Məhkəmə qərarları › İş №2-1(102)-290/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-290/2020

15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-290/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iş üzrə (Açar söz: pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə sadələşdirilmiş verginin tutulması) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2101/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 15.01.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 18.05.2012-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında uçota alınmış və ona ****** saylı VÖEN verilmişdir. İddiaçı 2017-ci il 7 fevral tarixdə “A” ASC-də olan hesabından 591 manat məbləğində pul çıxararkən ondan 5,91 manat məbləğində vergi tutulmuşdur. İddiaçı 08.02.2017-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həmin verginin qanunsuz və əsassız olması səbəbi ilə tutulan 5,91 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh 10.03.2017-ci il tarixli cavab məktubu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.12-ci maddəsinə istinadla hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesabların dan çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi tutulduğunu bildirərək, həmin vəsaitin qaytarılmasından imtina etmiş, cavabdeh verginin bank tərəfindən tutulmasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.12, 150.1.12 və 150.3-3-cü maddələri ilə izah etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “əsassız tutulmuş vergi məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə ondan tutulmuş 5,91 manat məbləğin geri qaytarılması öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, cavabdehin istinad etdiyi norma pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə sadələşdirilmiş vergi üzrə vergi ödəyiciləri v ə vergitutma obyektini müəyyən etmədiyindən, ondan tutulmuş məbləğ VM-in 12.1-ci maddəsinin tələbləri baxımından müəyyən edilməmiş vergi hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən isə, müəyyən edilməyən vergini ödəmək heç kəsin borcu deyil və qanunla nəzərdə tutulmuş əsaslar olmadığı üçün heç kəs bu vergini ödəməyə məcbur edilə bilməz. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 mart tarixli 2-1(81)- 1261/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıdan tutulmuş 5,91 manat məbləğin geri qaytarılması öhdəliyi qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 19 mart tarixli 2-1(81)- 1261/2018 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhk əməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2101/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-1261/2018 saylı iş üzrə qəbul etdiyi 19 mart 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qarşı “əsassız tutulmuş vergi məbləğinin geri qaytarılması” tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən pul vəsaiti nağd qaydada bank hesabından çıxarılarkən bank qüvvədə olan qanunvericiliyinin tələblərinə əməl edərək ondan 1 faiz vergi tutmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1 03)-2101/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə Vergi Məcəlləsinin nə 12.3-cü maddəsində, nə də 219-cu maddəsində hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə sadələşdirilmiş vergi üzrə vergitutma obyekti müəyyən edilməyib. Sözügedən vergi üzrə vergi ödəyicisinin kimliyi və vergitutma obyektinin mahiyyəti dolayısı ilə yalnız “sadələşdirilmiş verginin dərəcəsi” adlanan Məcəllənin 220-ci maddəsindən sadəcə ehtimal oluna bilər. Beləliklə, pul vəsaiti nağd qaydada bank hesabından çıxarılmasına görə sadələşdirilmiş vergi üzrə vergi ödəyiciləri və vergitutma obyekti müəyyən edilmədiyindən Vergi Məcəlləsini n 12.1-ci maddəsinə əsasən sözügedən vergi müəyyən edilməmiş hesab olunur və onun tutulması Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə uyğun deyildir. Kassator Vergi Məcəlləsinin 3.1, 3.5, 3.6, 3.10, 3.11, 12.3, 13.2.4, 150.1.12, 150.33, 219.5, 220.12-ci maddələrinə, İPM-nin 92.0.6-cı maddəsinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2101/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin edilməməsini məhkəmədən xahi ş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2101/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı 18.05.2012-ci il tarixdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi orqanında uçota alınmış və ona ****** saylı VÖEN verilmiş, 2017-ci il 7 fevral tarixdə “A” ASCdə olan hesabından 591 manat məbləğində pul çıxararkən ondan 5,91 manat məbləğində vergi tutulmuş, iddiaçı 08.02.2017-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək həmin verginin qanunsuz və əsassız olması səbəbi ilə tutulan 5,91 manat məbl əğində pulun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.1.12-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Eyni zamanda, Vergi Məcəlləsinin 150.3-3-cü maddəsində göstərilmişdir ki, həmin Məcəllənin 150.1.12-ci maddəsində göstərilən şəxslər bu Məcəllənin 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra haki miyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannamənı vergi orqanına verməyə borcludurlar. Vergi Məcəlləsinin sadalanan normaların məzmunundan görünüdüyü kimi, hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabiəsinin milli operatoru hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitlərinin nağd qaydada çıxarılan zamanı həmin nağdlaşdırılan vəsaitlərdən 1 faiz dərəcəsİ ilə sadələşdirilmiş vergini hesablayıb tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və bu barədə müvafiq vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar. Qeyd olunan normaların tə ləblərinə əsaslanan “A” ASC iddiaçı tərəfindən bank hesabından nağd qaydada çıxarılan 591,0 manat vəsaitdən 1 faiz sadələşdirilmiş vergini, yəni 5,91 manat vəsaiti tutaraq dövlət büdcəsinə köçürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq mü əyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. AR Vergi Məcəlləsinin 220.1-ci maddəsində nəzərdə tutulan sadələşdirilmiş verginin dərəcəsi hesabat dövrü ərzində vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilata, habelə satışdankənar gəlirlərə tətbiq edilməklə bəyənnamə üzrə hesablanır. Bank hesablarından pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi isə nağd qaydada çıxarılan pul vəsaitinin ümumi məbləğindən tutulur. Göründüyü kimi, pul vəsaitinin nağd qaydada bank hesabından çıxarılmasına görə verginin tutulması Vergi Məcəlləsi ilə müəyyən edildiyindən Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsi ilə ziddiyyət təşkil etmir və hazırkı iş üzrə cavabdehin hər hansı qanunsuz hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisa di Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2101/2019 saylı 16 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar