Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2900/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar söz: müharibə veteranına ödəniməmiş 3 illik müavinətin ödənilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı 04 oktyabr 2017-ci il tarixindən öncəki 3 il ərzində iddiaçıya ödənilməli olan müavinətin he sablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və məhkəmə xərci kimi 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-965/19 saylı iş üzrə 14.05.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 02 oktyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1973-cü il tarixdə Füzuli rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi dövlət sosial müdafiə fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi yanında Dövlət Sosial X1 rayon şöbəsinə qarşı 04 oktyabr 2017-ci il tarixindən öncəki 3 il ərzində iddiaçıya ödənilməli olan müavinətin hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması və məhkəmə xərci kimi 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qarabağ müharibəsinin getdiyi dövrlərdə müxtəlif vəzifələr və hərbi hissələrin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlarda iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 04 oktyabr 2017-ci il tarixdə iddiaçıya Müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası ƏƏSMN DSTX-nin Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ərizə ilə müraciət olunaraq əvvəlki 3 il üçün ödənilməli olan müavinətin hesablanaraq iddiaçıya ödənilməsi xahiş olunmuşdur. Həmin ərizəyə cavabdeh tərəfindən bu günə kimi cavab verilməmişdir. Birinci instansiya məhkəməsinin 04.02.2019-cu il tarixli iş № 2-1(81)-418/2019, (sədrlik edən hakim Elçin Məmmədov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 04.02.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnz ibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 14.05.2019-cu il tarixli iş № 2-1(103)-965/19 (hakimlər Elmira Nağıyeva sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Həmid Həmidov) qərarı ilə birinci instansiya məhkəməsinin 04.02.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarının 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vəsiqə təqdim edildikdə həyata keçirilir. Apelyasiya məh kəməsi qanunvericilik normalarını düzgün tətbiq etməyərək, apelyasiya şikayətində olan dəlillərə hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin 2-1(81)-418/2019 saylı 04 fevral 2019-cu il tarixli, qərarını dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Cavabdeh olaraq bildirmək istəyir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti tərəflərindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir. Belə ki, 04 oktyabr 2017-ci il tarixdə iddiaçıya müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Şöbə tərəflərindən həmin tarixdən ona yəni 04 oktyabr 2017-ci il tarixdən müharibə veteranı müavinəti təyin edilmiş və ödənilmişdir. Lakin nə birinci instansiya məhkəməsi nə də, apelyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hü quq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Beləliklə hesab edir ki, birinci və apelyasiya instansiya məhkəmələrinin iddianın təmin və apelyasiya şikayətinin rədd olunması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 may 2019-cu il tarixli, 2-1(103)-965/2019 saylı qərarının ləğv edilməsi, iddia tələbinin mümkün sayılmaması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 14.05.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkünsüz hesab edilməsini Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, cavabdehin vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normal arına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasi ya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,apelyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarının 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vəsiqə təqdim edildikdə həyata keçirilir. Apelyasiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq etməyərək, apelyasiya şikayətində olan dəlillərə hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin 2-1(81)-418/2019 saylı 04 fevral 2019-cu il tarixli, qərarını dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Cavabdeh olaraq bildirmək istəyir ki, iddiaçının cavabdeh təşkilata olmuş müraciəti tərəflərindən qanunvericiliyin tələblərinə əməl etməklə qiymətləndirilmişdir. Belə ki, 04 oktyabr 2017-ci il tarixdə iddiaçıya müharibə veteranı statusu və vəsiqəsi verilmişdir. Şöbə tərəflərindən həmin tarixdən ona yəni 04 oktyabr 2017-ci il tarixdən müharibə veteranı müavinəti təyin edilmiş və ödənilmişdir. Lakin nə birinci instansiya məhkəməsi nə də, apelyasiya məhkəməsi yuxarıda qeyd olunan hallara qiymət verməmiş və maddi hüquq normalarını pozaraq iddiaçının ərizəsini təmin edərək qərar qəbul etmişlər. Beləliklə hesab edir ki, birinci və apelyasiya instansiya məhkəmələrinin iddianın təmin və apelyasi ya şikayətinin rədd olunması ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassızdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası kasasiya şikayətində qeyd olunan bu dəlili iş materiallarına əlavə olunmuş sübutlarla müqayisə edərək belə qənaətə gəlmişdir ki, kasasiya şikayətində qeyd olunan bu dəlil əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya 04.10.2017-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş, həmin tarixdən də ona sosial müavinət təyin olunmaqla ödənilməyə başlanılmış, lakin işdən müəyyən olunur ki, bu vəsiqənin verilməsi əsasını iddiaçının Qarabağ müharibəsinin getdiyi dövrlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi təşkil etmişdir. Azərbaycan Respublikası “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Prezidentinin 29.08.2013-cü il tarixli Fərmanının 1.1.7-ci maddəsinə əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət - 55 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası “Sosial müavinətlər haqqında” Qanununun 4.0.6-cı maddəsinə əsasən bu Qanunla müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respubl ikasının Prezidenti) tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir. -6.1-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş aylıq və birdəfəlik müavinətlər (bu Qanunun 6.2-ci maddəsi ilə nəzərdə tutulan hallar istisna olmaqla) dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. - 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. - 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. - 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ yaranan gündən ən çoxu müraciət edilməzdən əvv əlki üç il üçün ödənilir. Bu baxımdan da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasıhesab edir ki, iddiaçının cavabdeh orqana sosial müavinətin təyin olunduğu tarixdən üç il əvvəlki dövrünün ödənilməsi barədə müraciəti qanuni olmuş, lakin cavabdeh orqan əsassız olaraq ona cavab verməmiş, müraciətinə münasibəti isə iddiaya dair verilən etirazda bildirmişdir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 14.05.2019-cu il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyas ı Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14.05.2019-cu il tarixli 2-1(103)965/19 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2900/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2900/2019
02.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver