud olmadıqda və ya təqdim edilmədikdə, vergi orqanı vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə, bu da mövcud olmadıqda son zərurət kimi şərti rentabellik normasını tətbiq etməklə ödənilməli vergi məbləğini hesablaya bilər. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini malın dəyərini, yəni gəlirin əldə edilməsi ilə bağlı xərcləri nəzərə almadan birbaşa gəlir əsasında hesablamışdır. Halbuki hesablamanın bu qaydada tə tbiqi yolverilməz sayılmalıdır. Nəzərə almaq lazımdır ki, vergi orqanının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə və ya şərti rentabellik normasını tətbiq etməklə (xx.xx.2024-cü il tarixədək olan vergi dövrləri üzrə) hesablamaq öhdəliyi Vergi Məcəlləsinin 24.1.1-ci maddəsi ilə müəyyən olunan vergilərin düzgün hesablanması vəzifəsindən irəli gəlir.

19. Başqa sözlə, vergi ödəyicisinin gəlir və ya xərclərini təsdiq edən sənədlər mövcud olmadıqda belə, vergi orqanı qanunvericiliyin müəyyən etdiyi imkanlar əsasında rəsmiləşdirilməyən gəlir və ya xərci müəyyən etməyə borcludur. Yəni vergi ödəyicisinin uçot vəzifələrini yerinə yetirməməsi və ya malın sənədini əldə etməməsi cavabdeh tərəfindən qanunvericiliyin müvafiq no rmalarının tətbiqindən imtina üçün əsas ola bilməz. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hazırkı iş üzrə Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq etməli olan cavabdeh bundan imtina etmişdir. Həmin normada təsbit olunmuş əlaqəli məlumatlardan və ya analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməklə iddiaçının ödəməli olduğu mənfəət (gəlir) vergisinin müəyyən olunması inzibati orqanın vəzifəsidir. Vergi Məcəlləsinin 67-ci maddəsinin mahiyyətinə görə, vergi orqanı ödənilməli olan vergin in məbləğini hesablayarkən hər bir halda əlaqəli məlumatlardan, analoji vergi ödəyicisinin məlumatlarından istifadə etməli və ya şərti rentabellik normasını tətbiq etməlidir.

20. Bundan başqa, həmin qərarlarda qeyd edilmişdir ki, ödənilməli olan verginin məbləğini vergi orqanlarının əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

21. Əlavə olaraq məhkəmə kollegiyası hazırkı iş materiallarına əlavə edilmiş iddiaçı barəsində olan Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyun 2023-cü il tarixli 1(107)-10/2023 nömrəli qərarını vurğulamağı zəruri bilir. Həmin qərarda göstərilmişdir ki, ilkin olaraq İddiaçı 2017-ci il üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablanması aydın və mübahisəsiz şəkildə öz təsdiqini tapdı və beləliklə də müəyyən olundu ki, o, əsassız və qanunsuz olaraq cinayət təqibinə məruz qalmışdır. Kameral vergi yoxlaması zamanı İddi açı 2017-ci il üzrə gəlir vergisi borcunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə riayət edilmədən hesablandığından məhkəmə kollegiyası hesab edir ki, “alış aktlarını” nəzərə alaraq onun tərəfindən gəlir vergisinin tam ödənilib-ödənilməməsini araşdırılmasına lüzum yoxdur. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bəraət hökmünün bu əsasla verilməsini qanuni və əsaslı hesab edir.

22. Bundan başqa, həmin qərar dəyişdirilmədən saxlanılarkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 fevral 2024-cü il tarixli, 1(102)144/2024 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası məhkəmələr gəlmiş olduğu qənaətlə razılaşmaqla yanaşı qeyd edir ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablamaq hüququ, onun həmin üsula münasibətdə seçim hüququnu deyil, həmin üsuldan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin üsuldan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Lakin hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı həm bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. Qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı həmin məqsədlərə xidmət edir və bu məqsədlər baxımından təfsir olunmalıdır.

23. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kif ayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

24. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur.

25. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit ol unmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2024-cü il tarixli, 21(107)-2/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar