Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-290/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni açılmış hallarla bağlı icraatın təzələnməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlə t Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbi barədə iddia tələbi üzrə cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(105)-627/2021 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Döv lət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia qaldıraraq “ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.12.1991-ci il tarixli 577 №-li qərarına əsasən 01.03.1988-ci ildən 28.03.1988-ci il tarixədək (28 gün) Çemobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 5099.36 rubl 4 qat məbləğdə 25.4-ə vurulmaqla Çernobıl AES-də olduğu dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə 01.01.2008-ci il tarixdən əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (085)-1275/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmı şdır.
3. Həmin qərardan verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Sumqayit Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli 2-1 (105)642/2019 saylı qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (085)-1275/2019 saylı, 15 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədın saxlanılmışdır.
4. Həmin qərardan verilmiş kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 iyul 2020-ci il tarixli 2-1 (102)-963/2020 saylı qərarı ilə Sumqayit Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.12.2019-cu il tarixli 2-1 (105)-642/2019 saylı qərarının dəyişdirilmədın saxlanılması qərara allınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
5. Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı (bundan sonra - ərizəçi) 08 iyul 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək İddiaçı inzibati işi üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçıya 01.01.2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi qanunauyğun hesab edilməməlidir. Ali Məhkəmənin oxşar işlərlə bağlı mövqeyinə əsasən, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanma üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə pensiya məbləğinin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi mümkündür. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Lakin qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və уa halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarında birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Bu səbəbdən ərizəçi hesab edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1 (85)-1275/2019 nömrəli 15.08.2019-cu il tarixli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1275/2019 nömrəli 02 avqust 2021-ci il tarixli qərardadı ilə (hakim Leyla Mirzəyeva) ərizə təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, sözügedən qərarın yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğu müəyyən edilmir.
9. Həmin qərardaddan narazı qalan ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(105)-627/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – İlqar Dəmirov, hakimlər – Rəşadət Ağayev və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-1275/2019 nömrəli 02 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Ərizəçi kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(105)-627/2021 nömrəli qərardadın ləğv edilərək yeni qərar qəbul edilməsini və ya inzibati işi yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını icraatın təzələnməsi barədə ərizədə qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmi şdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən hüquq normalarının tələbləri pozulmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 21(82)-1275/2019 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti olsa da, məhkəmələr ərizədə göstərilən halları nəzərə almamış, əsassız olaraq “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəni təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halla rın ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.
16. Həmin Məcəllənin 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır.
17. Həmin Məcəllənin 106.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır.
18. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən, icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir.
19. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, hazırkı qərarın 15-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtin məcmu halda birgə mövcudluğu zamanı təzələnə bilər – 1) sonradan yeni sübutların və ya halların aşkar olunması və 2) həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması.
24. Hazırkı iş üzrə isə cavabdehin y eni açılmış hallar kimi istinad etdiyi hallar sonradan, yəni işə mahiyyəti üzrə məhkəmələrdə baxılıb qurtardıqdan sonra ortaya çıxmış hallar deyil. Nəzərə alınmalıdır ki, yalnız ilkin icraat zamanı mövcud olmayan və sonradan aşkar edilmiş yeni sübutlar və ya hallar yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə əsas təşkil edə bilər
25. Halbuki, ərizəçi işin hüquqi hallarına istinad edərək icraatın təzələnməsini xahiş edir. Bu hallar isə hazırkı qərarın 18-ci bəndində göstərilən normanın məzmununa uyğun deyildir. Ərizədə yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmamasına dair hər hansı hala istinad edilməmişdir. Bu səbəbdən də ərizədə göstərilən əsaslar yeni açılmış hal hesab ol una bilməz.
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ərizənin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 21(105)-627/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2021-ci il tarixli, 2-1(105)-627/202 1 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.