Məhkəmə qərarları › İş №2-1(102)-290/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-290/2019

06.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-290/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-290/2019) Bakı şəhəri 06 fevral 2019-cu il 06.02.2019 GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil və nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (Bakı şəhər Cavabdeh2 üçüncü şəxs olmaqla) kompensasiya ödənilməsi və ya mənzillə təmin etmə tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqt isadi Kollegiyasının 2-1(103)1608/2018 saylı 05 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 06 fevral 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh2 2803 saylı, 22.08.1994-cü il tarixli Sərəncamı ilə xxx qardaşları küçəsi 29-da ünvanda, sahəsi 38.0 kv.m. olan 1 otaqlı ev İddiaçı (bundan sonra - iddiaçı) əvəzsiz olaraq şəxsi mülkiyyət kimi verilmişdir. İddiaçı xxx, xxx qardaşları (xxx küçəsi 29-da yerləşmiş, ümumi sahəsi 38.0 kv.m olmuş fərdi evin söküntüsü ilə bağlı kompensasiyanın ödənilməsi və ya müvafiq mənzillə təmin edilməsi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə (bundan sonra - cavabd eh) müraciət etmiş, müraciət baxılması üçün Cavabdeh2nə göndərilmişdir. Cavabdeh2 29 dekabr 2017-ci il tarixli, 10-1-98-152; 1-98/2-152/2 saylı məktubla iddiaçının müraciətini təmin etməmiş və öz mövqeyini belə əsaslandırmışdır: “Yaşayış evinin sökülməsi barədə müxtəlif instansiyalardan Cavabdeh2nə daxil olmuş müraciətlərinizə baxılmışdır. Qaldırılan məsələnin araşdırılması məqsədi ilə aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İ-5 saylı, 19.12.2017-ci il tarixli arayışı əsasında bildiririk ki, xxx qardaşları küçəsi, 29 saylı ünvandakı evlər 1995-1996-cı illərdə Türkiyənin "xxx " tikinti şirkəti tərəfindən orada yaşayan sakinlərlə qarşılıqlı razılaşma əsasında köçürülmüş və yerində müasir tipli yaşayış evi tikilməsi üçün sökülmüşdür. Əlavə olaraq bildirir ki, 1995-1996-cı illərdə Türkiyənin "xxx " tikinti şirkəti tərəfindən sökülmüş xxx qardaşları küçəsi, 29 ünvanında hazırda "Azərsun" şirkəti tərəfindən yaşayış kompleksi tikilərək istifadəyə verilmişdir. Yaşayış kompleksi "xxx ” adlanır. Qaldırdığınız məsələ mülki zəmində mübahisə xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz Sizə tövsiyyə olunur.” İddiaçı məhkəməyə müraciət edərək, xxx, xxx qardaşları (xxx küçəsində yerləşmiş və mülkiyyət hüququ əsasında ona məxsus olmuş, cavabdehlər tərəfindən sökülmüş 29 saylı fərdi evinin (ümumi sahəsi 38.0 kv.m) əvəzinə bazar qiymətlərinə uyğun kompensasiya ödənilməsi və ya onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə digər mənzillə təmin edilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin və C avabdeh2 üzərinə inzibati öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 27.03.2018-ci il tarixli qərardadı ilə Bakı şəhər Cavabdeh2 cavabdehlər sırasından çıxarılaraq məhkəmə icraatına 3-cü şəxs kimi cəlb olunması qərara alınmışdır. İddianın əsaslarına görə, xxx, xxx qardaşları (xxx küçəsində yerləşmiş, ümumi sahəsi 38.0 kv.m olan 29 saylı fərdi ev iddiaçının şəxsi mülkiyyətində olmuşdur. Belə ki, 27 sentyabr 1994-cü il tarixdə həmin ev Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən şəxsi mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə, 253 nömrəli reyestr kitabında 36906 saylı qeydiyyat aparılaraq ona qeydiyyat vəsiqəsi və şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportu verilmişdir. 1996-cı ildə Bakı şəhər İcra Hakimiyyəti ilə Türkiyənin "xxx " tikinti şirkəti arasında bağlanmış müqaviləyə əsasən iddiaçının yaşadığı ərazidə yerləşən fərdi evlər, o cümlədən ona məxsus ev də sökülərək yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının tikintisi həyata keçirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin, Cavabdeh2 nümayəndələri və Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 8 saylı Mənzil İstismar Sahəsinin məsul şəxsləri tərəfindən sakinlərlə danışıq aparılaraq sökülən fərdi evlərin əvəzində qarşılıqlı razılaşma əsasında pul kompensasiyası və ya mənzil verildiyi halda, iddiaçının şəxsi mülkiyyətində olan və cavabdeh tərəfindən sökülmüş fərdi evə görə ona bu günədək heç bir pul kompensasiyası ödənilməyib və ya mənzil verilməyib. Bununla əlaqədar iddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına mü raciət etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş 29.12.2017-ci il tarixli 08/05-85- 6708 saylı məktubda bildirilir ki, sözügedən fərdi evin "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən söküntüsü barədə Maliyyə Nazirliyində hər hansı bir təsdiqedici sənəd və məlumat olmadığından Bakı şəhər Səbail RİH-nə müraciət etməyinizi tövsiyyə edirik. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1345/2018 saylı, 26 aprel 2018-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Məmmədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının kompensasiya, yaxud yaşayış sahəsi ilə əvəz edilməsi tələb etdiyi xxx, xxx qardaşları küçəsi, 29 saylı fərdi yaşayış evi Türkiyənin "xxx " tikinti şirkəti tərəfin dən 1996-cı il tarixdə söküldüyündən, həmin ərazidə 20 ildən artıq dövrdə çoxmərtəbəli yaşayış evi inşa edildiyindən, hazırkı iddia cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı əsassızdır və rədd olunmalıdır. Məhkəmənin həmin qərarından iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1608/2018 saylı, 05 sentyabr 2018ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1345/2018 saylı 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəm əsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1608/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərarının tamamilə ləğv edilməsini və yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Əvvəla, sözügedən fərdi ev 27 sentyabr 1994cü il tarixindən iddiaçının şəxsi mülkiyyəti kimi qeydiyyata alınmış, bu barədə 253 nömrəli reyestr kitabında 36906 saylı qeydiyyat aparılaraq qeydiyyat vəsiqəsi və şəxsi mülkiyyətdə olan mənzilin texniki pasportu verilmişdir. Yəni həmin fərdi ev 1994-cü ildən, qanunsuz söküntü aparılan tarixədək tam qanuni əsaslarla iddiaçının şəxsi mülk iyyətində olmuşdur. Daha sonra qeyd edilir ki, iddiaçının və ailə üzvlərinin xxx, xxx qardaşları küçəsində yerləşmiş 31 saylı fərdi evə görə kompensasiya almalarının hazırki işə heç bir aidiyyəti yoxdur, çünki hər hansı şəxsin mülkiyyətində istənilən qədər daşınmaz əmlak ola bilər və qanunvericilik bu işdə heç bir məhdudiyyət qoymamışdır. Şikayət müəllifi hesab edir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan, ekspertiza təyin etmədən, sübutları tədqiq etmədən iddiaçı tərəfindən təqdim olunmuş və cavabdehin qanunazidd əməllərini təsdiqləyən sübutlara heç bir əhəmiyyət verməyərək cavabdehin təqdim etdiyi etirazları yetərli hesab edərək faktiki olaraq ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi isə şikayətdə qeyd olunmuş bu məqamlara heç bir əhəmiyyət verməyərək b irinci instansiya məhkəməsinin ədalətsiz qərarını qüvvədə saxlamışdır. Həmçinin, məhkəmə qərarın əsaslandırma hissəsində İPM-nin 73.1maddəsinin tələblərinə də əməl etməmişdir. Belə ki, həmin maddənin tələblərinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Lakin qərardan da göründüyü kimi, iddiaçının hüququnun kobud şəkildə pozulmasına, mülkiyyət hüququ ilə ona məxsus olmuş fərdi evindən məhrum olunmasına baxmayaraq məhkəmə cavabdehin üzərinə heç bir öhdəlik qoymamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclas ında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1608/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qərarının tamamilə ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara göndərilmiş məhkəmə bildirişində nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apellyasiya instansiyası məhkəməsi nin gəldiyi nəticəni əsaslı saymır. Azərbaycan Respublikası İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia, öhdəliyin icrası haqqında iddiadır. İddiaçı ona məxsus əmlakın sökülməsinə görə cavabdehdən kompensasiya ödənilməsini xahiş etmiş, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi). Belə ki, İPM-in 34.1-ci maddəsinin ikinci cümləsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə: - zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın( 21.1-ci maddə). - zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1-ci maddə) - delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). - mülki hüquq pozuntusu (delikt) nəticəsin də fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (1097.1-ci maddə). - qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (1097.3-cü maddə). -dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikas ı və ya müvafiq bələdiyyə ödəməlidir.( 1100-cu maddə). - zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (1115-ci maddə). İddianın rədd edilməsi nəticəsinə gələrkən apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki,iddiaçının kompensasiya, yaxud yaşayış sahəsi ilə əvəz edilməsini tələb etdiyi xxx, xxx qardaşları küçəsi, 29 saylı fərdi yaşayış evi Türkiyənin "xxx " tikinti şirkəti tərəfindən 1996-cı il tarixdə söküldüyündən, həmin ərazidə 20 ildən artıq müddətdə çoxmərtəbəli yaşayış evi inşa edildiyindən, hazır kı iddia cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı əsassızdır, buna görə də iddia tələbi təmin edilməməlidir. İşə baxan məhkəmələr Bakı şəhər icra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 06.04.2018-ci il tarixli məktuba (iş vərəqə 44) istinad edərək xxx, xxx qardaşları küçəsi, 29 saylı fərdi yaşayış evinın Cavabdeh2 sərəncamına əsasən sökülməsi nəticəsinə gəlmişlər. Buna baxmayaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.03.2019-cu il tarixli qərardadında Cavabdeh2 cavabdehlər sırasından çıxarılıb inzibati məhkəmə icraatına 3cü şəxs qismində işə cəlb edilməsinin səbəbləri, bunun hansı zəruriyyətdən irəli gəldiyi və məhkəmənin bu qənaətə gəlməsi ilə bağlı mövqeyi bəlli deyil. Halbuki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Azərbaycan Respublikası İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Hazırkı işə baxan məhkəmələr İPM-in tələblərini pozaraq (13 və 48-ci maddələr) yardım etmək vəzifəsinə uyğun davranmamışlar. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbi iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməs i nəticəsində kompensasiyanın ödənilməsinə yönəldiyindən məhkəmə işin hallarını hərtərəfli araşdıraraq obyektiv qərar qəbul etmək üçün söküntünün aparılmasına əsas olan sübutları əldə edib tədqiq etməli idi. İş materiallarından görünür ki, mübahisəli evin yerləşdiyi ünvanda söküntü-tikinti işlərinin aparılması barədə sərəncam apellyasiya instansiyası məhkəməsi tərəfindən Dövlət Arxivinin Bakı filialına sorğu verilməklə tələb edilmiş, sonuncu, sərəncamın qəbul edildiyi il və tarix qeyd edilmədiyindən sorğunun cavablandırılmasının mümkün olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla kifayətlənərək söküntünün aparılmasına əsas olmuş sübutların (sərəncam, göstəriş və s.) əldə edilməsi üçün digər dövlət orqanlarına sorğu verməmiş, beləliklə də iş üzrə düzgün nəticəyə gəlmə k üçün hərtərəfli araşdırma aparılmamışdır. Bundan başqa, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsi Türkiyənin "xxx " tikinti şirkətinin inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi barədə vəsatət versə də, həmin vəsatətə məhkəmə tərəfindən heç bir münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr formal əsaslarla iddianı rədd etmiş, bu zaman iddiaçının hüquqlarının pozulmasına əhəmiyyət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apellyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apellyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağ lı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apellyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-in 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktla r (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə deyilir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, hab elə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, iddiaçının evinin sökülməsinə əsas olmuş hallar, söküntüyə görə ona kompensasiya (pul şəklində və ya naturada) ödənilib-ödənilməməsi məsələsi məhkəmələr tərəfindən ətraflı araşdırılmadan qərar qəbul edilmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə koll egiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1608/2018 saylı iş üzrə 05 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar